Skip to content
16/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 25
  • Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun unikal kadrları – Ölkənin kənd təsərrüfatı kimlərin əlinə keçib?

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun unikal kadrları – Ölkənin kənd təsərrüfatı kimlərin əlinə keçib?

admin 25/08/2025
mecnun-unukal

 

2014/15-ci illərdə dünya birjalarında enerji qiymətlərinin kəskin şəkildə azalması digər neft istehsal edən ölkələr kimi Azərbaycanda da ciddi təşviş yaratdı. Həm hakimiyyət, həm də müxalifət nümayəndələri bu prosesin davamlılığı halında ölkəmizi gözləyən böhranı eninə-uzuna müzakirə etməyə başladılar. Yeganə çarəni isə qeyri-neft sektorunun inkişafında gördülər və kənd təsərrüfatını bu sektorun prioritet sahəsi elan etdilər. Təsadüfi deyildi ki, 2015-ci il Kənd təsərrüfatı ili elan olundu və bütün diqqətlər bu sahənin inkişafına yönəldi.

Həmin il Prezident İlham Əliyevin imzaladığı “Kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam da haqqında danışdığımız sahəyə necə böyük ümidlərin bağlandığının işarəsidir. Sərəncamda bildirilirdi: “İqtisadiyyatın səmərəliliyinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində qeyri-neft sektorunun inkişafının təmin edilməsi dövlətimizin əsas iqtisadi prioritetlərindəndir”.

Sərəncamın bu ilk cümləsindən də aydın olur ki, 10 il əvvəl kənd təsərrüfatı sahəsi Azərbaycanın iqtisadi inkişafının əsas təməli və özünüqoruma sığortası olaraq görülürdü.

Dünya yeni bir enerji böhranına hazırlaşır. Ukrayna–Rusiya müharibəsi səbəbilə Qərb ölkələri şimal qonşumuza ağır zərbə vurmaq üçün neft və qazın qiymətlərinin ucuzlaşdırılması istiqamətində bir çox versiyaları müzakirə masasına yatırıblar. Sözsüz ki, Rusiyaya qarşı hazırlanan tədbirlərin bir zərbəsi də bizim neft və qaz sektorumuza dəyə bilər. Bəs, biz ölkəmizi gözləyən yeni enerji böhranına nə qədər hazırıq? 2014/2015 böhranından lazımi dərslər almışıqmı? Həmin dövrlərdə qarşıya qoyduğumuz hədəfləri nə qədər reallaşdıra bilmişik?

Nə yazıq ki, ölkə rəhbərliyini və ictimaiyyətimizi ciddi düşündürməli olan bu suallara müsbət cavab vermək mümkün deyil. 44 günlük Qarabağ zəfərimizdən sonra ümumiyyətlə kənd təsərrüfatı və qeyri-neft sektorunun inkişafı məsələlərini tamamilə unutmuş kimiyik. Ən pisi isə odur ki, bu sektorun inkişafına birbaşa cavabdeh olan KTN-dən tükürpədici məlumatlar gəlməkdədir.

Adının açıqlanmasını istəməyən mənbənin “Ovqat.com”-a bildirdiyinə görə, təzə nazir Məcnun Məmmədov kreslosunda oturan kimi köhnə komandanın böyük əksəriyyətini işdən uzaqlaşdırıb və yerlərinə öz yaxın dostlarını gətirib.

“Məcnun Məmmədovun 5 müşaviri var, hamısını da əvvəl işlədiyi holdinqdən gətirib və hər birinə 15-20 min manat paket verir. Bunlardan biri Zaur Əliyevdir. Nazirin tələbə yoldaşı olduğu deyilir. FETÖ ilə əlaqəsi barədə ciddi iddialar səsləndirilir”, – mənbə iddia edir.

Sayt bunu sübut edən yetərli dəlillər olmadığından qəti fikir söyləyə bilmir, iddianı araşdırmağı müvafiq orqanlara həvalə edir.

KTN, yoxsa Vatikan kilsəsi?

Digər iddialara görə, Zaur Əliyev bütün qurumlara öz adamlarını yerləşdirib və yaxın zamanlarda nazir müavini olmağa hazırlaşır: “Ona və digər müşavirlərə söz demək olmur. Dərhal bir-birini müdafiə edir və səni “aforoz” edirlər. KTN-ni rəsmən papaya söz deyilməsi mümkün olmayan Vatikan kilsəsinə çeviriblər. Hamısına da xidməti maşınlar verilib – sürücüləri, katibələri və s. ilə bir yerdə. İşləri-gücləri tenderləri öz adamlarına verməkdir. Hamısını bir əldən edirlər”.

Həyatı “perevod” və transferlərlə dolu olan müşavir

Məcnun Məmmədovun digər müşaviri Fərid Nəcəfovdur. Ötən ilin iyul ayında bu vəzifəyə təyin olunub. Nazirin kadr siyasətinə nəzarət edir. Yəni KTN-ə təyin olunan hər kəsin sənədi bu adamın əlinin altından keçir. Mətbuata verilən rəsmi məlumatlarda onun harada təhsil aldığı göstərilmir.

KTN-dəki mənbələrin verdiyi məlumatlar isə olduqca maraqlıdır və yəqin ki, sözügedən konfidensiallıq müəmmasına aydınlıq gətirəcək mahiyyətdədir: “Fərid Nəcəfov orta məktəbi bitirdikdən sonra qəbul imtahanına girmədən Dağıstandakı bir universitetə daxil olub. Guya orada 1-2 il təhsil aldıqdan sonra Azərbaycanda bir universitetə “perevod” olunub. Bu “perevod”dan sonra onun karyerasının qızıl çağları başlayıb. Əvvəl “Gilan Holding”ə, sonra isə KTN-ə transfer olunub. Özünün deyinə görə, “Gilan Holding”in İstehsalat, İnşaat, Pərakəndə satış sektorlarında İnsan Resursları şöbəsində böyük təcrübə qazanıb. Bir sözlə, bu böyük təcrübəyə malik adamın iş və təhsil həyatı müdhiş “perevod” və transferlərlə doludur”.

Mənbənin iddialarına görə, Dağıstan universitetlərindən birində “ilk nəzəri biliklər” alıb, “Gilan Holding”də bu nəzəri bilikləri böyük təcrübələrlə birləşdirən Fərid Nəcəfov KTN-də də bu qabiliyyətindən faydalanır: “Adlarını digər qurumlara yazdırıb Daxili nəzarət şöbəsinə ən azı əlavə 5 adam gətirib oturdub. Hamısı da qeyri-peşəkardır. Məhz o qeyri-peşəkarların sayəsində nazirliyi tam nəzarətə alıb”.

Məcnun Məmmədovun digər müşaviri Rövşən Həsənov da qeyri-adi bacarığı ilə digər həmkarlarından geri qalmır.

 “Vaxtilə “MKT İK” MMC-nin direktoru vəzifəsində işləyən Rövşən Həsənov pambıq yığımına nəzarət edib. İddialara görə, rəhbərlik etdiyi şirkətə milyonlarla pul atıb, gəlib KTN-ə”, – mənbə bildirib.

Məcnun Məmmədovun ən “qənaətcil” kadrı “revizorun payı” ilə dolanır

Digər iki müşavir barədə də bəzi ilginc məlumatlar verən mənbə ən maraqlı iddiaları “Aqrar Xidmətlər Agentliyi” və “Aqrolizinq”lə bağlıdır.

İddialara görə, 2 noyabr 2023-cü il tarixində nazir Məcnun Məmmədovun imzaladığı əmrlə Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri vəzifəsinə təyin olunan Sərdar Hacıyev bundan əvvəl  “Yalama Aqropark” MMC-nin İdarə Heyətinə rəhbərlik edib. Onun da nazirin xüsusi diqqəti sayəsində ayda 15-20 min manat “maaş əlavəsi” aldığı vurğulanır.

Maraqlıdır ki, Sərdar Hacıyevin hazırda rəhbərlik etdiyi qurum Prezident İlham Əliyevin 14 yanvar 2019-cu il tarixli fərmanı ilə yaradılıb. Əsas təyinatlarından biri isə “aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması, səmərəliliyinin artırılması, həmin xidmətlərin daha az resurs sərf etməklə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi”dir. Yəni Sərdar Hacıyev əslində “daha az resursla” dövlət siyasətinin həyata keçirilməsinə və qənaətə nəzarət etməklə məşğuldur. Özü isə, necə deyərlər, “revizorun payı”ndan “əmək haqqı” alır. Bundan əlavə, Sərdar Hacıyevin ailə üzvlərindən birinin “Sadval işi” üstündə həbsdə yatdığı da bildirilir.

Heyvan xəstəliklərinin adını bilməyən baş baytar

AXA-ya yeni təyinatlarla bağlı digər maraqlı iddia quruma sədr müavini təyin olunan Elməddin Namazovla bağlıdır. Bildirilir ki, Elməddin Namazov aqrokimya fakültəsini bitirməsinə baxmayaraq, ölkənin baytarlığına rəhbərlik edir.

Heyvan xəstəliklərinin adını belə bilməyən bu adamın həmin vəzifəyə təyin olunması hər kəsdə təəccüb doğurub. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan ofisində indiki AXA sədri Sərdar Hacıyevlə bir yerdə işlədiyi bildirilən Elməddin Namazovun məhz bu səbəbdən həmin vəzifəyə gətirildiyi deyilir. Yəni adamın yeganə işgüzar keyfiyyəti öz sədrlə eyni qeyri-hökumət təşkilatında işləməsi olmuşdur.

“Şərikli çörək” – laborant-məmur

AXA-nın yeni təyin edilən sədr müavini Taleh Zeynalovun isə nazirin biznes şəriki olduğuna dair iddialar var.

Bildirildiyinə görə, nazir ilə Taleh Zeynalov Qusarda birlikdə bağ salıblar. Əvvəllər hansısa idarədə laborant işləyən Taleh Zeynalov torpaq analizi ilə məşğul olub. İndi isə AXA kimi önəmli bir quruma sədr müavini vəzifəsinə gətirilib.

“Aqroservis” ASC-yə Gürcüstan vətəndaşı rəhbərlik edir

KTN-nin bir başqa maraqlı kadrı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Mehman Veysəlovdur. İnsafən, Mehman Veysəlov tərcümeyi-halına baxıldığında Məcnun Məmmədovun bəzi müşavirlərindən xeyli savadlı kadr təsiri bağışlayır. O, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit ixtisası üzrə bakalavr təhsili alıb, Oksford Universiteti “Said Biznes Məktəbi”nin Strateji idarəçilik Proqramını bitirib. Qlobal nüfuzlu Böyük Britaniyanın Peşəkar Mühasib və Maliyyəçilər Assosiasiyasının (“ACCA”) Beynəlxalq Hesabatlılıq üzrə Diplomunu əldə edib. “Intellekt” MMC-də icraçı direktor, audit və konsaltinq xidmətləri təqdim edən “Böyük dördlük” hesab olunan PWC Azərbaycanda baş konsultant, KPMG Azərbaycanda vergi meneceri, Vergi Məsləhətləri Xidmətinin rəhbəri, TAAC DMCC şirkətində maliyyə rəhbəri vəzifəsində çalışıb və s.

Bununla belə, onun çatışmayan bir özəl durumu var. O, dövlət orqanında işləməsinə baxmayaraq, Azərbaycan vətəndaşı deyil. Gürcüstan vətəndaşı olan Mehman Veysəlovun bu xüsusiyyəti onun nazirliyə bağlı qurumda işləməsinə imkan vermir.

Çətin tapmaca: bu adamlar maaşı az olan vəzifələrə niyə axışıblar?

KTN-nin müxtəlif idarələrinə yeni təyin olunan şəxslərin əvvəllər özəl sektorlarda çalışdıqlarını və kifayət qədər yaxşı maaş aldıqlarını bildirən mənbə onların birdən-birə nazirliyə gəlməyə razılıq verməsinin normal olmadığını düşünür: “Gəldikləri yerdə 8-10 min maaş alan işçi niyə görə gəlib burada 1,5-2 minə işləsin? Deməli, Məcnun Məmmədov onlara yaxşı maraq yaradır deyə, hamısı nazirliyə axışır.

Üstəlik, qanunda belə bir müddəa var ki, dövlət idarəçiliyində rəhbər vəzifəyə təyin olunmaq üçün ən azı beş il stajın olmalıdır. Bunların iş stajında isə heç bir gün belə yoxdur”.

“Görünür, elə bu səbəbdən də KTN-də belə bir fikir dolaşır: Məcnun Məmmədov nazirliyi dövlət qanunları ilə yox, özünün şəxsi maraqları və ambisiyaları ilə idarə edir”, – deyə fikrini yekunlaşdırıb

P.S. Yazıda adı keçən şəxslərin də fikirlərini işıqlandırmağa hazırıq.

PAYLAŞIN:

Continue Reading

Previous: “Bakı Baş Səhiyyə Mərkəzi”ndən açıq-aşkar qanunsuzluq – İcarə adı altında milyonlar talanır
Next: Vaşinqton razılaşması: İrəvan Bakı qarşısında bu öhdəliyi də götürüb

OXŞAR MÖVZULAR

ATU-716x403

Rektor Yaşar Ömərov haqqında şok faktlar – Nazir təyinatı ilə bağlı iddialar və cinayət ittihamı

admin 16/03/2026
qht-gilavar

QHT Agentliyinin köhnə problemləri: qaydalar kağız üzərində, qərarlar isə “tanışlıq prinsipi” ilə

admin 13/03/2026
qht-aygün

Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi – Adı başqa, içi başqa QHT layihələri

admin 13/03/2026

XƏBƏR LENTİ

  • Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma… 16/03/2026
  • İranı kim idarə edir: “Süni intellekt Ayətullahı” və görünməz LİDER – SİRLƏR AÇILIR 16/03/2026
  • Fərid Şahbazlı: “Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib” 16/03/2026
  • “Ölüb, yoxsa sağdır?” müəmması: Netanyahu ilə bağlı ziddiyyətli xəbərlər yayılır 16/03/2026
  • “Tramp İranda siyasi fiaskoya uğradı” – “Qorxuram ki, Putin Trampa bir razılaşma təklif edəcək…” 16/03/2026
  • “Xamenei Moskvaya aparılıb…” – “Putin Pezeşkiana təklif edib ki…” 16/03/2026
  • ABŞ İranın neft obyektlərini ələ keçirmək istəyir- Quru əməliyyatı baş tuta bilər 16/03/2026
  • Rektor Yaşar Ömərov haqqında şok faktlar – Nazir təyinatı ilə bağlı iddialar və cinayət ittihamı 16/03/2026
  • Tramp İranla müharibədə məğlub olacaq 16/03/2026
  • Azərbaycan Texniki Universitetində Sona İsmaylovanın “Sözün xaqanı” kitabının təqdimatı keçirildi. 16/03/2026
  • İlon Maskdan sensasion proqnoz: Gələcəkdə insanlar işləməyəcəklər 16/03/2026
  • Avstraliya və Yaponiya Hörmüz boğazına hərbi gəmilər göndərməkdən imtina edib 16/03/2026
  • Tokayev: Bütün dünyaya qazax cəmiyyətinin siyasi mədəniyyətini göstərdik 16/03/2026
  • Almaniya və Britaniya Hörmüz boğazında gəmilərin mühafizəsi missiyasında iştirak etməyəcək 16/03/2026
  • Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir? 15/03/2026
  • İki texnologiya milyarderi üz-üzə: Süni intellekt kosmosa daşına bilərmi? 15/03/2026
  • ABŞ-ın mərkəzində niyə kosmodrom yoxdur və NASA buraxılış yerlərini necə seçir? 15/03/2026
  • Bakı yüklənir: Hökumət bunun qarşısını necə alacaq? 15/03/2026
  • Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü 15/03/2026
  • Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər 15/03/2026

Sağlamlıq

c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.