Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 30
  • Orconikidzenin qərarı ləğv edilə bilər: Zəngəzurun taleyi belə olacaq

Orconikidzenin qərarı ləğv edilə bilər: Zəngəzurun taleyi belə olacaq

admin 30/04/2025
azerb-iran

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov suallarımızı cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Tofiq müəllim, İran öz ərazisindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvana yol verir. Zəngəzur dəhlizi ilə bağlı isə rəsmi Tehran Ermənistanın Azərbaycana yol verməsini onun beynəlxalq hüquqlarını, ərazi bütövlüyünü pozmursa, problem yoxdur iddiası ilə çıxış edir. Bu məntiqi necə izah etmək olar?

– Ermənistanın ərazi bütövlüyü hələ də danışıqlar mövzusudur. Eyni zamanda Xəzər dənizinin də statusu müzakirə edilən mövzular sırasındadır. Hələ də Xəzərdə sektorların müəyyən olunması prosesi başa çatmayıb. Rəsmi Tehran isə bu məsələyə fərqli şəkildə yanaşır. Keçmiş sovet dövründə Astara-Həsənqulu xətti üzrə, yəni, Azərbaycan və Türkmənistan tərəfindən real sərhəd var idi. İran da o vaxt buna riayət edirdi. Amma indi Tehran məsələnin danışıqlar yolu ilə həllini tapmasını irəli sürür. İndiki halda Azərbaycanla Ermənistan arasında gedən danışıqların əsas mövzularından biri qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması məsələsidir. Çünki hələ də iki ölkə arasında sərhəd müəyyən edilməyib. Bu baxımdan İran tərəfinin bəyanatı köhnə mövqeni əks etdirir. Amma məntiq baxımından burada ziddiyyət var. Ermənistan öz ərazi bütövlüyünü hansı şəkildə təsəvvür etməsi hələ aydınlaşmayıb. Azərbaycan da bu məsələdə birmənalı mövqeyə malikdir.

– Məsud Pezeşkian digər İran rəsmilərindən fərqli olaraq Zəngəzur dəhlizinin əleyhinə açıqlama verməyib…

– Əslində, Zəngəzur dəhlizi məsələsi burada mövzunun bir hissəsidir. Ermənistanın təklif etdiyi xəttin Azərbaycan tərəfindən tanınması əsas amillərdən biridir. Misal üçün erməni tərəfi sərhədlərin 1975-ci ilin keçmiş sovet xəritələri əsasında müəyyənləşməsini istəyir. Bunun üçün də onların əsasları həmin dövrdə ən böyük əraziyə malik olmaları ilə bağlıdır. Azərbaycanın isə bu məsələyə yanaşması tam adekvatdır. Çünki keçmiş sovet dövründə Azərbaycanın tarixi əraziləri 1920-ci ildə əhatəli formada olub. Bu da bir məsələ kimi ortaya qoyula bilər. Ona görə də burada ərazi bütövlüyü anlayışına birmənalı yanaşmaq olmaz. Ərazi bütövlüyü o zaman qəbul edilir ki, həmin dövlət öz qonşuları ilə sərhəd barəsində sazişlər bağlamış olur. Bu da beynəlxalq təşkilatlar tərəfindən qəbul edilir. Uzun müddət Ermənistan keçmiş Dağlıq Qarabağı öz ərazisi kimi təqdim edib. Eyni zamanda Hindistanla Çin arasında da belə problemlər var. Azərbaycanla Ermənistan arasında hələ də sərhədlər müəyyən edilmədiyinə görə, kənardan bu mövzuya aid verilən açıqlamalar məntiqdən uzaqdır. Sözsüz ki, bu halda Ermənistanın ərazi bütövlüyü anlayışından da danışmaq olmaz. Hələ də Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası var və keçmiş Dağlıq Qarabağı özlərinə aid edirlər. Bu halda İran tərəfinin Ermənistanın ərazi bütövlüyü ilə bağlı iddialar başadüşülən deyil.

– Sərhəd məsələsində tarixi reallıqlara istinadla bağlı hansı presidentlər var?

 

– Tarixi reallığı nəzərə alsaq, Zəngəzur dəhlizinin açılması Azərbaycana lazım olmayacaq. 1920-ci ildə Naxçıvan-Azərbaycan arasında Ermənistana aid ərazi məhfumu olmayıb. Sərhədlər Göyçənin ortasından keçirdi. Zəngəzur də məhz Azərbaycana aid bir ərazi idi. Sadəcə, Azərbaycan xalqının mövqeyi nəzərə alınmadan Zəngəzur ərazisi Ermənistana verilib. Bu qərarı vaxtilə Orconikidze verib. (1917-ci il inqilabında yaxından iştirak edən Serqo Orconikidze Ermənistan və Gürcüstanda sovet hakimiyyətinin qurucularından olub). Sonradan digər Azərbaycan torpaqları da ermənilərə güzəştə gedilib.

– Ermənistanın davamlı olaraq Almatı razılaşmasına istinad etməsində məqsəd nədir?

– Bu razılaşmada cəmi iki söz yazılıb ki, bu da olan sərhədlərlə bağlıdır. Administrativ və yaxud hansısa ilin sərhədləri ilə bağlı burada heç bir qeyd yoxdur. 1991-ci ildə isə Azərbaycanla Ermənistan arasında heç bir sərhəd olmayıb. Ermənistan tərəfi keçmiş sovet dövründə olan sərhədləri de-fakto ləğv edib və hələ də o torpaqlar Azərbaycana qaytarılmayıb.

– Sonradan 1975-ci ilin xəritələri əsasında sərhədlərin müəyyənləşməsini gündəmə gətirdilər. Burada onlara sərf edən məqamlar nədən ibarət idi?

– 1975-ci ilin xəritələri ermənilərə sərf edən variantlardan biri idi. Azərbaycan da haqlı olaraq buna rədd cavabı verib. Ona görə ki, sərhəd məsələsi adi bir yanaşma və bəyanatla həll olunası proses deyil. İranın da keçmiş sovet dövründən qalmış sərhədləri hələ müəyyənləşməyib. Astara-Həsənqulu xətti yenə də əsas götürülürsə, bu da yanlışdır. Çünki hələ də Xəzər dənizinin statusu müəyyən edilməyib. İran-İraq müharibəsindən sonra da Fars körfəzi ətrafında qalmaqal bitməyib. Ərəblər hələ də oranı özlərinə aid edirlər./teleqraf.com

PAYLAŞIN:

Continue Reading

Previous: 9-cu Beynəlxalq İstanbul Avadanlıq Sərgisi 2025-ci ildə bu sektora yeni həyat gətirəcək
Next: Hərbi xidmətdən yayınanlara xəbərdarlıq -Cərimələr sərtləşdirildi

OXŞAR MÖVZULAR

ilham-uşaq

“Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür”

admin 16/04/2026
xin-y

Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib

admin 15/04/2026
azal-qeza---

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək

admin 15/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.