Skip to content
12/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 4
  • İran Ermənistanın “Sülh kəsişməsi”ni açıq şəkildə dəstəklədi – Zəngəzur dəhliznə qarşı isteriya davam edir

İran Ermənistanın “Sülh kəsişməsi”ni açıq şəkildə dəstəklədi – Zəngəzur dəhliznə qarşı isteriya davam edir

admin 04/08/2025
beqai-iran

 

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqayi Ermənistanın Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin genişləndirilməsi adı altında irəli sürdüyü “Sülh kəsişməsi” təşəbbüsünü açıq şəkildə dəstəklədiklərini bəyan edib. Bu təşəbbüs Azərbaycanın dəfələrlə önə sürdüyü Zəngəzur dəhlizinə alternativ kimi təqdim edilir.

İranın rəsmisi iddia edir ki, Tehranın əsas prioritetlərindən biri Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının beynəlxalq hüquqa və suverenliyə hörmət çərçivəsində inkişaf etdirilməsidir. Bu səbəbdən İran Azərbaycanın öz ərazisinə (Naxçıvana – red.) maneəsiz keçid tələbinə qarşı çıxır və bu mövqeyini açıq şəkildə təkrar edir.

Baqayi jurnalistlərə açıqlamasında vurğulayıb ki, İran bu təşəbbüsün Cənubi Qafqaz üçün faydalı olduğunu hesab edir və layihənin regionda sabitlik və iqtisadi inkişaf üçün perspektivli olduğunu düşünür: “Bu təşəbbüs region ölkələrinin ümumi maraqlarına xidmət edə bilər. Ermənistan bu layihə vasitəsilə bölgədə sabitliyə töhfə vermək istəyir və İran olaraq biz bu yanaşmanı yüksək qiymətləndiririk”.

Eyni zamanda o qeyd edib ki, bütün layihələrin yerli dövlətlərin suverenliyi, beynəlxalq hüquq normaları və sərhəd bütövlüyü prinsiplərinə riayət etməklə həyata keçirilməsi vacibdir.

İran nümayəndəsi bu məsələdə Tehranın mövqeyinin dəyişməz olduğunu vurğulayaraq bildirdi ki, heç bir nəqliyyat dəhlizi və ya koridor dövlətlərin beynəlxalq tanınmış sərhədlərini poza bilməz, heç bir halda suverenliyə və ərazi bütövlüyünə xələl gətirə bilməz. Bu da açıq mesajdır ki, İran Azərbaycanın Zəngəzur dəhlizinin açılmasına qarşıdır.

Baqayi İranın Ermənistanla əlaqələrini yüksək qiymətləndirir və qeyd edir ki, ölkəsində güclü və təsirli erməni icması mövcuddur. İran rəsmisi əlavə etdi ki, Ermənistanın Avropa İttifaqı və ABŞ ilə son zamanlar yaxınlaşması normal siyasi prosesdir, lakin bu yaxınlaşmanın İrana qarşı yönəlməməsi şərtdir: “Ermənistan digər ölkələrlə əlaqələrini gücləndirir, bu təbiidir. Biz bunu başa düşürük. Əsas odur ki, bu münasibətlər İranın milli maraqlarına zidd olmamalıdır”.

O həmçinin Azərbaycan və İran prezidentlərinin telefon danışığı zamanı İranın ərazisinə İsrail tərəfindən guya hücum planlarının Azərbaycan hava məkanından həyata keçirilməsi barədə iddialarının müzakirə olunduğunu təsdiqləyib: “Bu, konkret ittiham deyil. Sadəcə beynəlxalq hüquqa əsasən, dövlətlərin öz ərazilərindən üçüncü tərəflərin digər ölkələrə qarşı hərbi əməliyyat keçirməsinə imkan verməməsi vacibdir. Bu təkcə Azərbaycanla bağlı deyil, bütün qonşu ölkələr üçün keçərlidir”.

Rəsmi Tehran Azərbaycanla dostluq əlaqələrini qorumağa üstünlük verir və bu əlaqələrin gərginləşməsinin heç bir tərəfə fayda verməyəcəyini vurğulayır: “Azərbaycan qonşumuzdur və biz əlaqələrimizi dostluq çərçivəsində inkişaf etdirmək istəyirik. Fikir ayrılıqları ola bilər, amma bu dialoqa və əməkdaşlığa mane olmamalıdır”.

Baqayi həmçinin Ermənistann və Azərbaycanın əldə etdikləri son razılaşmaları alqışlayaraq, regionda davamlı sülhün qarşılıqlı anlaşma ilə mümkün olduğunu bildirib: “Sülhə doğru addım atmaq hər iki ölkə üçün önəmlidir. İran bu prosesi diqqətlə izləyir və dəstəkləyir”.

Nəticə etibarilə, İran Cənubi Qafqazda nəqliyyat və iqtisadi kommunikasiyaların genişləndirilməsi məsələsində Ermənistana açıq dəstək verir, lakin Azərbaycanın əsas tələbi olan Zəngəzur dəhlizinin açılmasına qarşı əsassız mövqe sərgiləməkdə davam edir. Amma rəsmi Bakı İrandan gələn bu cür çağırışlara etinasız yanaşır və özünün strateji milli maraqlarını həyata keçirmək üçün ardıcıl siyasət aparır. Təcrübə göstərir ki, Azərbaycan mərhələli şəkildə regionda bütün planlarını reallaşdırır və bu zaman yalnız özünün milli maraqlarını əsas götürür. İran rejimi isə mətbuatda dedi-qodu kampaniyasından uzağa gedə bilmir./azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: I qrup üzrə universitetlərin təhsil haqları – SİYAHI
Next: Pezeşkianın Azərbaycanla bağlı xoş fikirləri İranda niyə süngüylə qarşılanır?

OXŞAR MÖVZULAR

dövlət rəsmiler

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda – Fotolar

admin 10/05/2026
makron-qacir (1)

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb

admin 07/05/2026
medvedyev-yeni1

Medvedyev Paşinyanı bu sözlərlə təhqir etdi

admin 06/05/2026

XƏBƏR LENTİ

  • “Bu iş sona çatmağa doğru gedir” – Putin savaşı bitirməyə və Zelenski ilə görüşə hazırdır? 10/05/2026
  • İlham Əliyev: Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi 10/05/2026
  • Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb 10/05/2026
  • Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda – Fotolar 10/05/2026
  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.