UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.
Günün ilk matçında “Qarabağ” Bakıda Macarıstanın “Ferensvaroş” kollektivini qəbul edib. Ağdam təmsilçisi səfərdəki qələbə hesabına əsas mərhələyə yüksəlib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan cavab matçı qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Ev sahibi komandanın qollarını Leandro Andrade (25) və Abdullah Zubir (45) vurublar. Qonaqların heyətində isə Lenni Jozef (14), Barnabas Varqa (55-p.) və Aleks Tot (82) diqqət mərkəzinə düşüblər.
Qeyd edək ki, səfərdəki ilk oyunda Azərbaycan çempionu 3:1 hesabı ilə qalib gəlmişdi.
Beləliklə, iki görüşün nəticəsinə əsasən “Ferentsvaroş”u mübarizədən kənarlaşdıran “Qarabağ” tarixində ikinci dəfə bu uğura imza atıb.
Türkiyənin “Fənərbağça” klubu Portuqaliyada “Benfika”nı məğlub edə bilməyib. İstanbuldakı ilk görüş qolsuz heç-heçə ilə başa çatdığı üçün “Fənərbağça” mübarizəni dayandırıb.
“Brügge” Belçikada Şotlandiyanın “Reyncers”ini 6:0, “Kopenhagen” isə Danimarkada İsveçrə “Bazel”ini 2:0 hesabı ilə məğlub edib.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab görüşləri
27 avqust
20:45. “Qarabağ” (Azərbaycan) – “Ferensvaroş” (Macarıstan) – 2:3
İlk oyun – 3:1
23:00. “Benfika” (Portuqaliya) – “Fənərbağça” (Türkiyə) – 1:0
İlk oyun – 0:0
23:00. “Kopenhagen” (Danimarka) – “Bazel” (İsveçrə) – 2:0
İlk oyun – 1:1
23:00. “Brügge” (Belçika) – “Reyncers” (Şotlandiya) – 6:0
İlk oyun – 3:1
