Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Fevral
  • 24
  • Ərzaq bazarında qiymət artımı – Rəsmi statistika da inkar etmir

Ərzaq bazarında qiymət artımı – Rəsmi statistika da inkar etmir

admin 24/02/2025
erzaq

 

Cari ilin yanvar ayında ərzaq pərakəndə satışı və qiymətləri artıb

Yeni ilin ilk ayında pərakəndə satışlar artıb: vətəndaşların ərzaq, geyim və spirtli içkilərə xərcləmələri gözlənildiyi kimi çoxalıb. Buna səbəb qiymət artımı ola bilər, çünki inflyasiya hələ də sabit deyil – yanvarda qiymətlər daha 5,4 faiz artıb.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvar ayında respublikanın pərakəndə satış şəbəkələri tərəfindən 4,8 milyard manatlıq məhsul satılıb. Bu məbləğə 2,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,2 milyard manatlıq qeyri-ərzaq malları dövriyyəsi daxil olub. Ümumilikdə ticarət dövriyyəsi 3,7 faiz artıb. O cümlədən, ərzaq, içkilər və tütün məmulatlarının dövriyyəsi 1,8 faiz artıb, qeyri-ərzaq malları üzrə isə bu göstərici 6 faizi ötüb.

Pərakəndə ticarətimizdə adambaşına düşən xərclər 473,5 manata, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarında 257,8 manata, qeyri-ərzaq məhsullarında isə 215,7 manata çatıb. Müəyyən edilmiş ənənəyə görə, ən böyük xərclər qidaya çəkilir və ticarət ərzaq mağazalarında aparılır. Yanvarda istehlakçılar pərakəndə satış şəbəkələrinin ərzaq şöbələrində ümumi gəlirlərinin 49,7 faizini xərcləyiblər ki, bu da əhalinin xərclədiyi məbləğin demək olar ki, yarısıdır.

Rəsmi statistika göstərir ki, içkilər və tütün məmulatları xərclərin 4,7 faizini təşkil edir. Siyahıda daha sonra xərclərin 14,5 faizini təşkil edən tekstil, geyim və ayaqqabı gəlir. Xərc strukturunda benzin və dizel yanacağına 5,6 faiz, elektrik malları və mebelə 4,6 faiz, əczaçılıq və tibbi ləvazimatlara 2,3 faiz, xərclərin bir faizdən bir qədər çoxu isə kompüter və telekommunikasiya avadanlıqlarının alınmasına sərf olunur. Bir neçə istisna olmaqla, demək olar ki, bütün dövriyyə özəl sektorun payına düşür.

Milli Məclisin üzvü, iqtisadçı alim Vüqar Bayramov piştaxtalarda qeyri-sağlam çeşiddə məhsulların – siqaret və spirtli içkilərin alınması ilə bağlı itkilərə diqqət çəkir. Onun sözlərinə görə, rəsmi pərakəndə satış təsnifatında tütünlə alkoqol arasında fərq qoyulmur – əhalinin bu kateqoriya üzrə xərcləri ümumiləşdirilir və ona görə də azərbaycanlı ailələrin büdcəsindən spirtli içkilərə görə nə qədər pul xərclədiyi məlum deyil.

“Amma yenə də aydındır ki, əhalinin alkoqollu içkilərə olan xərcləri az deyil. Təbii ki, bu məhsulların bahalaşmasına qiymət artımı təsir edir, lakin istehlak həcmləri də artır. Orta hesablamalara görə, vətəndaşlarımızın qazancının yüz manatından beşini spirtli içkilər və siqaretlər aparır”, – deyə deputat bildirir.

Əlavə edir ki, alkoqollu içkilərə tələbatın yerində dayanmadığını beynəlxalq təşkilatların araşdırmalarının nəticələri göstərir: “Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri buna işarə edirlər. Onlar öz hesabatlarında yaxın vaxtlarda respublikamızda spirtli içkilərin istehlakının xeyli artacağını proqnozlaşdırırlar. İndi 15 yaşdan yuxarı adambaşına 2,5 litr təmiz spirt düşürsə, 2030-cu ilə qədər bu rəqəm 3,9 litrə yüksələcək”.

Düzdür, respublikamız hələ də postsovet məkanında ən az içki içən dövlətlər sırasındadır. MDB ölkələri arasında alkoqol istehlakının səviyyəsi, ÜST-ün məlumatına görə, Moldova, Rusiya və Belarusda ən yüksəkdir, ən az içən ölkələr isə Azərbaycan, Özbəkistan və Tacikistandır. Buna görə qida daha çox narahatlıq doğurur – orta hesabla, o, ailənin büdcəsinin yarısını təşkil edir, çünki qalan hissəsi kommunal xidmətlər və digər zəruri ehtiyaclara yönəlir.

Ərzaq inflyasiyası əvvəlki kifayət qədər yüksək qiymət artımı üçün əsas olub və inflyasiya dinamikasının azalması, təbii ki, ərzaq məhsullarının ucuzlaşacağı anlamına gəlmir. İqtisadçı ekspert Pərviz Heydərov belə izah edir ki, qiymətlər öz artımını ləngitdi, lakin istehlak bazarında vəziyyət hələ də kifayət qədər kövrəkdir.

“Qiymət artımının səngiməsinə baxmayaraq, daxili məcmu tələbin həddindən artıq artım tendensiyası var. Ona görə də inflyasiya amilləri hələ də çıxış yolu axtarır”, – deyə mütəxəssis vurğulayır./ayna.az

PAYLAŞIN:

Continue Reading

Previous: Zelenski Türkiyədən siyasi sığınacaq istəyə bilər – Eray Gülçülər
Next: Emin Əmrullayevin dostu valideynlərə DİVAN TUTUR: “Qalmışıq o Allahsızın əlində”

OXŞAR MÖVZULAR

balıq

Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO

admin 21/04/2026
azsinaq1.JPG__1_

Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk

admin 21/04/2026
bufet-mekteb

Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb

admin 21/04/2026

XƏBƏR LENTİ

  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026
  • Maksimum bal yığanların sayında KƏSKİN azalma – Bəs Abbaszadə deyirdi ki… 20/04/2026
  • Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb 20/04/2026
  • Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? 20/04/2026
  • Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib 20/04/2026
  • Fuad Nəcəfli baş prokrorluqda dindirilib – 10 milyonluq yeyinti işi 20/04/2026
  • Bu qeyri-filiz faydalı qazıntı yataqları “AzerGold”a verildi 20/04/2026
  • Bazarlar tarixə dönür – Yeni dövrə keçid, yoxsa daha çox əlçatanlıq? 20/04/2026
  • Pensiya kapitalından vaxtından əvvəl istifadə edilə bilər – Yalnız bu halda 20/04/2026
  • Bunu etsəniz, daha az vergi ödəyərsiniz – Biznesi olanlar diqqət! 20/04/2026
  • İslamabadda danışıqlar: Pərdəarxası səylər göstərilir 20/04/2026
  • Abituriyentlər ən çox hansı ixtisas qrupuna müraciət edirlər? 20/04/2026
  • Heyvanlar sürətlə necə kökəldilir? – Baytar “kökəltmə iynələri”nin təsirini izah edir 20/04/2026
  • NATO zəifləsə, Avropanı nə gözləyir? – Ekspertdən xəbərdarlıq 20/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.