Skip to content
07/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 27
  • Kreml Kadırovun vəzifədən getməsinə razılaşdı – Yerinə gələcək şəxs bəllidir

Kreml Kadırovun vəzifədən getməsinə razılaşdı – Yerinə gələcək şəxs bəllidir

admin 27/06/2025
1284133

 

Çeçenistanın siyasi dairələrində respublika rəhbəri Ramzan Kadırovun uzunmüddətli müalicə üçün xaricə getməsi ehtimalı ilə bağlı iddialar yayılıb. 

Kadırov artıq  Kreml rəhbərliyi ilə müalicəyə getməsini razılaşdırıb. İlkin məlumata görə o, Fars körfəzi ölkələrinin – BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər və ya Bəhreynin elit klinikalarından birində müalicə almağı planlaşdırır. Konkret yerin adı hələ açıqlanmayıb, lakin mənbələrə görə,  Kadırovun bu seçimi bu regionda uzunmüddətli biznes əlaqələri ilə bağlıdır.

Bildirilir ki, Kadırov çox güman ki, uzunmüddətli məzuniyyət götürməli olacaq. Bu səbəbdən  Çeçenistanın müvəqqəti rəhbəri vəzifəsinə etibarlı adam təyin edilməlidir.  Mənbələr ən çox ehtimal olunan namizəd kimi respublikanın baş naziri Maqomed Daudovu göstərirlər. “Çeçenistan hakimiyyəti çox güman ki, Kadırovun müalicə üçün xaricə  getdiyini rəsmi elan etməyəcək. Bu, Kadırovun səhhəti barədə məlumatların gizli saxlanılması praktikasına uyğundur” deyə,  Çeçenistan administrasiyaya yaxın mənbə qeyd edir. Kadırovun səhhətindəki problemlər barədə  iddialar  yeni deyil, amma rəsmilər tərəfindən indiyədək də  təsdiqlənməyib.

Kadırovu Rusiyadan kənarda müalicə almağa vadar edən səbəblər hələ də spekulyasiya mövzusu olaraq qalır.  Bildirilir ki, ola bilsin ki, bu, yerli tibbə inamsızlıqdır və ya bu, xüsusi bir yanaşma tələb edən ciddi xəstəlikdir.   Təxminən bir il əvvəl “Novaya qazeta”  Kadırovun səhhətinin pisləşməsi, o cümlədən Qroznıdakı xəstəxanada qalması və şəhərdən kənara çıxmaqdan imtina etməsi barədə məlumat verib. Eyni zamanda, BƏƏ-də transplantasiya tələb olunduğu iddia edilən böyrək problemlərindən də bəhs edilib.

Kadırovun körfəz ölkələri ilə əlaqələri təkcə tibbi aspektlərlə məhdudlaşmır. Hələ 2018-ci ildə BBC qeyd edirdi ki, Kadırovla şəxsi razılaşmalar sayəsində Çeçenistan ərəb ölkələrindən, o cümlədən BƏƏ və Səudiyyə Ərəbistanından fəal şəkildə investisiya cəlb edir. Bu əlaqələr, məsələn, BƏƏ-nin “Cleveland Clinic Abu Dhabi” və ya “Burjeel Medical City” kimi qabaqcıl klinikaları ilə tanınan region ölkələrindən birində müalicənin təşkilini asanlaşdıra bilər.

Yada salaq ki, may ayında  Kadırov tutduğu vəzifədən azad olunması üçün müraciət etdiyini açıqlayıb. Daha sonra   bildirib ki, bir çoxları onun istefa ilə bağlı səsləndirdiyi fikirlərin mənasını anlamayıblar. “Mən xahiş edə bilərəm, amma qərarı yalnız prezident verir” deyib.

Rəsmi Qroznı yayılan yeni iddialara reaksiya verməyib,  federal hakimiyyət orqanları da Kadırovun mümkün gedişini şərh etmir. Kadırova sadiqliyi ilə tanınan Daudovun təyinatı çox güman ki, sabitliyi təmin etmək məqsədi daşıyır, lakin müşahidəçilərin fikrincə, Çeçenistan rəhbərliyində hər hansı dəyişiklik həmişə pərdəarxası intriqalarla doludur.

Məsələn, Kadırovun yerinə ən şanslı namizədlər sırasında  Apti Alaudinovun da adı çəkilirdi.   O, 2006-cı ildə Ramzan Kadırovun komandasına qoşulub. Stavropol diyarında sovet hərbçisi ailəsində anadan olan Apti Alaudinov Birinci Çeçen müharibəsində iştirak etməyib. Amma onun atası və böyük qardaşı Dudayev əleyhinə Moskvanın dəstəklədiyi və silahlandırdığı müxalifətin tərəfində olublar. Alaudinovun müsahibələrinin birində deyib ki, qardaşı və atası 1994-cü ilin oktyabrında “Dudayev, Məshədov və digər içkeriyalılarla ilk döyüşdə” həlak olublar.  (musavat.com)

PAYLAŞIN:

Continue Reading

Previous: Baş Prokurorluq Bakıdakı güclü partlayışla bağlı məlumat yaydı
Next: Lizinqlə avtomobil alanların diqqətinə: Müqavilələri diqqətlə oxuyun!

OXŞAR MÖVZULAR

əbu-dabi

Tehranın “pul kisəsinə” zərbə: BƏƏ milyardlarla dollar dəyərində aktivləri dondurmağa hazırlaşır

admin 06/03/2026
raket-iran2

İranın neçə “atımlıq barıt”ı qalıb? – Tehran vaxtı uzatmağa çalışır

admin 06/03/2026
şahed-pua

ABŞ-nin bacarmadığı ucuz silah… – Amerika ordusu böyük problemlə qarşılaşıb

admin 06/03/2026

XƏBƏR LENTİ

  • DTX SEPAH-ın Azərbaycanda planlaşdırdığı terror aktlarının qarşısını alıb 06/03/2026
  • Tehranın “pul kisəsinə” zərbə: BƏƏ milyardlarla dollar dəyərində aktivləri dondurmağa hazırlaşır 06/03/2026
  • “İran tezisləri ilə ictimai rəyi dəyişənlər cəzalandırılmalıdır” – Hikmət Babaoğlu 06/03/2026
  • 240 min vergi borcu, ölüm və koma qalmaqalları: “MedAura” klinikası adını niyə dəyişir? 06/03/2026
  • BŞİH-də ixtisarlar, tabeliyində olan təşkilatlarda isə kadr islahatları gözlənilir 06/03/2026
  • İranın neçə “atımlıq barıt”ı qalıb? – Tehran vaxtı uzatmağa çalışır 06/03/2026
  • İran Azərbaycana bu məqsədlə hücum edib: “Cəzalandırmaq” tezisi ortaya atılıb 06/03/2026
  • Nərimanovda tikinti özbaşınalığı: Vüqar Bağırova kim “dur” deyəcək? 06/03/2026
  • Şahbaz Şərif Azərbaycan Prezidentinə zəng edib, İranın hərbi hücumunu qınayıb 06/03/2026
  • Pezeşkian niyə susur? – “İran da Rusiyanın yolunu gedir” 06/03/2026
  • Prezident Moldovanın Baş nazirinin müavinini qəbul etdi 06/03/2026
  • ABŞ-nin bacarmadığı ucuz silah… – Amerika ordusu böyük problemlə qarşılaşıb 06/03/2026
  • Yevlax şəhər 7 nömrəli məktəbdə “yoxlama” adlı ŞOU:xanım direktora “DUR” deyən olacaqmı?! 06/03/2026
  • İranda komandanlıq yoxdur, Azərbaycana zərbə… – Naumov 06/03/2026
  • HHQ-də Bayraktar kursunun ilk buraxılış mərasimi keçirilib 06/03/2026
  • İranda ABŞ və İsrailin zərbələri nəticəsində zərər dəymiş binaların sayını açıqlanıb 06/03/2026
  • Azərbaycan İƏT ölkələri arasında iqtisadi inteqrasiyanın gücləndirilməsində çox mühüm rol oynayır – Baş katib 06/03/2026
  • İranpərəstlərin təxribat cəhdləri: Baku TV bəyanat yaydı – FOTO 06/03/2026
  • Moskva və Qars müqavilələri: Naxçıvana hücum olsa, Türkiyə müdaxilə edə bilər? 05/03/2026
  • İpoteka limitləri saniyələr sonra bitdi? 05/03/2026

Sağlamlıq

meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026
xarab-meyv

Meyvə-tərəvəz niyə tez xarab olur? – Mətbəxdə edilən ən yayğın səhv

admin 28/01/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.