Skip to content
12/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 4
  • Yerüstü Nəqliyyat Agentliyindən mebel istehsalçısı “Eptal Group” MMC ilə şübhəli müqavilə – 776 min manata

Yerüstü Nəqliyyat Agentliyindən mebel istehsalçısı “Eptal Group” MMC ilə şübhəli müqavilə – 776 min manata

admin 04/08/2025
ayna-3

 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsi velosipedlərin parklanması üçün konstruksiyaların alınması (quraşdırma daxil) üzrə 14.03.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “Eptal Group” MMC seçilib və tərəflər arasında 776.440 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 28.07.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən nəzərdə tutulmuş parklanma üçün konstruksiyaların alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiymət 1.114.999,70 manat müəyyən edilmişdir. Amma dövlət  satınalmalarının portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq Yerüstü Nəqliyyat Agentliyinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “Eptal Group” MMC-nin təklif verərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı qiymət təqdim etmiş “Eptal Group” MMC  ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EPTAL GROUP” (VÖEN: 1904368861) Məhdud Məsuliyyətli Cəmiyyətinin 08.05.2020-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10.00 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, XƏTAİ RAYONU, XƏQANİ RÜSTƏMOV, ev.76, m.31, qanuni təmsilçisi kimi isə Əhmədli Bahadur Rövşən oğlu qeyd olunub.

Reyestrə edilmiş dəyişikliklərdə MMC-nin “PRESTIGE MOBILYA” kimi dövlət qeydiyyatına alındığı göstərilir.  02.10.2023-cü ildə adını dəyişərək “EPTAL GROUP” MMC-yə çevrilib. Təsisçisi və ilk qanuni təmsilçisi Məmmədov Vasif Mehdi oğlu olub. Daha sonra Abdullayev Abdulla Vahid oğlu, Qurbanəliyev Abbas Vaqif oğlu müxtəlif vaxtlarda şirkətə rəhbərlik edib. Vergi öhdəlikləri üzrə 2021- 2024-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir.

Qeyd edək ki, elektron mediada yayılmış məlumatlara görə “Eptal Group” MMC Azərbaycanda yüksək keyfiyyətli mebellərin istehsalçısı kimi təqdim edilir.

Şirkət mebellərin satışı və yığılması ilə bərabər, binanın ekspert ölçülməsi və kommersiya təklifinin hazırlanması, yükün Azərbaycanın istənilən ərazisinə çatdırılması və yerləşdirilməsi xidmətlərini də göstərir. Məlumatlarda “Eptal Group” mebellərin, o cümlədən metal mebellərin istehsalı fəaliyyəti üzrə lisenziyaya, həmçinin İSO 9001:2015, İSO 14001: 2015 və  İSO 45001:2018 beynəlxalq standartların sertifikatlarına malik olduğu bildirilir.

Satınalmaların portalına yerləşdirilimiş məlumatlarda da “Eptal Group” MMC-nin mebel avadanlıqların satın alınması üzrə bir çox dövlət qurumlarının keçirdiyi tenderlərin qalibi olduğu bəlli olur. MMC 2025-ci ilin başlanğıcından milyonlarla manat dəyəri olan 14 tenderin qalibi olub.

Bunlarla bərabər “Eptal Group” MMC-nin adı bir sıra şübhəli məqamlarda da hallanır. Belə ki, 9 İyul 2024-cü ildə yayılmış məlumatlara görə “Qardaşlar Mebel”  QSC “Eptal Group” MMC-ni məhkəməyə verib. İddia müqavilələrdən (alqı-satqı) əmələ gələn öhdəliklər üzrə mübahisələr – üzrə qaldırılıb.

Mediada 04.11.2024  məlumatına görə MMC-nin qanuni təmsilçisi Bahadur Əhmədlinin ölkədən çıxışına məhdudiyyət qoyula bilər. Onun barəsində İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsi Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İdarə sahibkar barəsində məhkəmədə “ Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” iddia qaldırıb. Qeyd edək ki, B.Əhmədli hüquqi ünvanı Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Novxani Aqropark” MMC-nin də qanuni təmsilçisidir.

Bu məlumatlardan sonra da ortaya bir neçə sual çıxır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi mebel istehsalçısı olan “Eptal Group” MMC ilə müqavilə bağlayarkən təchizatçının uyğunluğunu əvvəlcədən müəyyənləşdiribmi? Bundan əlavə ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı qiymət təqdim etmiş “Eptal Group” MMC  bunu necə əsaslandırıb və göstərəcəyi xidmətin keyfiyyətinə zəmanət veribmi?

 

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Çin Qərbə əsas mineral ixracatına sərt məhdudiyyətlər qoyub
Next: İbtidai təhsilin beş il olması təklif edilir – Məktəb modeli dəyişəcək?

OXŞAR MÖVZULAR

omd-aynur

Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb

admin 08/05/2026
bşih-temirt

Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa…

admin 07/05/2026
unisel-ten

“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır

admin 05/05/2026

XƏBƏR LENTİ

  • “Bu iş sona çatmağa doğru gedir” – Putin savaşı bitirməyə və Zelenski ilə görüşə hazırdır? 10/05/2026
  • İlham Əliyev: Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi 10/05/2026
  • Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb 10/05/2026
  • Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda – Fotolar 10/05/2026
  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.