Skip to content
17/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 30
  • Aqrar Xidmətlər Agentliyi altı yüz min manata siçanlara qarşı mübarizə aparır, yoxsa…

Aqrar Xidmətlər Agentliyi altı yüz min manata siçanlara qarşı mübarizə aparır, yoxsa…

admin 30/06/2025
axa-ofis1

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi sink fosfid və alüminium fosfid dərman preparatlarının satın alınması üzrə 11.04.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi fərdi sahibkar Məhərrəm Əmirxəlil oğlu Atakişiyevlə seçilib. Tərəflər arasında bağlanmış satınalma müqaviləsinin maliyyə dəyəri 609 600 manatdır. Məlumat satınalmaların portalında 20.06.2025-ci ildə dərc edilib.

Şərtlər toplusuna görə fiziki şəxs Məhərrəm Atakişiyev Agentliyi 20 000 kq Tərkibi-80 % Təyinatı- Siçanabənzər gəmiricilərin zərərsizləşdirilməsi (fumiqasiya edilməsi) Fiziki forması-toz Növü-R Toksiklik dərəcəsi-1B Qablaşdırma: 1 – 1.5 kq dəmir qablarda olmaqla Zinc phosphide dərman vasitəsi ilə təmin etməlidir. Həmçinin 8.000 kq, Tərkibi-56% Karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi (fumiqasiya edilməsi) Fiziki forması-bərk (tablet) Növü-Fm Toksiklik dərəcəsi-1B Qablaşdırma: 1-1,44 kq alüminium qablarda, Aluminium Phosphide ilə təchiz etməlidir.

Qeyd edək ki, sink fosfid hamımızın tanıdığı siçan dərmanıdır. Bundan kənd təsərrüfatında gəmiricilərə qarşı istifadə olunur. Hələ 2014-cü ildə Hesablama Palatası tərəfindən aparılan auditin nəticələri müzakirə edilərək Azərbaycanda zərərli gəmiricilərə qarşı mübarizə məqsədilə istifadə olunan sink-fosfid preparatının Avropa İttifaqı ölkələri və MDB-yə daxil olan bir sıra dövlətlər tərəfindən qadağan edilməsini, sink-fosfidin, ətraf mühitə, flora və faunaya, insanlara yaratdığı təhlükələrin ciddiliyini, onu qadağan edən ölkələrin sayının və preparatın tətbiqi ilə bağlı təhlükələrin daha da artmasını nəzərə alaraq, sink-fosfidin dövlət qeydiyyatından keçən pestisidlərin siyahısından çıxarılması, istifadəsinin dayandırılması və onun başqa pestisidlərlə əvəz olunması məsələsinin “Fitosanitar nəzarəti haqqında” qanuna əsasən Dövlət Fitosanitar Nəzarəti Xidmətinin nəzdində yaradılmış Elmi Texniki Şurada və Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarına əsasən yaradılmış Ekspert Şurasında müzakirə edilməsi məqsədəuyğun sayılıb.

Sink-fosfid preparatının Avropa İttifaqı ölkələrində qadağan edildiyi halda nədən Aqrar Xidmətlər Agentliyi məhz bu  pestisidin alınmasını məqsədəuyğun hesab edib, deyə bilmərik. Amma özlərinin yaydığı məlumatlara görə son illər siçanabənzər gəmiricilərə qarşı respublikamızda Sink-fosfid və Brodifakum preparatları tətbiq olunur. Mübarizə məqsədi ilə Sink-fosfid preparatı istifadə olunmaqla gəmiricilərin qidası olan yemlərdən biri ilə aldadıcı yem hazırlanaraq mübarizə aparılır. Bu məqsədlə buğda dəni və ya günəbaxan tumundan istifadə edilə bilər.  Aldadıcı yem hazırlamaq üçün hər 100 kq buğda üzərinə zəhərli maddənin yapışmasını və yemin cəlb ediciliyini təmin etmək üçün 2,5 l bitki yağı tökülərək qarışdırılır, daha sonra 2,5 kq sink-fosfid preparatı əlavə edilərək yaxşıca qarışdırılır. Hazırlanmış aldadıcı yem bir dəfəlik istifadə edilən kisələrə yığılır, sahəyə daşınır, bir dəfə istifadə olunan qablara doldurulur və qaşıqla hər işlək yuvaya normaya uyğun istifadə edilir.  Hər işlək yuvaya 3 qram sink-fosfidlə hazırlanmış aldadıcı yem (0.5 çay qaşığı-75 buğda dəni) qoyulur.

Qeyd edək ki, bütün bu təlimatları yerlərdə Aqrar Xidmətlər Agentliyinin əməkdaşları həyata keçirməlidir. Amma əldə etdiyimiz məlumatlara görə Agentliyin rayon şöbələrində bu dərman vasitələri fermerlərə satılır, az-az hallarda isə sakinlərə paylanılır ki, özləri düzəldib istifadə etsinlər. Bu da sakinlər üçün açıq-aşkar təhlükə deməkdir.

Bunlardan əlavə. Apardığımız araşdırma zamanı Aqrar Xidmətlər Agentliyinin 609 600 manat dəyərində satınalma müqaviləsi bağladığı Məhərrəm Əmirxəlil oğlu Atakişiyev barəsində də bəzi maraqlı məlumatlar ortaya çıxdı.

AQTA-dan hələ 12 avqust 2022-ci mətbuata verilən məlumata görə fiziki şəxs Atakişiyev Məhərrəm Əmirxəlil oğlu tərəfindən Çin Xalq Respublikasından idxal olunan, ümumi çəkisi 3500 kq “TİTAN 350 SC” adlı pestisid məhsuluna Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilən baxış zamanı götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində məhsulun saxtalaşdırıldığı, etiket məlumatları ilə tərkibinin uyğunsuz olduğu müəyyən edilib. Aşkar olunmuş uyğunsuzluqla əlaqədar pestisidin istifadə təyinatı üzrə tətbiqinə icazə verilməyib.

Təqdim olunan sənədlərin həqiqiliyinə dair şübhələr yarandığından, məsələnin araşdırılması məqsədilə idxalçı ölkənin aidiyyəti qurumuna sorğu göndərilib. Müraciət əsasında, preparata dair mənşə sertifikatının verildiyi Çin Xalq Respublikasının Beynəlxalq Ticarətin Təşviqi üzrə Çin Şurası (China Council for Promotion of International Trade) tərəfindən göndərilmiş cavab məktubunda sertifikatın saxta olduğu bildirilib. Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülməsi üçün aidiyyəti dövlət qurumlarına məlumat verilib.

Çin Xalq Respublikasının Beynəlxalq Ticarətin Təşviqi üzrə Çin Şurası tərəfindən göndərilmiş cavab məktubundan da göründüyü kimi Məhərrəm Əmirxəlil oğlu Atakişiyev sertifikatları saxtalaşdırıb.

Bundan əvvəl isə, yəni 18 yanvar 2022-ci ildə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi “Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi üzrə Ekspert Şurası”nın növbəti iclası keçirilib. Sözügedən iclasda Atakişiyev Əmirxəlil Məhərrəm oğlunun müraciətinə əsasən Türkiyə Respublikasının “DOĞAL Kim. Mad. Ve Zirai. İlaç. San. A. Ş.” şirkətinin istehsalı olan Pole 500 SC, Doris, Sezox, Sapho, Çin Xalq Respublikasının “Evergreen Agrochemical Co” LTD şirkətinin istehsalı olan. Atlantic 500 SC, Smerch 240 EC, Dogaman 250 EC, Sword 240 SL, Hindistan Respublikasının “MODERN INSECTICIDES LIMITED” şirkətinin istehsalı olan Judo 5 EC, Aytap 200 EC, Baston 400 EC kimi pestisidlər ilk dəfə qeydiyyata alınıb və ölkəmizə gətirilməsinə icazə verilib.

Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyinin satınalma müqaviləsi bağladığı Məhərrəm Əmirxəlil oğlu Atakişiyev (VÖEN:1304381402 ) Kənd Təsərrüfatı Nazirliyinin rəsmi portalında pestisidlərin satışı ilə məşğul olan fərdi sahibkar kimi göstərir. 2023-cü il üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 1 hal üzrə ümumilikdə 40.00 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

Qeyd edək ki, onun oğlu Atakişiyev Əmirxəlil Məhərrəm oğlu (VÖEN: 1304385642) da pestisidlərin satışı ilə məşğul olan fərdi sahibkar kimi göstərir. 2022-ci il üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 1 hal üzrə ümumilikdə 40.00 manat maliyyə sanksiyası tətbiq edilmişdir. hazırki günə 91 928.87 manat vergi borcu var.

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyevdi. O, bu vəzifəyə nazir Məcnun Məmmədovun əmri ilə 2023-cü ilin oktyabrında təyin edilib. Daha əvvəl “PAŞA Holdinq” MMC-yə məxsus “Yalama Aqropark” MMC-nin İdarə Heyətinin sədri olub

 

Aktualinfo.org

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Sabahdan Azərbaycanda sosial müavinətlər artırılır
Next: Fransa Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə nüvə tullantıları daşıyır – BƏYANAT

OXŞAR MÖVZULAR

abdin-cennet

Ceyranbatanda “Cənnət” kafesisinin yerində tikilən obyektə “gözyumdu”dan Abdin Fərzəliyevin qazancı nə qədər olub

admin 16/03/2026
rafiq-xtib

Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma…

admin 16/03/2026
adsea-1

“Sutikinti” MMC icarəyə nəqliyyat vasitələri götürür – Bəs idarənin texnikalarını kimlər talayıb

admin 11/03/2026

XƏBƏR LENTİ

  • Bu ixtisaslar üzrə plan yerləri AZALACAQ – Abituryentlərə XƏBƏRDARLIQ 17/03/2026
  • Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri əhaliyə müraciət etdi 17/03/2026
  • Hansı içki təzyiqi dərmansız salmağa kömək edir? 17/03/2026
  • “Bu zülm mütləq sona çatmalıdır…” – “Ankara ilə Tehranın baxış üfüqü eyni istiqamətə yönəlmişdir” 17/03/2026
  • Abituriyentlər imtahandan niyə şikayət edir? – Təhsil eksperti SƏBƏBLƏRİ AÇIQLADI 17/03/2026
  • Bu gün İlaxır çərşənbədir 17/03/2026
  • Buraxılış imtahanlarına etirazlar haqlıdırmı? – “Problem sualların məzmununda deyil…” 16/03/2026
  • “Telegram” bağlanıb, mobil internet yoxdur… – Putinin ideoloqundan internetlə bağlı çağırış 16/03/2026
  • Avropa dövlətləri, Çin və Yaponiya Trampa “yox” dedilər – hərbi dəstək… 16/03/2026
  • Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək – Özər 16/03/2026
  • Dövlət satınalmaları üzrə auditdə avtomatlaşdırılmış qiymətləndirmə olacaq 16/03/2026
  • İlham Əliyev Tokayevi Qazaxıstanda referendumun başa çatması münasibətilə təbrik edib 16/03/2026
  • Ceyranbatanda “Cənnət” kafesisinin yerində tikilən obyektə “gözyumdu”dan Abdin Fərzəliyevin qazancı nə qədər olub 16/03/2026
  • Vətəndaş mövqeyi bəlli insan 16/03/2026
  • Hərbi xidmətdən boyun qaçıranlara qarşı QAYDALAR SƏRTLƏŞDİRİLİR 16/03/2026
  • Tramp 5 gün xahiş etdi, indi tələbə keçib… 16/03/2026
  • Üç uşaqlı ailələrə bayram öncəsi şad xəbər 16/03/2026
  • İlaxır çərşənbə üçün bazarlıq neçəyə başa gəlir? 16/03/2026
  • Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib 16/03/2026
  • Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma… 16/03/2026

Sağlamlıq

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026
c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.