Skip to content
07/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 15
  • Tehran yolunu dəyişir: İran ABŞ-la danışıqlara qayıdır

Tehran yolunu dəyişir: İran ABŞ-la danışıqlara qayıdır

admin 15/08/2025
tehran-abş
İsraillə 12 günlük müharibədən iki ay sonra İranın ali rəhbərliyi ABŞ-la nüvə proqramı üzrə danışıqları bərpa etmək imkanını müzakirə etməyə başlayıb. 
 Qərb agentliklərinin məlumatına görə, bu qərara səbəb, İslam Respublikasının siyasi sisteminin növbəti genişmiqyaslı hərbi qarşıdurmaya tab gətirə bilməyəcəyi və 2015-ci il nüvə sazişi çərçivəsində ləğv edilmiş BMT Təhlükəsizlik Şurası sanksiyalarının bu il yenidən tətbiq olunması ehtimalıdır. İran siyasi elitasının mülayim qanadı vətəndaş qarşıdurmasının və hakimiyyətin dağılmasının qarşısını almaq üçün daha dərin siyasi islahatlar təklif edir.
“Reuters” agentliyinin məlumatına görə, İranın ali rəhbərliyi diplomatiyanı ABŞ və İsraillə gələcək hərbi toqquşmadan qaçmaq və siyasi sistemin sabitliyini qorumaq üçün yeganə çıxış yolu hesab edir. Ali lider Ayətullah Əli Xamenei artıq ölkənin dini rəhbərləri ilə bu məsələdə konsensus əldə edib. Qərb diplomatlarının sözlərinə görə, 12 günlük müharibə nəticəsində hərbi potensialın tükənməsi, Yaxın Şərqdəki müttəfiq qrupların zəifləməsi və iqtisadi böhran səbəbindən Tehran hazırda ən zəif mövqedədir.
“The Telegraph”ın yazdığına görə, bu məsələ üzrə daxili müzakirələr İran Ali Milli Təhlükəsizlik Şurasının təşəbbüsü ilə başlanıb. Şura prezident Məsud Pezeşkianın administrasiyasına “gec olmadan danışıqlara yol tapmaq” çağırışı edib. Əsas narahatlıq isə Avropa üçlüyünün (Böyük Britaniya, Almaniya, Fransa) “snapback” mexanizmindən istifadə edərək BMT Təhlükəsizlik Şurasının əvvəlki sanksiyalarını bərpa edə biləcəyi ilə bağlıdır. Bu imkan yalnız 18 oktyabr 2025-ci ilə qədər qüvvədədir və Avropa ölkələri danışıqlar bərpa olunmasa, bundan istifadə edəcəklərini bildiriblər. Mənbənin sözlərinə görə, yenidən tətbiq ediləcək sanksiyalar İsraillə müharibədən daha ağır zərbə vura bilər.
İranda son günlər danışıqların bərpası çağırışları güclənib. 12 avqustda birinci vitse-prezident Məhəmməd Rza Aref “ölkənin maraqlarını qorumaq üçün bərabər şərtlərlə danışıqlara hazır olduqlarını” bəyan edib. O, ABŞ-ın uranın zənginləşdirilməsi proqramından tam imtina tələbini isə “zarafat” adlandırıb. 10 avqustda prezident Pezeşkian sərt xətt tərəfdarlarına müraciət edərək bildirib: “Siz ABŞ administrasiyası ilə danışmaq istəmirsiniz? Bəs nə etmək istəyirsiniz? Müharibəyə başlamaq? Danışıqlara qatılmaq təslim olmaq demək deyil!”
13 avqustda sabiq prezident Həsən Ruhani də gərginliyin azaldılmasını zəruri adlandırıb: “Əgər Avropa, qonşularımız, Şərq və Qərblə, hətta ABŞ-la münasibətləri yaxşılaşdırmaq və gərginliyi azaltmaq ölkəmizin maraqlarına uyğundursa, niyə də olmasın? Bu, təkcə pis deyil, əksinə, bizim borcumuzdur”. Ruhani həmçinin daxili və xarici siyasətdə ciddi islahatlara çağıraraq xəbərdarlıq edib ki, bunlar olmadan ölkə yeni böhranlarla üz-üzə qala bilər./qaynarinfo.az
PAYLAŞIN:

Continue Reading

Previous: Tibb Universitetinə qarşı ETİRAZLAR artır… “ATU-da 6500 manatlıq keyfiyyətdə təhsil var?”
Next: Bu ixtisasları seçsəniz işsiz qalmayacaqsınız – Ən yüksək və az maaşlı sahələr

OXŞAR MÖVZULAR

əbu-dabi

Tehranın “pul kisəsinə” zərbə: BƏƏ milyardlarla dollar dəyərində aktivləri dondurmağa hazırlaşır

admin 06/03/2026
raket-iran2

İranın neçə “atımlıq barıt”ı qalıb? – Tehran vaxtı uzatmağa çalışır

admin 06/03/2026
şahed-pua

ABŞ-nin bacarmadığı ucuz silah… – Amerika ordusu böyük problemlə qarşılaşıb

admin 06/03/2026

XƏBƏR LENTİ

  • DTX SEPAH-ın Azərbaycanda planlaşdırdığı terror aktlarının qarşısını alıb 06/03/2026
  • Tehranın “pul kisəsinə” zərbə: BƏƏ milyardlarla dollar dəyərində aktivləri dondurmağa hazırlaşır 06/03/2026
  • “İran tezisləri ilə ictimai rəyi dəyişənlər cəzalandırılmalıdır” – Hikmət Babaoğlu 06/03/2026
  • 240 min vergi borcu, ölüm və koma qalmaqalları: “MedAura” klinikası adını niyə dəyişir? 06/03/2026
  • BŞİH-də ixtisarlar, tabeliyində olan təşkilatlarda isə kadr islahatları gözlənilir 06/03/2026
  • İranın neçə “atımlıq barıt”ı qalıb? – Tehran vaxtı uzatmağa çalışır 06/03/2026
  • İran Azərbaycana bu məqsədlə hücum edib: “Cəzalandırmaq” tezisi ortaya atılıb 06/03/2026
  • Nərimanovda tikinti özbaşınalığı: Vüqar Bağırova kim “dur” deyəcək? 06/03/2026
  • Şahbaz Şərif Azərbaycan Prezidentinə zəng edib, İranın hərbi hücumunu qınayıb 06/03/2026
  • Pezeşkian niyə susur? – “İran da Rusiyanın yolunu gedir” 06/03/2026
  • Prezident Moldovanın Baş nazirinin müavinini qəbul etdi 06/03/2026
  • ABŞ-nin bacarmadığı ucuz silah… – Amerika ordusu böyük problemlə qarşılaşıb 06/03/2026
  • Yevlax şəhər 7 nömrəli məktəbdə “yoxlama” adlı ŞOU:xanım direktora “DUR” deyən olacaqmı?! 06/03/2026
  • İranda komandanlıq yoxdur, Azərbaycana zərbə… – Naumov 06/03/2026
  • HHQ-də Bayraktar kursunun ilk buraxılış mərasimi keçirilib 06/03/2026
  • İranda ABŞ və İsrailin zərbələri nəticəsində zərər dəymiş binaların sayını açıqlanıb 06/03/2026
  • Azərbaycan İƏT ölkələri arasında iqtisadi inteqrasiyanın gücləndirilməsində çox mühüm rol oynayır – Baş katib 06/03/2026
  • İranpərəstlərin təxribat cəhdləri: Baku TV bəyanat yaydı – FOTO 06/03/2026
  • Moskva və Qars müqavilələri: Naxçıvana hücum olsa, Türkiyə müdaxilə edə bilər? 05/03/2026
  • İpoteka limitləri saniyələr sonra bitdi? 05/03/2026

Sağlamlıq

meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026
xarab-meyv

Meyvə-tərəvəz niyə tez xarab olur? – Mətbəxdə edilən ən yayğın səhv

admin 28/01/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.