Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 30
  • Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

admin 30/06/2025
baba-elek-ind
“Azərenerji” ASC tərəfindən 25.04.2025-ci il tarixində 154/110/10 kV-luq “Babək” YS-nın yenidən qurulması işləri”nin satınalınması ilə əlaqədar dərc edilmiş açıq tender müsabiqəsində “Electro İndustries” qalib elan olunmuş və həmin şirkətlə 24 083 286,89 manat məbləğində müvafiq satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub. Gözləmə müddəti 30.06.2025-ci il tarixində başlayır və  04.07.2025-ci il bitir. Məlumat satınalmaların portalında 25.06.2025 -ci ildə dərc edilib.
Elə həmin gün, 25.06.2025 -ci ildə sözüqedən qurum başqa bir tenderə də yekun vurub. “Azərenerji” ASC tərəfindən 25.04.2025-ci il tarixində “110/35/10 kV-luq “Naxçıvan” YS-nın yenidən qurulması, Naxçıvan enerji baş idarəsinin tikintisi və 110/35/10 kV-luq “Çeşməbasar” YS-nın yenidən qurulması” ilə əlaqədar dərc edilmiş açıq tender müsabiqəsində “Azconstruction” QSC qalib elan olunmuş və həmin şirkətlə 46 572 066,16 AZN məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub. Gözləmə müddəti 30.06.2025-ci il tarixində başlayır və 04.07.2025-ci ildə bitir.
Bu məlumatlardan da göründüyü kimi “Azərenerji” ASC bir gün ərzində iki böyük həcmli açıq tenderə yekun vurub və iki şirkətlə 70 655 353.05 manat dəyərində satınalma müqaviləsi bağlamağı planlaşdırır.  Qeyd edək ki, bu şirkətlər, “Azconstruction” QSC də,”Electro İndustries” QSC də “Azərenerji” ASC üçün yad deyil və tərəflər arasında bağlanan ilk müqavilə deyil.
Belə ki, “Electro İndustries” QSC ilə “Azərenerji” ASC arasında  “110/35/6 kV-luq Sumqayıt-3 YS-dan Yağ, Plastik və Karton zavodlarına 35 kV-luq Kabel Xəttinin çəkilməsi» işlərinin satın alınması üzrə 2.033.168,37 manat məbləğində satınalma müqaviləsi 17.08.2019-cu ildə bağlanılıb. Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) enerjisitemə qoşulması üçün 330/33/33 kV-luq yarımstansiyanın tikintisi işlərinin satınalınması üzrə 40.907.134,79  manat məbləğində satınalma müqaviləsi 25.06.2024-cü ildə bağlanılıb.
“Azərenerji” ASC ilə “Azconstruction” QSC arasında anlaşma isə ötən il baş tutub. “Qozlu Körpü”, “Şeylanlı”, “Aşağı Malıbəyli” KSES-lərin yenidən qurulması və 6 ədəd KSES-in enerji sisteminə inteqrasiyası işlərinin satın alınması üzrə 40.507.432,49 manat məbləğində satınalma müqaviləsi 11.09.2024-cü ildə bağlanılıb.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin reyestrinə daxil edilmiş məlumatlarında “ELECTRO İNDUSTRİES”  (VÖEN: 1401861671) Qapalı Səhmdar Cəmiyyətinin 21.10.2010-cu il tarixdə Milli Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2000 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, NİZAMİ RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev.187B,  qanuni təmsilçisi kimi isə Qurbanov Emin Telman oğlu qeyd olunub. Reyestr məlumatlarına edilmiş dəyişiklikdə “VERDİCT-SERVİCE COMPANY” MMC kimi təsis edilib. Təsisçisi və ilk qanuni təmsilçisi Abbasov Nadir Əlisaab oğlu olub. 2018-ci ilin fevralında adını və təşkilatı-hüquqi formasını dəyişərək “ELECTRO İNDUSTRİES”  Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Rzaxanov Vaqif Alxas oğlu, Qarayev Natiq Yaqub oğlu ayrı-ayrı vaxtlarda QSC-nin qanuni təmsilçiləri olub.
Vergi öhdəlikləri üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə QSC-yə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Rzaxanov Vaqif Alxas oğlu həm də 2016 “VSC” MMC-nin qanuni təmsilçisidir.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin reyestrinə daxil edilmiş məlumatlarında “AZCONSTRUCTION”  (VÖEN: 1902376131) Qapalı Səhmdar Cəmiyyətinin 09.04.2015-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2000 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, NİZAMİ RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev.187B,  qanuni təmsilçisi kimi isə Əliyeva Təranə Tahir qızı qeyd olunub. Reyestr məlumatlarına edilmiş dəyişiklikdə “AZCONSTRUCTION” MMC kimi təsis edilib. Təsisçisi və ilk qanuni təmsilçisi Əhmədov Bayram Kərim oğlu olub. 2018-ci ilin avqust ayında təşkilatı-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Daha sonra Şükürov Vəlixan Qurban oğlu, Qurbanov Emin Telman oğlu, Qarayev Natiq Yaqub oğlu, Əliyev Rəşad Taqif oğlu ayrı-ayrı vaxtlarda QSC-nin qanuni təmsilçiləri olub.
Qeyd edək ki, reyestr məlumatlarında “ELECTRO İNDUSTRİES” QSC dövlət qeydiyyatına alındıqda ilk hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, A.A.MİRQASIMOV, ev 2 daha sonra  XƏZƏR RAYONU, AĞAMALI OĞLU (ZİRƏ QƏS.), ev 23 göstərilib. “AZCONSTRUCTION” QSC dövlət qeydiyyatına alındıqda ilk hüquqi ünvanı BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, BÜLBÜLƏ ŞTQ, MƏNBƏ, ev 38, mənzil 0 göstərilib.
Hər iki şirkət, “AZCONSTRUCTION” QSC 12.06.2020-ci ildən, “ELECTRO İNDUSTRİES” QSC isə 17.07.2020-ci ildən eyni yerdə, NİZAMİ RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev.187B, ünvanında fəaliyyət göstərirlər. Vergi Xidmətinin məlumatlarında da göründüyü kimi Qurbanov Emin Telman oğlu, Qarayev Natiq Yaqub oğlu hər iki şirkətə ayrı ayrı vaxtlarda rəhbərlik ediblər. Bu isə o deməkdir ki, hər iki şirkət bir nəfər tərəfindən idarə olunur.
Bəs bu bir nəfər kimdir?
Elektron medianın yaydığı məlumata görə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayevin qardaşı Emin Rzayevin adının hallandığı qalmaqalla bağlı məhkəmə iddiası qaldırılıb. Söhbət Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) təmiri ilə əlaqədar yaranmış qalmaqaldan gedir. “Yapsan” MMC artıq bu işlə bağlı məhkəmədə iddia qaldırıb. Cavabdeh tərəf kimi “Elektro İndustries” QSC göstərilib.
Qeyd edilir ki, iyun ayında Mingəçevirdən olan iş adamları Nicat Həsənov və Rəşad Şirinov Prezident İlham Əliyevə ünvanladıqları müraciətdə bildirirdilər ki, onlar  “Yapsan” MMC olaraq 2018-ci ilin oktyabrında Azərbaycanın ən böyük istilik-elektrik stansiyası olan Mingəçevir İES-in təmirində subpodratçı olaraq fəaliyyət göstəriblər. Podratçı şirkət isə “Elektro İndustries” QSC olub. “2018-ci ilin oktyabr ayından 2019-cu ilin aprel ayına qədər, mən Şirinov Rəşad və “YAPSAN” MMC Azərbaycan İstilik Elektrik Stansiyasıında “Elektro İndustries” QSC ilə ümumilikdə 2.631.628,87 manatlıq müqavilə bağlamışıq.
Bunun müqabilində gördüyüm işlər üçün bir milyon manatadək avans köçürülüb. Lakin həmin 7 ay müddətində boya işlərindən qeyri-rəsmi olaraq 800.000 manatdan çox iş görmüşəm. Şirkətimin də blok olunmağı, sanksiya qoyulmağı və ümumi olaraq sahibkar kimi dəymiş ziyanın ödənməsini tələb edirəm. Müqavilənin uzanma müddəti “Elektro İndustries” QSC-nin rəhbər heyətinin səhlənkarlığı ucbatından olub”, – müraciətdə qeyd olunur. İş adamlarının dediklərindən belə anlaşılır ki, onların pulunu podratçı “Elektro İndustries” QSC ödəmir. Bu qanunsuzluğun arxasında isə Baba Rzayevin qardaşı Emin Rzayev dayanır.
“Azconstruction” QSC-yə gəlincə. Vergi xidmətinin məlumatlarında QSC-nin təsisçisi Əhmədov Bayram Kərim oğlu olub. Elektron mediada yayılan məlumatlara görə o, 2024-cü ilin iyuluna qədər İcbari Sığorta Bürosunun  icraçı direktoru olmuş Rəşad Əhmədovun atasıdır. Hazırda, “Azərbaycan Sənaye Sığorta” ASC-nin Direktorlar Şurasının sədri vəzifəsini daşıyan Rəşad Əhmədovun biznes imperiyasına “Electro İndustries” QSC, “Verdict Service Company” MMC, “GatDigital” QSC, “AzConstruction” QSC kimi şirkətlər daxildir. Bu şirkətlər daha çox “Azərenerji” ASC və “Azərişıq” ASC tərəfindən keçirilən tenderlərdə qalib çıxarılaraq dövlət sifarişləri alır, ölkənin müxtəlif yerlərində işlər görürlər.
Amma apardığımız araşdırmalar zamanı əldə etdiyimiz məlumatlardan da görsəndiyi kimi, bu şirkətlərin qanuni təmsilçilərinin kim olmasından asılı olmayaraq oxlar “Azərenerji” ASC-nin sədri Baba Rzayevi göstərir. Çünki, Baba Rzayevin bu QSC-lərlə uzaqdan, yaxından doğmalığı, bağlılığı olmasaydı bu şirkətlər milyonlarla dövlət sifarişlərini belə asanlıqla əldə edə bilməzdilər.
Aktualinfo.org
PAYLAŞIN:

Continue Reading

Previous: Kəşfiyyat iranlıların telefon danışığını dinlədi və şoka düşdü
Next: Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -TƏFƏRRÜAT

OXŞAR MÖVZULAR

anar-eliyev

“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər

admin 21/04/2026
omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026
  • Maksimum bal yığanların sayında KƏSKİN azalma – Bəs Abbaszadə deyirdi ki… 20/04/2026
  • Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb 20/04/2026
  • Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? 20/04/2026
  • Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib 20/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.