Skip to content
17/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 18
  • ATƏT-ə sədrlik edən Finlandiya Minsk qrupu üzrə prosesə başlayıb

ATƏT-ə sədrlik edən Finlandiya Minsk qrupu üzrə prosesə başlayıb

admin 18/08/2025
osce

 

ATƏT-ə sədrlik edən Finlandiya Azərbaycan və Ermənistanın Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətinə cavab olaraq lazımi tədbirlərə başlayıb.

Bunu Avropa bürosuna Finlandiyanın ATƏT-ə 2025-ci il sədrliyi üçün ölkənin Xarici İşlər Nazirliyində yaradılmış Hədəf Qrupunun rəhbərinin müavini, finlandiyalı diplomat Toni Sandell deyib.

“Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri kimi Finlandiya avqustun 8-də Vaşinqtonda imzalanmış sazişləri alqışlayır”, – qurumdan bildirilib.

Sandell qeyd edib ki, bu sazişlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında və regionda davamlı sülhün əldə olunmasında mühüm mərhələdir.

O bildirib ki, Finlandiya iki ölkənin birgə müraciətinin cavablandırılması prosesinə başlayıb, əlavə məlumat daha sonra veriləcək.

Daha əvvəl ATƏT-in Parisdəki mənzil-qərargahından “Report”a bildirilmişdi ki, hazırkı sədr təşkilata üzv olan ölkələrlə məsləhətləşmələr aparacaq. Məlum olduğu kimi, Finlandiya həm də Minsk qrupunun üzvüdür.

Qeyd edək ki, Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət edib. Avqustun 8-də iki ölkənin xarici işlər nazirləri bu sənədi Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə imzalayıblar. ATƏT-in Minsk qrupunun ləğvi Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalanması üçün iki mühüm şərtindən biri olub.

Xatırladaq ki, ATƏT-in Minsk qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım etmək üçün yaradılıb. 2020-ci ilin payızında Azərbaycanın qələbəsi ilə başa çatan Vətən Müharibəsindən sonra rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağ münaqişəsi həll olunub, bu da Minsku qrupuna və onun institutlarına ehtiyac qalmadığı deməkdir.

Qrupa üç həmsədr ölkə – ABŞ, Rusiya və Fransa və Finlandiyanın özündən əlavə Belarus, Almaniya, İtaliya, Türkiyə, İsveç, Azərbaycan və Ermənistan daxildir.

PAYLAŞIN:

Continue Reading

Previous: Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqləndi – Nələr gözlənilir?
Next: Azərbaycan strateji körpü rolunu oynayır – Mirziyayev

OXŞAR MÖVZULAR

devlet-baxcali

“Bu zülm mütləq sona çatmalıdır…” – “Ankara ilə Tehranın baxış üfüqü eyni istiqamətə yönəlmişdir”

admin 17/03/2026
c9422f34-98a5-4c94-8ce4-6eae2273fa17

“Telegram” bağlanıb, mobil internet yoxdur… – Putinin ideoloqundan internetlə bağlı çağırış

admin 16/03/2026
2026-02-28-18-05-22MzORoSaGI1uOHnXoIS2t_file

Avropa dövlətləri, Çin və Yaponiya Trampa “yox” dedilər – hərbi dəstək…

admin 16/03/2026

XƏBƏR LENTİ

  • Bu ixtisaslar üzrə plan yerləri AZALACAQ – Abituryentlərə XƏBƏRDARLIQ 17/03/2026
  • Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri əhaliyə müraciət etdi 17/03/2026
  • Hansı içki təzyiqi dərmansız salmağa kömək edir? 17/03/2026
  • “Bu zülm mütləq sona çatmalıdır…” – “Ankara ilə Tehranın baxış üfüqü eyni istiqamətə yönəlmişdir” 17/03/2026
  • Abituriyentlər imtahandan niyə şikayət edir? – Təhsil eksperti SƏBƏBLƏRİ AÇIQLADI 17/03/2026
  • Bu gün İlaxır çərşənbədir 17/03/2026
  • Buraxılış imtahanlarına etirazlar haqlıdırmı? – “Problem sualların məzmununda deyil…” 16/03/2026
  • “Telegram” bağlanıb, mobil internet yoxdur… – Putinin ideoloqundan internetlə bağlı çağırış 16/03/2026
  • Avropa dövlətləri, Çin və Yaponiya Trampa “yox” dedilər – hərbi dəstək… 16/03/2026
  • Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək – Özər 16/03/2026
  • Dövlət satınalmaları üzrə auditdə avtomatlaşdırılmış qiymətləndirmə olacaq 16/03/2026
  • İlham Əliyev Tokayevi Qazaxıstanda referendumun başa çatması münasibətilə təbrik edib 16/03/2026
  • Ceyranbatanda “Cənnət” kafesisinin yerində tikilən obyektə “gözyumdu”dan Abdin Fərzəliyevin qazancı nə qədər olub 16/03/2026
  • Vətəndaş mövqeyi bəlli insan 16/03/2026
  • Hərbi xidmətdən boyun qaçıranlara qarşı QAYDALAR SƏRTLƏŞDİRİLİR 16/03/2026
  • Tramp 5 gün xahiş etdi, indi tələbə keçib… 16/03/2026
  • Üç uşaqlı ailələrə bayram öncəsi şad xəbər 16/03/2026
  • İlaxır çərşənbə üçün bazarlıq neçəyə başa gəlir? 16/03/2026
  • Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib 16/03/2026
  • Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma… 16/03/2026

Sağlamlıq

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026
c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.