Skip to content
17/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 13
  • Zaur Mikayılov 10 ayda “T.T.Ş.-İnşaat” MMC-yə 127 milyon manatlıq tender verdi – Daimi müştərisidi

Zaur Mikayılov 10 ayda “T.T.Ş.-İnşaat” MMC-yə 127 milyon manatlıq tender verdi – Daimi müştərisidi

admin 13/08/2025
ttş-loqo

 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi “Astara şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi çərçivəsində kanalizasiya sisteminin tikintisi üzrə 03.06.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “T.T.Ş.-İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 41.495.129,27 manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portlında 07.08.2025-ci ildə dərc edilib.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki,  “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” Böyükşor hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikintisi işlərinin satın alınması üzrə “T.T.Ş.-İNŞAAT” MMC ilə bir mənbədən satınalma metodu tətbiq etməklə 56.500.000 manat dəyərində müqavilə bağlayıb. Məlumat portlda 13.05.2025-ci ildə dərc edilib.

Göründüyü kimi Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” üç ay ərzində “T.T.Ş.-İNŞAAT” MMC-yə 97 995 129 manat dəyərində dövlət sifarişi verib.

Bundan əlavə “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” ötən il də “T.T.Ş.-İNŞAAT” MMC ilə “İşğaldan azad olunmuş ərazilərdə su təchizatı ilə bağlı təxirəsalınmaz işlərin icrası” işlərinin satın alınması üzrə 1.974.000 manat, “Cəbrayıl şəhərinin, Cəbrayıl rayonunun Horovlu və Şükürbəyli kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması” işlərinin satın alınması üzrə isə 27.545.800 manat dəyərində iki satınalma müqaviləsi bağlayıb.

Göründüyü kimi Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” 09.10.2024-cü ildən 07.08.2025-ci ilə qədər, yəni 10 ay ərzində “T.T.Ş.-İNŞAAT” MMC ilə ümumi dəyəri 127 514 929 manat olan dörd satınalma müqaviləsi bağlayıb. Bəs 10 ay ərzində yüz milyonluq dövlət sifarişi almış bu şirkət haqqında nə kimi məlumatlar var.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “T.T.Ş.-İNŞAAT” (VÖEN: 1600121371) Məhdud Məsuliyyətli Cəmiyyətinin 09.10.2004-cü il tarixdə Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 27 411 149.86 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, NİZAMİ RAYONU, BABƏK PR., ev.53, qanuni təmsilçisi kimi isə Məmmədov Xalıqverdi Malça oğlu qeyd olunub.

Reyestrə edilmiş dəyişikliklərdə MMC-nin Eldarov Tərlan Salman oğlu tərəfindən təsis edildiyi göstərilir. Vergi öhdəlikləri üzrə 2012- 2024-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir

 Şirkətin adıçəkilən qanuni təmsilçiləri haqqında açıq mənbələrdə məlumat yoxdur. Mediada yer alan məlumatlara görə şirkətin prezidenti Qorxmaz Paşayevdir. O, eyni zamanda “Alıbəyli” Kooperativinin, “Alıbəyli” Kiçik Müəssisəsinin və “Alıbəyli Şirkəti” MMC-nin prezidentidir. Bu barədə “T.T.Ş.-İnşaat” MMC-nin saytında qeyd olunub. Qorxmaz Paşayevin adı zaman-zaman baş nazirin keçmiş müavini Əli Həsənovun yaxın adamı kimi çəkilib. “T.T.Ş.-İnşaat” MMC-nin daha çox “Qaçqınkom”un tenderlərində qalib seçilməsi bu iddiaların əsassız olmadığına şübhələri artırır. Əli Həsənov işdən çıxarılandan sonra isə Qorxmaz Paşayevin də biznesini xaricə köçürdüyü barədə məlumatlar yayılmışdı. Bu məlumatların təkzib olunmasına rast gəlinmir.
Əsasən iri məbləğli tenderlərin qalibi seçilən “T.T.Ş.-İnşaat” MMC haqqında media resurslarında tənqidi yazılara daha çox rast gəlinir. Bu yazılarada “T.T.Ş.-İnşaat” MMC “şübhəli şirkət” kimi təqdim olunur.
Qeyd edək ki, “T.T.Ş.-İnşaat” MMC-nin rəsmi veb saytında keçmiş “AZƏRSU” ASC, hazırkı Dövlət Su Ehtiyatları Agentliyinin əsas müştərilərindən biri olduğu açıqlanır. Əsas müştəri nə deməkdir? Yəni daim işbirliyində, rəsmi şəxslərinin daim təmasda, münasibətdə olması anlamına gəlir. “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu belə hallara yol verirmi? Maraqlıdır?
Burada daha bir maraqlı bir məqam da var. “T.T.Ş.-İnşaat” MMC-nin qalib olduğu tenderlərdən göründüyü kimi dövlət sifarişlərinin hər biri ayrı-ayrı rayonlarda həyayata keçirilir. Görəsən “T.T.Ş.-İnşaat” MMC-nin  eyni zamanda həm Cəbrayıl rayonunun Horovlu və Şükürbəyli kəndlərində, həm Astara şəhərində, həm də Bakıda bu işləri həyata keçirməsi üçün mütəxəsisləri, mühəndisələri, işçi qüvvəsi varmı?
Xatırlatmaq istərdik ki,Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi vaxtı ilə “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə tabeli Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti olub. Bu müəssisəyə respublika ərazisində, meliorasiya, iriqasiya və suvarma sistemlərinin fəaliyyətini yaxşılaşdırılması məqsədi ilə son illər yüz milyonlarla manat dövlət vəsaitləri ayrılıb. Amma qurumun gördüyü işlərin səmərəli olmadığını Prezident İlham Əliyev də 2020-ci ilin iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə açıqlamışdı.
Struktur islahatlrı aparıldıqdan sonra Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətin yeni direktoru Məmmədov Samir Teymur oğludur. O, 2022-ci ilin yanvar ayında Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində yaradılmış “Satınalmaların Təşkili və Müqavilələrin İcrasına Nəzarət” MMC-nin direktoru olub. Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun kadrıdır, ən yaxın adamlarından biri hesab edilir.
Aktualinfo.org
PAYLAŞIN:

Continue Reading

Previous: Temmi Bryus: Bakı – İrəvan razılaşmaları Cənubi Qafqazın potensialını üzə çıxaracaq
Next: Bakı İrəvandan tələb olunan təzminatdan imtina edir?

OXŞAR MÖVZULAR

abdin-cennet

Ceyranbatanda “Cənnət” kafesisinin yerində tikilən obyektə “gözyumdu”dan Abdin Fərzəliyevin qazancı nə qədər olub

admin 16/03/2026
rafiq-xtib

Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma…

admin 16/03/2026
adsea-1

“Sutikinti” MMC icarəyə nəqliyyat vasitələri götürür – Bəs idarənin texnikalarını kimlər talayıb

admin 11/03/2026

XƏBƏR LENTİ

  • Bu ixtisaslar üzrə plan yerləri AZALACAQ – Abituryentlərə XƏBƏRDARLIQ 17/03/2026
  • Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri əhaliyə müraciət etdi 17/03/2026
  • Hansı içki təzyiqi dərmansız salmağa kömək edir? 17/03/2026
  • “Bu zülm mütləq sona çatmalıdır…” – “Ankara ilə Tehranın baxış üfüqü eyni istiqamətə yönəlmişdir” 17/03/2026
  • Abituriyentlər imtahandan niyə şikayət edir? – Təhsil eksperti SƏBƏBLƏRİ AÇIQLADI 17/03/2026
  • Bu gün İlaxır çərşənbədir 17/03/2026
  • Buraxılış imtahanlarına etirazlar haqlıdırmı? – “Problem sualların məzmununda deyil…” 16/03/2026
  • “Telegram” bağlanıb, mobil internet yoxdur… – Putinin ideoloqundan internetlə bağlı çağırış 16/03/2026
  • Avropa dövlətləri, Çin və Yaponiya Trampa “yox” dedilər – hərbi dəstək… 16/03/2026
  • Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək – Özər 16/03/2026
  • Dövlət satınalmaları üzrə auditdə avtomatlaşdırılmış qiymətləndirmə olacaq 16/03/2026
  • İlham Əliyev Tokayevi Qazaxıstanda referendumun başa çatması münasibətilə təbrik edib 16/03/2026
  • Ceyranbatanda “Cənnət” kafesisinin yerində tikilən obyektə “gözyumdu”dan Abdin Fərzəliyevin qazancı nə qədər olub 16/03/2026
  • Vətəndaş mövqeyi bəlli insan 16/03/2026
  • Hərbi xidmətdən boyun qaçıranlara qarşı QAYDALAR SƏRTLƏŞDİRİLİR 16/03/2026
  • Tramp 5 gün xahiş etdi, indi tələbə keçib… 16/03/2026
  • Üç uşaqlı ailələrə bayram öncəsi şad xəbər 16/03/2026
  • İlaxır çərşənbə üçün bazarlıq neçəyə başa gəlir? 16/03/2026
  • Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib 16/03/2026
  • Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma… 16/03/2026

Sağlamlıq

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026
c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.