Skip to content
26/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 12
  • Gəray Gəraybəyli Tibb Universitetinin laboratoriya müdiri ilə müqavilə bağladı – “Medlab Şamaxı” MMC-nin isə adı var

Gəray Gəraybəyli Tibb Universitetinin laboratoriya müdiri ilə müqavilə bağladı – “Medlab Şamaxı” MMC-nin isə adı var

admin 12/08/2025
gəray-karaltı

 

Azərbaycan Tibb Universitetinin nəzdində Tədris Terapevtik Klinikası 08.08.2025-ci ildə dövlət satınalmalarının portalında elan yerləşdirirb. Elanda deyilir:

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası tərəfindən 26.05.2025-ci il tarixində elan olunmuş “Laboratoriya xidməti” ilə bağlı açıq tender elanın qalibi “Medlab Şamaxı” Məhdud Məsuliyyətli Cəmiyyəti (Ünvanı- Şamaxı şəhəri, Gənclər küçəsi 15, .) müəyyən edilmişdir. Qalib təşkilatla dəyəri 411.471,70 AZN (dörd yüz on bir min dörd yüz yetmiş bir manat 70 qəpik) olan müqavilə bağlanmışdır.

Aktualinfo.org bu elan ətrafında geniş araşdırma apardı. Məlum oldu ki, “Medlab Şamaxı” MMC 2023-cü ildə TƏBİB-ə tabeli 3 xəstəxanada laboratoriya şöbəsinin yenidən təşkil olunması və standartlaşdırılması məqsədi ilə keçirilən tenderlərin qalibi olub və 700 min manat dəyərində sifariş alıb.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MEDLAB ŞAMAXI”  (VÖEN- 8401382041) Məhdud Məsuliyyətli Cəmiyyətinin 4 saylı Ərazi Vergilər İdarəsində 29.04.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanının ŞAMAXI RAYONU, GƏNCLƏR, ev.15, qanuni təmsilçisinin isə İskender Karaltı olduğu göstərilir.

Reyestr məlumatlarına edilən dəyişiklikdə MMC-nin təsisçisi və ilk qanuni təmsilçisinin Türkmən Hüseyn olduğu göstərilir. Bədəlov Emil Veysəl oğlu (hazırda, 23.01.2025-ci il tarixdən Şəki-Zaqatala Regional Mədəniyyət  İdarəsinin rəisi vəzifəsi daşıyır), Soltanov Rüstəm Vaqif oğlu, Qarayev Vüsal Bəybala oğlu MMC-yə müxtəlif vaxtlarda qanuni təmsilçilik etmişlər.

MMC-yə vergi öhdəlikləri üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırkı günə MMC-nin 6641.19 manat vergi borcu var. Açıq məbələrdə şirkət haqqında məlumatlar bu qədərdir.

Apardığımız ətraflı araşdırma zamanı məlum oldu ki, MMC-nin hazırki qanuni təmsilçisi İskender Karaltı həm də Azərbaycan Tibb Universitetində laboratoriya müdiri kimi fəaliyyət göstərir. Açıq internet resusrslarında onun “Sağlam Ailə” Tibb Mərkəzinin ötən il İnstaqram sosial şəbəkəsində yaydığı məlumatda bildirilir ki, “Sağlam Ailə olaraq, akademik konsultantımız və tanınmış mütəxəssis Dos. Dr. İskender Karaltı ilə məhsuldar bir görüş keçirdik. Dr. Karaltı, Azərbaycan Tibb Universitetində laboratoriya müdiri kimi fəaliyyət göstərir və 70-dən çox elmi məqaləyə imza atmışdır. Görüşün əsas məqsədi laboratoriyamızda davamlı və dayanıqlı keyfiyyəti təmin etmək, yeni xidmət çeşidlərinin aktivləşdirilməsi ilə bağlı təklif və imkanları dəyərləndirmək idi.”

Göründüyü kimi Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetində laboratoriya müdiri kimi fəaliyyət göstərən və “Medlab Şamaxı” Məhdud Məsuliyyətli Cəmiyyətin qanuni təmsilçisi olan İskender Karaltı ilə satınalma müqaviləsi bağlayıb. Amma gəlin görək qanun buna yol verirmi.

“Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1. maddəsində göstərilir ki,  Təchizatçıların aşağıdakı hallarda (satınalma predmetinin yalnız hər hansı konkret təchizatçıda olduğu, yaxud satınalma predmetinin əvəzedicisi və alternativi olmadığı hallar istisna olmaqla) satınalmalarda iştirakına yol verilmir: 6.1.1. təchizatçının satınalan təşkilatdan və ya satınalan təşkilatla təchizatçının eyni qurumdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olduqda; 6.1.2. təchizatçılardan biri digərinin benefisiar mülkiyyətçisi olduqda, yaxud təchizatçıların azı ikisi eyni benefisiar mülkiyyətçinin nəzarətində olduqda; 6.1.3. təchizatçılardan biri digərinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı olduqda, yaxud təchizatçıların azı ikisinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı eyni şəxs olduqda;

Belə olan halda, “Medlab Şamaxı” Məhdud Məsuliyyətli Cəmiyyətin qanuni təmsilçisi İskender Karaltı Azərbaycan Tibb Universitetində laboratoriya müdiri, yəni sözügedən universitetin idarəetmə orqanının üzvü olduğu halda satınalmalarda iştirakına necə yol verilib?

Burada maraqlı bir məqam da var. Məlum olduğu kimi Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası ən son,müasir tibbi avadanlıqlarla təchiz olunmuş bir tibb müəssisəsidir. Şamaxı şəhərində fəaliyyət göstərən “Medlab Şamaxı” MMC-nin ən son,müasir tibbi avadanlıqlarla təchiz olunmuş Tədris Terapevtik Klinikasına labaratoriya xidmətinin göstərməsi bir az müəmmalı görsənmirmi?

Bu və buna bənzər suallara aydınlıq gətirilməsini Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylidən xahiş edirik. Azərbaycan Tibb Universitetində laboratoriya müdiri İskender Karaltı elə Tibb Universitetinə tabeli Tədris Terapevtik Klinikasına 411.471,70 manata nə kimi labaratoriya xidməti göstərəcək? İskender Karaltı bu xidməti elə Tibb Universitetində laboratoriya müdiri kimi göstərə bilməzdimi? Bu müqavilə nədən “Medlab Şamaxı” MMC ilə bağlanıb? Bu bir satınalma müqaviləsindən daha çox əvvəlcədən planlaşdırılmış, razılaşdırılmış bir əməliyyat deyilmi? “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu buna yol verirmi?

 

Aktualinfo.org

 

 

 

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Hələ istismara verilməmiş “Qarabağ Oil” zavodundan narazılıq var – Xanım sahibkar isə iddiaları qəbul etmir
Next: Paşinyan bu türk ölkəsinə gedir

OXŞAR MÖVZULAR

dma-agro

Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı

admin 15/05/2026
kenan-aşurlu

Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə

admin 14/05/2026
tibb univer

Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb

admin 14/05/2026

XƏBƏR LENTİ

  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026
  • Ərdoğan İlham Əliyevə məktub göndərdi 25/05/2026
  • Qiymət artır, xidmət dəyişmir – Bayram öncəsi vəziyyət necədir? 25/05/2026
  • Estetik mərkəzdə qanunsuz əməliyyatlar zamanı xəstə Hepatit C virusuna yoluxub – İTTİHAM AKTI 25/05/2026
  • İsrail lobbisi Trampı şantaj etməyə başlayıb – İranla sülh sazişi bağlamaması üçün 25/05/2026
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq…” -FOTOFAKT 25/05/2026
  • Qurban bayramı ilə bağlı fətva verildi 25/05/2026
  • Rusiya sərhədində Britaniya müdafiə nazirinin təyyarəsi TƏHLÜKƏLİ ANLAR yaşadı 25/05/2026
  • Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb 25/05/2026
  • Putini II Nikolayın taleyi gözləyir – Servis 25/05/2026
  • iPhone 18 Pro çexolları ilk dəfə ortaya çıxdı: iPhone 17 Pro ilə uyğun gəlmir – FOTO 25/05/2026
  • “Axios”: Tramp bir neçə ölkəni “İbrahim sazişləri”nə qoşulmağa çağırıb 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.