Skip to content
19/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 19
  • Tarixi taleyimiz bu məqamı siyasi çək-çevir mövzusuna çevirməyi heç kəsə bağışlamaz

Tarixi taleyimiz bu məqamı siyasi çək-çevir mövzusuna çevirməyi heç kəsə bağışlamaz

admin 19/08/2025
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 80

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 80

 

Üç yüzillik tarixi prosesin sonlandırılmasına doğru yol gedirik. Və bu istiqamətdə yürüdülən siyasətin alternativi yoxdur. Atatürk Qurtuluş savaşını zəfərlə başa çatdırandan və yalnız Cümhuriyyətin elanından sonra 7 il müxalifətsiz fəaliyyət göstərdi. Yalnız 1930-cu ildə rəhbərliyində azərbaycanlı Əhməd Ağaoğlunun da  təmsıl olunduğu müxalif Sərbəst Firqə yarandı. Sərbəst Firqə hökumətə müxalifətdə olsa da, cümhuriyyət ideallarına, yəni mövcud iqtidarın yürütdüyü siyasətə  sədaqətli olacaqdı. Çünki zaman siyasi müxalifət zamanı deyildi. Birləşmək, daha güclü olmaq zamanı idi.

İkinci Qarabağ Savaşındakı zəfərdən sonra Ali Baş Komandan İlham Əliyev  Cənubi Qafqazda üç yüz ildir ki, davam edən və davam etməkdə hələ də israrlı olan siyasi mənzərəni dəyişib. Bu gün dövlət siyasətimizdə Azərbaycanın  geopolitik mənzərəsi müasir gerçəklikləri nəzərə almaqla, tarixi reallıqlara istinad edən  istiqamətə doğru yol gedir. Bunun alternativi varmı? Razılaşmalıyıq ki, yoxdur və razılaşmalıyıq ki, bu düşüncəyə qarşı müxalifətdə olmaq mümkün deyil. Onun təftiş edilməsi də xalqın qəbul etməyəcəyi bir haldır. Çünki xalq qazanılmış zəfərin qlobal mahiyyətini dərindən anlayır. Çünki o, bu zəfəri ən azı otuz il gözlədi və  bu otuz ildə məğlubiyyətlə heç bir halda razılaşmadı. İdeala doğru gedən yollarımızı  bağlayan müxtəlif maneələr nəhayət ki, ortadan qaldırıldı. ATƏT-in Minsk qrupu var idi. Vaşinqton görüşündə bu qurum buraxıldı. 907-ci düzəliş var idi, otuz ildən sonra bu düzəliş ləğv edildi. Və sair. Saziş bağlanması isə ona görə yubanır ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. O iddialar Ermənistan konstitusiyasından çıxarılmalıdır. Azərbaycanın siyasi masada mübahisəsiz qəbul edilən tələbinin miqyası milli iradənin gücü deyilmi?

“Məndən ötdü, qardaşıma dəydi” fəlsəfəsinin bölücü və acı nəticəsini, əsrlər boyu sağalmayan yaralarını biz iki yüz il əvvəl Azərbaycanın müxtəlif xanlıqlara bölündüyü çağlarda yaşamadıqmı? İkinci Qarabağ savaşındakı zəfərimizdən sonra davam edən dövlət siyasəti Zəngəzur dəhlizinin açılmasına (nə adla adlandırılmasından asılı olmayaraq) doğru istiqamət götürüb və bu proses dünyada sülh layihəsi kimi anlaşılırsa və bu yolda atılacaq addımların daha davamlı olacağına dair verilən vədlər dövlət başçıları tərəfindən  Amerikada paraflanırsa bu, Azərbaycanın apardığı siyasətin böyük milli siyasət olduğundan soraq vermirmi?  Bu, təkcə Azərbaycanın Zəngəzur nahiyəsinə keçidini, Naxçıvana uzanan yollarımızın açılmasını, bir-birindən aralı düşmüş ərazilərimizin qovuşmasını təmin edən xətt deyil, eyni zamanda, türk dünyasını birləşdirən, türk birliyinin reallaşmasını təmin edən yoldur və tarixi taleyimiz bu məqamı siyasi çək-çevir mövzusuna çevirməyi  heç kəsə bağışlamaz. Müqayisə üçün qonşu Ermənistanda dövlət siyasətinə müxalif olanlanların məramına nəzər yetirmək bəs edər. Üç yüz il əvvəl şimal qonşumuzun başlatdığı işğalçılıq siyasətinin komponentlərindən biri Qarabağ və qərbi Azərbaycan torpaqlarında bir erməni knyazlığı qurmaq təşəbbüsüylə bağlıydı. Bu gün Ermənistandakı müxalifətin hədəfi üç yüz il əvvəl başlamış və  Azərbaycan torpaqlarına erməniləri köçürüb yerləşdirmək ideyasını reallaşdıran qüvvəyə sədaqət hissidir və ona istinad edir, Vaxtilə bu prosesi başlayanlar, yəni Azərbaycan torpaqlarının hesabına ermənilər üçün torpaq qazanmaq, onlara vətən, dövlət qurmaq ideologiyasını irəli sürənlər və bu məqsədlə  I Pyotrla, Yekaterina ilə danışıq aparanlar Erməni katolikosları olmuşdu.  Bu gün Ermənistanda üç yüz il əvvəl başladılmış həmin prosesin iflasa uğramasından qeyzlənən erməni müxalifətinə, yəni revanşistlərə Erməni Apastol Kilsəsinin katolikosu başçılıq edir. Ermənistan siyasətçilərini belə acınacaqlı duruma salan, əsrlər boyu inandıqları “Dənizdən dənizə Ermənistan” ideologiyasının boş bir xəyal olduğunu elə onların özünə etiraf etdirən səbəb İlham Əliyevin yürütdüyü ümumazərbaycan siyasətidir. Vaşinqton danışıqlarının nəticəsi olaraq imzalanan sənədlərə erməni müxalifətinin münasibəti belədir ki, bu sənədlər  Azərbaycanla “Türkdilli blokadaya son qoymur, əksinə Ermənistanın suverenliyini məhdudlaşdıraraq, Azərbaycan üçün ölkədən keçən koridorun açılmasını təmin edir”.

Onların müxalifəti belə düşünür və 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanda bu şəkildə şərh olunan hədsiz uğurlu bir siyasətin arxasında durmamaq, bu milli siyasətin daha güclü olmasına çalışmamaq hansı məntiqdən xəbər verir.

Tarixin elə mərhələsini yaşayırıq ki, milli taleyimiz hamını ümumazərbaycan ideologiyasının ətrafında birləşmək üçün səfərbər olmağa çağırır.  Müxalif olmaq  zamanı deyil, birlik və bütövlük zamanıdır. Azərbaycan 300 ilə yaxın idi ki, bu  siyasi məqamın gerçəkləşməsini gözləyirdi… İndi məhz o məqamın müasirləri və prosesin iştirakçısıyıq. Tarix Azərbaycan dövrünü yaşayır və son üç yüz ildə belə bir dövrün analojisini göstərmək sadəcə, mümkün deyil.

 

Elnarə Akimova

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru 

PAYLAŞIN:

Continue Reading

Previous: Vaşinqton görüşü Putin üçün uğursuz gün oldu, Qərb yenidən birləşdi – “Politico”
Next: Estetik əməliyyatla bağlı yayılan görüntülərdə adı hallanan müəssisənin qanunsuz fəaliyyəti araşdırılacaq

OXŞAR MÖVZULAR

vuf-13-fon

WUF13 fonunda dəyişən region: Azərbaycan yeni geosiyasi mərhələyə necə hazırlaşır?

admin 19/05/2026
vuf13-media

Bakının ev sahibliyi etdiyi WUF13 dünya mediasının diqqət mərkəzindədir – FOTO

admin 17/05/2026
d4uyuJzYM3K9y3WFo4lUy0pqf7zMzDx98GqMiA3E_1200

Ceyhun Bayramov Türküstanda TDT XİN başçılarının görüşündə iştirak edib

admin 15/05/2026

XƏBƏR LENTİ

  • Rusiya ilə Qərbin növbəti “döyüş meydanı” – Ermənistanda 4 mümkün ssenari, Paşinyanı nə gözləyir? 19/05/2026
  • Quru sərhədlər açıldı: İlk ünvan Tiflis… 19/05/2026
  • DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır 19/05/2026
  • Azərbaycan müxtəlif ekoloji problemlərlə üzləşib – Umayra Tağıyeva 19/05/2026
  • Azad edilmiş ərazilərin bərpasına 14 milyard dollar sərf olunub 19/05/2026
  • WUF13 fonunda dəyişən region: Azərbaycan yeni geosiyasi mərhələyə necə hazırlaşır? 19/05/2026
  • “O buna görə sonda peşman ola bilər” – Si Cin Pin Trampa Putin haqqında nə deyib? 19/05/2026
  • Putin Ermənistana ordu göndərir? – Müəmmalı qərar 19/05/2026
  • Azərbaycan və Gürcüstanın arasında imzalanan sənədlər açıqlanıb 19/05/2026
  • Prezident: Təchizat zənciri baxımından Hörmüz böhranı Azərbaycana ciddi təsir göstərmir 19/05/2026
  • Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ 19/05/2026
  • Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib 19/05/2026
  • “Al Mayadeen”: İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib 19/05/2026
  • Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın… 19/05/2026
  • Ukrayna müharibəsi Rusiya ordusuna şok yaşadır – VİDEO 18/05/2026
  • Qurbanlıq heyvan bazarında “gizli faktorlar”…. – Qiyməti kim idarə edir? 18/05/2026
  • Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb 18/05/2026
  • İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb 18/05/2026
  • İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul edib 18/05/2026
  • İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü olub 18/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.