Skip to content
15/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Fevral
  • 28
  • Adil Əliyev birinci Qarabag müharibəsi əlilindən Yeni Suraxanıda nə istəyir – TƏFƏRRÜAT

Adil Əliyev birinci Qarabag müharibəsi əlilindən Yeni Suraxanıda nə istəyir – TƏFƏRRÜAT

admin 28/02/2025
adil-y-sur

 

Aktualinfo.org hələ 2021-ci ilin fevralından Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Samir Əliyev mərkəzi kucə 9 unvanında, 316 saylı orta məktəbin yanında yerləşən, təxminən 25-30 sot torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması barədə silsilə məqalələr yaymaqdadır. O zamandan bəri sözügedən əraziyə müxtəlif adamlar göz dikmiş, hasara alaraq ticarət məgsədi ilə qanunsuz tikinti işlərinə başlayaraq sahəni zəbt etməyə çalışmışlar. Lakin hər dəfə bu qanunsuzluq barədə məlumatı ictimaiiyyətə çatdırmış, bir sıra aidiyyəti dövlət qurumlarına müraciət etmişik. Hər dəfə də Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti sözügedən ərazidə qanunsuz tikilinin aparılmasına cəhd edənlər barədə susqunluq nümayiş etdirmiş, lazımı tədbirlər görməmişdir. 

Məlum olduğu kimi ötən il Suraxanı rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub. Prezident İlham Əliyevin 8 iyul 2024-cü il tarixli Sərəncamı ilə keçmiş deputat Adil Əliyev Suraxanıda İcra başçı vəzifəsinə təyin edilib. Son dövrlər elektron mediada və sosial şəbəkələrdə yayılan məlumatlarda Adil Əliyevin vəzifə başına keçər-keçməz Suraxanıda qanunsuz tikililərin sayının artığı bildirilir. Məlumata görə o, başçısı təyin olunanda özü ilə yüzə yaxın adam gətirərək Suraxanıda qanunsuz tikililərin aşkar edilməsini tapşırıb. Hətta onlara qeyri rəsmi maaş da verir. Burada məqsəd qanunsuz tikililərin aşkar edilərək dayandırılıması deyil, qanunsuz tikintilərin başqa yollarla leqallaşdırılmasıdır.

Adil Əliyev Suraxanı rayon İcra Hakimiyyətinə başçı təyin edildikdən sonra Yeni Suraxanı qəsəbəsi Samir Əliyev mərkəzi kucə 9 unvanında, 316 saylı orta məktəbin yanında yerləşən,təxminən 25-30 sot torpaq sahəsində yenə qanunsuz tikinti işlərinə başlanılıb.

Birinci Qarabag müharibəsi əlili, ehtiyyatda olan kapitan Fərziyev Güləli Şahüseyn (ikinci Qarabağ müharibəsində qazi olan kapitan Fərzəliyev Xəyyamın atası) oglu redaksiyamıza müraciərt edərək bildirir ki, hələ İlham Əliyev ilk dəfə Prezident seçiləndən sonra şəhər gəzintisi zamanı onun göstərişi ilə Nizami rayonunda sökülən obyektimin əvəzinə Yeni Suraxanıda mənə torpaq sahəsi ayrılıb. Bu torpaq sahəsində ailəmin dolanması üçün ticarət məqsədi ilə obyekt tikdirmiş, bu illər ərzində qazandığımın çoxunu obyektin saxlanmasına və inkişaf etməsinə xərcləmişəm. Bir neçə gün əvvəl obyektin damında olarkən 25 nəfərə yaxın kikboksçu gələrək, heç bir səbəb göstərmədən məndən obyektin sökülməsini tələb edib, döydülər, damdan atmaqla hədələdilər. Mən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin qəbuluna getdim. Məni qəbul etmədi. Sonra tədbirlərin birində Heydər Əliyevin heykəlinə gül qoyub qayıdanda Adil Əliyevdən xahiş etdim ki, məni qəbul etsin. İcra Hakimiyyətində təsərrüfat şöbəsinin müdiri Mütəllim müəllimin iştirakı ilə məni qəbul edən Adil Əliyevə məni niyə döydürdüyünü soruşdum. Adil Əliyev məndən obyektin ikinci mərtəbəsini istədi və şikayətlərimi dayandırmasam mənim üçün pis olacağını söylədi.

Müharibə əlili Güləli Fərzəliyevin sözlərinə görə mübahisə yuxarıda qeyd etdiyimiz, Samir Əliyev mərkəzi kucə 9 unvanında, 316 saylı orta məktəbin yanında yerləşən,təxminən 25-30 sot torpaq sahəsində tikinti işlərinin aparılması ilə bağlı şikayətlərim olub. O, bildirdi ki, bu torpaq sahəsində uşaqların və yaşlıların asudə vaxtlarını keçirməsi üçün  kiçik bir park salmaq, 316 saylı orta məktəbin məzunları olmuş şəhidlərin xatirəsini əbədiləşdirmək olar. Məhz bu məqsədlə Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmişik. Həmin torpaq sahəsi məktəbə gələn valideyn və uşagların rahat hərəkət etməsi üçün mənim tərəfimdən abadlaşdırılmışdır. Bir sahibkar və qazi kimi mən dövlətə və xalqımıza xidmət etməyi düşünürdüm. Ağaclar əkmişdim, su olmadığından artezian quyusu qazmışdım və həmən ağaclara qulıluq edirdim, hətta vedrələrlə ağaclara su verirdim ki, inkişaf etsinlər. Arzularım və istəklərim puça dönüb. Mən həmin əraziyə beş-altı yüz maşın torpaq daşıtdırmışdım. Bu ərazidə balalarımızın istirahəti üçün icazə vermirlər, amma ticarət məqsədi ilə tikilən obyektə icazə verirlər. Əvvəlki İcra başçısının vaxtında da tikinti aparmaq istəyirdilər. Çoxsaylı müraciətlərdən sonra tikinti işləri dayandı. Adil Əliyev Suraxanıya İcra başçısı təyin edildikdən sonra işbazlar bu sahəyə yenə ayaq açdılar.

Aktualinfo.org bir daha xatırladır ki, sözügedən ərazidə qanunsuz tikinti işlərinin aparılmasına bir neçə il əvvəl toxunmuşdu. Bir daha qeyd etmək istərdik ki, tikintiyə sənədləri hansı dövlət qurumunun, Suraxanı rayonu İcra Hakimiyyətinin yoxsa Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin verməsinin bəlli olmadığını qeyd etmiş, əslində isə tikintiyə icazənin adıçəkilən qurumların birgə rəyi əsasında verildiyini oxucuların diqqətinə çatdırmışdıq. Onu da əlavə etmişdik ki, tikinti işləri sözügedən ərazidə istismar müddəti bitmiş neft quyularının üstündə aparılır. SOCAR-ın ərazisində tikintiyə icazənin hansı qurum tərəfindən verildiyinə aydınlıq gətirilməsini istəmişdik.
Sözügedən məqalədə göstərilən ərazidə tikinti işlərinin aparılmasına münasıbət bildirən SOCAR Təhlükəsizlik İdarəsinin rəsmisi redaksiyanın əməkdaşına zəng edərək bildirmişdi ki, həmin ərazinin SOCAR-a heç bir aidiyyatı yoxdur. Ərazi ola bilsin ki, əvvəllər Neft Şirkətinə məxsus olub. Lakin orada çoxsaylı evlər və məktəb tikildiyindən qurum rəsmisinin sözlərinə görə, ərazi artıq İcra Hakimiyyətinin balansına verilib.
Qeyd etdiyimiz kimi ərazi həm istismar müddəti bitmiş neft quyuları ilə əhatə olunub, həm də yaxınlığında orta ümumtəhsil məktəbi yerləşir ki, belə bir ərazidə hər hansı ticarət obyektin tikintisi yalnız şəhərsalma planlarına və normalarına uyğun şəkildə aparılmalıdır. Bunu ötən yazılarda da qeyd etmişdik və bir daha xatırladırıq ki, müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə məskunlaşmış ərazilərin mövcud təbii və geoloji şəraitinin yararlı olması nəzərə alınmaqla, onların inkişaf istiqamətlərini və memarlıq-planlaşdırma strukturlarını müəyyən etmək; müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə məskunlaşma ərazilərinin və sistemlərinin təhlükəli təbii proseslərdən və hadisələrdən mühafizəsi üçün tədbirlərin hazırlanmasında iştirak etmək; müvafiq sahədə öz səlahiyyətləri daxilində layihələndirilmə prosesində müəssisə və təşkilatlar arasında baş verən fikir ayrılığını araşdırmaq və müvafiq qərar qəbul etmək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birbaşa vəzifələrinə aiddir. Lakin proseslərin gedişindən də göründüyü kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ərazidə bu qanunsuz tikinti işinin aparılmasına israrlıdır.

Aktualinfo.org

Məqaləyə dair fotomateriallar:

 

PAYLAŞIN:

Continue Reading

Previous: Öcalan PKK-nı özünü buraxmağa və silahı yerə qoymağa çağırdı + VİDEO
Next: Türkiyənin Öcalan gedişi – Bu ölkələr hərəkətə keçəcək

OXŞAR MÖVZULAR

adsea-1

“Sutikinti” MMC icarəyə nəqliyyat vasitələri götürür – Bəs idarənin texnikalarını kimlər talayıb

admin 11/03/2026
seferber-xidm

Səfərbərlik Xidməti üçün satınalmalarda ehtimal qiyməti işləmir

admin 10/03/2026
leysan-ağdam

Leysan Məmmədovu “AZ TECHNOCON GROUP” MMC ilə nə kimi tellər bağlayır

admin 10/03/2026

XƏBƏR LENTİ

  • Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir? 15/03/2026
  • İki texnologiya milyarderi üz-üzə: Süni intellekt kosmosa daşına bilərmi? 15/03/2026
  • ABŞ-ın mərkəzində niyə kosmodrom yoxdur və NASA buraxılış yerlərini necə seçir? 15/03/2026
  • Bakı yüklənir: Hökumət bunun qarşısını necə alacaq? 15/03/2026
  • Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü 15/03/2026
  • Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər 15/03/2026
  • İranın zərbələri Trampı təəccübləndirdi – Nə baş verir? 15/03/2026
  • ABŞ-ın İrana qarşı 2 planı alınmadı – C planı işə düşdü 15/03/2026
  • Orta Dəhlizin inkişafı balanslaşdırılmış yanaşma tələb edir – İrfan Əli 14/03/2026
  • “İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir” 14/03/2026
  • Bakının cazibəsi kəndləri boşaldır – Çıxış yolu var? 14/03/2026
  • Beynəlxalq hava yolları biletləri bahalaşdırdı – Neft böhranı aviasiyaya təsir edir 14/03/2026
  • BTQ zikh icması və digər etnik qruplara qarşı təqiblərlə bağlı hesabat təqdim edib 14/03/2026
  • Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI 14/03/2026
  • Gəzinti zamanı siqaret çəkməyin ölümcül təhlükəsi 14/03/2026
  • “Tramp Avropa İttifaqını parçalamağa çalışır” – Ali nümayəndə ABŞ-ni ittiham etdi 13/03/2026
  • 50 min müəllim ixtisar riski ilə üz-üzə – Həll yolu varmı? 13/03/2026
  • Müharibə maliyyə bazarlarını silkələyir – Neftin qiyməti artır, səhmlər ucuzlaşır 13/03/2026
  • Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir – Siyahı 13/03/2026
  • İki həftəlik savaş: ABŞ və İsrail niyə gözlədiyi nəticəni ala bilmədi? 13/03/2026

Sağlamlıq

c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.