Skip to content
16/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Sentyabr
  • 5
  • “İnşaat Konstruksiyalar” müharibə veteranından külli miqdarda pul alıb mənzilini vermir – MMC-dən daha bir ŞİKAYƏT

“İnşaat Konstruksiyalar” müharibə veteranından külli miqdarda pul alıb mənzilini vermir – MMC-dən daha bir ŞİKAYƏT

admin 05/09/2025
rauf-inşaat-k

 

Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 843 saylı hərbi hissədə qeydiyyatda olan,  Nizami  rayonun Q.Qarayev prospekti, 117, mən., 83-də faktiki  yaşayan Bəşirov Elxan Bəşir  oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Baş nazir Əli Əsədova, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Ombudsman Aparatının sədri Səbinə Əliyevaya,  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədova və digər aidiyyəti dövlət qurumlarının rəhbərlərinə ictimailəşdirilməsi məqsədi ilə “İnşaat Konstruksiyalar” MMC-nin direktoru Rauf Əhmədov və dəstəsinin 10.02. 2018-ci il tarixli MÜQAVİLƏYƏ əsasən ona verilən mənzilin digər bir neçə şəxslərə satdıqdan sonra 21 iyun 2021-ci il tarixli 085002 saylı yeni müqavilə əsasında digər ünvandakı mənzilin də pulunu tam ödəməyinə baxmayaraq həmin mənzili də dələduzluq edərək başqasına satması cinayəti barədə şikayət məktubu ünvanlanıb. 

Bir surəti də Aktualinfo.org-a daxil olan şikayət məktubunda deyilir:

Çoxhörmətli cənab Prezident! Son 7 il ərzində “İnşaat Konstruksiyalar” MMC-nin  başımıza gətidyi qanunsuz hərəkətlərdən bezərək son ümid yeri kimi Sizə müraciət edirik.

Mən, Bəşirov Elxan Bəşir oğlu 1-ci Qarabağ Müharibəsində 4 il iştirak etmiş, yaralanmış və sağalmışam Müharibə iştirakçısıyam və hazırda  ehtiyata buraxılan zabitəm. Müharibə dövüründə sağlamlığımı müəyyən qədər itirdiyimə görə vaxtaşırı dərmanlara ehtiyac olur. Hazırda  işsizəm. İki övladımız da bizim himayəmizdədir. Ailəmizin iqtisadi çətinliyini aradan qaldırmaq üçün həmişə istəmişik ki, biz də bir Azərbaycan vətəndşı olaraq ailəmizi birtəhər dolandıraq. Budur, mən də Azərbaycan vətəndaşı olaraq  qonum-qonşudan borc alıb mənzil problemimin həll edilməsi üçün 2018-ci ilin 10 fevralında  əvvəlində  üz tutdum “İnşaat Konstruksiyalar” MMC-nin baş direktoru Rauf Əhmədovun ofisinə.

İlk öncə 10 fevral 2018-ci il tarixində bağladığımız müqaviləyə görə MMC-nin direktoru olan Rauf Əhmədovla 3 otaqlı mənzil üçün tələb olunan ilkin ödənişi 5000 manat məbləği verib mənzil almaq üçün müqavilə bağlamışam. Budur, bu az vaxtda öyrəndim ki, mənə müqavilə əsasında verilən, Yəni Nizami rayonu, M.Abbasov küçəsi, məhəllə 25 38 ünvanda, 16-cı mərtəbə, ümumi sahəsi 133.74 olan,71 N-li mənzil  digər şəxsə satılıb.

Maraqlı burasıdır ki, “İnşaat Konstruksiyalar” MMC-nin direktoru R.Əhmədov 2021-ci ildə məni dəvət etmiş və müxtəlif bəhanələr uyduraraq  mənzilin digər yerdə şəhərin mərkəzinə yaxın olan yerdə verəcəyini vəd edərək müqaviləni təzələməyi təklif etmişdir.

Mən ödədiyim pulların batmaması üçün Raufla məcbur olub razılaşdım və köhnə müqaviləni 085002 saylı, 21 iyun 2021-ci il tarixli yeni müqavilə ilə əvəz etdik.  Dedilər narahat olma, hər şey hazır olan kimi xəbər edəcəyik. Gəlib mənzilinizi təhvil alarsınız. Razılaşdıq. Baş direktor mənə bu dəfə Xətai rayonun Nobel prospekti 13, F.Bayramov, A Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa etdiyi binanın 20-ci mərtəbəsində, ümumi sahəsi 121 kv.m olan, 2 otaqlı, 85 saylı mənzilin dəyərini elə 21 06.2021-ci il tarixdə yeni müqavilə şərtlərinə uyğun olaraq tam ödədiyim ( cəmi 266 860 manatı) halda aradan 4 il keçməsinə baxmayaraq yenə məni süründürməçiliyə salaraq mənzilimi bəhanələrlə təqdim etmək istəmir. Hər dəfə bir yalan uydurmaqla peşəkar dələduz kimi məni gözləməyə vadar edir. Budur, son günlər isə heç telefonuma belə cavab vermir, Yayınır.

Artıq məndə şübhələr yaranıb ki, bu adam  mənə verilməsi nəzərdə tutulan  mənzili digər şəxslərə  satıb. Belə olmasaydı 4 il əvvəl 100 % nağd pulunu ödədiyim mənzil niyə mənə verilmir?

Doğrudur, mən aidiyyatı üzrə 1 il əvvəl hüquq –mühafizə orqanlarına mənə qarşı Rauf Əhmədovun törətdiyi dələduzluq cinayəti barədə rəsmi müraciət etmişdim. Əvvəlcə yaxşıca araşdırmağa başladılar Sonda nə oldusa sanki lazımsız bir işə çevrildi. Heç rəsmi cavab da vermədilər. O da mənə sonradan məlum oldu ki, R.Əhmədov mənim kimi 274 vətəndaşa qarşı da mənzil fırıldağı edərək onların pullarını əvvəlcədən almış və mənzillərini verməmişdir.

Xatırladım ki,  Azərbaycanda şəhid ailələrindən və qazilərdən sonar ən çox haqqı olan bizim ailədir. Buna qəsdən maneçilik törədənlər isə sadəcə utanmalıdırlar. Mən bir zabit olaraq  4 il iştirak etdiyim 1-ci Qarabağ Müharibəsinin ən qızğın vaxtında sağlamlığını ona görə itirməmişəm ki, bu gün bizim etimadımızdan süi-istifadə edərək qohum – əqrəbalalardan mənzil əldə etmək üçün topladığımız pulları Rauf Əhmədov və onun arxasında dayanan oliqarx murdar ünsürlər mənimsəyib özlərinin haramzada ailələrini dolandırsınlar. Mən ondan ötəri müharibədə qanımı axıtmamışam ki, Rauf və onu gizli himayə edən hüquq-mühafizə orqanları bu cinayətkarı cəzalandırmamaq üçün onu qorusunlar. Yeri gələrsə mən bu dələduz dəstəni hansı oliqarxın qanadları altında gizlənməsindən asılı olmayaraq erməniləri cəzalandırdığım kimi cəzalandıra bilərəm.

Azərbaycan Respublikasının çox hörmətli Prezidenti İlham Əliyev və Baş Prokuroru cənab Kamran Əliyev!

“İnşaat Konstruksiyalar” MMC-nin baş direktoru  Rauf Əhmədovun  qanunsuz əməlləri nəticəsində mənə külli miqdarda ( 266 860 manat) maddi zərər dəymişdir

Baxmayaraq ki, R.Əhmədov 2 otaqdan ibarət pay kimi 266 860 manat əvəzində mənə verməyi öz öhdəsinə götürmüş, lakin təqdim olunmuş maliyyə arayışına əsasən pulunu alsa da öhdəliklərini icra etməmişdir. Məndə olan həmin mənzilə aid müqavilənin və arayışın surətlərini  təqdim edirəm. Beləliklə,  Rauf Əhmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vəzifə saxtakarlığına yol vermiş və mənə məxsus mənzili dəyərindən çox  bahasına, yəni təqdim edilmiş maliyyə arayışına əsasən 266860 manatdan çox olmaqla tanımadığım digər şəxsə  qanunsuz olaraq satmışdır.

Budur, artıq 4 ildən çoxdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 178.3.2., 308.1, 313 və 314-2.1-ci maddələri ilə istintaqı aparılmalı olan Rauf Əhmədov mənə və digərlərinə qarşı törətdiyi cinayət işinə görə  məsuliyyətə cəlb olunmamışdır.

Hörmətli cənab Baş Prokuror! Etibarımdan sui-istifadə edərək məni aldadan şəxs “İnşaat Konstruksiyalar” MMC-nin hazırki baş direktoru Rauf Əhmədovdur. Mən həmin şəxsdən və onun dəstəsindən şikayətçiyəm və onların CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini, həmçinin mənə vurulmuş maddi zərərin tam olaraq qaytarılmasını tələb edirəm. Yuxarıda qeyd edilənlərə əsasən Sizdən xahiş edirəm ki, mənim şikayətim üzrə materialları  işin ədalətli aparılması və  cinayət işinin başlanması üçün  ( Bakı şəhər Prokurorluğuna və ya Xətai rayon Prokurorluğuna ) göndərəsiniz.

Cənab Prezident İlham Əliyev!

Xahiş edirəm, “İnşaat Konstruksiyalar” MMC-nin dələduz dəstəsinin tezliklə ifşa edilərək məsuliyyətə cəlb edilməsi və Şəxsi nəzarətiniz altrında tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verəsiniz. Əvvəlcədən təşəkkürlər.

XÜSUSİ QEYD: Qeyd edək ki, “İnşaat Konstruksiyaları” MMC-nin qanuni təmsilçisi, Rauf Əliyevin yaxın qohumu Əhmədov Rəsul Süleyman oğludur. “Dərəçiçək” MTK da Rauf Əliyevə məxsusdur. Rəsul Əhmədov KİV-də keçmiş baş prokuror Zakir Qaralovun yaxın adamı kimi təqdim edilir və iddia heç vaxt təkzib edilməyib.

Elxan müqavile 11.jpegElxan müqavil 22.jpeg

 

Aktualinfo.org

 

PAYLAŞIN:

Continue Reading

Previous: Kreml: Ukraynanın təhlükəsizliyini xarici hərbi qüvvələr təmin edə bilməz
Next: Bakı Appelyasiya Məhkəməsi qanunsuz tikililərlə bağlı “Pilot Residence” yaşayış binasına baxış keçirib

OXŞAR MÖVZULAR

rafiq-xtib

Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma…

admin 16/03/2026
adsea-1

“Sutikinti” MMC icarəyə nəqliyyat vasitələri götürür – Bəs idarənin texnikalarını kimlər talayıb

admin 11/03/2026
seferber-xidm

Səfərbərlik Xidməti üçün satınalmalarda ehtimal qiyməti işləmir

admin 10/03/2026

XƏBƏR LENTİ

  • Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma… 16/03/2026
  • İranı kim idarə edir: “Süni intellekt Ayətullahı” və görünməz LİDER – SİRLƏR AÇILIR 16/03/2026
  • Fərid Şahbazlı: “Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib” 16/03/2026
  • “Ölüb, yoxsa sağdır?” müəmması: Netanyahu ilə bağlı ziddiyyətli xəbərlər yayılır 16/03/2026
  • “Tramp İranda siyasi fiaskoya uğradı” – “Qorxuram ki, Putin Trampa bir razılaşma təklif edəcək…” 16/03/2026
  • “Xamenei Moskvaya aparılıb…” – “Putin Pezeşkiana təklif edib ki…” 16/03/2026
  • ABŞ İranın neft obyektlərini ələ keçirmək istəyir- Quru əməliyyatı baş tuta bilər 16/03/2026
  • Rektor Yaşar Ömərov haqqında şok faktlar – Nazir təyinatı ilə bağlı iddialar və cinayət ittihamı 16/03/2026
  • Tramp İranla müharibədə məğlub olacaq 16/03/2026
  • Azərbaycan Texniki Universitetində Sona İsmaylovanın “Sözün xaqanı” kitabının təqdimatı keçirildi. 16/03/2026
  • İlon Maskdan sensasion proqnoz: Gələcəkdə insanlar işləməyəcəklər 16/03/2026
  • Avstraliya və Yaponiya Hörmüz boğazına hərbi gəmilər göndərməkdən imtina edib 16/03/2026
  • Tokayev: Bütün dünyaya qazax cəmiyyətinin siyasi mədəniyyətini göstərdik 16/03/2026
  • Almaniya və Britaniya Hörmüz boğazında gəmilərin mühafizəsi missiyasında iştirak etməyəcək 16/03/2026
  • Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir? 15/03/2026
  • İki texnologiya milyarderi üz-üzə: Süni intellekt kosmosa daşına bilərmi? 15/03/2026
  • ABŞ-ın mərkəzində niyə kosmodrom yoxdur və NASA buraxılış yerlərini necə seçir? 15/03/2026
  • Bakı yüklənir: Hökumət bunun qarşısını necə alacaq? 15/03/2026
  • Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü 15/03/2026
  • Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər 15/03/2026

Sağlamlıq

c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.