Skip to content
15/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Sentyabr
  • 2
  • Bakının bütün rayonlarında daşınmaz əmlak avqustda bahalaşıb

Bakının bütün rayonlarında daşınmaz əmlak avqustda bahalaşıb

admin 02/09/2025
menzil-açar

 

Bu ilin avqust ayında Bakının bütün rayonlarında daşınmaz əmlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.

Bu barədə “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.

Onun sözlərinə görə, bahalaşma həm mənzilləri və fərdi yaşayış evlərini, həm torpaq sahələrini, həm də qeyri-yaşayış obyektlərini əhatə edib. Artım templəri seqmentlər üzrə fərqlənsə də, ümumi tendensiya sabit bahalaşmanı göstərir.

Köhnə tikili mənzillər: Səbail rayonu bahalaşmada liderdir

V.Oruc deyir ki, son bir ildə paytaxtın mərkəzi rayonlarındakı köhnə tikililərdə qiymət artımı yeni tikililərdəki qiymət artımını geridə qoyub. Onun sözlərinə görə, Səbail rayonunda 25,2 %, Yasamal rayonunda 24,5 %, Nəsimi rayonunda isə 19,6 % bahalaşma qeydə alınıb. Bu, insanların mənzillərin yeni və yaxud köhnə olmasına baxmayaraq mərkəzdə yaşamağa meylinin güclənməsindən xəbər verir. Digər rayonlarda isə qiymət artımı nisbətən az olub. Nərimanov rayonunda 17,2 %, Xətai rayonunda 13 %, Sabunçu rayonunda 12,4 %, Nizami rayonunda 10 %, Xəzər rayonunda 9 %, Binəqədi rayonunda 8,5 %, Suraxanı rayonunda 7 %, Qaradağ rayonunda 6,5 %, Pirallahı rayonunda isə cəmi 1,4 % bahalaşma qeydə alınıb.

Yeni tikili mənzillər: Xətai rayonu bahalaşmada öndə gedir

İl ərzində Bakıda yeni tikili mənzillərin qiymətlərində ən yüksək artım Xətai rayonunda qeydə alınıb – 24 %. Bahalaşma Yasamal rayonunda 23 %, Səbail rayonunda 22 %, Nərimanov rayonunda 20,2 %, Nəsimi rayonunda 19,5 %, Nizami rayonunda 17,1 %, Sabunçu rayonunda 12,5 %,Binəqədi rayonunda 12 %, Suraxanı rayonunda 10 %, Xəzər rayonunda 8,5 %, Pirallahı rayonunda 7,4 %, Qaradağ rayonunda isə 6 % olub.

Fərdi yaşayış evləri: Ən kəskin bahalaşma Səbail rayonunda olub

Hesabat dövründə paytaxtda fərdi evlərin qiymətlərində ən çox artım Səbail rayonunda baş verib – 26,5 %. Bahalaşma Yasamal rayonunda 23 %, Nizami rayonunda 18 %, Nərimanov rayonunda 17,8 %, Xəzər rayonunda 16,5 %, Nəsimi rayonunda 15,2 %, Sabunçu rayonunda 14,8 %, Binəqədi rayonunda 13 %, Suraxanı rayonunda 12,4 %, Pirallahı rayonunda 10 %, Xətai rayonunda 9,9 %, Qaradağ rayonunda isə 9 % olub.

Torpaq sahələri: Mərkəzdə bahalaşma sürətlənib

Avqustda Bakının mərkəzində torpaq sahələrinin bahalaşması sürətlənib. Ən yüksək qiymət artımı Səbail (27,8 %), Yasamal (24,7 %) və Nəsimi (22 %) rayonlarında müşahidə olunub. Bu, şəhərin mərkəzi ərazilərində torpaq təklifinin məhdudluğu və investisiya maraqlarının yüksəkliyi ilə bağlıdır. Bahalaşma Nizami rayonunda 20 %, Nərimanov rayonunda 17,5 %, Xəzər rayonunda 18 %, Xətai rayonunda 14,5 %. Binəqədi rayonunda 13,2 %, Sabunçu rayonunda 10,1 %, Suraxanı rayonunda 9,6 %, Pirallahı rayonunda 7 %, Qaradağ rayonunda isə 6,5 % olub.

Qeyri-yaşayış obyektləri: Ticarət və biznes sahələrinə maraq artır

Ay ərzində qeyri-yaşayış sahələri də paytaxtın mərkəzi rayonlarda daha çox bahalaşıb. Belə ki, Nərimanov rayonunda 22 %, Nəsimi rayonunda 21 %, Səbail rayonunda 19,5 %, Yasamal rayonunda isə 19 % qiymət artımı baş verib. Bu, biznes mərkəzlərinə yaxınlıq, xidmət sektorunun inkişafı və kommersiya obyektlərinə artan tələblə əlaqələndirilir. Mərkəzdən kənar rayonlarda bahalaşma templəri bir qədər zəif olub. Sabunçu rayonunda 12,4 %, Xətai rayonunda 12,1 %, Nizami rayonunda 11,9 %, Xəzər rayonunda 10,5 %, Binəqədi rayonunda 10,3 %, Suraxanı rayonunda 8,5 %, Qaradağ rayonunda 7 %, Pirallahı rayonunda isə 5,4 % qiymət artımı olub.

Təklif azalır, tələbat artır

V.Orucun sözlərinə görə, mərkəzi rayonlarda qiymət artımı təklifin az olması və yüksək tələbatla bağlıdır: “Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonlarında bahalaşma daha sürətli gedir. Çünki bu ərazilərdə torpaq və mənzil bazarında təklif məhduddur, eyni zamanda investorların, şirkətlərin və əhalinin marağı böyükdür. Periferik rayonlarda isə hələ geniş torpaq ehtiyatları və tikinti imkanları olduğuna görə artım nisbətən zəifdir”.

AQC sədri hesab edir ki, bu dinamika yaxın illərdə də davam edə bilər: ” Ən çox investisiya mərkəz rayonlara yönəldiyi üçün gələcəkdə də mərkəz və kənar ərazilər arasında qiymət fərqlərinin dərinləşməsi mümkündür”.

Beləliklə, Bakı daşınmaz əmlak bazarında son bir ildə bütün seqmentlər üzrə iki rəqəmli artım qeydə alınıb. Orta hesabla yeni tikili mənzillər 15,6 %, köhnə tikili mənzillər 11,4 %, fərdi yaşayış evləri 14 %, torpaq sahələri 17 %, qeyri-yaşayış obyektləri isə 13,5 % bahalaşıb.

PAYLAŞIN:

Continue Reading

Previous: Şahramanyan: İrəvan Qarabağa iddiadan buna görə əl çəkdi
Next: Əliyevin ŞƏT-də bu sözü Paşinyanı narahat etdi

OXŞAR MÖVZULAR

ev_menzil_b

Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir?

admin 15/03/2026
d5a40cc93352bcdf657ed6dde6813af3_11 (1)

Bakı yüklənir: Hökumət bunun qarşısını necə alacaq?

admin 15/03/2026
f7a3ad57c7134cc336d0694127be0c28_Untitled-1

Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər

admin 15/03/2026

XƏBƏR LENTİ

  • Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir? 15/03/2026
  • İki texnologiya milyarderi üz-üzə: Süni intellekt kosmosa daşına bilərmi? 15/03/2026
  • ABŞ-ın mərkəzində niyə kosmodrom yoxdur və NASA buraxılış yerlərini necə seçir? 15/03/2026
  • Bakı yüklənir: Hökumət bunun qarşısını necə alacaq? 15/03/2026
  • Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü 15/03/2026
  • Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər 15/03/2026
  • İranın zərbələri Trampı təəccübləndirdi – Nə baş verir? 15/03/2026
  • ABŞ-ın İrana qarşı 2 planı alınmadı – C planı işə düşdü 15/03/2026
  • Orta Dəhlizin inkişafı balanslaşdırılmış yanaşma tələb edir – İrfan Əli 14/03/2026
  • “İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir” 14/03/2026
  • Bakının cazibəsi kəndləri boşaldır – Çıxış yolu var? 14/03/2026
  • Beynəlxalq hava yolları biletləri bahalaşdırdı – Neft böhranı aviasiyaya təsir edir 14/03/2026
  • BTQ zikh icması və digər etnik qruplara qarşı təqiblərlə bağlı hesabat təqdim edib 14/03/2026
  • Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI 14/03/2026
  • Gəzinti zamanı siqaret çəkməyin ölümcül təhlükəsi 14/03/2026
  • “Tramp Avropa İttifaqını parçalamağa çalışır” – Ali nümayəndə ABŞ-ni ittiham etdi 13/03/2026
  • 50 min müəllim ixtisar riski ilə üz-üzə – Həll yolu varmı? 13/03/2026
  • Müharibə maliyyə bazarlarını silkələyir – Neftin qiyməti artır, səhmlər ucuzlaşır 13/03/2026
  • Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir – Siyahı 13/03/2026
  • İki həftəlik savaş: ABŞ və İsrail niyə gözlədiyi nəticəni ala bilmədi? 13/03/2026

Sağlamlıq

c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.