Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2019
  • Noyabr
  • 27
  • Düzəlişlər harada olmalıdır, İbrahim Cəfərov, ADAU-da yoxsa….?

Düzəlişlər harada olmalıdır, İbrahim Cəfərov, ADAU-da yoxsa….?

redaktor 27/11/2019
aqr

Son günlərdə  Aktualinfo.org xəbər portalında Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) və onun rəhbərliyinin fəaliyyətinin gözdən salınması, nüfuzuna xələl gətirilməsi məqsədilə böhtan xarakterli silsilə yazılar verilmişdir. Bununla əlaqədar bildiririk ki, verilmiş yazılar həqiqəti əks etdirmir, real faktlara əsaslanmır. “ADAU – nun müasir təhsil sistemi pərdə arxasından necə görsənir? ” başlıqlı yazıda rektor İbrahim Cəfərovun facebook səhifəsində aqrar təhsilin gənclər arasında təbliği, bununla da gənclərin aqrar təhsilə marağının artırılması məqsədilə təşviqedici çağırışlar etməsinin “düzgün hesab edilməməsi” absurddur və müasir jurnalistikanın tələbələri ilə üst-üstə düşmür.
ADAU-da elmi işlər üzrə prorektor vəzifəsinin boş olduğunu (halbuki elmi işlər üzrə prorektor cari ilin sentyabr ayından təyin olunub), təcrübə stansiyalarının (bəlkə mərkəzlərin, laboratoriyaların) qeyd olunması kimi məsələlər bütövlükdə universitetdə baş verən proseslərdən, tədrisdən, elmi tədqiqat işlərindən, maddi-texniki bazanın ən müasir tələblərə uyğun yenidən qurulmasından xəbərsizliyin göstəricisidir.
Bundan başqa,  yazıda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti kimi təqdim olunması, universitetdə hazırda mövcud olmayan qiyabi təhsil şöbəsinin, distant və əlavə təhsil şöbəsinin olmasının, 6 əvəzinə 7 fakültəsinin göstərilməsi də yazarın köhnə təfəkkürünün “məhsulu” kimi qiymətləndirilir.
Ən müasir tələblərə uyğun, tamamilə yenidən qurulmuş, tələbələrin praktik vərdişlərinə, sahəvi dərslərin keçirilməsinə xidmət göstərən tədris-təcrübə təsərrüfatında istehsal olunan məhsulların qeyri-qanuni yolla satışı,  dekanlar tərəfindən saxta diplom hazırlanması kimi əsassız iddialar da əsassızdır və universitetin nüfuzuna xələl gətirmək məqsədi daşıyır.
Gündəlik mətbuatdan universitetdə gedən prosesləri, onun beynəlxalq əlaqələrini izləmədən (və ya izləyərək nəzərə almadan) yazıların verilməsi, Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən göndərilən xəbərlərin saytınızda yerləşdirilməməsi də qərəzli mövqeyin göstəricisidir. Misal olaraq göstərmək olar ki,  dünən ABŞ-da Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri cənab İnam Kərimovun iştirakı ilə ADAU və Oklohoma Dövlət Universiteti arasında anlaşma memorundunun imzalanması kimi mühüm xəbəri  nəzərə almamağınız qeyd olunanları bir daha sübut edir. (https://azertag.az/xeber/1352378)
Bir daha nəzərinizə çatdırırıq ki, Azərbaycan Dövlət Aqrar Universiteti haqqında bu kimi böhtan xarakterli yazıların verilməsi  yazarın özünün və çalışdığı orqanının reputasiyasına mənfi təsir göstərməklə, təhsil müəssisəsinin işgüzar nüfuzuna zərbə vurmaq məqsədi daşıyır, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın prinsipləri ilə ziddiyyət təşkil edir,  məlumatların həqiqətə uyğunluğu və informasiya dəyəri yoxlanılmadan yayımlanır.
Azərbaycan Dövlət Aqrar Universiteti dövlətin hərtərəfli qayğısı ilə əhatə olunmaqla, onun fəaliyyəti Kənd Təsərrüfatı Nazirliyinin düzgün və səmərəli idarəçilik, kəndli və fermerlərə yaxınlıq, (şəffaflıq, səmərəlilik, hesabatlılıq) innovasiyaların tətbiqinin prinsiplərinə əsaslanır.
Yuxarıda göstərdiklərimiz Azərbaycan Dövlət Aqrar Universitetinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi  tərəfindən hazırlanıb və “Aktualinfo.org” onlayn qəzetdə sözügedən Universitetin rektoru barədə yaydığımız məlumatlara cavab xarakteri daşıyır. Aktaulinfo.org yuxarıda göstərilənlərə cavab olaraq bildirir ki rektor İbrahim Cəfərovun facebook səhifəsindəki statusları tək Aktualinfo.org-un yox, demək olar ki, Azərbaycanda ən aparıcı Kütləvi İnformasiya Vasitələri orqanlarının həmin dövrdə manşetinə çevrilmişdi. Digər tərəfdən hörmətli İbrahim Cəfərova və onun Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdirinin nəzərinə çatdırmaq istərdik ki,məqalədə göstərilən səhvləri bizdə,mətbuatda deyil özlərində axtarsınlar.Belə ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti kimi təqdim etməyimiz bizim deyil, Universitetin səhvidir. Mətn tərəfimizdən Universitetin elektron portalı olan www adau.edu.az saytından götürülmüşdür. Saytda Unuversitetin tədris işləri üzrə prorektoru,,təsərrüfat işləri üzrə prorektoru, və tərbiyə işləri üzrə prorektor vəzifəsini daşıyanların barəsində məlumatlar yerləşdirlsə də elmi işlər üzrə prorektorun varlığı barədə nə üçün məlumatlar yerləşdirilməyib? Aktualinfo.org-a verilən məlumatlara görə elmi işlər üzrə prorektor son illərdə bir neçə dəfə dəyişdirilib. Bəlkə bu elmi işlər üzrə prorektor da tezliklə tutduğu vəzifədən kənarlaşdırılacaq? Onun barəsində məlumatlar bəlkə ona görə yerləşdirilməyib? Digər tərəfdən,Universitetin rəsmi saytında yeniliklərin aparılmaması rektor tərəfindən idarəetmənin zəif təşkil edildiyini göstərmirmi? “Yeni təfəkkürlü” Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdirinə bir daha xatırlatmağı borc bilirik fakültələrin sayının 6 deyil 7 göstərməyimizin də baiskarı məhz sizsiniz. Ondan xahiş edərdik ki,rektor İbrahim Cəfərovla birgə www adau.edu.az saytının TƏHSiL SİSTEMİ bölməsini diqqətlə oxusunlar və sonra kimi isə köhnə təfəkürlülükdə günahlandırsınlar. Sonda  ADAU və Oklohoma Dövlət Universiteti arasında anlaşma memorundunun imzalanması ilə öyünən rektorun diqqətinə çatdırmaq istərdik ki, tələbələri baytar olmağa çağırmaqdansa universitetin saytında yenikliklər etməyə göstəriş versin. Axı Oklohomoa Universitetindən müasir texnoloğiyalarla təchiz olunmuş bir təhsil ocağıdır və ADAU-nin rəsmi portalında yerləşdirilmiş yalan məlumatlar qoy onlar da görməsinlər.
“Hazırda Universitetdə struktur bölmə kimi tədris-təcrübə təsərrüfatı, tədris, elm, kadrlar, tələbə, ümumi, redaksiya-nəşriyyat, informasiya texnologiyaları və innovasiya, beynəlxalq əlaqələr, qiyabi təhsil, təcrübə və işədüzəltmə şöbələri, arxiv, elm, təhsil və cümhuriyyət muzeyi, 2 sahəvi elmi-tədqiqat laboratoriya, magistr hazırlığı, distant və əlavə təhsil mərkəzləri, əsaslı kitabxana, elektron kitabxana, mətbəə və “Aqrar mütəxəssis” qəzetinin redaksiyası, 7 fakültə (aqronomluq, aqrotexnologiya, baytarlıq təbabəti və zoomühəndislik, mühəndislik, elektroenergetika və informasiya texnologiyaları, aqrar iqtisadiyyat, aqrobiznes və idarəetmə), 31 kafedra, o cümlədən: aqronomluq fakültəsinin tərkibində 6 kafedra (“Ümumi əkinçilik, genetika və seleksiya”, “Torpaqşünaslıq və aqrokimya”, “Bitkiçilik və bitki mühafizəsi”, “Bağçılıq”, “Ekologiya mühəndisliyi və meşəçilik” və “Biologiya”), aqrotexnologiya fakültəsinin tərkibində 4 kafedra (“Qida məhsulları mühəndisliyi və ekspertiza”, “Yerquruluşu və meliorasiya”, “Dizayn” və “Kimya”), baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin tərkibində 4 kafedra (“Heyvandarlıq və balıq məhsulları istehsalının texnologiyası”, “Əczaçılıq və baytarlıq-sanitariya ekspertizası”, “Yoluxmayan xəstəliklər”, “Epizootologiya, mikrobiologiya və parazitologiya”), mühəndislik fakültəsinin tərkibində 5 kafedra (“Kənd təsərrüfatı texnikası və yerüstü nəqliyyat vasitələri”, “Maşın mühəndisliyi və standartlaşdırma”, “Meliorasiya tikintisi və texniki servis”, “Texniki mexanika və qrafika” və “Həyat fəaliyyətinin təhlükəsizliyi”), elektroenergetika və informasiya texnologiyaları fakültəsinin tərkibində 5 kafedra (“Fizika və riyaziyyat”, “Elektrik mühəndisliyi”, “Energetika”, “İnformasiya texnologiyaları və sistemləri” və “Dillər”), aqrar iqtisadiyyat fakültəsinin tərkibində 3 kafedra (“Aqrar siyasət və dünya iqtisadiyyatı”, “Maliyyə və iqtisadi nəzəriyyə”, “Azərbaycan tarixi, fəlsəfə və hüquq”), Aqrobiznes və idarəetmə fakültəsinin tərkibində 3 kafedra (“Aqrobiznesin təşkili və idarə edilməsi”, “Mühasibat uçotu və audit”, “Menecment və aqrar marketinq”) fəaliyyət göstərir.!

Müasir Heyvandarlıq Kompleksi
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müasir heyvandarlıq kompleksi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən icra olunan “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” layihəsi çərçivəsində yaradılıb. Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin nəzdində fəaliyyət göstərən, 20 baş iribuynuzlu heyvan və 4 baş atın  saxlanılması üçün nəzərdə tutulmuş  kompleksdə heyvanlar üzərində müasir diaqnostika və müalicə-profilaktika tədbirlərinin əyani şəkildə həyata keçirilməsi hər cür şərait mövcuddur. Hər il mütəxəssislərin iştirakı ilə heyvanlar üçün hazırlanmış yem rasionuna uyğun yem tədarük olunur. Kompleksdə maldarlıq tədris mərkəzi, südün ilkin emalı, yem sexi, yem anbarı, su anbarı, sinif otağı, atçılıq tədris mərkəzi, heyvanların gəzintisi üçün meydança mövcuddur.
Fermada istehsal olunan ekoloji cəhətdən təmiz süd məhsulları alıcılara təklif olunur.
Ünvan: Gəncə şəhəri, Ozan küçəsi 214.
Tel: 055-224-90-54

Elmi işlər üzrə prorektorun yeri göründüyü kimi boşdur.
Tədris işləri üzrə prorektor

Anar Nizami oğlu HƏTƏMOV
İqtisad üzrə fəlsəfə doktoru, dosent

Tərbiyə işləri üzrə Prorektor

Aida Zakir qızı Qasımova
İqtisad üzrə fəlsəfə doktoru
Təsərrüfat işləri üzrə prorektor

İlyas Əhməd oğlu VƏLİYEV
Təsərrüfat işləri üzrə prorektor

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Ucarda şəhərdaxili yolların əsaslı təmirini kimlər aparır? – Müəmmalı tenderlər
Next: Bayram Səfərov Mirzələr qış yatağını necə abadlaşdıracaq?

OXŞAR MÖVZULAR

read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026
1732887242_mirelem-skoro-1536x983

Mirələm Cəlalov rəhbəri olduğu Təcili Tibbi Yardım Mərkəzində nə kimi işlər çevirir…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.