Skip to content
16/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 19
  • Vaşinqton görüşü Putin üçün uğursuz gün oldu, Qərb yenidən birləşdi – “Politico”

Vaşinqton görüşü Putin üçün uğursuz gün oldu, Qərb yenidən birləşdi – “Politico”

admin 19/08/2025
tr-zel-pol
Şimali Atlantika Alyansı (NATO) 18 avqustda Avropa liderlərinin, Ukrayna prezidenti Vladimir Zelenskinin və ABŞ prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüşdə möhkəmlik testindən uğurla çıxdı. 
Bu barədə “Politico” yaızır
Avropa liderləri Vaşinqtona Trampın Putinə qoşulacağı və Zelenskini ədalətsiz, təhlükəli sazişə məcbur edəcəyi qorxusu ilə getmişdilər.
“Buna görə də Böyük Britaniyadan Kir Starmer, Fransadan Emmanuel Makron və Almaniyadan Fridrix Mers öz planlarını dəyişərək Zelenski üçün diplomatik sipər olmaq, onun Oval ofisdə fevraldakı kimi partlayıcı qarşıdurma ilə üz-üzə qalmamasını təmin etmək üçün gəldilər. Ancaq bu dəfə hər şey başqa cür oldu”, – qeyd edir nəşr.
Materialda vurğulanır ki, Ukrayna prezidenti “bir qıcıqlandırıcı faktoru aradan qaldırdı” – kostyum geyindi. O həmçinin həyat yoldaşı Yelena Zelenskayadan ABŞ-ın birinci xanımı Melaniya Trampa məktub təqdim etdi. Məktubda 20 min ukraynalı uşağın oğurlanması məsələsini Putinin qarşısında qaldırdığına görə təşəkkür ifadə olunurdu.
Bu jestlər görüşün tonunu dəyişdi. “Politico” yazır ki, adətən Trampa uyğun gəlməyən “təmkin, soyuqqanlılıq və diplomatiya” onun Zelenski ilə keçirdiyi mətbuat konfransında ön plana çıxdı. Jurnalistlərin NATO üzvlüyü və təhlükəsizlik zəmanətləri barədə təxribatçı suallarına baxmayaraq, Tramp da, Zelenski də emosiyalara qapılmadılar. Hətta Tramp “Zelenskinin müdafiəçisi” kimi görünürdü.
Tramp NATO üzvlüyü ilə bağlı suala cavab olaraq bildirdi ki, hələ heç nə qərara alınmayıb və bu məsələni Avropa liderləri ilə müzakirə etmək lazımdır. O əlavə etdi ki, “təhlükəsizlik zəmanətləri məsələsində Avropa ölkələri birinci müdafiə xətti olacaq, amma tək qalmayacaqlar”.
“Avropa ölkələri yükün böyük hissəsini üzərinə götürəcək. Biz dəstək verəcəyik və bunu çox etibarlı edəcəyik”, – deyə ABŞ prezidenti əmin edib.
“Politico” yazır ki, avropalılar Trampın ABŞ-ın Ukrayna üçün NATO-ya bənzər təhlükəsizlik sazişinə qoşulacağı barədə verdiyi ictimai vədi “irəliləyiş” kimi qarşıladılar. Baxmayaraq ki, bu hələ də çox qeyri-müəyyəndir və ABŞ-ın nə qoşun göndərməsi, nə də birbaşa silah verməsi gözlənilir. Söhbət daha çox dəstək, kəşfiyyat və iri silah müqavilələrindən gedir.
Nəşr qeyd edir ki, bu açıqlamalar Trampın bundan əvvəl Putinin sazişə əməl edəcəyi barədə verdiyi güvənclərdən daha ciddi görünür.
Eyni zamanda Avropa tərəfi başa düşür ki, Tramp dəyişkəndir və heç nəyi təminat kimi görmür. Mers etiraf edib ki, proses indi daha da çətinləşəcək. Makron isə görüşdən əvvəl bildirmişdi ki, Putin sülh istəmir, sadəcə Ukraynanın tam təslimiyyətini tələb edir.
Britaniyalı bir rəsmidən “Politico”ya verilən şərhdə isə bildirilib: “Sülhə hələ uzun yol var. Amma Putin artıq Alyaskadakı sammitdə olduğu kimi özündənrazı təbəssümlə gəzə bilməyəcək”.
“Ümumilikdə bu, Putin üçün uğursuz gün idi, çünki Qərb yenidən birləşdi, ABŞ isə onun sırasına qayıtdı”, – deyə rəsmi yekunlaşdırıb.
Bundan əvvəl Zelenski də Vaşinqton danışıqları barədə danışaraq, bunun müharibənin başa çatması və Ukraynanın təhlükəsizliyi istiqamətində əhəmiyyətli addım olduğunu bildirmişdi.
“Bloomberg” isə yazır ki, görüşdən sonra Qərb dərhal Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin üzərində işləməyə başlayacaq. Bu zəmanətlər Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsinə yönələcək və hərbi qüvvələrin sayına məhdudiyyət qoyulmayacaq. Məqsəd həmçinin Rusiyanın mümkün sazişdə Ukrayna ordusunun məhdudlaşdırılması ilə bağlı tələblərinin qarşısını almaqdır./qaynarinfo.az
PAYLAŞIN:

Continue Reading

Previous: İlham Əliyev “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidentini qəbul edib
Next: Tarixi taleyimiz bu məqamı siyasi çək-çevir mövzusuna çevirməyi heç kəsə bağışlamaz

OXŞAR MÖVZULAR

iran-lider

İranı kim idarə edir: “Süni intellekt Ayətullahı” və görünməz LİDER – SİRLƏR AÇILIR

admin 16/03/2026
ntanyahu

“Ölüb, yoxsa sağdır?” müəmması: Netanyahu ilə bağlı ziddiyyətli xəbərlər yayılır

admin 16/03/2026
bolton-tr

“Tramp İranda siyasi fiaskoya uğradı” – “Qorxuram ki, Putin Trampa bir razılaşma təklif edəcək…”

admin 16/03/2026

XƏBƏR LENTİ

  • Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma… 16/03/2026
  • İranı kim idarə edir: “Süni intellekt Ayətullahı” və görünməz LİDER – SİRLƏR AÇILIR 16/03/2026
  • Fərid Şahbazlı: “Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib” 16/03/2026
  • “Ölüb, yoxsa sağdır?” müəmması: Netanyahu ilə bağlı ziddiyyətli xəbərlər yayılır 16/03/2026
  • “Tramp İranda siyasi fiaskoya uğradı” – “Qorxuram ki, Putin Trampa bir razılaşma təklif edəcək…” 16/03/2026
  • “Xamenei Moskvaya aparılıb…” – “Putin Pezeşkiana təklif edib ki…” 16/03/2026
  • ABŞ İranın neft obyektlərini ələ keçirmək istəyir- Quru əməliyyatı baş tuta bilər 16/03/2026
  • Rektor Yaşar Ömərov haqqında şok faktlar – Nazir təyinatı ilə bağlı iddialar və cinayət ittihamı 16/03/2026
  • Tramp İranla müharibədə məğlub olacaq 16/03/2026
  • Azərbaycan Texniki Universitetində Sona İsmaylovanın “Sözün xaqanı” kitabının təqdimatı keçirildi. 16/03/2026
  • İlon Maskdan sensasion proqnoz: Gələcəkdə insanlar işləməyəcəklər 16/03/2026
  • Avstraliya və Yaponiya Hörmüz boğazına hərbi gəmilər göndərməkdən imtina edib 16/03/2026
  • Tokayev: Bütün dünyaya qazax cəmiyyətinin siyasi mədəniyyətini göstərdik 16/03/2026
  • Almaniya və Britaniya Hörmüz boğazında gəmilərin mühafizəsi missiyasında iştirak etməyəcək 16/03/2026
  • Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir? 15/03/2026
  • İki texnologiya milyarderi üz-üzə: Süni intellekt kosmosa daşına bilərmi? 15/03/2026
  • ABŞ-ın mərkəzində niyə kosmodrom yoxdur və NASA buraxılış yerlərini necə seçir? 15/03/2026
  • Bakı yüklənir: Hökumət bunun qarşısını necə alacaq? 15/03/2026
  • Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü 15/03/2026
  • Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər 15/03/2026

Sağlamlıq

c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.