Skip to content
16/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 26
  • Daşınmaz əmlak bazarında son durum – Qiymətlərlə bağlı nə proqnozlaşdırılır?

Daşınmaz əmlak bazarında son durum – Qiymətlərlə bağlı nə proqnozlaşdırılır?

admin 26/05/2025
menzil-açar

 

Bakının daşınmaz əmlak bazarında qiymətlərdə artım tendensiyası müşahidə olunur. Ən son statistikaya görə, ötən ay mənzil seqmentində qiymətlər mart ayı ilə müqayisədə orta hesabla 1,34% artıb. Əmlak bazarındakı qiymət artımının əsas səbəbləri arasında tikinti materiallarının bahalaşması, əhalinin alıcılıq qabiliyyətinin artması və bazarda təklifin məhdudluğu göstərilir. Bəzi hallarda isə qiymət artımları xaotik xarakter daşıyır və ərazidən asılı olaraq qiymətlərdə nəzərəçarpacaq dərəcədə dəyişikliklər müşahidə olunur.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı-ekspert Vüqar Oruc açıqlamasında deyib ki, mənzil bazarında alqı-satqı aktivliyi müşahidə olunmasa da, qiymətlərdə bahalaşmaya doğru meyl hiss olunur.

Onun sözlərinə görə, bu, əvvəllər də qeyd olunduğu kimi, bir sıra iqtisadi amillərlə bağlıdır: “Hazırda daşınmaz əmlak bazarında çox böyük ajiotaj hökm sürür. İlkin mərhələdə 7 minə yaxın, sonra isə bir neçə dəfə bundan artıq vətəndaşın istər kirayə, istərəsə də alqı-satqı bazarına müraciəti gözlənilir. Çünki artıq istismar müddətini bitirmiş qəzalı binaların söküntüsünə və böyük bir tikinti prosesinə start verilib. Buna uyğun olaraq vətəndaşlara kompensasiya ayrılacaq ki, onlar həmin məbləğə digər yerlərdə əmlak əldə edə bilsinlər”.

V. Oruc vurğulayıb ki, kirayə bazarı ilə mənzillərin satış bazarı bir-biri ilə əlaqəlidir: “Əgər kirayə bazarında aktivlik müşahidə olunarsa, bu, sahibkarların marağını artıracaq. Onlar əmlak əldə etməyə daha çox cəhd göstərəcəklər ki, kirayə bazarına həmin əmlakı daxil edərək yaranan əlverişli vəziyyətdən mənfəət və gəlir əldə etmək üçün istifadə etsinlər.

Bundan əlavə, ali təhsil müəssisələrinin böyük qisminin Bakıda yerləşməsi tələbələrin buraya axınına səbəb olur və nəticədə kirayə mənzil bazarında canlanma yaranır. Yay dövründə və sentyabrda yeni tədris ilinin başlanmasına hazırlıq ərəfəsində istər kirayə mənzil bazarında, istərsə də əmlak satış bazarında mövsümi bahalaşma da ümumi qiymətlərə təsir göstərəcək”.

Yeni tikililər üzrə fantastik qiymətlər təklif olunur…

Sədr qeyd edib ki, daşınmaz əmlak bazarında qiymətlərin bahalaşması tendensiyasının zərurət olması göz öndündədir: “Çünki cari ilin ilk 4 ayında daşınmaz əmlak bazarında qiymətlərdə 6-7% artımın baş verdiyini nəzərə alsaq, bu tendensiyanın yay dövründə və tədris müddətinin başlanacağı dövrədək davam edəcəyi gözləniləndir. İl ərzində proqnozlaşdırılan 15-20%-lik əmlak bahalaşmasının məhz təqribən 10%-i qarşıdakı aylara təsadüf edəcək. Hətta hesab edirəm ki, əsas bahalaşma dövrü sentyabra qədər olan hissəni əhatə edəcək.

Hazırda daşınmaz əmlak bazarında aylıq təbii olaraq təqribən 1-1,5% civarında qiymət artımı baş verir. Bunun da ən böyük payı məhz bünövrəsi qoyulmuş yeni tikililərlə bağlıdır. Həmin tikililər üzrə fantastik dərəcədə qiymətlər təklif olunur. Eyni ərazidə yerləşən köhnə tikililərlə müqayisədə yeni tikililərdə mənzillərin qiyməti 25-30% yüksəkdir. Çünki podratçılar və tikinti sahibkarları düşünürlər ki, daşınmaz əmlak artıq investisiya obyekti mənbəyi kimi çıxış etdiyindən və ən az riskli, eləcə də stabil gəlir gətirmə imkanı olduğundan yeni təklif olunan qiymətlər daha yüksək olmalıdır”.

V. Orucun sözlərinə görə, təklif olunan qiymətlərin yüksək olmasına təsir edən amillərdən biri də yeni tikililərin inşaasında müvafiq icra qurumları tərəfindən normativlərə əməl olunmasının ciddi şəkildə tələb edilməsidir: “Bu da sahibkara əvvəllər olduğu kimi, eskiz layihəsindən kənar sahələrin əlavə olunmasına, daha çox tikinti sahəsi inşa etməsinə imkan yaratmır. Yeni normativ qaydalara ciddi şəkildə tələb olduğuna görə sahibkar daha az kvadratmetr həcmində tikililər inşa edir və bu da qiymətlərə artırıcı təsir göstərir. Nəticədə bazara təklif olunana katlavanların satış qiyməti daha yüksək olur.

Həmçinin maliyyə hesabatlılığı və şəffaflığın müvafiq dövlət qurumları tərəfindən qorunması baş verdiyindən bütün tikinti şirkətləri əlavə dəyər vergisi ödəməyə məcbur olurlar və bu da rəsmi hesablaşma zərurətini meydana gətirir. Nəticədə xərclər daha da artır”.

Ötən il sahibkar bir kvadratmetr tikilidən təqribən 300 manat gəlir əldə etmək fikrində idisə, bu il artıq 400-450 manat qazanc götürməyi planlaşdırır…

“Digər tərəfdən, sahibkarlar dünyada baş verən qlobal inflyasiyanı nəzərə alaraq və manatın alıcılıq qabiliyyətindəki dəyişikliklərə müvafiq olaraq öz qarşılarına daha böyük mənfəət əldə etmək hədəfi qoyurlar. Məsələn, ötən il sahibkar bir kvadratmetr tikilidən təqribən 300 manat gəlir əldə etmək fikrində idisə, bu il artıq 400-450 manat qazanc götürməyi planlaşdırır. Bu da bir kvadratmetrin bazara təklif qiymətlərində artıma səbəb olur.

Bundan başqa, təbii artım da əmlak qiymətlərinə təsir edir. Yəni vətəndaşlarımızın sayı artdıqca torpağa tələbat artır və torpaq bahalaşır. Eyni zamanda təbii artım yeni yaşayış sahələri əldə etmək meyllərinə təsir göstərir ki, bu da tələbin və qiymətin artmasına gətirib çıxarır”, – deyə o fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda 2025-ci ilin I rübündə tikinti-quraşdırma işlərində, o cümlədən yerüstü tikililər və yol və körpü tikintisi üzrə istehsalçı qiymət indeksləri 2024-cü ilin IV rübü ilə müqayisədə 100,6 faiz təşkil edib.

Ümumilikdə, ötən ilin IV rübü ilə müqayisədə 2025-ci ilin I rübündə yaşayış evləri üzrə qiymət indeksi 100,5 faizə bərabər olub. 2025-ci ilin I rübü üzrə bu göstərici isə 2024-cü ilin I rübünə nisbətən 101,3 faiz təşkil edib.

PAYLAŞIN:

Continue Reading

Previous: Ərdoğan Prezident İlham Əliyevə təbrik məktubu göndərdi
Next: İki şirkətə satılan ərazi qalmaqalı: “Siz heç bilirsiniz bunu kim tikir?” – FOTO/VİDEO

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-03-16 at 06.01.30 (2)

Azərbaycan Texniki Universitetində Sona İsmaylovanın “Sözün xaqanı” kitabının təqdimatı keçirildi.

admin 16/03/2026
ev_menzil_b

Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir?

admin 15/03/2026
d5a40cc93352bcdf657ed6dde6813af3_11 (1)

Bakı yüklənir: Hökumət bunun qarşısını necə alacaq?

admin 15/03/2026

XƏBƏR LENTİ

  • Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma… 16/03/2026
  • İranı kim idarə edir: “Süni intellekt Ayətullahı” və görünməz LİDER – SİRLƏR AÇILIR 16/03/2026
  • Fərid Şahbazlı: “Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib” 16/03/2026
  • “Ölüb, yoxsa sağdır?” müəmması: Netanyahu ilə bağlı ziddiyyətli xəbərlər yayılır 16/03/2026
  • “Tramp İranda siyasi fiaskoya uğradı” – “Qorxuram ki, Putin Trampa bir razılaşma təklif edəcək…” 16/03/2026
  • “Xamenei Moskvaya aparılıb…” – “Putin Pezeşkiana təklif edib ki…” 16/03/2026
  • ABŞ İranın neft obyektlərini ələ keçirmək istəyir- Quru əməliyyatı baş tuta bilər 16/03/2026
  • Rektor Yaşar Ömərov haqqında şok faktlar – Nazir təyinatı ilə bağlı iddialar və cinayət ittihamı 16/03/2026
  • Tramp İranla müharibədə məğlub olacaq 16/03/2026
  • Azərbaycan Texniki Universitetində Sona İsmaylovanın “Sözün xaqanı” kitabının təqdimatı keçirildi. 16/03/2026
  • İlon Maskdan sensasion proqnoz: Gələcəkdə insanlar işləməyəcəklər 16/03/2026
  • Avstraliya və Yaponiya Hörmüz boğazına hərbi gəmilər göndərməkdən imtina edib 16/03/2026
  • Tokayev: Bütün dünyaya qazax cəmiyyətinin siyasi mədəniyyətini göstərdik 16/03/2026
  • Almaniya və Britaniya Hörmüz boğazında gəmilərin mühafizəsi missiyasında iştirak etməyəcək 16/03/2026
  • Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir? 15/03/2026
  • İki texnologiya milyarderi üz-üzə: Süni intellekt kosmosa daşına bilərmi? 15/03/2026
  • ABŞ-ın mərkəzində niyə kosmodrom yoxdur və NASA buraxılış yerlərini necə seçir? 15/03/2026
  • Bakı yüklənir: Hökumət bunun qarşısını necə alacaq? 15/03/2026
  • Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü 15/03/2026
  • Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər 15/03/2026

Sağlamlıq

c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.