Skip to content
13/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Mart
  • 8
  • Bu ixtisaslar üzrə keçid balı artacaq

Bu ixtisaslar üzrə keçid balı artacaq

admin 08/03/2025
telebe-

 

Bu il qəbul imtahanlarının formatında köklü dəyişikliklərin olması gözlənilmir. Lakin plan yerləri uğrunda rəqabət yüksək olacaq. Prestijli və tələb olunan ixtisaslar üzrə qəbul ballarında da artım gözlənilir. 

Qarşıdan qəbul imtahanları gəlir. Abituriyentlər və valideynlər həyəcanla bu imtahanları gözləyirlər. Statistikaya görə, son illər ölkənin ali təhsil müəssisələrinə tələbə qəbulunun artması müşahidə olunur. Belə ki, 2024-2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə 74 min nəfərdən çox şəxs qəbul edilib. 2005-ci və 2017-ci illərlə müqayisədə qəbul sayları müvafiq olaraq 2.2 dəfə və 1.7 dəfə artıb. Bəs, görəsən, builki qəbul imtahanları necə olacaq? Hansısa yeniliklər gözlənilirmi? Qəbul planında artım və ya azalma olacaqmı? Keçid balları ilə bağlı proqnozlar nədən ibarətdir?

İmtahanlar tədricən mürəkkəbləşir

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, son illərdə qəbul imtahanlarının tədricən mürəkkəbləşdiyi müşahidə olunur. Onun sözlərinə görə, qəbul imtahanlarında təfəkkürə və tətbiqi biliklərə əsaslanan sualların artması ehtimalı yüksəkdir: “Xüsusilə məntiqi təfəkkürü yoxlayan suallara daha çox yer ayrılması mümkündür. 2023-cü və 2024-cü illərdə keçirilmiş imtahanların sual modelləri göstərir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) məqsədi tək bilikləri yoxlamaq deyil, həm də onları tətbiq etməyi tələb edən situativ sualları artırmaqdır. Bu tendensiya builki imtahanlarda da davam edə bilər. Qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün əsas tövsiyə məntiqi və analitik təfəkkürə əsaslanan suallara üstünlük vermək, müxtəlif tipli testləri işləməklə imtahan formatına uyğunlaşmaq və vaxtı effektiv idarə etməkdir. Xüsusilə riyaziyyat və məntiq əsaslı tapşırıqlarda sürətli və dəqiq cavab vermək qabiliyyətinin inkişaf etdirilməsi vacibdir”.

İmtahanların formatında köklü dəyişikliklər olmayacaq

Ekspert vurğulayır ki, qəbul imtahanlarının formatında köklü dəyişikliklərin olması gözlənilmir: “DİM imtahanların strukturunu ani və kəskin dəyişikliklərlə yox, tədricən transformasiya etməklə yeniləyir. Lakin bəzi fənlər üzrə açıq sualların və situasiya əsaslı tapşırıqların artması mümkündür. Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərində yazılı cavab tələb edən sualların nisbətinin artması ehtimalı var”.
Qəbul planında artım və ya azalma məsələsinə gəlincə, mütəxəssis bunun bir neçə amildən asılı olduğunu bildirir: “2024-cü ildə tələbə qəbulu planında bəzi universitetlər üzrə kiçik dəyişikliklər olsa da, ümumi qəbul planında ciddi azalma müşahidə olunmadı. 2025-ci ildə universitetlərdə yerlərin sayının necə tənzimlənəcəyi iqtisadi və sosial amillərdən asılıdır. Xüsusilə texniki və tətbiqi ixtisaslara marağın artması fonunda həmin ixtisas qruplarında qəbul yerlərinin artırılması mümkündür. Digər tərəfdən, bəzi ixtisaslar üzrə tələbatın az olması səbəbindən qəbul yerlərinin azaldılması da ehtimal edilə bilər”.

Keçid ballarında ciddi dəyişiklik

Ekspert onu da qeyd edir ki, əgər qəbul planı genişlənərsə və plan yerlərinin sayı artarsa, keçid balları müəyyən qədər aşağı düşə bilər: “Əksinə, əgər plan yerləri azaldılarsa və ya abituriyentlərin nəticələri əvvəlki illərlə müqayisədə yüksələrsə, keçid ballarının artmasını müşahidə edəcəyik”.

K.Əsədovun sözlərinə görə, son illər bəzi ixtisaslar üzrə keçid ballarında ciddi dəyişikliklər baş verib: “Xüsusilə tibb, informasiya texnologiyaları və mühəndislik ixtisasları üzrə keçid ballarının artması tendensiyası müşahidə edilir. Bunun səbəbi həmin sahələrə tələbatın artması və yüksək bal toplayan abituriyentlərin bu ixtisaslara yönəlməsidir. Əksinə, bəzi humanitar ixtisaslarda keçid balları aşağı düşüb, çünki həmin sahələrə maraq əvvəlki illərə nisbətən azalıb”.

Rəqabət daha yüksək olacaq

Təhsil eksperti Elçin Əfəndi isə bildirir ki, bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında rəqabət daha yüksək olacaq: “Abituriyentlərin statistikasına baxsaq görərik ki, ötən illərlə müqayisədə müraciət sayında ciddi artım var. Yəqin ki, bu say 100 min nəfərə qədər artacaq. Bu da o deməkdir ki, plan yerləri uğrunda rəqabət çox olacaq”. Ekspertin fikrincə, indiki imtahan modeli 2019-cu ildən bəri tətbiq edildiyi üçün hər il abituriyentlər daha hazırlıqlı olurlar: “Abituriyentlər artıq imtahan suallarına, mövzularına, model testlərə uyğunlaşıblar. Buna görə də ildən-ilə yüksək nəticələr görmək mümkündür. Sualların asanlığı, çətinliyi abituriyentlərin nə qədər hazır olmasından asılıdır”.

Plan yerlərinin sayı artacaq

Ekspert vurğulayır ki, abituriyentlərin nəticələri uğurlu olarsa, bu, prestijli ixtisaslarda keçid ballarına təsir edəcək: “Amma dövlətin sosial-iqtisadi proqramında 2026-2027-ci ilə qədər qəbul planının təxminən 85 minə qədər çatdırılması planlaşdırılıb. Bu, həm magistr, həm də bakalavrları əhatə edir. Düşünürük ki, bu il həm bakalavr, həm magistratura pilləsinə təxminən 75-80 minə yaxın qəbul aparılacaq. Belə olan halda plan yerinin artması ümumi mübarizə aparan abituriyentlərin hər birinin demək olar ki, qəbul olunması anlamını verir”.
E.Əfədinin sözlərinə görə, bu il birinci ixtisas qrupunda informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter mühəndisliyi, kompüter elmləri, o cümlədən neft-qaz mühəndisliyi, kimya mühəndisliyi ixtisaslarında rəqabət yüksək olacaq. İkinci ixtisas qrupunda maliyyə, biznesin idarə edilməsi, o cümlədən menecment, dövlət və bələdiyyə idarəetməsi, beynəlxalq ticarət və logistika ixtisaslarına tələbat daha böyük olacaq. Üçüncü ixtisas qrupunda hüquqşünaslıq, dövlət və ictimai münasibətlər, o cümlədən, pedaqoji ixtisaslara qəbul gərgin mübarizədə keçəcək. Dördüncü ixtisas qrupunda isə tibb və stomatologiya, biotexnologiya, psixologiya ixtisasları rəqabətli olacaq.
E.Əfəndi sözügedən ixtisaslar üzrə keçid ballarının artacağını proqnozlaşdırır: “Bu ixtisaslarda rəqabət ildən-ilə artır. Ona görə də keçid ballarının enməsini deyil, artmasını gözləyirik. Əgər bu il nəticələr yaxşı olarsa, minimum 3-5 bal, maksimum 15-20 bala qədər artım gözlənilir”./kaspi.az

PAYLAŞIN:

Continue Reading

Previous: Valideyn-övlad münasibətlərindəki ziddiyyətlər – Yeni dövrün fərqli uşaqları
Next: Bu gün Milli Teatr Günüdür

OXŞAR MÖVZULAR

vuf-baku

Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq

admin 13/05/2026
qrip

Azərbaycanda yayılan yeni virusla bağlı vacib açıqlama

admin 12/05/2026
mygov.az

Azərbaycanda “e-Su” tətbiqi fəaliyyətini dayandırır

admin 12/05/2026

XƏBƏR LENTİ

  • “NEFTÇİ” MTK işində KORRUPSİYANIN İFŞASI… – Prezidentə MÜRACİƏT OLUNDU 13/05/2026
  • Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ 13/05/2026
  • Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir? 13/05/2026
  • Bakı, Astana və Daşkənd “UEW 2026” çərçivəsində “yaşıl enerji” dəhlizinin inkişafını müzakirə edib 13/05/2026
  • İsrail ABŞ və İran arasında “əlverişsiz razılaşma” əldə ediləcəyindən narahatdır 13/05/2026
  • Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq 13/05/2026
  • İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub 12/05/2026
  • Azərbaycanda yayılan yeni virusla bağlı vacib açıqlama 12/05/2026
  • Bakıda WUF13 çərçivəsində mənzil böhranı və iqlim riskləri müzakirə ediləcək 12/05/2026
  • Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş… 12/05/2026
  • Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? – “Meyvəli” detalı 12/05/2026
  • Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib 12/05/2026
  • Tramp “məyus və qəzəblidir”: Savaş bərpa olunur? – İran ABŞ-yə seçim yeri qoymur 12/05/2026
  • Babək Babayevə qanun işləmir? – VİDEO 12/05/2026
  • Azərbaycanda “e-Su” tətbiqi fəaliyyətini dayandırır 12/05/2026
  • Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı? 12/05/2026
  • Bu ölkə Ermənistanı daim silahlandıracaq 12/05/2026
  • Rusiya Azərbaycanın təklifini dəstəklədi 12/05/2026
  • Umayra Tağıyeva əhalini ekoloji aksiyalarda iştiraka çağırıb 12/05/2026
  • Fransanın Cənubi Qafqazda neokolonializm planı – Ermənistan üçün hansı risk vəd edir? 12/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.