Skip to content
13/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Fevral
  • 20
  • Zakir Fərəcovun bacısı oğlu və qohumu Sumqayıtda “fironluq” edir – Şikayət

Zakir Fərəcovun bacısı oğlu və qohumu Sumqayıtda “fironluq” edir – Şikayət

admin 20/02/2025
zakir fərəcov

 

Qarabağ muharibəsi veteranı, polkovnik-leytenant Mustafayev Zeydulla Müqabil oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Ölkə rəhbərliyinə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Qarabağ uğrunda Ağdarə, Laçın və Fizuli istiqamətində gedən döyuşlərdə iştirak etmişəm. İki dəfə kontuziya almışam, bir dəfə yaralanmışam.

İndi isə yoldaşımın başına gələnlər haqqında yazmaq istəyirəm. Belə ki, yoldaşım Mustafayeva Sevinc Hacıbəy qızı Sumqayıt “Nəqliyyat MMC-1”-də işləyirdi. 9 iyun 2023-cü ildə “öz arzusu ilə” işdən çıxması üçün ərizə yazmaq haqda göstəriş verdilər. O, da ərzəni yazdı. Mən həmin vaxt gəlib Kadrlar Şöbəsində ərizəni oxudum, düzgün yazıb-yazmadığını öyrəndim.

İş tapmaq üçün yoldaşıma 1 (bir) ay vaxt verdilər. 12 iyun 2023-cü ildə yoldaşım iş tapdıqdan sonra maaşını almaq üçün mühasib işləyən Vüsalə Hüseynovaya (kassaya çavabdeh) müraciət etmişdir və ona maaş verilməyəcəyini bildirmişdir.

Vüsalə Hüseynova icra başçısı Zakir Fərəcovun qohumudur və onun göstərişi ilə yoldaşımı işdə azad ediblər. Yoldaşım həm fiziki, həm də söz təhqirinə məzur qaldığı üçün DİN-in 102 qaynar xəttinə zəng etmişdir. Polis gəldikdən sonra Vusaləni sakit edə bilmişdilər.

Onu da qeyd edim ki, bütün otaqlarda video-çəkiliş var. Polis əməkdaşı video-görüntünü istəyəndə, müəssisənin rəisi Elgiz Fərəcov kameranın işləmədiyini bildirmişdir. Yəni videodan aydın olur ki, kim kimə təcavuz etmişdir.

İş instintaqa göndərilir. İntintaqda Şamil Məmmədov yoldaşımın azərbaycanca yaxşı danışmadığından istifadə edərək, ona verilən göstərişlər əsasında cinayət işi qaldırmışdır. Müstəntiq həyat yoldaşıma psixoloji təzyiq göstərmişdir.

İş Azərbaycan Prosessual və Konstitusiya Məcəlləsi pozulmaqla, birtərəfli qaydada aparılıb. Həyat yoldaşımın polisə müraciət etməsi, ertəsi gün Məhkəmə Tibbi Ekspertizadan keçməsi və hamının buna göz yumması bir yana, müəssisənin rəhbəri Elgiz Fərəcov videonu gizlədərək, instintaqa öz işçilərindən 3 nəfər yalançı üzəduran gətirmişdir.

Müstəntiq birbaşa sübutu olmadan və həyat yoldaşıma şiddətli təzyiqlərdən sonra, prokurorun göstərişi ilə iş məhkəməyə göndərildi. Məhkəmədə yenə də eyni hərəkətlər təkrar olundu. Bizim vəkilin və yoldaşımın göstərdiyi dəlillər, şahidlərin yalan danışmasını təsdiq edən sənədlərə baxmayaraq, hakim Zaur Hacıyev xuliqanlıq maddəsini təsdiq etdi.

Siz fikirləşin, Kadrlar Şöbəsində Dildar xanımın mənə göstərdiyi ərizə yoxa çıxdı. Məhkəmədə Dildar xanımın yalanları üzə çıxdı. Onun yoldaşı şahid olmuşdur, ona hörmətim var idi. Lakin o, şahid yoldaşı kimi hərəkət etmədi.

Hakim heç bir dəlilə fikir vermədən, notarius kimi 221-ci maddəni təsdiq etdi. Bundan sonra yoldaşım Məhkəmə Hüquq Şurasına, Baş Prokurorluğa, DİN-ə müraciət etdi ki, işınə düzgün baxılsın. Hamısı standart cavablar göstərdilər.

Apellyasiya Məhkəməsində hakim Elman Əhmədov da heç bir dəlili araşdırmadan, 1 saat içində eyni vəzifəni yerinə yetirdi. Mən bilmirəm, icra başçısı Zakir Fərəcovun bu işlərdən xəbər var, yoxsa yox. Amma bacısı oğlu Elgiz Fərəcov və Vüsalə Huseynova onun adına istifadə edərək, Sumqayıtda fironluq edirlər.

Onu da qeyd etmək istəyirəm ki, yeni işə qabul olunmuş qadına qarşı da Vüsalə Huseynova eyni hərəkəti etmiş, məcbur olub onu işdən azad etmişlər.

Mən də məcbur olub Prezidentə müraciət etmişəm. Məmur özbaşınalığının, məhkəmələrin göstərişlə işləməsinin insanlar arasında hakimiyyətə qarşi nifrət yaratdığını başa düşmürlər. Mən isə həmişə dövlətimizin tərəfində olmuşam”./hurriyyet.az

PAYLAŞIN:

Continue Reading

Previous: “Azərbaycan milli mətbuatının 150 illiyi” medalı təsis edildi, əsasnaməsi təsdiqləndi
Next: İlham Əliyev Qalibafı qəbul etdi

OXŞAR MÖVZULAR

babek-660x330

Babək Babayevə qanun işləmir? – VİDEO

admin 12/05/2026
aygün-qht3

Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı?

admin 12/05/2026
feyziyev

Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb? – Siyahı və gəlir mənbələri

admin 06/05/2026

XƏBƏR LENTİ

  • Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir? 13/05/2026
  • Bakı, Astana və Daşkənd “UEW 2026” çərçivəsində “yaşıl enerji” dəhlizinin inkişafını müzakirə edib 13/05/2026
  • İsrail ABŞ və İran arasında “əlverişsiz razılaşma” əldə ediləcəyindən narahatdır 13/05/2026
  • Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq 13/05/2026
  • İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub 12/05/2026
  • Azərbaycanda yayılan yeni virusla bağlı vacib açıqlama 12/05/2026
  • Bakıda WUF13 çərçivəsində mənzil böhranı və iqlim riskləri müzakirə ediləcək 12/05/2026
  • Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş… 12/05/2026
  • Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? – “Meyvəli” detalı 12/05/2026
  • Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib 12/05/2026
  • Tramp “məyus və qəzəblidir”: Savaş bərpa olunur? – İran ABŞ-yə seçim yeri qoymur 12/05/2026
  • Babək Babayevə qanun işləmir? – VİDEO 12/05/2026
  • Azərbaycanda “e-Su” tətbiqi fəaliyyətini dayandırır 12/05/2026
  • Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı? 12/05/2026
  • Bu ölkə Ermənistanı daim silahlandıracaq 12/05/2026
  • Rusiya Azərbaycanın təklifini dəstəklədi 12/05/2026
  • Umayra Tağıyeva əhalini ekoloji aksiyalarda iştiraka çağırıb 12/05/2026
  • Fransanın Cənubi Qafqazda neokolonializm planı – Ermənistan üçün hansı risk vəd edir? 12/05/2026
  • Ermənistan üçün “ikinci Rusiya” bu ölkə olacaq – Bakı ifşa etdi 12/05/2026
  • Moskvadan Cənubi Qafqazla bağlı etiraf: Həyat qədər vacibdir 12/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.