Skip to content
13/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 1
  • Rusiya Gümrükdəki bazasını nəyə hazırlayır?– Ermənistan hərbi əməliyyatlara mane ola bilər, amma…

Rusiya Gümrükdəki bazasını nəyə hazırlayır?– Ermənistan hərbi əməliyyatlara mane ola bilər, amma…

admin 01/08/2025
6f810381-3938-41b0-856b-26d504404c2b

 

Son həftələrdə Rusiya Silahlı Qüvvələrinin Ermənistandakı hərbi bazasına şəxsi heyət və texnika göndərməsi barədə xəbərlər yayılır. Moskva-Bakı münasibətlərinin “çətin dövründə” bu məlumat Azərbaycan cəmiyyətinin diqqətini cəlb edir.

Məsələyə aydınlıq gətirməyə çalışaq.

Rusiyanın hərbi bazası Ermənistanda müqavilə əsasında fəaliyyət göstərir. Sənədin əvvəlində hərbi bazanın məqsədləri qeyd olunur.

3-cü Protokolda bazada yerləşdirilə biləcək texnika və silahların siyahısı qeyd edilir. Siyahı kifayət qədər sanballıdır və üstəlik, burada aviasiya parkı da var.

Rusiyanın müharibə aparması və silaha ehtiyacını nəzərə alaraq, cari göndərişin iki məqsədi ola bilər:

– 2022-ci ilin fevralından əvvəlki sayın bərpası;

– Texnika və şəsxi heyətin artırılması.

İkinci halda Ermənistan hökuməti texnika və şəxsi heyətin sayının müqavilədə müəyyən edilmiş limitlərə uyğunluğunu yoxlaya bilər (Maddə 13: “Şəxsi heyətin ümumi sayı, silah və texnikanın miqdarı tərəflərin razılaşması ilə müəyyən edilir”).

Ermənistan bu göndərişə mane ola bilərmi?

Maddə 18: “Ermənistan tərəfi Rusiya hərbi bazasının hərbi qüvvələrinin Ermənistan Respublikasının dövlət sərhədindən keçməsini təmin edir.

Ermənistan tərəfi Rusiya hərbi bazasına və əks istiqamətə göndərilən yüklərin keçidinə hər cür kömək göstərir və onların öz ərazisində qorunmasını təmin edir. Rusiya hərbi bazasının say tərkibinə daxil olmayan hərbi qüvvələrin Ermənistan Respublikasının ərazisinə daxil edilməsi qərarı tərəflərin birgə razılaşması ilə qəbul edilir”.

Yəni, limitləri aşan hər şey ayrıca müzakirə olunur!

Belə çıxır ki, İrəvan bazadakı şəxsi heyət və texnikanın əvvəlki sayının bərpası üçün olan göndərişlərə mane ola bilməz!

Lakin Ermənistan XİN 6 iyulda qısa və çoxmənalı bir bəyanat yayıb: “Ermənistan Respublikası öz prinsipial mövqeyini təsdiq edir: Ermənistanın ərazisi üçüncü ölkələr tərəfindən hər hansı bir qonşu dövlətə qarşı hərbi əməliyyatlar aparmaq üçün istifadə edilə bilməz”.

 

 

Bu nəyə işarədir?

Potensial təhlükə Azərbaycan və Türkiyədən gələ bilər. Amma hal-hazırda de-fakto sülh şəraitində Azərbaycan və Türkiyə tərəfindən heç bir təhdid yoxdur!

Rusiya hərbi bazası yalnız Ermənistan hökumətinin sorğusu əsasında aktivləşdirilə bilər. Bu cür sorğu 2021-ci ildə olub və Rusiya hərbçiləri Azərbaycanla sərhədə yerləşdirilib, lakin sonra sorğu geri çəkilib. Hal-hazırda Paşinyan hökumətindən belə bir sorğu yoxdur.

Bəs Rusiya hərbi bazası Ermənistan rəsmiləri ilə razılaşdırmadan öz resurslarından kiməsə qarşı istifadə edə bilərmi?

Məsələn, Rusiya hərbi əməliyyat aparır və Ermənistandakı hərbi bazanın resurslarından istifadə etmək qərarına gəlir…

Belə halda quru əməliyyatları məhdudlaşacaq, çünki hərbi texnika və şəxsi heyətin bazadan kənara çıxması Ermənistan hökuməti ilə razılaşdırma tələb edir.

 

 

Bəs hava hücumları? Bax bu maraqlıdır…

Maddə 17: “Ermənistan tərəfi, Rusiya hərbi bazasının maraqları üçün ərazisi üzərindən uçuşların həyata keçirilməsinə əvvəlcədən təqdim olunmuş müraciətlər əsasında maneə törətmir. Uçuşlar razılaşdırılmış marşrutlar və zonalar üzrə həyata keçirilə bilər ki, bunlar Rusiya hərbi bazasının komandanlığı və Ermənistan Müdafiə Nazirliyi tərəfindən razılaşdırılır”.

Razılaşdırma elementi olsa da, müraciətdə nəyin necə yazılacağı ilə Rusiya qırıcılarının faktiki olaraq hara uçacağı arasında fərq ola bilər. Üstəlik, Ermənistan və Rusiyanın HHM sistemi də birgədir.

Belə nəticəyə gəlmək olar ki, Ermənistan hökuməti Rusiyanın Ermənistandakı hərbi bazasına texnika və şəxsi heyət göndərilməsi prosesinə yalnız o halda məhdudiyyət qoya bilər ki, bazadakı faktiki sayın sənədlərdə göstərilən limitlərə uyğunluğunu yoxlamaq təşəbbüsü göstərsin.

Rusiya hərbi bazasının razılaşdırılmamış aktivliyi halında isə Ermənistan hökuməti, əgər iradəsi çatarsa, yalnız quru əməliyyatlarını dayandıra bilər, hava hücumlarını isə yox.

PAYLAŞIN:

Continue Reading

Previous: Rusiyadan şok: Paşinyan devriləcək, Bakı ilə yeni müharibə…
Next: Rəsmi Bakı: Üzr istəməsə, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı tədbirlər görüləcək

OXŞAR MÖVZULAR

vuf-baku

Bakıda WUF13 çərçivəsində mənzil böhranı və iqlim riskləri müzakirə ediləcək

admin 12/05/2026
ilham-zəngilan

Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş…

admin 12/05/2026
mixail-kalugin

Rusiya Azərbaycanın təklifini dəstəklədi

admin 12/05/2026

XƏBƏR LENTİ

  • Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ 13/05/2026
  • Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir? 13/05/2026
  • Bakı, Astana və Daşkənd “UEW 2026” çərçivəsində “yaşıl enerji” dəhlizinin inkişafını müzakirə edib 13/05/2026
  • İsrail ABŞ və İran arasında “əlverişsiz razılaşma” əldə ediləcəyindən narahatdır 13/05/2026
  • Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq 13/05/2026
  • İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub 12/05/2026
  • Azərbaycanda yayılan yeni virusla bağlı vacib açıqlama 12/05/2026
  • Bakıda WUF13 çərçivəsində mənzil böhranı və iqlim riskləri müzakirə ediləcək 12/05/2026
  • Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş… 12/05/2026
  • Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? – “Meyvəli” detalı 12/05/2026
  • Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib 12/05/2026
  • Tramp “məyus və qəzəblidir”: Savaş bərpa olunur? – İran ABŞ-yə seçim yeri qoymur 12/05/2026
  • Babək Babayevə qanun işləmir? – VİDEO 12/05/2026
  • Azərbaycanda “e-Su” tətbiqi fəaliyyətini dayandırır 12/05/2026
  • Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı? 12/05/2026
  • Bu ölkə Ermənistanı daim silahlandıracaq 12/05/2026
  • Rusiya Azərbaycanın təklifini dəstəklədi 12/05/2026
  • Umayra Tağıyeva əhalini ekoloji aksiyalarda iştiraka çağırıb 12/05/2026
  • Fransanın Cənubi Qafqazda neokolonializm planı – Ermənistan üçün hansı risk vəd edir? 12/05/2026
  • Ermənistan üçün “ikinci Rusiya” bu ölkə olacaq – Bakı ifşa etdi 12/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.