Skip to content
17/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 26
  • İki şirkətə satılan ərazi qalmaqalı: “Siz heç bilirsiniz bunu kim tikir?” – FOTO/VİDEO

İki şirkətə satılan ərazi qalmaqalı: “Siz heç bilirsiniz bunu kim tikir?” – FOTO/VİDEO

admin 26/05/2025
tikili-nrmn

 

Xəbər verdiyimiz kimi, Nərimanov Rayon İcra Hakimiyyəti Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən torpaq sahəsini eyni anda iki şirkətə satdığı iddia olunur. Ərazinin daha əvvəl satıldığı “Star City Construction” MMC şirkəti bununla bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı məhkəmə iddiası qaldırıb. Məhkəmə şirkətin lehinə qərar çıxarsa da, icra hakimiyyəti məhkəmə qərarını icra etməyib. Hazırda bu ərazidə torpağı sonradan alan “Ailə Park” MTK tərəfindən tikinti işləri aparılır.

Məsələ ilə bağlı sözügedən əraziyə yollanaraq vəziyyəti yerində müşahidə etdik. İnşa olunan binaların böyük əksəriyyəti yaşayış üçün tam hazır vəziyyətdədir. Hətta tikilinin aşağı mərtəbələrində iaşə obyektləri və mağazalar da fəaliyyət göstərir. Bununla yanaşı, ərazidə daha bir neçə binanın inşası üçün söküntü işləri aparılır.

Ərazidə görülən işlər açıq-aşkar fəallığın və planlı inşaat prosesinin getdiyini göstərir. Sahədə fəhlələr işləyir, texnikalar hərəkətdədir. Hər şey sanki bu ərazidə hər hansı bir mübahisə və ya problem yoxmuş kimi davam edir. Binaların hər biri də torpağı sonradan alan “Ailə Park” MTK tərəfindən inşa edilib.

Ərazini ilk aldıqlarını iddia edən “Star City Construction” şirkəti isə hüquqlarının pozulduğunu bildirir. Onların bildirdiyinə görə, torpaq sahəsini illər əvvəl rəsmi sənədlərlə alıblar və hazırda həmin ərazidə gedən tikinti işləri qanunsuzdur. Şirkət ya həmin torpaq sahəsinin geri qaytarılmasını, ya da bərabər dəyərdə başqa bir ərazinin verilməsini tələb edir.

“Star City Construction” MMC şirkətinin hüquqşünası Etibar Paşayev də mübahisəli ərazidə idi. O bizimlə söhbətində xatırlatdı ki, Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 296 saylı, 16 iyul 2018-ci il tarixli” çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə ərazidə yerləşən 4,44 ha torpaq sahəsi şirkətin daimi istifadəsinə verilib. Lakin sonra məlum olub ki, eyni torpaq sahəsi “Ailə Park” MTK adlı şirkətə də ayrılıb:

“Ərazidə tikinti işlərinə başladıqdan sonra məlum oldu ki, həmin torpaq sahəsi daha sonra başqa bir şirkətə də satılıb. İkinci satış 2020-ci ildə, bizim müqaviləmizdən təxminən iki il sonra baş tutub. Bu satış barədə bizə nə əvvəlcədən bildiriş verildi, nə də sonradan hər hansı xəbərdarlıq edildi. Hətta bir neçə müştəri ilə müqavilə bağlayıb evlərin satışına başlamışdıq. Məsələ ilə bağlı məhkəməyə müraciət etdik və qərar bizim xeyrimizə oldu. Ancaq qanuni qüvvəyə minmiş bu qərar bu günə qədər icra olunmur. Hətta Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən verilmiş tapşırıqlar da yerinə yetirilmir.”

Hüquqi nümayəndənin sözlərinə görə, şirkət hazırda nəinki tikinti işlərini davam etdirə bilmir, həm də daha əvvəl ev alan müştərilərlə ciddi problemlər yaşayır:

“Hətta bizdən ev alan şəxslərə müqaviləni pozmaları üçün “Ailə Park” MTK tərəfindən təzyiqlər də olundu. Hazırda şirkətimizlə müqavilə bağlayıb ev almağı gözləyən insanlar var. Biz sonda alternativ olaraq tələb etdik ki, heç olmasa bizə başqa bir ərazidə torpaq sahəsi ayrılsın. Bu təklifi də müsbət cavablandırmadılar. Nərimanov Rayon İcra Hakimiyyəti isə dəfələrlə etdiyimiz müraciətlərə cavab vermir. Haqqımız olanı tələb edirik. Məhkəmə qərarı icra olunmalıdır”.

Mövqelərini öyrənmək üçün “Ailə Park” MTK-nın nümayəndələrinə yaxınlaşdıq. Onlar bizə bu məsələ ilə bağlı məlumatlarının olmadığını bildirdilər:

“Siz heç bilirsiniz bunu kim tikir? Burada özbaşına bir daş belə qoya bilmərik. Bu, dövlət səviyyəsində olan layihədir. Bu məsələyə başqa heç kim qarışa bilməz. Biz artıq bir neçə binanı tikib tamamlamışıq. Hazırda da digər tikililər üçün də işlər davam edir. Digər şirkətin iddiaları ilə bağlı məlumatımız yoxdur”.

Hətta “Sizin başqa işiniz-gücünüz yoxdur gəlmisiz bura?” deyib işimizi də öyrətməyə çalışdılar.

Məsələdə ən çox adı çəkilən tərəf olan Nərimanov Rayon İcra Hakimiyyəti ilə dəfələrlə əlaqə saxlamağa cəhd etdik. Zənglərimiz cavabsız qaldı, elektron məktublarımıza isə heç bir reaksiya verilmədi. Tərəflərin mövqeyini təqdim etməyə hazırıq.

PAYLAŞIN:

Continue Reading

Previous: Daşınmaz əmlak bazarında son durum – Qiymətlərlə bağlı nə proqnozlaşdırılır?
Next: Şahbaz Şərif də İlham Əliyevi təbrik edib

OXŞAR MÖVZULAR

ATU-716x403

Rektor Yaşar Ömərov haqqında şok faktlar – Nazir təyinatı ilə bağlı iddialar və cinayət ittihamı

admin 16/03/2026
qht-gilavar

QHT Agentliyinin köhnə problemləri: qaydalar kağız üzərində, qərarlar isə “tanışlıq prinsipi” ilə

admin 13/03/2026
qht-aygün

Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi – Adı başqa, içi başqa QHT layihələri

admin 13/03/2026

XƏBƏR LENTİ

  • Bu ixtisaslar üzrə plan yerləri AZALACAQ – Abituryentlərə XƏBƏRDARLIQ 17/03/2026
  • Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri əhaliyə müraciət etdi 17/03/2026
  • Hansı içki təzyiqi dərmansız salmağa kömək edir? 17/03/2026
  • “Bu zülm mütləq sona çatmalıdır…” – “Ankara ilə Tehranın baxış üfüqü eyni istiqamətə yönəlmişdir” 17/03/2026
  • Abituriyentlər imtahandan niyə şikayət edir? – Təhsil eksperti SƏBƏBLƏRİ AÇIQLADI 17/03/2026
  • Bu gün İlaxır çərşənbədir 17/03/2026
  • Buraxılış imtahanlarına etirazlar haqlıdırmı? – “Problem sualların məzmununda deyil…” 16/03/2026
  • “Telegram” bağlanıb, mobil internet yoxdur… – Putinin ideoloqundan internetlə bağlı çağırış 16/03/2026
  • Avropa dövlətləri, Çin və Yaponiya Trampa “yox” dedilər – hərbi dəstək… 16/03/2026
  • Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək – Özər 16/03/2026
  • Dövlət satınalmaları üzrə auditdə avtomatlaşdırılmış qiymətləndirmə olacaq 16/03/2026
  • İlham Əliyev Tokayevi Qazaxıstanda referendumun başa çatması münasibətilə təbrik edib 16/03/2026
  • Ceyranbatanda “Cənnət” kafesisinin yerində tikilən obyektə “gözyumdu”dan Abdin Fərzəliyevin qazancı nə qədər olub 16/03/2026
  • Vətəndaş mövqeyi bəlli insan 16/03/2026
  • Hərbi xidmətdən boyun qaçıranlara qarşı QAYDALAR SƏRTLƏŞDİRİLİR 16/03/2026
  • Tramp 5 gün xahiş etdi, indi tələbə keçib… 16/03/2026
  • Üç uşaqlı ailələrə bayram öncəsi şad xəbər 16/03/2026
  • İlaxır çərşənbə üçün bazarlıq neçəyə başa gəlir? 16/03/2026
  • Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib 16/03/2026
  • Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma… 16/03/2026

Sağlamlıq

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026
c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.