Skip to content
12/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 15
  • Dünyanın gözü alyaskada: sülh olacaqmı? – Əksəriyyət Putinin Trampı “sığallayacağını” gözləyir…

Dünyanın gözü alyaskada: sülh olacaqmı? – Əksəriyyət Putinin Trampı “sığallayacağını” gözləyir…

admin 15/08/2025
alyaska

 

Bu gün bütün dünyanın diqqəti buna qədər adı dünya mediasında olduqca nadir hallarda çəkilən Alyaskadadır. Burada Putinlə Tramp arasında keçiriləcək görüş, həmin görüş ərəfəsində Sergey Lavrovun üzərində “SSSR” yazılan “mayka”da görünməsinə baxmayaraq, qətiyyən keçmiş SSRİ ilə ABŞ liderləri arasında baş tutmuş görüşlərlə müqayisə oluna bilməz. Çünki ABŞ həmin ABŞ olsa da, Rusiya qətiyyən SSRİ deyil…

Bu görüş daha çox Ukraynadakı savaşı bitirmək və Trampın Nobel mükafatı arzusunu nə yolla olursa-olsun gerçəkləşdirmək xatirinə ABŞ-nin oturduğu ən yüksək nöqtədən müvəqqəti olaraq bir neçə pillə düşməsinə, Rusiyanın isə yenə müvəqqəti olaraq “qulağından çəkilib” bir neçə pillə yuxarı, əslində layiq olmadığı pilləyə qədər qaldırılmasına bənzəyir. Tərəflərin görüşəcəyi pillənin adı isə Alyaskadır…

Bəs bu görüşə dair gözləntilər özünü doğruldacaqmı?

Qərb mediasında Alyaska sammiti ilə bağlı müxtəlif proqnozlar və “etibarlı mənbələrə” əsaslanan xəbərlər dərc edilir. Onların hər birində “ana xətt” olaraq yenə Vladimir Putinin Trampa “kələk gəlmək” və vaxt udmaq planı keçir.

Məsələn, “Reuters” yazır ki, artıq Alyaska görüşündən öncə tərəflər arasında hansısa razılaşmalar əldə edilib. Agentlik qeyd edir ki, ABŞ Prezidentinin Ukraynada atəşkəslə bağlı ümidlərinin konkret nədən ibarət olduğu və nəyə söykəndiyi bəlli deyil. Lakin Putin artıq görüşdən əvvəl Ukrayna mövzusundakı mümkün uğursuzluğu “malalamaq” üçün hər iki liderin simasını xilas etməyə kömək edə biləcək nüvə razılaşması təklifini irəli sürüb.

Kremlə yaxın mənbə “Reuters”-ə deyib ki, hər iki tərəf əvvəlcədən müəyyən məsələlərdə “ortaq dil” tapıb: “Görünür, cümə günü bəzi şərtlər razılaşdırılacaq, çünki Trampa imtina etmək olmaz və biz də (sanksiya təzyiqinə görə) imtina edə bilmərik”.

“Reuters”-in məlumatına görə, Putin tam atəşkəs üçün sərt şərtlər qoyub. Lakin bir kompromis variantı var ki, bu da raket və PUA hücumlarından ibarət olan qarşılıqlı hava müharibəsinə mərhələli şəkildə son qoyulması ola bilər. Yeri gəlmişkən qeyd edək ki, Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak daha öncə rəsmi Kiyevin “hava atəşkəsi”nin əleyhinə olmadığını bəyan etmişdi. Bu, o deməkdir ki, Alyaskada Ukrayna mövzusu ilə bağlı ən azından “hava atəşkəsi”lə bağlı ilkin razılaşma əldə edilməsi perspektivini istisna etmək olmaz.

Eyni zamanda, analitiklər deyirlər ki, Putin Trampa onun istədiyini verirmiş kimi görüntü yaratmağa, bununla yanaşı, Ukraynada istədiyi vaxt eskalasiyanı yüksəltmək imkanlarını özündə saxlamağa çalışacaq.

“Əgər onlar (ruslar) bir növ atəşkəsi təmin edən, lakin eskalasiyaya nəzarəti Rusiyanın ixtiyarına buraxan və onlar üçün Ukrayna üzərində quruda və ya hava məkanında heç bir real maneə yaratmayan bir razılaşma əldə edə bilsələr… bu, Putinin nöqteyi-nəzərindən əla nəticə olardı”. Bunu tanınmış ekspert, Avropa Siyasətinin Analizi Mərkəzinin Demokratik Dayanıqlıq üzrə direktoru Sem Qrin bildirib.

“Sky News” da hesab edir ki, Putin Alyaskada Donald Trampla görüşəndə özünü ABŞ liderinə güzəştə gedirmiş kimi göstərməli olacaq. Çünki o, Tramp üçün sifətinin saxlanmasının vacibliyini dərk edir. “Sky News”-un şərhçisi Ivor Bennettin yazdığı kimi, Putin nə istədiyini və buna necə nail olacağını bilən birisidir: “O, bütün detallardan, tarixdən və hüquqi arqumentlərdən xəbərdar olduğu halda, rəqibinin o qədər də məlumatlı olmadığını bilir. Onun strategiyası bundan istifadə etmək olacaq”.

Analitikin fikrincə, Putinin son məqsədi sülh üçün tələsən Trampı buna aparan ən sürətli yolun Rusiyanın şərtlərinin əksəriyyəti ilə razılaşmaq olduğuna inandırmaqdır. Buna nail olmaq üçün Putin sammitdə güzəştlər görüntüsü yaratmalı və Trampa nəsə təklif etməli olacaq: “Bu, Trampın bir daha gündəmə gətirdiyi Volodimir Zelenski ilə üçtərəfli görüş vədi ola bilər. Amma bunun qeyri-müəyyən, yayğın bir vəd olacağından şübhələnirəm. Nəticədə Ağ Ev irəliləyiş olduğunu iddia edə, lakin reallıqda buna nail olunmaya bilər”.

Hesab olunur ki, Putin bu görüşdə Trampın münaqişənin tez bir zamanda həlli və buna görə uğuru öz adına yazmaq istəyi üzərində oynamağa çalışacaq. Buna görə də Putin görüşdən əvvəl Trampı “sığallayaraq”, onun sülhə nail olmaq üçün “enerjili və səmimi” səylərini yüksək qiymətləndirib.

Şərhdə həmçinin qeyd olunur ki, Putin Trampın biznesmen mahiyyətini nəzərə alaraq, onu müxtəlif layihələrlə şirnikləndirməyə çalışacaq: “Bu, nadir torpaq metalları ilə bağlı sövdələşmələr və Arktikada birgə layihələr kimi şeyləri əhatə edə bilər. Buna görə də Rusiya nümayəndə heyətinə Maliyyə naziri Anton Siluanov və Kremlin investisiyalar üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev daxildir”.

Bundan əlavə, nümayəndə heyətində Müdafiə naziri Andrey Belousovun olması Putinin nüvə silahlarına nəzarət sazişi bağlamaqda ciddi olduğunu göstərə bilər. Belə bir razılaşma, demək olar ki, Amerika Prezidentinin arzuladığı nəticə olardı.

Bir sözlə, Putinin Ukrayna məsələsində istədiyi nəticələri əldə etmək üçün digər müxtəlif “meydançalarda oynamağa” və Trampn qarşısında güzəştə getməyə hazır olduğunu göstərməyə çalışacağı gözlənilir. Əksər Qərb KİV-lərinin də yazdığı kimi, nəticəsindən asılı olmayaraq, Alyaskadakı görüşün özü artıq Putin üçün qələbədir, çünki bu onu diplomatik böhrandan çıxarır və ona Trampa şəxsən təsir etmək, onu hansısa şərtlərə razı salmaq imkanı verir.

Bu arada ABŞ-nin Maliyyə naziri Skot Bessent Alyaska görüşü ilə bağlı narahatlığını ifadə edən və ABŞ-ni Rusiyaya qarşı sanksiyalara çağıran Avropa liderlərinə “ağızlarını yummağı” və susmağı təklif edib: “Demək istəyirəm ki, avropalı tərəfdaşların ya nəsə etmək, ya da susmaq vaxtıdır. Onlar yenə deyirlər ki, ABŞ bunu etməlidir, onu etməlidir…” Bessent deyib ki, Donald Tramp Ukraynadakı münaqişənin həlli məsələsində öz strategiyasına uyğun hərəkət edir və Putinlə Alyaska görüşü danışıqların növbəti raundularının təşkilinə xidmət edəcək.

Əlbəttə ki, Avropa liderlərilə bu danışıq tonu, eləcə də Ukraynanın və Avropanın Kremllə danışıqlardan kənarda saxlanması o qədər də ürəkaçan mənzərə yaratmır. Nəticədə Trampın “küyə getməyə” və tez-tez mövqeyini, hətta sifətini dəyişməyə meylli olduğunu nəzərə alsaq, Putinlə hansısa razılaşma əldə edəndən sonra ABŞ-nin indiki Prezidentinin Volodimir Zelenskiyə Ağ Evin Oval Kabinetindəki məşhur görüşdəki sifətini təkrar göstərəcəyini qətiyyən istisna etmək olmaz…

PAYLAŞIN:

Continue Reading

Previous: Amerikalıların əksəriyyəti Trampın Rusiya-Ukrayna müharibəsində düzgün qərar verəcəyinə inanmır
Next: Hakimliyə yeni seçim qaydaları təsdiqləndi

OXŞAR MÖVZULAR

zln-pt

“Bu iş sona çatmağa doğru gedir” – Putin savaşı bitirməyə və Zelenski ilə görüşə hazırdır?

admin 10/05/2026
putin-neba

Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir…

admin 08/05/2026
tramp_iran (2)

Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır

admin 08/05/2026

XƏBƏR LENTİ

  • “Bu iş sona çatmağa doğru gedir” – Putin savaşı bitirməyə və Zelenski ilə görüşə hazırdır? 10/05/2026
  • İlham Əliyev: Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi 10/05/2026
  • Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb 10/05/2026
  • Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda – Fotolar 10/05/2026
  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.