Skip to content
15/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 5
  • Ali təhsil müəssisələrinə keçid ballarının aşağı düşmə ehtimalı varmı?

Ali təhsil müəssisələrinə keçid ballarının aşağı düşmə ehtimalı varmı?

admin 05/08/2025
imtahan_telebe_qebul_2023

 

Hazırda abituriyentlər həyəcanla ixtisas seçimlərinin başlayacağı günü gözləyirlər. Onları maraqlandıran əsas suallar isə universitetlərə keçid balları ilə bağlıdır.

Bəs, hazırda vəziyyət necədir və ali təhsil müəssisələrinə keçid ballarının aşağı düşmə ehtimalı varmı?

Mövzu ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov bildirib ki, 2025‑ci il ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri artıq açıqlanıb və növbəti kritik mərhələ – ixtisas seçimi – yaxın günlərdə başlayacaq.

O qeyd edib ki, bu mərhələdə abituriyentləri ən çox maraqlandıran suallardan biri isə keçid ballarında dəyişiklik xüsusilə də enmə ehtimalının olub-olmamasıdır.

“Lakin bu ilki statistik göstəricilər və plan yerləri üzrə təhlillər göstərir ki, əksinə, bəzi ixtisaslar üzrə keçid ballarında yüksəliş gözlənilir. İlk olaraq qeyd edilməlidir ki, 2025‑ci ildə qəbul planı 61 minə çatdırılıb. Bu, ötən illə müqayisədə əhəmiyyətli artımdır. Lakin bu genişlənməyə baxmayaraq, 150 və daha çox bal toplayan abituriyentlərin sayı da kəskin şəkildə artıb. Belə ki, 2024‑cü illə müqayisədə bu il 150-dən çox bal toplayanların sayı 10 min nəfər artaraq ümumi rəqabət mühitini daha da sərtləşdirib. Bu isə keçid ballarının enməsi ehtimalını böyük ölçüdə aradan qaldırır. III ixtisas qrupu üzrə – yəni humanitar sahələr, hüquq, jurnalistika, tarix, kitabxanaçılıq və s. – keçid ballarında ciddi enmə gözlənilmir. Əksinə, bəzi ixtisaslarda, xüsusilə dövlət sifarişi ilə ayrılan plan yerlərinin sayı az olan hüquqşünaslıq və psixologiya kimi sahələrdə keçid ballarının bir qədər də yüksəlməsi ehtimalı mövcuddur. Pedaqoji ixtisaslarda – xüsusilə də ibtidai sinif, məktəbəqədər təhsil və Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisaslarında – keçid ballarının artacağı real görünür. Bunun səbəbləri arasında müəllimlik ixtisaslarına yönəlik sosial müdafiə tədbirləri, təqaüdlər, işə qəbul zamanı üstünlüklər və “sabit iş imkanı” amili önə çıxır. İbtidai sinif və məktəbəqədər təhsil ixtisasları bu il xüsusilə qız abituriyentlər arasında rəqabətli ixtisaslar sırasındadır”.

K.Əsədovun sözlərinə görə, I ixtisas qrupu üzrə – mühəndislik və texniki sahələr – keçid ballarında radikal dəyişikliklər gözlənilmir:

“Riyaziyyat və fizika fənləri üzrə nəticələrin əvvəlki illərlə müqayisədə ortalama bərabər səviyyədə olması bu proqnozu gücləndirir. Xüsusilə dövlət sifarişi ilə ayrılmış plan yerlərinin geniş olması mühəndislik sahələrində keçid ballarının sabit qalacağını deməyə əsas verir.

II ixtisas qrupu üzrə isə fərqli dinamika müşahidə olunur. Buraya iqtisadiyyat, idarəetmə, maliyyə və turizm kimi sahələr daxildir. Bu il ingilis dilli ixtisaslar – məsələn, “İqtisadiyyat (ingilis dili ilə)”, “Biznesin idarə edilməsi (ingilis dili ilə)” – abituriyentlər tərəfindən daha çox seçilir. Bu isə keçid ballarının yüksəlməsinə səbəb olacaq. Çünki həm bu ixtisaslara maraq artıb, həm də həmin ixtisaslar üzrə plan yerləri məhdud saxlanılıb. Eyni zamanda, bu proqramların bir çoxu beynəlxalq əməkdaşlıqlarla bağlıdır və əmək bazarında daha yüksək gəlirli perspektivlər vəd edir.

IV ixtisas qrupu üzrə – yəni tibb və biotexnologiya sahələri – ənənəvi olaraq yüksək bal tələb edən ixtisaslardandır. Bu il də dəyişiklik gözlənilmir. Əksinə, “Müalicə işi”, “Stomatologiya”, “Əczaçılıq” kimi ixtisaslarda keçid ballarında sabit yüksəliş tendensiyası davam edəcək. Bu sahədə plan yerləri məhduddur, amma maraq yüksəkdir. Bu isə keçid ballarının enməsi deyil, artması ilə nəticələnəcək.

V ixtisas qrupu üzrə – pedaqoji yönümlü xüsusi ixtisaslar və inklüziv təhsil sahəsi – keçid ballarında kiçik dalğalanmalar baş verə bilər, lakin bu, daha çox subbakalavr pilləsi üzrə olanların seçimlərinə bağlıdır. Amma ümumilikdə V qrup üzrə də ciddi enmə gözlənilmir”.

“Bütövlükdə 2025‑ci ildə qəbul planının 61 min yerə qədər artırılması müəyyən sahələrdə abituriyentlər üçün imkanları genişləndirsə də, bu imkanlar nəticələrin kəskin yaxşılaşdığı bir ildə baş verdiyindən keçid ballarının azalmasına deyil, sabit qalmasına və ya artmasına səbəb olacaq. Burada əsas faktorlardan biri də məhz yüksək nəticə göstərmiş abituriyentlərin sayının əhəmiyyətli dərəcədə artmasıdır.

Son olaraq qeyd etmək vacibdir ki, Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi bu il də ixtisas seçimi mərhələsində abituriyentlər üçün marifləndirici mexanizmləri və analitik platformaları yetərincə effektiv təqdim etmir. Abituriyentlərin öz balı ilə hansı ixtisaslara düşə biləcəklərinə dair real proqnozlar üzərində işlənmiş, statistik əsaslı platformalar hələ də mövcud deyil və bu da yanlış seçim risklərini artırır. Nəticədə, keçid ballarının necə formalaşacağı ilə bağlı proqnozlar yalnız statistik təhlillərə əsaslanmaqla aparılır, real zamanlı dinamika isə izlənilmir. Bu boşluğun aradan qaldırılması üçün elektron proqnozlaşdırma sistemləri, süni intellekt əsaslı ixtisas uyğunluğu təklif edən modulların tətbiqi vacibdir.

Nəticə etibarilə, bu il ixtisas seçimi mərhələsində xüsusilə yüksək bal toplayan abituriyentlərin daha ağıllı strategiyalar seçməsi gözlənilir və bu da rəqabətin müəyyən ixtisaslarda ciddi şəkildə artmasına səbəb olacaq. Beləliklə, keçid ballarında ümumi mənzərə – ya sabitlik, ya da artım istiqamətində olacaq; enmə ehtimalı isə minimaldır”,- deyə K.Əsədov fikirlərini tamamlayıb.

Təhsil eksperti Rizvan Fikrətoğlu isə danışan bildirib ki, hazırda Dövlət İmtahan Mərkəzinin yaxın günlərdə dərc edəcəyi “Abituriyent-4” və statistika jurnallarını gözləyirik.

“Ondan sonra daha konkret və daha yekun fikirlər bildirmək olar. Faktiki olaraq, bu jurnallar yoxdur deyə, daha konkret danışmaq olmur. Amma, məsələn, 5-ci ixtisas qrupunda fiziki tərbiyə müəllimliyidir, ümumi fiziki hazırlıq, kütləvi sağlamlaşdırıcı idman, adaptiv idman, beləcə də təsviri incəsənət müəllimliyi, dizayn ixtisasları qrupu, həmçinin, 4-cü ixtisas qrupunda, tibb yönümlü ixtisaslarda, eyni zamanda 3-cü ixtisas qrupunda ballarda artımlar gözlənilir. İxtisaslar üzrə 3-5 bal artım ola bilər. 2-ci ixtisas qrupunda, adətən, Bakı Dövlət Universiteti, ADNSU və.s. kimi universitetlərdə müəyyən artım ola bilər. Həmçinin bunun paralelində, bəzi ixtisas qrupunda, bir sıra mühəndislik sahələrdə artım gözlənilir, amma bunun paralelində azalmalar da müşahidə olunacaq. Daha dəqiq fikir isə, dediyim kimi, həmin jurnallar çıxandan sonra daha konkret fikirlər bildirmək olar”,- deyə o əlavə edib./trend.az

PAYLAŞIN:

Continue Reading

Previous: 5 Avqust – Azərbaycan Hərbi Dəniz Donanması Günüdür
Next: Zaur Mikayılova sual olunur – Rəşad Vəliyev 1.200.000 manatı Şəmkirdə hara xərcləyəcək

OXŞAR MÖVZULAR

ev_menzil_b

Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir?

admin 15/03/2026
d5a40cc93352bcdf657ed6dde6813af3_11 (1)

Bakı yüklənir: Hökumət bunun qarşısını necə alacaq?

admin 15/03/2026
f7a3ad57c7134cc336d0694127be0c28_Untitled-1

Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər

admin 15/03/2026

XƏBƏR LENTİ

  • Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir? 15/03/2026
  • İki texnologiya milyarderi üz-üzə: Süni intellekt kosmosa daşına bilərmi? 15/03/2026
  • ABŞ-ın mərkəzində niyə kosmodrom yoxdur və NASA buraxılış yerlərini necə seçir? 15/03/2026
  • Bakı yüklənir: Hökumət bunun qarşısını necə alacaq? 15/03/2026
  • Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü 15/03/2026
  • Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər 15/03/2026
  • İranın zərbələri Trampı təəccübləndirdi – Nə baş verir? 15/03/2026
  • ABŞ-ın İrana qarşı 2 planı alınmadı – C planı işə düşdü 15/03/2026
  • Orta Dəhlizin inkişafı balanslaşdırılmış yanaşma tələb edir – İrfan Əli 14/03/2026
  • “İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir” 14/03/2026
  • Bakının cazibəsi kəndləri boşaldır – Çıxış yolu var? 14/03/2026
  • Beynəlxalq hava yolları biletləri bahalaşdırdı – Neft böhranı aviasiyaya təsir edir 14/03/2026
  • BTQ zikh icması və digər etnik qruplara qarşı təqiblərlə bağlı hesabat təqdim edib 14/03/2026
  • Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI 14/03/2026
  • Gəzinti zamanı siqaret çəkməyin ölümcül təhlükəsi 14/03/2026
  • “Tramp Avropa İttifaqını parçalamağa çalışır” – Ali nümayəndə ABŞ-ni ittiham etdi 13/03/2026
  • 50 min müəllim ixtisar riski ilə üz-üzə – Həll yolu varmı? 13/03/2026
  • Müharibə maliyyə bazarlarını silkələyir – Neftin qiyməti artır, səhmlər ucuzlaşır 13/03/2026
  • Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir – Siyahı 13/03/2026
  • İki həftəlik savaş: ABŞ və İsrail niyə gözlədiyi nəticəni ala bilmədi? 13/03/2026

Sağlamlıq

c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.