Skip to content
16/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 12
  • Hələ istismara verilməmiş “Qarabağ Oil” zavodundan narazılıq var – Xanım sahibkar isə iddiaları qəbul etmir

Hələ istismara verilməmiş “Qarabağ Oil” zavodundan narazılıq var – Xanım sahibkar isə iddiaları qəbul etmir

admin 12/08/2025
gülpəri

 

“Qarabağ Oil” zavodunun işçiləri olmuş və hazırda Şəki rayonun Baş Göynük kəndində yaşayan Xəlilov Məmmədəli Əkrəm oğlu və Əliyev Bəxtiyar Rüfət oğlu tərəfindən Prezidenti İlham Əliyevə, Baş nazir Əli Əsədova, Baş prokuror Kamran Əliyevə, İqtiasiduyyat naziri Mikayıl Cabbarova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədova, Ombudsman Aparatının sədri Səbinə Əliyevaya və digər aidiyyəti dövlət qurumlarının rəhbərlərinə ictimailəşdirilməsi məqsədi ilə ikinci şikayət məktubu ünvanlanıb.

Bir surəti də Aktualinfo.org-a daxil olan şikayət məktubunda deyilir:

Çox hörmətli cənab Prezident və Ali Baş Komandan İlham Əliyev!  Biz sadə insanlar elə başa düşürük ki,  Siz Müzəffər Komandan olaraq Qarabağ torpaqlarını ondan ötəri işğaldan azad etmisiniz ki, müqəddəs torpaqlara vətəndaşlarımız qayıtsın, quruculuq-abadlıq işləri görülsün.

Bir daha qısa olaraq xatırlatmaq istəyirik ki,  Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova tərəfindən bizi işlədərək sonradan bəhanələrlə əmək haqqımızı verməməsilə bağlı Sizə və aidiyyatı qurumlara 28 iyul 2025-ci il tarixində etdiyimiz müraciətdən dərhal sonra filioloq ixtisaslı biznes –ledi G.Bayramova mətbuata-konkret olaraq aktualinfo saytına “Gülpəri Bayramova “Qarabağ oil” zavodu haqqındaolunan şikayətə aydınlıq gətirdi” başlıqla  açıqlama verərək bizi dələduz və böhtançı adlandırmışdır.

 https://aktualinfo.org/2025/07/30/gulp%c9%99ri-bayramova-qarabag-oil-zavodu-haqqinda-olunan-sikay%c9%99t%c9%99-aydinliq-g%c9%99tirdi/

Guya biz görülən işi təhvil vermədən harasa qaçmışıq, sonradan ondan əməkhaqqımızı istəmişik və s. əsassız açıqlamalar. Hələ bu azmış kimi onu da bildirmişdir ki, bizim barəməizdə hüquq –mühafizə orqanlarına şikayət vermişdir və artıq hüquqi prosedur da başlanmışdır.

  Xatırladaq ki,  2022-ci ildə KOBİA tərəfindən “2022-ci ilin sahibkar xanımı” adına layiq görülmüş “Agro Mix” MMC-nin təsisçisi və özünü aqrar ekspert elan edən Gülpəri nəinki bizim əmək haqqımızı, zovoduna cəlb etdiyi qalan 40 nəfərin də (bunlardan çoxunu ƏƏSMN-nin Məşğulluq İdarəsinin göndərişi əsasında gəlib 600 manat maaşa işləyən çarəsiz insanların da pulunu vermir. Bəli, bizim müraciətimizdən sonra onlara da 5 avqustda işlədikləri pulu verəcəklərinə söz versə də, 15 gündür ki, Bakıya gedib və kimsənin telefonuna cavab vermir. İşçilərin dediyinə görə pulsuzluqdan ancaq kartof və badımcan yeməklə, ölməmək üçün  günlərini  keçirirlər.Yazıqlar qorxurlar kİ, zavodu tərk etsələr Gülpəri bizi kimi onların da əməkhaqqını verməyəcəkdir.   

Bəli, bizim yeganə günahımız budur ki, gördüyümüz və şəxsən özünə, sonra qardaşına, sonra zavodun direktoru İsmayıl müəllimə bir bir təhvil verdiyimiz və qəbul olunmuş işlərə görə heç bir etiraz və irad bildirilmədiyi halda, aradan keçən  biznes-ledi iyulun 29-da qərara almışdır ki, ( iki ay sonra) bizi prokurorluğa verib gözümüzü qorxuzsun ki, bir daha pulumuzu istəməyək. Və məhz pulumuzu istədiyimizə görə də o bizdən xəbərsiz bizi işdən çıxarmışdır. Və bizə çatacaq pulu vermək fikri də yoxdur. Bizi işdən çıxarmağın əsas səbəbi də əməkhaqqımızı istəməyimizdir.

Biz mayın 10-da “Qarabağ oil” zavodunda işlə başlarkən zavod daxilindəki, uzun illərdir ki, fəaliyyət göstərməyən və bu səbəbdən tam yararsız hala düşmüş qurğu və avadanlıqların yenidən qurulmasını təşkil edib onları işlək vəziyyətə gətirək. Bəli, biz buxar qazanlarının daxili sistemlərinin təmizlənməsi, vintil və vanların bərpası və az qisminin yenisilə əvəz edilməsi ,  borudaxili paslanmaların təmizləmə işləri və s. görüb 10 gün müddətində işi rəhbərliyə təhvil vermişik. İşə başlamazdan əvvəl bütün avadanlıqların ilkin vəziyyətinin foto və videosunu çəkmişik.(maddi sübutların az qismi təqdim edilir) Təkcə 100-dən çox vintilləri təmir edib işlək vəziyyətə gətirmişik. Yəni tək buna görə zavoda 40000 manat xeyir vermişik. Vana detallarının çoxunun yenisilə əvəz olunmalı olduğu halda anbarda olmadığından biz onların proxladkalarını, boltlarını yeniləməklə işlək vəziyyətə gətirmişik. Böyük buxar qazanlarının və paslanmış dəmir boru xəttlərinin işərisi pas, palçıq və korroziya olunduğundan gecə gündüz dayanmadan işləyib onu qismən yaralı vəziyyətə gətirmişik. Yəni, qısası, biznes –ledinin dediklərindən fərqli olaraq biz gördüyümüz işlərin sübutunu ortalığa qoymuşuq və işi tamamlayıb təhvil verdikdən sonra pulumuzu istəmişik, qaçmamışıq. O isə bizi işdən bizim xəbərimiz olmadan əmək müqaviləmizə 1 ay öncədən xəbərdarlıq etmədən xitam verməklə düşünmüşdür ki,  Oğuz türklərini də belə istismar edib yola salıb. Amma filioloq xanım çox yanılır. Çünki biz işlədiyimiz müddətdə elevatorların içində siçovulların necə qaçışdığını hamısının video lentə almışıq. Əslində isə bu zavodda bütün qurğu və avadanlıqların demək olar ki, hamısı yenilənməli və montaj olunaraq istifadəyə verilməli idi. Bizim əməyimizlə birtəhər ordan burdan detal tapıb düzəltməklə, korroziyaya uğramış daxili sistemləri müəyyən qədər yuyub təmizləməklə zavod işlətmək, yəni çoxsaylı zərərli baktereloji amili nəzərə alaraq qida istehsal etmək qəti olmaz. Bu həm daxil , həm də xarici bazar alıcılarının sağlamlıqlarının birbaşa təhlükəyə atılması deməkdir ki, təcili olaraq AQTA məşğul olmalı, FHN-nin əməkdaşları isə hər hansı nüfuzlu şəxsin zənginə baxmayaraq zavodaistismar aktı yazmamalıdır.

Və əgər xoşluqla G.Bayramova bizim zəhməthaqqımızı avqustun 15-dək verməsə biz o zaman onun indidən Körfəz ölkələrilə günəbaxan yağı idxalı üçün bağladığı müqavilələrin nə qədər bu ölkələrin əhalisinin sağlamlığı üçün  təhlükəli olması barədə BƏƏ-lərinə, Səudiyyə Ərəbistanı, Küveyt, İran və digər ölkələrin Azərbaycandakı səfirliklərinə rəsmi müraciət edərək “Qarabağ oil” zavodunun istehsal etdiyi və “Made in Azerbaijan” brendi adı altında idxal edəcək hər hansı məhsulu almaqdan imtina etmələri üçün xəbərdarlıq edəcəyik. Təbii ki, əlimizəki antisanitar vəziyyəti əks etdirən çoxsaylı sübutları təqdim etməklə.

Bəli, biz xanım biznes-ledi G.Bayramova reklamlarda verdiyi pozlarda olduğu kimi deyil,  real həyatda tam başqa birisi olduğu, yəni göründüyü kimi olmadığı  üçün və Azərbaycanda qısa zaman kəsiyində geniş nüfuzlu şəxslərlə işbirliyində olduğunu nəzərə alaraq məhz cənab Prezidentə müraciət etmək zorunda qalmışıq ki, əməkhaqqımızı ala bilək. Vəssəlam.

Ona görə də bizim bir ümidimiz qalıb ki, yenə təkrar olaraq cənab Prezident Sizə müraciət edək. Sizin azad etdiyiniz müqəddəs topaqlarda bizi kimi imkansız insanları işlədib haqqımızı verməyən və  əsassız varlanmaq həvəsinə düşən  “ Qarabağ oil” zavodunun direktoru Gülparə Bayramovanının daşı ətəyindən töküb əmək haqımızın ödənilməsi üçün cənab nazir Mikayıl Cabbarova və ƏƏSMN-nin naziri cənab  Anar Əliyevə bir daha göstəriş verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımızı bildiririk. Sağ olun.

Mammadali shexs 11.jpeg

 

Aktualinfo.org

 

P.S. Aktualinfo.org Şəki rayon sakinləri Məmmədəli Xəlilov və Bəxtiyar Əliyev tərəfindən ünvanlanmış müraciətdə göstərilənlərlə “Agro Mix” MMC-nin direktoru Gülpəri Bayramovanın da münasibətini öyrənib. Həm də “ Qarabağ oil” zavodunun direktoru olan Gülpəri Bayramova barəsində edilən şikayətin əsassız olduğunu, həmin şəxslərin zavodda əmək müqaviləsi ilə çalışdıqlarını və müqavilədə göstərilənlərə uyğun olaraq əmək haqqlarını aldıqlarını bildirdi. Şikayətçilərin digər iddialırına da münasibət bildirən Gülpəri Bayramova: onlar gördükləri işin zəhmət haqqını alıblar, görmədikləri işə görə mən onlara artıq pul verəsi deyiləm- dedi.

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycan və Ermənistan düşmənçiliyin bitdiyini rəsmən elan etdilər
Next: Gəray Gəraybəyli Tibb Universitetinin laboratoriya müdiri ilə müqavilə bağladı – “Medlab Şamaxı” MMC-nin isə adı var

OXŞAR MÖVZULAR

rafiq-xtib

Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma…

admin 16/03/2026
adsea-1

“Sutikinti” MMC icarəyə nəqliyyat vasitələri götürür – Bəs idarənin texnikalarını kimlər talayıb

admin 11/03/2026
seferber-xidm

Səfərbərlik Xidməti üçün satınalmalarda ehtimal qiyməti işləmir

admin 10/03/2026

XƏBƏR LENTİ

  • Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma… 16/03/2026
  • İranı kim idarə edir: “Süni intellekt Ayətullahı” və görünməz LİDER – SİRLƏR AÇILIR 16/03/2026
  • Fərid Şahbazlı: “Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib” 16/03/2026
  • “Ölüb, yoxsa sağdır?” müəmması: Netanyahu ilə bağlı ziddiyyətli xəbərlər yayılır 16/03/2026
  • “Tramp İranda siyasi fiaskoya uğradı” – “Qorxuram ki, Putin Trampa bir razılaşma təklif edəcək…” 16/03/2026
  • “Xamenei Moskvaya aparılıb…” – “Putin Pezeşkiana təklif edib ki…” 16/03/2026
  • ABŞ İranın neft obyektlərini ələ keçirmək istəyir- Quru əməliyyatı baş tuta bilər 16/03/2026
  • Rektor Yaşar Ömərov haqqında şok faktlar – Nazir təyinatı ilə bağlı iddialar və cinayət ittihamı 16/03/2026
  • Tramp İranla müharibədə məğlub olacaq 16/03/2026
  • Azərbaycan Texniki Universitetində Sona İsmaylovanın “Sözün xaqanı” kitabının təqdimatı keçirildi. 16/03/2026
  • İlon Maskdan sensasion proqnoz: Gələcəkdə insanlar işləməyəcəklər 16/03/2026
  • Avstraliya və Yaponiya Hörmüz boğazına hərbi gəmilər göndərməkdən imtina edib 16/03/2026
  • Tokayev: Bütün dünyaya qazax cəmiyyətinin siyasi mədəniyyətini göstərdik 16/03/2026
  • Almaniya və Britaniya Hörmüz boğazında gəmilərin mühafizəsi missiyasında iştirak etməyəcək 16/03/2026
  • Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir? 15/03/2026
  • İki texnologiya milyarderi üz-üzə: Süni intellekt kosmosa daşına bilərmi? 15/03/2026
  • ABŞ-ın mərkəzində niyə kosmodrom yoxdur və NASA buraxılış yerlərini necə seçir? 15/03/2026
  • Bakı yüklənir: Hökumət bunun qarşısını necə alacaq? 15/03/2026
  • Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü 15/03/2026
  • Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər 15/03/2026

Sağlamlıq

c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.