Skip to content
07/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 6
  • Rusiyanın Bakıya qarşı əsas planı: Hər kəs bunu gözardı edib …

Rusiyanın Bakıya qarşı əsas planı: Hər kəs bunu gözardı edib …

admin 06/08/2025
zengezur-dehliz (1)

 

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanacağı istiqamətində addımlar atılır. Əbu-Dabi görüşündən sonra Vaşinqton görüşünün baş tutacağı iddia olunur. İddialar ortaya atılandan dərhal sonra uzun zaman idi səssiz qalan Azərbaycan və Ermənistan müdafiə nazirlikləri sükutu pozdu.

Bunu hərbi ekspert Səxavət Məmməd qeyd edib.

O, son hadisələr fonunda tərəflərin bir-birini atəşkəsin pozulmasında, yalan informasiya yaymaqda ittiham etməsinə diqqət çəkib:

“Gözlənilən idi? Əlbəttə! Son zamanların ən çox müzakirə mövzusu Zəngəzur dəhlizidir. Hətta dəhlizi Tampın adı ilə də bağlayırlar. Ümumiyyətlə, Zəngəzur dəhlizinin mahiyyəti nədir? Zəngəzur dəhlizi Azərbaycanla Naxçıvanı bir-birinə bağladığı üçün əhəmiyyətlidir? Qətiyyən! Az qala bütün dünyanın baş sındırdığı yer Azərbaycanla Naxçıvanı bir-birinə quru əlaqəsi yaratması üçündür? Təbii ki, yox! Əgər bu belə olsa idi, dünya üçün ən əhəmiyyətsiz bir problem olardı. Azərbaycan onsuzda İran üzərindən Naxçıvanla quru əlaqəsi qurur. Əsas məsələ Çindən İngiltərəyə qədər uzanacaq “Bir kəmər, bir yol” layihəsi və o layihənin bir neçə kilometrinə (Zəngəzur) hansı dövlətin nəzarəti ələ almasıdır. Sanki hansısa bir güc bütün diqqəti bir nöqtəyə yolun Ermənistandan keçəcək hissəsinə cəmləyib, böyük ölkələr, böyük şirkətlər, siyasətçilər, analitiklər ancaq bura fokuslanıb”.

Ekspert bildirib ki, bu günə qədər yüzlərlə variant ortaya atılıb:

“Azərbaycanın hərbi güc tətbiq edərək o yolu açmasından tutmuş, ən sonuncu ABŞ şirkətinin icarəyə götürməsinə qədər variantlar mövcuddur. Son baş verən proseslər onu göstərir ki, Zəngəzur dəhlizinin Rusiyanın nəzarətinə verilmə ehtimalı çox aşağıdır. Sual yaranır: Rusiya dəhlizdən kənarlaşdırılacaqsa, dəhlizə müdaxilə etmək imkanı sıfıra enəcək? Başqa bir sual: Rusiya üçün “Bir kəmər, bir yol” layihəsinə müdaxilə imkanını düşünsək, Zəngəzur dəhlizi “A” variantıdır, yoxsa “B”? Düşünürəm ki, müdaxiləni imkanlarını hesablasaq, Zəngəzur dəhlizi “B” varantıdır”.

Ekspert bildirib ki, “A” varantı və hər kəsin diqqətdən kənarda saxladığı istiqamət Xəzər dənizidir:

 

“Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran tərəfindən imzalanıb. Ancaq İran parlamenti hələ də Konvensiyanı ratifikasiya etməyib. Bu o deməkdir ki, Konvensiya qüvvəyə minməyib.
“Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın 22-ci maddəsində deyilir:
“Bu Konvensiya ratifikasiya edilməlidir. Ratifikasiya fərmanları saxlanmaq üçün Depozitari funksiyalarını həyata keçirən Qazaxıstan Respublikasına verilir. Bu Konvensiya beşinci ratifikasiya fərmanının Depozitari tərəfindən alındığı tarixdən qüvvəyə minir”.
Rusiyanın Xəzərdə dənizində son zamanlar aktivliyi artıb. Bundan əlavə Rusiya tərəfindən xüsusilə ötən ilin sonundan başlayaraq Xəzərin təhlükəsizliyi, Xəzərdən təhdid yönündə çıxışlara rast gəlirik. Hətta ötən ilin dekabrında Rusiya prezidenti təhlükəsizlik şurasının iclasında Xəzərin təhükəsizliyi məsələsi ön plana çıxardı.
Rusiya üçün Xəzər dənizində “Bir kəmər, bir yol” layihəsinə mane olmaq imkanları daha çoxdur. Xəzər dənizindəki 5 ölkənin hərbi gücünə baxıqda bunun asanlıqla edə biləcəyini deyə bilərik.
Azərbaycanın hərbi gücünü quru, hava, su olaraq katiqoriyalaşdırsaq, ən zəif yer kimi donanma olduğu ortaya çıxır. Azərbaycan 44 günlük müharibədən sonra köhnəlmiş hərbi təyyarələrini Pakistandan JF-17-lər alaraq yenilədi. Azərbaycanın döyüş gəmilərinin müasirliyi barədə danışmaq yersizdir. Ola bilsin kimsə deyəcək ki, gəmi var, onun üzərinə müasir raketlər quraşdırmaq olar. Bunu düşünməyin özü belə bu sahə barədə bəsid anlayışın olmamasından xəbər verəcək.
Azərbaycan Pakistanla strateji müttəfiqdir. Bunu hərbi təyyarələr almaqla daha da möhkəmləndirib. Hazırda Pakistan Hərbi Dəniz Qüvvələrinin Ali Baş Komandanı Azərbaycanda səfərdədir. Bu istiqamətdə də hansısa əməkdaşlığın baş verəcəyi gözləniləndir. Pakistan hərbi gəmilərin inşasını həyata keçirir, ancaq tam şəkildə özü bunu etmir. Pakistan hərbi gəmilərin inşasını Çin və Türkiyə ilə birgə həyata keçirə bilir. Hərbi gəmilərin inşası çox bahalı və uzun vaxt tələb edən bir layihədir.
Ekspert qeyd edib ki, görünən mənzərə İran və Rusiyanın regiona olan təhdid və təzyiqinin Zəngəzur dəhlizinin açılması ilə bitməyəcəyini deməyə əsas verir:
“Yeri gəlmişkən Rusiyada Qazaxıstana qarşı ritorika kəskin dəyişib. Zəngəzur dəhlizi düyünü açılacağı təqdirdə Xəzər düyünü ortaya çıxa bilər. Bunun işartılarını artıq görmək mümkündür”.
PAYLAŞIN:

Continue Reading

Previous: Transxəzər Fiber-Optik Kabel Xətti üzrə dəniz marşrutu tədqiqatına başlanılıb
Next: Əhali susuzluqdan qırılır, Mikayılovun adamı 38 minlik kolyedə… – Vətəndaş KİMİN UMRUNDADIR Kİ?

OXŞAR MÖVZULAR

pezeskianed

Pezeşkian niyə susur? – “İran da Rusiyanın yolunu gedir”

admin 06/03/2026
naumov-yeni

İranda komandanlıq yoxdur, Azərbaycana zərbə… – Naumov

admin 06/03/2026
ferhad-p-loq

Fərhad Məmmədov: İranın Azərbaycana zərbəsi… Bundan sonra nə baş verə bilər?

admin 05/03/2026

XƏBƏR LENTİ

  • DTX SEPAH-ın Azərbaycanda planlaşdırdığı terror aktlarının qarşısını alıb 06/03/2026
  • Tehranın “pul kisəsinə” zərbə: BƏƏ milyardlarla dollar dəyərində aktivləri dondurmağa hazırlaşır 06/03/2026
  • “İran tezisləri ilə ictimai rəyi dəyişənlər cəzalandırılmalıdır” – Hikmət Babaoğlu 06/03/2026
  • 240 min vergi borcu, ölüm və koma qalmaqalları: “MedAura” klinikası adını niyə dəyişir? 06/03/2026
  • BŞİH-də ixtisarlar, tabeliyində olan təşkilatlarda isə kadr islahatları gözlənilir 06/03/2026
  • İranın neçə “atımlıq barıt”ı qalıb? – Tehran vaxtı uzatmağa çalışır 06/03/2026
  • İran Azərbaycana bu məqsədlə hücum edib: “Cəzalandırmaq” tezisi ortaya atılıb 06/03/2026
  • Nərimanovda tikinti özbaşınalığı: Vüqar Bağırova kim “dur” deyəcək? 06/03/2026
  • Şahbaz Şərif Azərbaycan Prezidentinə zəng edib, İranın hərbi hücumunu qınayıb 06/03/2026
  • Pezeşkian niyə susur? – “İran da Rusiyanın yolunu gedir” 06/03/2026
  • Prezident Moldovanın Baş nazirinin müavinini qəbul etdi 06/03/2026
  • ABŞ-nin bacarmadığı ucuz silah… – Amerika ordusu böyük problemlə qarşılaşıb 06/03/2026
  • Yevlax şəhər 7 nömrəli məktəbdə “yoxlama” adlı ŞOU:xanım direktora “DUR” deyən olacaqmı?! 06/03/2026
  • İranda komandanlıq yoxdur, Azərbaycana zərbə… – Naumov 06/03/2026
  • HHQ-də Bayraktar kursunun ilk buraxılış mərasimi keçirilib 06/03/2026
  • İranda ABŞ və İsrailin zərbələri nəticəsində zərər dəymiş binaların sayını açıqlanıb 06/03/2026
  • Azərbaycan İƏT ölkələri arasında iqtisadi inteqrasiyanın gücləndirilməsində çox mühüm rol oynayır – Baş katib 06/03/2026
  • İranpərəstlərin təxribat cəhdləri: Baku TV bəyanat yaydı – FOTO 06/03/2026
  • Moskva və Qars müqavilələri: Naxçıvana hücum olsa, Türkiyə müdaxilə edə bilər? 05/03/2026
  • İpoteka limitləri saniyələr sonra bitdi? 05/03/2026

Sağlamlıq

meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026
xarab-meyv

Meyvə-tərəvəz niyə tez xarab olur? – Mətbəxdə edilən ən yayğın səhv

admin 28/01/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.