Skip to content
12/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 30
  • Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq

Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq

admin 30/06/2025
şəki-icra

 

Şəki şəhər İcra Hakimiyyəti Şəki şəhərinin mərkəzi ilə axan Qurcana çayının qəzalı vəziyyətdə olan sahil divarlarının, su tənzimləyici bəndlərin bərpa olunması, təmiri, çay yatağının təmizlənməsi, yeni sahilbərkitmə işləri üzrə 04.04.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “ELŞƏN” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 709.880,09 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 23.06.2025 -ci ildə dərc edilib.

Qeyd edək ki, Şəki şəhər İcra Hakimiyyəti tərəfindən nəzərdə tutulmuş bəndlərin bərpa olunması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 1.013.646,47  manat müəyyən edilmişdir. Satınalmalarının portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq Şəki şəhər İcra Hakimiyyətinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “ELŞƏN” MMC-nin təklif verərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi Şəki şəhər İcra Hakimiyyəti tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı qiymət təqdim etmiş “ELŞƏN” MMC  ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Qeyd edək ki, bu Şəki şəhər İcra Hakimiyyəti ilə “ELŞƏN” MMC arasında ilk işbirliyi deyil. Şəki şəhər İcra Hakimiyyəti 2021-ci ildə Şəki şəhərində görüləcək abadlıq işləri üzrə də sözügedən şirkətlə 148.585,97 manat dəyəri olan müqavilə bağlayıb.

Bundan əlavə Şəki Suvarma Sistemləri İdarəsi də rayonda Dəhnə kanalının PK81+00÷PK102+00 hissəsinin beton üzlüyünün üzərindəki qurğularla birlikdə əsaslı təmiri üçün mal-materialların satın alınması üzrə 174.681,3 manat, maşın-mexanizmlərin istismarı üçün lazım olan mal-materialların satın alınması üzrə isə 166.421,3 manat məbləğində iki satınalma müqaviləsini “ELŞƏN” MMC ilə bağlayıb.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ELŞƏN” (VÖEN- 3000086811)  Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 saylı Ərazi Vergilər İdarəsində 07.11.2004-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının  ŞƏKİ RAYONU, NATAVAN, ev.15, qanuni təmsilçisinin isə Abdul-Vahabov Dursun Camal oğlu Hacıyev Əhsən Rza oğlu olduğu göstərilir. MMC-yə vergi öhdəlikləri üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir.

Qeyd etmək istərdik ki, Şəki yağıntıların daha çox düşdüyü, sel sularının fəsad törətdiyi rayonlarımızdan biridir. Hələ 2021-ci ilin noyabrında Aktualinfo.org sel sularının yaratdığı təhlükə ilə bağlı araşdırma məqalə yaymış, foto və videomateriallar əlavə olunaraq tədbirlər görülməsi üçün bütün aidiyyatı orqanlara göndərmişdi.

Bir daha xatırlatmaq istərdik ki, sözügedən məqalədə Şəkinin Baş Göynük, Köndələn, Aşağı Göynük, İnçə, Aşağı Şabalıd, Aşağı Layısqı kəndlərinin hələ də sel təhlükəsi altında qaldığını açıqlamış, ötən ilki seldən əvvəl, yəni, 2021-ci ilin iyunun 7-də “Şin” çayına gələn yüngül sel zamanı da Baş Göynük sakinlərinin çay sahilində yerləşən bağ sahələri lilli-palçıqlı su altında qalmış, təsərrüfatlar məhv olmasını yazmışdıq. Çox təəssüflər olsun ki, bu istiqamətdə heç bir qabaqlayıcı tədbirlər görülməmişdir. Çay kənarında milyonlarla manat pul hesabına çox keyfiyyətsiz bəndbasma işləri görən keçmiş Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC rəhbərliyinin dövlət vəsaitini talan etdiyindən bu təhlükə daim gözlənilir. Hələ 20 sentyabr 2023-cü il selindən sonra heç bir faktiki işlər görülməmişdir. Ötən ilin may-iyun aylarında olan növbəti sel və daşqınlardan sonra da minlərlə sakinin mülklərinə və fərdi təsərrüfatlarına böyük ziyan dəymişdir.

Qeyd edək ki, keçmiş Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC ilə bərabər Şəki şəhər İcra Hakimiyyəti də hər il çay sahil divarlarının təmiri, çay yatağının təmizlənməsi, yeni sahilbərkitmə işlərinə milyonlarla manat vəsait ayırır. Amma nədənsə hər dəfə sel gələndən sonra buralarda təmir, bərpa işlərinin aparıldığı heç bəlli olmur. Sanki, ayrılan dövlət vəsaitləri selə qarışıb, yox olur. Elə Şəki şəhər İcra Hakimiyyətinin  “ELŞƏN” MMC yə ayırdığı yüz minlərin aqibəti də, çox güman ki, belə olacaq.

 

 

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Fransa Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə nüvə tullantıları daşıyır – BƏYANAT
Next: Kəşfiyyat iranlıların telefon danışığını dinlədi və şoka düşdü

OXŞAR MÖVZULAR

omd-aynur

Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb

admin 08/05/2026
bşih-temirt

Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa…

admin 07/05/2026
unisel-ten

“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır

admin 05/05/2026

XƏBƏR LENTİ

  • “Bu iş sona çatmağa doğru gedir” – Putin savaşı bitirməyə və Zelenski ilə görüşə hazırdır? 10/05/2026
  • İlham Əliyev: Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi 10/05/2026
  • Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb 10/05/2026
  • Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda – Fotolar 10/05/2026
  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.