Skip to content
10/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 28
  • Yekaterinburqda saxlanılan Vüqar Səfərov: Atamın ürəyində stend olduğunu bilə-bilə elektrik cərəyanı ilə işgəncə verirdilər

Yekaterinburqda saxlanılan Vüqar Səfərov: Atamın ürəyində stend olduğunu bilə-bilə elektrik cərəyanı ilə işgəncə verirdilər

admin 28/06/2025
292dfe07-24b4-3d63-b541-a2d203cf82e7_850

 

Ötən gün Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin saxladığı və sonradan sərbəst buraxdığı azərbaycanlılardan biri – Vüqar Səfərov hadisənin təfərrüatlarını “Report”un Rusiya bürosuna danışıb.

O, açıqlamasında bildirib ki, iyunun 27-si səhər saat 05:00 radələrində qapı döyüldü:

“Əvvəlcə qapını açmadım. Ancaq gördüm ki, qapını qırırlar, mən özüm açdım. Hər kəs maskada idi. Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları idilər. Evdə də iki uşaq vardı. Bizi heç nə soruşmadan döydülər. Evi ələk-vələk axtardılar və bir saat ərzində bizi döydülər. Başımızı yerə çırpırdılar. Oturacaqları başımıza vururdular”.

V.Səfərov qeyd edib ki, onları daha sonra başı aşağı şəkildə maşınlara mindirib aparıblar:

“Maşınlar çox çirkli idi, bizi uzatdılar və “bu palçığı ye” dedilər. Təcridxanada isə bizi təhqir etdilər, başımıza vururdular, bizə elektrik cərəyanı ilə işgəncə verirdilər. Sonra isə “Что нравится, чуркa” deyə təhqir etdilər. “Buraya niyə gəlmisiniz?” kimi ifadə işlətdilər”.

V.Səfərov həmçinin yan otaqda atasını döydüklərini söyləyib:

“Onun çığırtılarını eşidirdim. Atam ürəyində stend olduğunu desə də, ancaq bunu bilə-bilə bədənin həmin hissəsinə elektrik cərəyanı ilə işgəncə verirdilər. Onu 10 saat döydülər və sonda “ölürəm” deyə qışqırdı, nəticədə təcili tibbi yardım çağırdılar. Atamı xəstəxanaya aparanda mənə “Oğul hər şeyi mənim üzərimə atmaq istəyirlər. Bütün qabırğalarım qırılıb”. Mən sifətində salamat yer olmadığını gördüm.

Müsahib vurğulayıb ki, onları təcridxanadan müharibəyə aparmaq istəyirdilər:

“Mənə yaxınlaşdılar və dedilər ki, sən müqavilə imzalamalısan və müharibəyə getməlisən. Mən bilmədim nə edim və dedim ki, 30 min rubl məbləğində humanitar yardım etmişəm. Mənə “niyə belə az” dedilər və yenidən döyməyə başladılar. Atam da onlardan razılaşacağı təqdirdə oğlunu buraxacaqlarını deyə soruşdu. Onlar da “bəli” cavabını verdilər. Axşam saatlarında Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlınski və vəkil oğlu təcridxanaya gəldilər, qardaşımla məni buraxdırdılar”.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

PAYLAŞIN:

Continue Reading

Previous: Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
Next: Ombudsman azərbaycanlılara qarşı zorakılıqla bağlı Rusiya tərəfinə məktub ünvanladı

OXŞAR MÖVZULAR

kreditkarti

“Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq

admin 08/05/2026
bus-tax

Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir?

admin 08/05/2026
cerime

Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir?

admin 08/05/2026

XƏBƏR LENTİ

  • Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda – Fotolar 10/05/2026
  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026
  • Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa… 07/05/2026
  • BMT-də WUF13-ə hazırlıq mövzusuna həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib 07/05/2026
  • Kimlər daha tez təqaüdə çıxa bilər? 06/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.