Skip to content
16/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Sentyabr
  • 3
  • İlham Əliyevin “Əl-Ərəbiyyə” müsahibəsi və Rusiyadan başlayan informasiya hücumu

İlham Əliyevin “Əl-Ərəbiyyə” müsahibəsi və Rusiyadan başlayan informasiya hücumu

admin 03/09/2025
91af3ec5f6dfe17ce82ef8b011a07133_059eebef980db4c0d9855a24faf2c1fe_Untitled-1 (1) (1)

 

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə təkcə regionda deyil, beynəlxalq mediada da geniş rezonans doğurdu. Dövlətimizin başçısı bu çıxışında Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqları, xüsusilə Zəngəzur dəhlizinin regional iqtisadi əməkdaşlıq və kommunikasiya baxımından əhəmiyyətini vurğuladı”.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib.
O bildirib ki, müsahibə Azərbaycanın sülhə, əməkdaşlığa və çoxtərəfli əlaqələrin inkişafına açıq dövlət olduğunu göstərən mühüm siyasi mesaj kimi qəbul edildi. Lakin dərhal sonra, avqustun 27-dən etibarən Rusiya Federasiyası ərazisindən Azərbaycan əleyhinə kütləvi informasiya kampaniyasının başladığı müşahidə olundu.
“Milli Məclisin Xarici Müdaxilələrə və Hibrid Təhdidlərə qarşı Komissiyasının ötən gün paylaşılan bəyanatında bildirilir ki, kampaniya əsasən sosial media platformalarında, bəzi televiziya kanallarında və xəbər portallarında aparılıb. Prezidentin Zəngəzur dəhlizi ilə bağlı tarixi faktlara söykənən cavabı kontekstdən çıxarılaraq təhrif olunmuş formada Rusiya auditoriyasına təqdim edilib. Məqsəd isə aydındır: Azərbaycanı əsassız şəkildə təcavüzkar və ya regionda gərginlik yaradan tərəf kimi qələmə vermək, Rusiya ictimaiyyətində anti-Azərbaycan əhvali-ruhiyyəsi formalaşdırmaq. Bu prosesdə Rusiya ərazisində fəaliyyəti qadağan edilmiş və məhdudlaşdırılmış “Facebook”, “Instagram” və “X” kimi platformalardan, eləcə də saxta sosial media profillərindən və bot şəbəkələrindən geniş istifadə olunub”, deyə müsahibimiz əlavə edib.
Deputat bildirib ki, diqqət çəkən digər məqam isə Azərbaycanın sosial media seqmentinə hədəfli reklamlar vasitəsilə təxribat xarakterli məlumatların yerləşdirilməsi olub. Bu, hibrid müharibənin tipik üsullarından biridir və məqsəd informasiya məkanında çaşqınlıq yaratmaq, ictimai rəyi manipulyasiya etməkdir. Azərbaycan tərəfi təxribatçı kampaniyanın qarşısını almaq üçün dərhal hərəkətə keçdi. Milli Məclisin müvafiq Komissiyası bəyanatla çıxış edərək, bu cür informasiyaların heç bir real təsir gücünə malik olmadığını, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı məsələlərin müzakirə predmeti olmadığını vurğuladı. Eyni zamanda, aidiyyəti dövlət qurumları, o cümlədən media və kibertəhlükəsizlik strukturları koordinasiyalı şəkildə fəaliyyət göstərərək saxta profillərin və təxribatçı kontentin yayılmasının qarşısını almaq üçün praktiki addımlar atmağa başladı.
Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi regionda yeni əməkdaşlıq mərhələsinə keçidin anonsu idi. Azərbaycan artıq postmünaqişə dövründə Cənubi Qafqazın iqtisadi və nəqliyyat xəritəsini müəyyən edən əsas aktorlardan biridir.
E.Akimovanın sözlərinə görə, bu reallıq bəzi qüvvələr tərəfindən qıcıqla qarşılanır. Xüsusilə Zəngəzur dəhlizi kimi layihələr yalnız Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə region üçün mühüm strateji əhəmiyyət daşıyır. Bu layihələrin reallaşması isə Cənubi Qafqazda tamamilə yeni geosiyasi balans yaradır. Məhz buna görə müəyyən mərkəzlər Azərbaycanın mövqeyini sarsıtmaq, beynəlxalq ictimaiyyətdə yanlış təsəvvür formalaşdırmaq üçün informasiya hücumlarından istifadə edirlər.
“Son hadisələr bir daha göstərdi ki, müasir dünyada informasiya təhlükəsizliyi azı hərbi və iqtisadi təhlükəsizlik qədər vacibdir. Azərbaycan dövləti isə həm diplomatik, həm də texnoloji müstəvidə bu cür təhdidlərə qarşı kifayət qədər hazırlıqlı olduğunu nümayiş etdirdi.
Prezident İlham Əliyevin müsahibəsi ölkəmizin qlobal miqyasda sülh və əməkdaşlıq çağırışlarını, regional inkişaf modelini bir daha gündəmə gətirdi. Eyni zamanda, Azərbaycan cəmiyyəti və dövlət institutları göstərdi ki, informasiya müstəvisində aparılan heç bir kampaniya ölkəmizin milli maraqlarına zərbə vura bilməz”, deyə E.Akimova fikrini tamamlayıb.
PAYLAŞIN:

Continue Reading

Previous: Tramp “Məyus və qəzəbli”dir – Çindəki tədbir nədən böyük əks-səda doğurdu?
Next: Liderlərin diqqətçəkən dialoqu: Pezeşkian Əliyevdən kimi soruşub?

OXŞAR MÖVZULAR

ferid-şhb

Fərid Şahbazlı: “Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib”

admin 16/03/2026
celil-x-

“İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir”

admin 14/03/2026
mişel-şarl

Şarl Mişel: Azərbaycanla Ermənistanın sülhlə bağlı razılığa gəlməsi böyük cəsarət tələb edirdi

admin 12/03/2026

XƏBƏR LENTİ

  • Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma… 16/03/2026
  • İranı kim idarə edir: “Süni intellekt Ayətullahı” və görünməz LİDER – SİRLƏR AÇILIR 16/03/2026
  • Fərid Şahbazlı: “Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib” 16/03/2026
  • “Ölüb, yoxsa sağdır?” müəmması: Netanyahu ilə bağlı ziddiyyətli xəbərlər yayılır 16/03/2026
  • “Tramp İranda siyasi fiaskoya uğradı” – “Qorxuram ki, Putin Trampa bir razılaşma təklif edəcək…” 16/03/2026
  • “Xamenei Moskvaya aparılıb…” – “Putin Pezeşkiana təklif edib ki…” 16/03/2026
  • ABŞ İranın neft obyektlərini ələ keçirmək istəyir- Quru əməliyyatı baş tuta bilər 16/03/2026
  • Rektor Yaşar Ömərov haqqında şok faktlar – Nazir təyinatı ilə bağlı iddialar və cinayət ittihamı 16/03/2026
  • Tramp İranla müharibədə məğlub olacaq 16/03/2026
  • Azərbaycan Texniki Universitetində Sona İsmaylovanın “Sözün xaqanı” kitabının təqdimatı keçirildi. 16/03/2026
  • İlon Maskdan sensasion proqnoz: Gələcəkdə insanlar işləməyəcəklər 16/03/2026
  • Avstraliya və Yaponiya Hörmüz boğazına hərbi gəmilər göndərməkdən imtina edib 16/03/2026
  • Tokayev: Bütün dünyaya qazax cəmiyyətinin siyasi mədəniyyətini göstərdik 16/03/2026
  • Almaniya və Britaniya Hörmüz boğazında gəmilərin mühafizəsi missiyasında iştirak etməyəcək 16/03/2026
  • Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir? 15/03/2026
  • İki texnologiya milyarderi üz-üzə: Süni intellekt kosmosa daşına bilərmi? 15/03/2026
  • ABŞ-ın mərkəzində niyə kosmodrom yoxdur və NASA buraxılış yerlərini necə seçir? 15/03/2026
  • Bakı yüklənir: Hökumət bunun qarşısını necə alacaq? 15/03/2026
  • Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü 15/03/2026
  • Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər 15/03/2026

Sağlamlıq

c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.