Skip to content
26/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 4
  • İran Zəngəzur dəhlizini bloklaya bilərmi: Tehranın əsas məqsədi budur

İran Zəngəzur dəhlizini bloklaya bilərmi: Tehranın əsas məqsədi budur

admin 04/08/2025
tofiq-zulfuqarov

 

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov suallarımızı cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Tofiq müəllim, Zəngəzur dəhlizi hazırda gündəlikdə olan əsas mövzulardan biridir. İran dəhlizin açılmasına imkan verməyəcəyini deyir. ABŞ isə dəhlizin icarə əsasında açılması təklifi ilə çıxış edir. Sizcə, dəhliz hansı əsasda açıla bilər?

– Bölgədə qanunsuz daşımalarla, qaçaqmalçılıqla məşğul olan qüvvələr üçün Ermənistan bir “dəhliz” rolunda idi. Həmin mallar məhz Ermənistan ərazisindən müxtəlif yerlərə daşınırdı. İranın siyasi elitasında da bu “yolla” hərəkət edən müxtəlif qruplar var. İndi məhz Zəngəzur dəhlizi ətrafında aparılan kampaniyanın arxasında da o qruplar dayanır. Əslində isə Zəngəzur dəhlizi İranın iqtisadi maraqlarına böyük töhfə verə bilər. Bu gün faktiki olaraq, Tehran üçün vacib olan xətt Şimal-Cənub dəhlizidir. Hətta dəfələrlə Azərbaycan, İran və Rusiya tərəfindən Şimal-Cənub dəhlizinin yaradılması ilə bağlı bəyanatlar verilib. Buna dair xüsusi görüşlər də keçirilib. Zəngəzurdan dəhlizin açılması Naxçıvanda, yəni Culfada yerləşən və İran dəmir yolları ilə bağlantısı olan Şimal-Cənub dəhlizinin işə düşməsi deməkdir. Burada isə İran və Rusiyanın maraqlarına zidd heç nə yoxdur. Bu kontekstdə İranda Zəngəzur dəhlizi əleyhinə qaldırılan səs-küy ilk növbədə qaçaqmalçılıqla məşğul olan siyasi elitanın mahiyyətinin ifadəsidir. Bunu da hamı yaxşı başa düşür.

– Tehranın bu prosesi necə pozacağı ilə bağlı da iddialar səslənir. İran tərəfi dəhlizin açılmasına sona kimi necə təsir göstərə bilər?

– İranın öz sərhədləri çərçivəsində verdiyi bəyanatlar beynəlxalq hüquqa uyğundur. Amma rəsmi Tehranın Ermənistan və yaxud Azərbaycan ərazisində olan hansısa kommunikasiyalara fikir bildirməsi, sadəcə olaraq, tövsiyə xarakteri daşıya bilər. Hazırda İran daxilində ciddi qarşıdurma var. Hakimiyyətdəki SEPAH-a (İran İslam İnqilabı Keşikçiləri Korpusu) yaxın dairələr iqtisadi imkanları əllərində saxlamağa çalışır. İrandakı siyasi elitanın daxilində buna qarşı ciddi müxalifət var. Həmin dairələr beynəlxalq sanksiyaların İrana qarşı davam etməsini istəyirlər. Bu sanksiyalarla həmin qüvvələr İranın bir çox məhsullarını və narkotik ixracını monopoliyada saxlayıblar. İndi buna qarşı İranın sağlam vətənpərvər qüvvələri mübarizə aparır. İran Prezidenti Məsud Pezeşkian da bəyanat verir ki, “bizim Azərbaycanla düşmənçiliyin səbəbi nədir?” Sözsüz ki, bütün bunlar İran daxilində gedən qarşıdurmanın göstəricisidir. Məntiq və sağlam düşüncə ona deməyə əsas verir ki, qaçaqmalçılığa əsaslanan yalançı nağıllar İranın siyasi mühitindən götürüləcək.

– Dəhlizin icarə əsasında açılması Azərbaycan və Ermənistan üçün nə dərəcədə məqbul variantdır?

– Azərbaycan və Ermənistan hansı qərara gəlsə, İran da bunu qəbul etməlidir. İran öz sərhədi daxilində nə istəyir onu edə bilər və qərarlar vermək ixtiyarına malikdir. Amma qonşu ölkələr arasında hansısa razılığın əldə olunmasının İrana heç bir aiddiyyəti yoxdur. Tehran gedib öz problemləri ilə məşğul olsa, daha yaxşı olar. SEPAH-a qarşı İran daxilində ciddi müxalifət var. Gec-tez bunun nəticəsi olacaq. Faktiki olaraq, onların ölkədən kənarda olan bütün planları alt-üst olub. Suriyada, İraqda, Livanda olan faktlar buna misaldır. Bu gün İranın təhlükəsizliyi məsələsində ciddi nöqsanlar var. Ölkədə rəsmi qonaq öldürülürsə, bundan artıq hansı biabırçılıq baş verməlidir? Amma baş verənlərin fonunda İran daxilində olan həmin qüvvələrə qarşı olan qərarlar da heç də uzaqda deyil./teleqraf.com

PAYLAŞIN:

Continue Reading

Previous: Bakı-İrəvan sülhü reallığı çevrilir: “Trampa uğur hekayəsi lazımdır”
Next: Azərbaycanda şəhərsalma və tikinti prosedurları sadələşdirilib

OXŞAR MÖVZULAR

ai-azerb

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib

admin 21/05/2026
vuf-mundio

Dünya mediası WUF13-dən yazır – Fotolar

admin 21/05/2026
vuf-dmedia

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026
  • Ərdoğan İlham Əliyevə məktub göndərdi 25/05/2026
  • Qiymət artır, xidmət dəyişmir – Bayram öncəsi vəziyyət necədir? 25/05/2026
  • Estetik mərkəzdə qanunsuz əməliyyatlar zamanı xəstə Hepatit C virusuna yoluxub – İTTİHAM AKTI 25/05/2026
  • İsrail lobbisi Trampı şantaj etməyə başlayıb – İranla sülh sazişi bağlamaması üçün 25/05/2026
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq…” -FOTOFAKT 25/05/2026
  • Qurban bayramı ilə bağlı fətva verildi 25/05/2026
  • Rusiya sərhədində Britaniya müdafiə nazirinin təyyarəsi TƏHLÜKƏLİ ANLAR yaşadı 25/05/2026
  • Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb 25/05/2026
  • Putini II Nikolayın taleyi gözləyir – Servis 25/05/2026
  • iPhone 18 Pro çexolları ilk dəfə ortaya çıxdı: iPhone 17 Pro ilə uyğun gəlmir – FOTO 25/05/2026
  • “Axios”: Tramp bir neçə ölkəni “İbrahim sazişləri”nə qoşulmağa çağırıb 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.