Skip to content
17/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 4
  • İbtidai təhsilin beş il olması təklif edilir – Məktəb modeli dəyişəcək?

İbtidai təhsilin beş il olması təklif edilir – Məktəb modeli dəyişəcək?

admin 04/08/2025
1-sinif
“Məktəblərdə orta və tam orta təhsil konsepti yenidən qurulmalıdır. Məktəb modeli dəyişməlidir. İbtidai məktəb dörd il deyil, beş il olmalıdır. Orta məktəbin 11 il olması doğru deyil”.
ADA Universitetinin Vaşinqton Mərkəzinin prezidenti Qalib Məmmədin Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransında səsləndirdiyi bu fikirlər geniş rezonans doğurub və diskussiyalara yol açıb. Q.Məmməd təklifini belə əsaslandırıb: “Uşaqların çantalarını doldururuq, məktəbə göndəririk və 700 bal yığmasını gözləyirik. Onların sevincini, həyatını əllərindən alırıq. Əslində həmin yükün altında onları əzirik. Savad və bilik lazımdır, ancaq əvvəlcə şəxsiyyət yetişdirməliyik. Əvvəlcə uşaqda oxumağa, kitaba həvəs, müəllimə hörmət yaratmalıyıq. İbtidai təhsilin məğzi bundan ibarət olmalıdır. Müasir dünyada belədir. Keyfiyyətli təhsil artıq imtiyazdır. Təhsili maliyyə cəhətdən əlçatan etməliyik”.
Q.Məmmədin fikirləri sadəcə tədris müddətinin dəyişdirilməsi deyil, bütövlükdə təhsil sisteminin strukturu, mahiyyəti və yanaşması üzərində düşünmək zərurətini gündəmə gətirib.
Təhsil işçiləri də Azərbaycanda məktəb modelinin dəyişməsinə ehtiyac olduğunu bildirirlər.
 “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.
Əgər bu mərhələ beş ilə uzadılarsa…
“İbtidai təhsilin beş il olması təklifi uşağın inkişafına daha uyğun, tələsdirilməyən, mərhələli və şəxsiyyətyönümlü bir tədris modeli qurmaq imkanı verir”, – deyə məsələyə münasibət bildirən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın (İŞ) üzvü Günay Əkbərovanın sözlərinə görə, altı yaşlı uşaq üçün məktəb həyatına adaptasiya, yazı, oxu, məntiq, sosial münasibətlər kimi bacarıqları qazanmaq prosesi dərin, sistemli və dözümlü yanaşma tələb edir:
“Dörd illik müddət bu ehtiyacları tam şəkildə qarşılamaq üçün kifayət etmir və nəticədə həm müəllimlər, həm valideynlər, həm də uşaqlar üçün təzyiq və stres mənbəyinə çevrilə bilir. Əgər bu mərhələ beş ilə uzadılarsa, uşaqlara daha sakit və balanslı öyrənmə şəraiti yaradılar, fərdi potensialın inkişafına daha geniş imkan açar”.
İnsana yönəlmiş model
İŞ üzvünün sözlərinə görə, bu təklif eyni zamanda beynəlxalq təcrübəyə də uyğundur. Belə ki, Finlandiya, Yaponiya, Almaniya və s. inkişaf etmiş ölkələrdə ibtidai təhsil mərhələsi daha uzunmüddətli və uşaq mərkəzli şəkildə təşkil olunub:
“Bu ölkələrdə məqsəd sadəcə yüksək akademik nəticə əldə etmək deyil, uşağın şəxsiyyət kimi formalaşmasına, məktəbi sevərək mənimsəməsinə və sosial bacarıqlar qazanmasına şərait yaratmaqdır”.
G.Əkbərova hesab edir ki, nəticə olaraq, məktəb modelinin dəyişdirilməsi sadəcə illərin və mərhələlərin texniki bölünməsi deyil, təhsil anlayışımızın köklü şəkildə yenilənməsi deməkdir:
“Biz təhsili uşağın inkişafına uyğunlaşdırmalıyıq, əks halda uşağı təhsilə uyğunlaşdırmaq üçün onu itirə bilərik. Məktəb uşağın özünü kəşf etdiyi, şəxsiyyət kimi formalaşdığı, həyat bacarıqları qazandığı yer olmalıdır. Bu isə yalnız düşünülmüş, mərhələli, sistemli və insana yönəlmiş məktəb modeli ilə mümkündür. İbtidai təhsilin beş il olması və məktəb pillələrinin müstəqil strukturlara ayrılması bu istiqamətdə atılacaq çox vacib və strateji addım ola bilər. Gələcəyin təhsili bu günün cəsarətli qərarları ilə qurulur”.
Müvafiq dəstək mexanizmlərinə ehtiyac
G.Əkbərovanın sözlərinə görə, məktəb modelinin dəyişməsi ilə bağlı daha bir vacib təklif də gündəmdədir:
“Təhsilin mərhələlər – ibtidai, orta və yuxarı siniflər üzrə, ayrı-ayrı məktəblərdə təşkili. Bu ideya həm pedaqoji, həm psixoloji, həm də idarəetmə baxımından ciddi məntiqə söykənir. Altı yaşlı uşaqla 16 yaşlı yeniyetmənin eyni məktəbdə, eyni mühitdə təhsil alması heç bir halda uyğun deyil. Fərqli yaş dövrlərində olan uşaqların öyrənmə ehtiyacları, sosial davranışları və psixoloji sabitlikləri fərqli olduğu üçün bu mərhələlərin ayrı-ayrı strukturlarda təşkili daha məqsədəuyğundur”.
G.Əkbərovanın fikrincə, müəllim heyəti də bu fərqli mərhələlər üzrə ixtisaslaşmalı, eyni pedaqoji yanaşma ilə hər üç mərhələni idarə etməyə çalışmaqdan uzaqlaşmalıdır. Əkbərova bildirib ki, valideyn-məktəb münasibətləri də bu modeldə daha sağlam şəkil alar:
“Bu mərhələli yanaşma valideynləri də uşaqların yaş dövrlərinə uyğun şəkildə təhsil prosesinə cəlb etməyə imkan yaradar”.
G.Əkbərovanın fikrincə, bütün bu yanaşmalar yalnız o zaman uğurla həyata keçə bilər ki, paralel olaraq təhsil sistemində müvafiq dəstək mexanizmləri də qurulsun:
“Müəllimlərin fasiləsiz təlimi, yeni kurikulumların hazırlanması, resurs bazasının gücləndirilməsi və ictimaiyyətin düzgün məlumatlandırılması vacibdir. Əks halda dəyişikliklər formal xarakter daşıyacaq və real nəticə verməyəcək”.
Beynəlxalq təhsil sistemi ilə ayaqlaşmaq
ADPU-nun baş müəllimi, Pedaqogika üzrə fəlsəfə doktoru Xalidə Həmidova da təklifi doğru hesab edir. Onun sözlərinə görə, dünyanın əksər aparıcı ölkələrində təhsil 12 illikdir. X.Həmidova bildirir ki, bəzi ölkələrdə ibtidai sinif beş il yox, hətta altı ildir: üç il birinci, üç il ikinci hissə şəklində bölünüb. X.Həmidova təklifin sadəcə beş yaşlıların hesabına həyata keçirilməsinə razı deyil:
“Çünki uşaqların beş yaşından məktəbə getməsi o qədər də doğru deyil. Buradan başlayacağıqsa, böyük bir səhv etmiş olacağıq. Həqiqətən də məktəbəhazırlıq qruplarını məktəbin birinci sinfi kimi qəbul etsək, o zaman məktəbəqədər hazırlıq qruplarında yalnız məktəbəqədər təhsil mütəxəssisləri işləməlidirlər. Ondan sonra uşaqlar ibtidai sinifdə dərsə başlamalı, sonra digər mərhələlərə keçid olmalıdır”.
PAYLAŞIN:

Continue Reading

Previous: Yerüstü Nəqliyyat Agentliyindən mebel istehsalçısı “Eptal Group” MMC ilə şübhəli müqavilə – 776 min manata
Next: Dünya “tikan üstündə” – Bölgədə dumanlar yüksəldi – VİDEO

OXŞAR MÖVZULAR

imtahan-yeni

Bu ixtisaslar üzrə plan yerləri AZALACAQ – Abituryentlərə XƏBƏRDARLIQ

admin 17/03/2026
cersenbe (1)

Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri əhaliyə müraciət etdi

admin 17/03/2026
imtahan-dim

Abituriyentlər imtahandan niyə şikayət edir? – Təhsil eksperti SƏBƏBLƏRİ AÇIQLADI

admin 17/03/2026

XƏBƏR LENTİ

  • Bu ixtisaslar üzrə plan yerləri AZALACAQ – Abituryentlərə XƏBƏRDARLIQ 17/03/2026
  • Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri əhaliyə müraciət etdi 17/03/2026
  • Hansı içki təzyiqi dərmansız salmağa kömək edir? 17/03/2026
  • “Bu zülm mütləq sona çatmalıdır…” – “Ankara ilə Tehranın baxış üfüqü eyni istiqamətə yönəlmişdir” 17/03/2026
  • Abituriyentlər imtahandan niyə şikayət edir? – Təhsil eksperti SƏBƏBLƏRİ AÇIQLADI 17/03/2026
  • Bu gün İlaxır çərşənbədir 17/03/2026
  • Buraxılış imtahanlarına etirazlar haqlıdırmı? – “Problem sualların məzmununda deyil…” 16/03/2026
  • “Telegram” bağlanıb, mobil internet yoxdur… – Putinin ideoloqundan internetlə bağlı çağırış 16/03/2026
  • Avropa dövlətləri, Çin və Yaponiya Trampa “yox” dedilər – hərbi dəstək… 16/03/2026
  • Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək – Özər 16/03/2026
  • Dövlət satınalmaları üzrə auditdə avtomatlaşdırılmış qiymətləndirmə olacaq 16/03/2026
  • İlham Əliyev Tokayevi Qazaxıstanda referendumun başa çatması münasibətilə təbrik edib 16/03/2026
  • Ceyranbatanda “Cənnət” kafesisinin yerində tikilən obyektə “gözyumdu”dan Abdin Fərzəliyevin qazancı nə qədər olub 16/03/2026
  • Vətəndaş mövqeyi bəlli insan 16/03/2026
  • Hərbi xidmətdən boyun qaçıranlara qarşı QAYDALAR SƏRTLƏŞDİRİLİR 16/03/2026
  • Tramp 5 gün xahiş etdi, indi tələbə keçib… 16/03/2026
  • Üç uşaqlı ailələrə bayram öncəsi şad xəbər 16/03/2026
  • İlaxır çərşənbə üçün bazarlıq neçəyə başa gəlir? 16/03/2026
  • Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib 16/03/2026
  • Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma… 16/03/2026

Sağlamlıq

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026
c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.