Skip to content
06/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Sentyabr
  • 1
  • “Tramp yolu”na dirəniş: İran və Rusiya hansı təxribatlara əl ata bilər?

“Tramp yolu”na dirəniş: İran və Rusiya hansı təxribatlara əl ata bilər?

admin 01/09/2025
2025-09-01-13-16-08PBzceo3NVSaUbWjg2vBA_file

 

“Zəngəzur dəhlizi Vaşinqtonda “Tramp yolu” (TRİPP) olaraq razılaşdırılsa da, layihənin praktiki icrası zaman alacaq və bu müddətdə müdaxilələrin, maraqlı tərəflərin pay almaq cəhdlərinin olacağı bəllidir”.
Bu fikirləri siyasi şərhçi Asif Nərimanlı bildirib.
Onun sözlərinə görə, layihədə əsas maraqlı tərəflər İran, Rusiya və Çindir:
“Ən sərt reaksiya İrandan verilib və bu, təsadüfi deyil. Birincisi, Tehran regional müstəvidə ən çox itirən tərəfdir. İkincisi, İran siyasi elitasında TRİPP layihəsi ilə bağlı ciddi fikir ayrılığı var və mühafizəkarların ritorikasındakı sərtlik həm də Pezeşkian qanadını “susdurmağa” yönəlib. İranın prosesdə itirən tərəf olması qaçılmaz görünür.
– Cənubi Qafqaza girişi böyük ölçüdə bağlanan İranın regional oyunçu kimi hərəkət traektoriyası məhdudlaşır;
– Azərbaycanla əldə olunan “Araz dəhlizi” prioritet olmaqdan çıxır: Bakı qonşuluq münasibətlərinə və “alternativ yol”un saxlanılmasına görə bu dəhlizin işləməsinə qarşı deyil, Əliyev də “Əl-Ərəbiyyə”yə müsahibəsində bununla bağlı müsbət mesajlar verdi, lakin hər şey Tehranın münasibətindən asılı olacaq;
– İranın rentabelli olmasa da, regional siyasətdə alternativ kimi təqdim etdiyi və Avropa bazarına müstəqil çıxış kimi gördüyü Fars körfəzi-Qara dəniz marşrutu aktuallığını itirir: bundan sonra Tehranın bu marşrut xəttində Bakıdan asılılığı daha çox gücləndi, Əliyev yenə həmin müsahibəsində Fars körfəzinə çıxışın Zəngəzurdan keçdiyini xüsusilə vurğulayırdı;
– Və ən əsası Tehranın “qırmızı xətti”nin qarşısında artıq Azərbaycan yox, 12 günlük müharibədə İranı bombalayan Tramp Administrasiyası var”.
Bakupost.az
Siyasi eksperin fikrincə, İranın yeganə çıxış yolu proseslərə müdaxilə cəhdlərindən əl çəkmək və regional əməkdaşlıq müstəvisində hərəkət etməkdir:
“Tehranda bunu anlayanlar var, prezident Məsud Pezeşkianın Zəngəzur dəhlizi ilə bağlı dedikləri bunun təsdiqidir. Onun “məsələ xəbərlərdəki kimi şişirdilmiş deyil və bizdə olan məlumata görə, İranın ərazi bütövlüyü ilə bağlı tələbləri yerinə yetirilib” sözləri isə İran daxilində Zəngəzur dəhlizi ilə bağlı anlaşmaya “od püskürən” mühafizəkar qanada ünvanlanıb. Pezeşkian reallığı qəbul etmək və mövcud vəziyyətə adekvat davranmaq siyasətini təklif edir, lakin mühafizəkarların mövqeyi – Xameneinin müşavirləri və SEPAH rəsmiləri – fərqli və sərtdir”.
O bildirib ki, İran iki istiqamətdə hərəkət edə bilər:
“1. Ermənistanla münasibətləri sıxlaşdırmağa, bölgədə maraqlarını İrəvan üzərindən təmin etməyə və sərhədlərində mövqelənən ABŞ təhlükəsini minumuma endirməyə çalışacaq;
2. Rusiyanın onunla eyni cəbhədə birləşməsinə, dəhlizə qarşı birlikdə hərəkət etməsinə nail olmağa çalışacaq;
Hazırda birinci xətti Pezeşkian qanadı, ikincini isə mühafizəkarlar izləyir və bu, həm də hər iki tərəfin və onların izlədiyi siyasətin Xameneinin nəzarətində olduğu deməkdir.
Rusiya ritorik müstəvidə İranla analoji mövqe sərgiləsə də, Tehrandan fərqli olaraq, təsir rıçaqlarını hələ tam itirməyib. Moskvanın “ümidləri” qalır:
– Ermənistanda 102-ci baza da daxil olmaqla qalan təsir imkanları ilə regional oyunda mövcudluğunu saxlaya biləcəklərini düşünürlər: İran və Türkiyə sərhədində hələ də rus hərbçiləri qalır;
– ABŞ-ın Ermənistana (Cənubi Qafqaza) gəlişi qarşılığında Ukrayna masasında güzəşt/“barter” əldə etmək imkanını dəyərləndirirlər;
– Moskva regional kommunikasiyaların birləşəcəyi kontinental dəhlizlərlə (Şimal-Cənub nəqliyyat layihəsi) birləşməsi imkanlarını xeyrinə çevirməyi də nəzərdən keçirir”.
Bakupost.az
Politoloq Rusiyanın da Zəngəzur dəhlizinə qarşı hərəkət planının olduğunu bildirib:
“1. Ermənistanda və regional tranzit xətlərindəki təsir imkanlarından istifadə etməklə mövqelərini qorumağa çalışacaq;
2. ABŞ-ın Zəngəzur dəhlizi üzərindən Orta dəhlizdə mövqelənməsi və Çinə qarşı əlini gücləndirməsi amilindən siyasi bazarlıq – həm regional kommunikasiyadan pay almaq, həm də Ukrayna məsələsində güzəşt üçün istifadə edə bilər: bu detalın Alyaska görüşündə müzakirə edildiyi istisna edilməməlidir;
Çin Vaşinqton razılaşmasına səssiz münasibət sərgiləsə də, TRİPP layihəsinin ABŞ-ın Orta dəhlizdə – “Bir kəmər, bir yol” üzərində mövqe qazanmaq gedişi olduğunu Pekində anlayırlar. Eyni planın icrasına Bayden də çalışırdı: Ceyms Obraynın Bakı və İrəvana gətirdiyi layihə Mərkəzi Asiyadan Avropaya uzanan marşruta nəzarət etmək və Çini uzaqlaşdırmağı nəzərdə tutsa da, keçmiş administrasiyanın Ermənistanı dəstəkləməklə “yanlış ata” oynaması nəticə əldə etmələrinə imkan vermədi; Trampın uğur əldə etməsinin əsas səbəbi isə Bakı ilə mövqelərini yaxınlaşdırması oldu”.
Asif Nərimanlı qeyd edib ki, ABŞ-nin Orta dəhlizdə mövqelənməsi Çin üçün arzuolunmazdır, amma Pekin birbaşa müdaxilədən çəkinəcək və yalnız ehtiyatlı əks-həmlələr göstərəcək:
“Birincisi, Mərkəzi Asiyada ABŞ-nin güclənməsinə qarşı gedişlər edə, Cənubi Qafqazda itirdikləri Orta dəhlizin “birinci habı”nda qorumağa çalışa bilər;
İkincisi, Azərbaycan və Ermənistanla iqtisadi-siyasi əməkdaşlığı dərinləşdirməklə ABŞ qarşısında əlini gücləndirmək gedişi edə bilər;
Üçüncüsü, Zəngəzur dəhlizinin tranzit imkanlarının zəifləməsi, ən azı bölünməsinə zəmin yaradacağını hesab edən Gürcüstanda mövqelərini gücləndirmək xəttini izləyə bilər;
Maraqlar Zəngəzur dəhlizində geosiyasi toqquşma riskləri yaradır, lakin Vaşinqton anlaşmasından kənarda qalan oyunçuların prosesə müdaxilə imkanlarının güclü olmadığı da ortadadır”.
PAYLAŞIN:

Continue Reading

Previous: İlham Əliyev Nikol Paşinyanla görüşdü
Next: KİV: Fon der Lyayenin təyyarəsinin GPS-i Rusiya tərəfindən sıradan çıxarılıb

OXŞAR MÖVZULAR

naumov-yeni

İranda komandanlıq yoxdur, Azərbaycana zərbə… – Naumov

admin 06/03/2026
ferhad-p-loq

Fərhad Məmmədov: İranın Azərbaycana zərbəsi… Bundan sonra nə baş verə bilər?

admin 05/03/2026
naxcivan-hucum-xerite

İran qəsdən hücum edib, yoxsa səhvdir? – Fotofakt

admin 05/03/2026

XƏBƏR LENTİ

  • Prezident Moldovanın Baş nazirinin müavinini qəbul etdi 06/03/2026
  • ABŞ-nin bacarmadığı ucuz silah… – Amerika ordusu böyük problemlə qarşılaşıb 06/03/2026
  • Yevlax şəhər 7 nömrəli məktəbdə “yoxlama” adlı ŞOU:xanım direktora “DUR” deyən olacaqmı?! 06/03/2026
  • İranda komandanlıq yoxdur, Azərbaycana zərbə… – Naumov 06/03/2026
  • HHQ-də Bayraktar kursunun ilk buraxılış mərasimi keçirilib 06/03/2026
  • İranda ABŞ və İsrailin zərbələri nəticəsində zərər dəymiş binaların sayını açıqlanıb 06/03/2026
  • Azərbaycan İƏT ölkələri arasında iqtisadi inteqrasiyanın gücləndirilməsində çox mühüm rol oynayır – Baş katib 06/03/2026
  • İranpərəstlərin təxribat cəhdləri: Baku TV bəyanat yaydı – FOTO 06/03/2026
  • Moskva və Qars müqavilələri: Naxçıvana hücum olsa, Türkiyə müdaxilə edə bilər? 05/03/2026
  • İpoteka limitləri saniyələr sonra bitdi? 05/03/2026
  • Bakıda evlər niyə real dəyərindən iki qat baha satılır? – “Zirə, Türkan və Qobuda qiymətlər…” 05/03/2026
  • “Bu, doğru yanaşma deyil, cənab nazir!” – İqtisadçı İqtisadiyyat nazirinə səsləndi 05/03/2026
  • İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib 05/03/2026
  • Fərhad Məmmədov: İranın Azərbaycana zərbəsi… Bundan sonra nə baş verə bilər? 05/03/2026
  • İran qəsdən hücum edib, yoxsa səhvdir? – Fotofakt 05/03/2026
  • Azərbaycan XİN: İranın Naxçıvana dron hücumu nəticəsində 2 nəfər xəsarət alıb 05/03/2026
  • İran dronu Naxçıvan aeroportuna düşdü 05/03/2026
  • “Azəraqrar”ın əsl rəhbəri kimdir? – Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb? 05/03/2026
  • İrana qarşı yerüstü əməliyyat? – İsrail ““kürd kartı”nı işə salmağa cəhd edir, kürdlər isə… 05/03/2026
  • Son səkkiz ildə Gəncədə yolların təmirinə ayrılan milyonlar haralara sərf edilib 05/03/2026

Sağlamlıq

meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026
xarab-meyv

Meyvə-tərəvəz niyə tez xarab olur? – Mətbəxdə edilən ən yayğın səhv

admin 28/01/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.