Skip to content
19/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 10
  • Əl yandıran süni qiymətlər və üstəlik kassada aldadılan istehlakçılar…

Əl yandıran süni qiymətlər və üstəlik kassada aldadılan istehlakçılar…

admin 10/04/2025
bravo-m

 

Azərbaycanda supermarketlərin alıcıları aldatması artıq adət-ənəndən gələn formaya çevrilib…

 

Eyyub Hüseynov: “Hökümətin qanunu dəyişmək, yaxud da İstehlakçı siyasətini formalaşdırmaq niyyəti yox dərəcəsindədir”.

Monopoıiyanın hökm sürdüyü supermarketlərdə qiymətlərin əl yandırmasına baxmayaraq, ticarət obyektləri hələ üstəlik vitrin və kassadakı qiymət fərqləri ilə də alıcıların cibinə girir. Diqqət yetirisək, görərik ki, vətəndaşlar sosial şəbəkələr ən çox bu barədə yazırlar. Amma onların bu şikayətlərinə reaksiya verən belə olmur.

Qeyd edək ki, alıcıların vitrin və kassa arasında qiymət fərqi ilə bağlı ən çox şikayət etdikləri supermarketlərdən biri və bəlkə də birincisi “Bravo” supermarketidir. Bu supermarketdəki qiymət fərqləri ilə bağlı sosial şəbəkələrdə hər gün yazırlar. Xüsusən də “Bravo” supermarketin malalrının reklam olunduğu səhifələrdə belə şikayətlər həddindən artıq çoxdur.

Poliqon “Bravo” supermarketindən olan çox saylı şikayətlərin bəsilərini təqdim edərək qeyd edir ki, istahlakçıların hüquqlarının kobud şəkildə pozulmasına baxmayaraq, əlaqədər qurumlar sosial şəbəkələrdəki bu şikayət tipli paylaşımlara qətiyyən reaksiya vermirlər. Hər bir halda bu şikayətlərin araşdırılması və bu şikayətlərə əsaslanaraq supermarketlərdə reydlərin həyata keçirilməsi bu qurumların vəzifə borcudur.

Mövzunu Poliqonun əməkdaşı “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynovla müzakirə edib.

Eyyub Hüseynov: “Hər həftə bu barədə “Azad İstehlakçılar Birliyi”nə çoxlu sayda telefon zəngi gəlir. Bu hal bütün marketlərdə mövcuddur”.

Poliqon açıqlamasında son illərdə istehlakçıların aldadılmasının geniş yayıldığını qeyd edən Eyyub Hüseynov Poliqon-a bildirib ki, vitrində malın qiymətinin aşağı, kassada isə yuxarı olması halları getdikcə artır:

“Bu son 6 ildə Azərbaycanda geniş yayılmış istehlakçını aldatmaq məslələrindən biridir. Yəni vitrində malın qiymətinin aşağı, kassada isə yuxarı olması halları getdikcə artır. Hər həftə bu barədə “Azad İstehlakçılar Birliyi”nə çoxlu sayda telefon zəngi gəlir. Bu hal bütün marketlərdə mövcuddur.

Çox təəssüf ki, süni qiymət artımının qarşısını almaq üçün heç bir təşəbbüs göstərilmir. Çünki hökümətin istehlakçı siyasəti bərbad gündədir. Bu kimi hallar olanda onun kökünü qanunlarda axtarmaq lazımdır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun 1995-ci ildə qəbul olunub, ondan sonra qanun dəyişməyib və ancaq zəifləyib. Bazar dəyişib, müasir texnologiyalar daxil olub və s. Lakin qanun dəyişməz qalıb. Hökümətin qanunu dəyişmək, yaxud da İstehlakçı siyasətini formalaşdırmaq niyyəti yox dərəcəsindədir.

İllər öncə 2009-cu ildə İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti yaradılanda biz çox sevindik. Düşündük ki, ən nəhayət belə bir dövlət xidməti yarandı. Bundan sonra sanki hökümət peşman oldu və qurum adını da dəyişdilər. Bir yaxşı cəhət o oldu ki, həmin qurum İqtisadiyyat Nazirliyinin daxilindən götürülüb, PrezidentAdministrasiyasına daxil olan bir quruma çevirilib. Yəni Prezident yanında Dövlət Antiinhisar və bazara nəzarət Dövlət Agentliyi yaradıldı. Lakin onlardan da çox şey gözləsək də, bu qurumub da istehlakçıların hüquqları barədə hələ ki, müsbət heç bir addım görmürük.

Eyyub Hüseynov: “Təkcə bu cür aldadılma yox, almadığı mal üçün İstehlakçıdan pul almaq məsələsi var. Yəni kassada çekə alıcının almadığı mal belə salınır və aşkarlandıqda bunu texniki səhv olaraq izah edirlər”.

Ölkədə qiymətlərlə istehlakçılara zərər vurmaq, süni qiymət artımı məsələsi hələ də aktual qalır. Təkcə bu cür aldadılma yox, almadığı mal üçün İstehlakçıdan pul almaq məsələsi var. Yəni kassada çekə alıcının almadığı mal belə salınır və aşkarlandıqda bunu texniki səhv olaraq izah edirlər.

Məsələn bizə daxil olan son şikayətə görə, göyərti sayılan hissəsdə vətəndaş 86 qəpiyə badımcan alıb, qiyməti vuran isə 36 manata ekzotik meyvənin qiymətini yazıb. Kassada da onu yoxlayırlar və o qiymət alınır. Yəni bunu texniki səhv olaraq dəyərləndirmək mümkündür, amma belə halalr təkrarlanırsa, o zaman buna artıq texniki səhv deyə bilmərik.

Bütün hallarda İstehlakçıların hərəkət alqoritmi belə olmalıdırlar:

İstehlakçı qiyməti ödəməli və yetindəcə mağazanın müdirinə müraciət etməlidir. Qiyməti vitrində düzətməlidir və istehlakçıların hüququ var ki, taxçada gördüyü qiyməti ödəsin.

İstehlakçı əgər ictimai fəallıq göstərmək istəyirsə, həmin malın qiymətin telefonuna çəksin, saxlasın, sonra da Prezident yanında yaradılmış dövlət qurumuna materialları göndərsin. Çox təssüf olsun ki, həmin qurumda istehlakçılarla əlaqə yaratmaq istəmirlər. Gərək onların elektron poçtlarına girəsən, o şəkilləri oraya yükləsəyən, göndərəsən, şikayət yazarsan və s.

Əgər hökumətin istehlakçılarla əlaqə qurmaq fikri varsa, buyursunlar onlarla əlaqə yaratmaq üçün daha asan komunikasiya imkanları yaratsınlar.

Eyyub Hüseynov: “Özümdən misal gətirirəm. Nizami rayonunda yerləşən “Qrandmart” supermarketində son bir ildə məni 100 manat dəyərində aldatmaq cəhdi olub”.

Təsadüfi deyil ki, 3 mart 2021-ci ildə Milli Məclisdə Ombutsmanın illik hesabatı dinlənilən zaman 101 səhvəlik insan hüquqlarına dair materialda bir kəlmə də olsun istehlakçı sözü yox idi. Bu da bizdə istahlakçı hüququ ilə bağlı vəziyyətin nə qədər ağır olduunun göstəricisidir.

Müəllim direktora müraciət edir və ondan cavab ala bilmirsə, bu Ombutsmanın hesabatına salınır ki, burada insanın hüququ pozulub. Ancaq gündə 10-100 minlərlə istehlakçıların hüquqları pozulur və istehlakçı hüququna insan haqlarının hüququ kimi baxılmır. Bu da bilərəkdən olur. Çünki ölkənin istehlakçı siyasəti yox dərəcəsindədir.

“Azad İstehlakçılar Birliyi”nə gələn şikayətlərə görə deyə bilərik ki, istehlakçılar almadıqları mallar üçün bir ildə 500 milyon manat pul ödəyirlər. Özümdən misal gətirirəm. Nizami rayonunda yerləşən “Qrandmart” supermarketində son bir ildə məni 100 manat dəyərində aldatmaq cəhdi olub.

Buna görə də, istehlakçılar diqqətli olmalıdır. Xüsusilə də, kartla ödənişdə çox aldatma olur. Buna görə də, kassa çekinə baxsınlar və dükandan çıxmamış başlarının çarəsinə baxsınlar. Bu çox ağır vəziyyətdir. Dövlət orqanları ilə istehlakçı arasında əlaqə yoxdur. Buna görə də, bu davam edir.

Birinci qanunlar dəyişməlidir. İkinci qanunlar icra edən dövlət orqanları normal işləməlidir. Onlar kabinetdən çıxıb əhali ilə sıx təmas yaratmalıdırlar”.

Qeyd edək ki, biz bu dəfə sosial şəbəkələrdə “Bravo” marketlər barədə şikayətləri araşdırdıq. Rastladığımız şikyətlərlə bağlı “Bravo Supermarket”dən ciddi-cəhdlə mövqe öyrənmək istəsək də, cəhdlərimiz uğursuz oldu.

Zəruri qeyd: Artıq uzun illərdir ki, Azərbaycanda supermarketlər müxtəlif mallara endirim tətbiq edib, istehlakçıların boynuna minnət qoymaqla məşğuldurlar. Ancaq heç kim bilmir ki, həmin endirimlər necə və hansı yolla edilir. Əslində isə görünən odur ki, bazara hakim olan bir neçə şirkət uydurma qiymətlər üzərindən “endirimlər” edirlər. Yəni əvvəl özləri qiyməti 50-60%, hətta bəzən daha çox qaldırıb, sonra satmaq istədikləri həddə qədər “endirimlərə” gedirlər.

Söhbət ondan gedir ki, 80 manatlıq malı 40 manata satmaq üçün ticarət obyektinin malın üzərinə qoyduğu hissədən endirim etməsi mümkün deyil və bu “endirim” artıq birbaşa maya dəyərinə təsir edir. Ya da bizim supermarketlərdə qiymətlər süni olaraq elə səviyəyə qaldırılır ki, sonradan bu “endirimləri” etmək mümkün olur./poliqon.info

 

PAYLAŞIN:

Continue Reading

Previous: Yardımlıda ŞOK OLAY – Başçının müavini bu işin harasındadır?
Next: Türkiyə-İsrail gərginliyi: Əliyev Trampa mühüm mesaj verdi

OXŞAR MÖVZULAR

qatar-bak

Quru sərhədlər açıldı: İlk ünvan Tiflis…

admin 19/05/2026
umayra-tağ

Azərbaycan müxtəlif ekoloji problemlərlə üzləşib – Umayra Tağıyeva

admin 19/05/2026
aydin_kerimov

Azad edilmiş ərazilərin bərpasına 14 milyard dollar sərf olunub

admin 19/05/2026

XƏBƏR LENTİ

  • WUF tarixində mühüm hadisə: Azərbaycanın təşəbbüsü ilə… 19/05/2026
  • İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib 19/05/2026
  • Rusiya ilə Qərbin növbəti “döyüş meydanı” – Ermənistanda 4 mümkün ssenari, Paşinyanı nə gözləyir? 19/05/2026
  • Quru sərhədlər açıldı: İlk ünvan Tiflis… 19/05/2026
  • DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır 19/05/2026
  • Azərbaycan müxtəlif ekoloji problemlərlə üzləşib – Umayra Tağıyeva 19/05/2026
  • Azad edilmiş ərazilərin bərpasına 14 milyard dollar sərf olunub 19/05/2026
  • WUF13 fonunda dəyişən region: Azərbaycan yeni geosiyasi mərhələyə necə hazırlaşır? 19/05/2026
  • “O buna görə sonda peşman ola bilər” – Si Cin Pin Trampa Putin haqqında nə deyib? 19/05/2026
  • Putin Ermənistana ordu göndərir? – Müəmmalı qərar 19/05/2026
  • Azərbaycan və Gürcüstanın arasında imzalanan sənədlər açıqlanıb 19/05/2026
  • Prezident: Təchizat zənciri baxımından Hörmüz böhranı Azərbaycana ciddi təsir göstərmir 19/05/2026
  • Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ 19/05/2026
  • Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib 19/05/2026
  • “Al Mayadeen”: İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib 19/05/2026
  • Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın… 19/05/2026
  • Ukrayna müharibəsi Rusiya ordusuna şok yaşadır – VİDEO 18/05/2026
  • Qurbanlıq heyvan bazarında “gizli faktorlar”…. – Qiyməti kim idarə edir? 18/05/2026
  • Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb 18/05/2026
  • İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb 18/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.