Skip to content
07/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 14
  • İran Türkiyənin təklifini rədd etdi, nəticədə şoka düşdü – Batur

İran Türkiyənin təklifini rədd etdi, nəticədə şoka düşdü – Batur

admin 14/08/2025
zengezur-dehlizi (2)

 

Zəngəzur dəhlizi rusların bizim başımıza açdığı oyunun nəticəsidir. Eynilə “Mərkəzi Asiya” ifadəsi də.

Bu sözləri türkiyəli yazar Emin Batur qeyd edib.

“İstilaçılar əvvəlcə Böyük Türküstanı Şərqi və Qərbi Türküstana bölüb parçalayaraq, tarixi birliyi pozdular. Şərqi Türküstanı Çin işğal etdi və adını “Sincan” – yəni “yeni torpaq” qoydu. Qərbi Türküstan adı isə heç vaxt geniş istifadə olunmadı. Çünki bölgə artıq Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan adları ilə parçalara ayrılmışdı.

Hətta bu ölkələr arasında düşmənçilik toxumu səpərək bir-biri ilə qarşıdurma səviyyəsinə gətirdilər (məsələn, Özbəkistan və Qırğızıstan arasında baş verən Oş hadisələri). Eyni strategiyanın bir parçası olaraq 1920-ci ildə Zəngəzur bölgəsi Azərbaycandan alınaraq Ermənistana verilmişdi. Bununla da Türkiyə (Osmanlı İmperiyası) ilə Türküstan arasındakı əlaqə qopdu və münasibətlər sadəcə Naxçıvan üzərindən məhdud şəkildə davam edə bildi.

O illərdə Türkiyənin bu bölgülərə qarşı çıxmağa gücü yox idi. Heç belə bir niyyəti də yox idi. Azərbaycan isə 28 aprel 1920-ci ildə ruslar tərəfindən işğala məruz qalmışdı və təbii olaraq müqavimət göstərə bilmirdi.

Amma İran məsələyə sərt reaksiya verdi. 2021-ci ildə İran bölgədə – İraq, Suriya, Livan və Yəməndə təsir gücünü maksimuma çatdırmışdı. Özünü bölgənin əsas gücü hesab edirdi və Türkiyənin “gəlin bunu birlikdə həll edək” təklifini rədd etdi.

Ağlabatan bir səbəb göstərmədilər. İran Türkiyənin Türküstanla birləşməsinin onun üçün təhlükəli olduğunu düşündü. Amma hər kəs bilir ki, Türküstanla quracağımız əlaqə Türkiyəni böyük bir gücə çevirəcək. İran isə bunu açıq şəkildə yox, “imperialist…” və sair deyərək, ABŞ-ın bölgəyə gəlməsini fəlakət kimi göstərirdi. Amma eyni İran vaxtilə ABŞ-la İraqda razılaşmalar imzalamışdı.

O zaman belə sual yaranır: ABŞ pisdir, bəs Rusiya xeyriyyə təşkilatıdır?

Türkiyə açıq şəkildə bildirdi ki, bu məsələ Türkiyə, İran, Azərbaycan və Ermənistan arasında həll olunmalıdır.

Rusiya da eyni şəkildə məsələyə qarşı çıxdı.

Çünki həm Ermənistan, həm də Azərbaycan keçmiş sovet ölkələri olduqlarına görə, iki ölkənin də möhtac olduğunu və gec-tez qapısına gələcəklərini düşünürdü.

Rusiya da Türkiyənin türk cümhuriyyətləri ilə olan əlaqələrinin güclənməsinə razı deyildi, İran kimi boş xəyallarla bunun qarşısını almağa çalışırdı.

Rusiya və İran razılıq vermədikdə, məsələ ABŞ vasitəsilə həll olundu. İran və Rusiyanın “dərin zehinləri” bunu təsəvvür edə bilmirdi. İnkişaf qarşısında şoka düşdülər və hələ də bu şokdan ayıla bilmirlər.

Türkiyə istədiyini aldı. Türküstan yolunu açdı. Bu həm iqtisadi, həm mədəni, həm də geosiyasi baxımdan böyük uğurdur.

Azərbaycan da istəyinə çatdı. Türkiyə ilə Türküstanı birləşdirən magistral və dəmir yoluna qovuşdu. Avropaya çıxışı genişləndi və embarqodan sonra rahat nəfəs almağa başladı.

Ermənistan “Böyük Ermənistan” xülyasının boş olduğunu anladı. Diasporun yaratdığı illüziyadan ayıldı və real siyasətə yönəldi. PKK-nın yönləndirdiyi qüvvələr təxribat yaratmağa çalışsalar da, Paşinyan bunun oyun olduğunu başa düşərək doğru qərar verdi və imzanı atdı.

ABŞ bölgədəki mövqeyini möhkəmləndirdi və Çinlə rəqabətdə əhəmiyyətli üstünlük qazandı. Zəngəzur yolunun Ermənistan tərəfinə nəzarət etməklə həm Rusiya, həm də Çin üzərində güc balansını dəyişdi.

İran da ABŞ-ın gəlməsindən narahatdır.

İran narahat olmasın. Bizə etdiyi bütün səhvlərə baxmayaraq, ABŞ-ın təzyiqlərinə qarşı çıxdıq. İndi də belə bir vəziyyətdə İrana zərər verilməsinə imkan vermərik. Sadəcə İran bizimlə harmoniyada olsun.

İndi vəziyyət tam fərqlidir. Ancaq qarşımızda iki İran var: biri bizə qarşı olan, digəri isə bizimlə güc birliyi qurmaq istəyən.

İranın “Zəngəzur dəhlizinə qarşı deyilik” bəyanatından qısa müddət sonra İranın ali dini lideri Xameneinin xüsusi nümayəndəsi əks bəyanat verdi.

Pezeşkian isə bizimlə bu məsələdə uyum içindədir və bizimlə güc birliyi qurmaq istəyən qrupu təmsil edir. Bəs, görəsən, o bu mövzuda uğur qazana biləcəkmi?”, – Batur qeyd edib./axar.az

PAYLAŞIN:

Continue Reading

Previous: “Politico”: Yeni tariflərdən qəzəblənən müttəfiqlər Trampı ən zəif yerindən vururlar
Next: Yayda su balansının pozulmasının yaratdığı fəsadlar

OXŞAR MÖVZULAR

pezeskianed

Pezeşkian niyə susur? – “İran da Rusiyanın yolunu gedir”

admin 06/03/2026
naumov-yeni

İranda komandanlıq yoxdur, Azərbaycana zərbə… – Naumov

admin 06/03/2026
ferhad-p-loq

Fərhad Məmmədov: İranın Azərbaycana zərbəsi… Bundan sonra nə baş verə bilər?

admin 05/03/2026

XƏBƏR LENTİ

  • DTX SEPAH-ın Azərbaycanda planlaşdırdığı terror aktlarının qarşısını alıb 06/03/2026
  • Tehranın “pul kisəsinə” zərbə: BƏƏ milyardlarla dollar dəyərində aktivləri dondurmağa hazırlaşır 06/03/2026
  • “İran tezisləri ilə ictimai rəyi dəyişənlər cəzalandırılmalıdır” – Hikmət Babaoğlu 06/03/2026
  • 240 min vergi borcu, ölüm və koma qalmaqalları: “MedAura” klinikası adını niyə dəyişir? 06/03/2026
  • BŞİH-də ixtisarlar, tabeliyində olan təşkilatlarda isə kadr islahatları gözlənilir 06/03/2026
  • İranın neçə “atımlıq barıt”ı qalıb? – Tehran vaxtı uzatmağa çalışır 06/03/2026
  • İran Azərbaycana bu məqsədlə hücum edib: “Cəzalandırmaq” tezisi ortaya atılıb 06/03/2026
  • Nərimanovda tikinti özbaşınalığı: Vüqar Bağırova kim “dur” deyəcək? 06/03/2026
  • Şahbaz Şərif Azərbaycan Prezidentinə zəng edib, İranın hərbi hücumunu qınayıb 06/03/2026
  • Pezeşkian niyə susur? – “İran da Rusiyanın yolunu gedir” 06/03/2026
  • Prezident Moldovanın Baş nazirinin müavinini qəbul etdi 06/03/2026
  • ABŞ-nin bacarmadığı ucuz silah… – Amerika ordusu böyük problemlə qarşılaşıb 06/03/2026
  • Yevlax şəhər 7 nömrəli məktəbdə “yoxlama” adlı ŞOU:xanım direktora “DUR” deyən olacaqmı?! 06/03/2026
  • İranda komandanlıq yoxdur, Azərbaycana zərbə… – Naumov 06/03/2026
  • HHQ-də Bayraktar kursunun ilk buraxılış mərasimi keçirilib 06/03/2026
  • İranda ABŞ və İsrailin zərbələri nəticəsində zərər dəymiş binaların sayını açıqlanıb 06/03/2026
  • Azərbaycan İƏT ölkələri arasında iqtisadi inteqrasiyanın gücləndirilməsində çox mühüm rol oynayır – Baş katib 06/03/2026
  • İranpərəstlərin təxribat cəhdləri: Baku TV bəyanat yaydı – FOTO 06/03/2026
  • Moskva və Qars müqavilələri: Naxçıvana hücum olsa, Türkiyə müdaxilə edə bilər? 05/03/2026
  • İpoteka limitləri saniyələr sonra bitdi? 05/03/2026

Sağlamlıq

meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026
xarab-meyv

Meyvə-tərəvəz niyə tez xarab olur? – Mətbəxdə edilən ən yayğın səhv

admin 28/01/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.