Skip to content
17/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Sentyabr
  • 8
  • Bakının növbəti diplomatik qələbəsi – Ermənipərəstləri geri çəkilməyə məcbur edən anlaşma

Bakının növbəti diplomatik qələbəsi – Ermənipərəstləri geri çəkilməyə məcbur edən anlaşma

admin 08/09/2025
atət

 

Sentyabrın 1-də ATƏT Nazirlər Şurası ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul edib. Minsk prosesinin bağlanması haqqında qərar təşkilata üzv 57 ölkə tərəfindən yekdilliklə qəbul olunub. Qərara əsasən, keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız sayılır.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik:

Anti-Azərbaycan qüvvələrin kabusu

Qeyd edək ki, 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazi bütövlüyü və suverenliyini tam şəkildə bərpa edib. Qarabağ münaqişəsi birdəfəlik olaraq həllini tapıb. Hələ Vətən müharibəsinin nəticəsinə uyğun olaraq, yaranan yeni reallıqlar şəraitində keçmiş Minsk qrupunun fəaliyyətinin artıq heç bir əhəmiyyət daşımadığı aydın idi. Rəsmi Bakı bu illər ərzində ardıcıl şəkildə Minsk qrupunun ləğvi məsələsini gündəmə gətirsə də, həmsədr ölkələr, ən başlıcası isə Ermənistan bu qərarın qəbul edilməsinə süni maneələr yaradır, müxtəlif bəhanələr irəli sürürdülər. Çünki münaqişənin həlli güclü və bütöv Azərbaycan reallığının tam müstəqil siyasi kursla birləşməsi anlamına gəlirdi ki, bu da Cənubi Qafqazda özlərinin məkrli planlarını həyata keçirmək istəyən beynəlxalq dairələrin ən böyük kabusu demək idi.

Ermənipərəstləri geri çəkilməyə məcbur edən anlaşma

Lakin Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və qətiyyətli siyasət, diplomatik gedişlər yeni reallığın doğurduğu nəticənin – Minsk qrupunun ləğvi zərurətinin məntiqi sonluqla yekunlaşmasında mühüm rol oynadı. Hələ üç il əvvəl Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıdığını bəyan etməsi Dağlıq Qarabağ probleminin birdəfəlik həll edildiyinin ilkin mesajı idi. Bununla belə, başda Fransa və ABŞ-nin keçmiş rəhbərliyi olmaqla, erməni lobbisinin təsiri altında İrəvanın Minsk qrupunun buraxılması tələbinə qarşı çıxmasına zəmin yaradırdı. Rəsmi Bakının hərbi-siyasi qələbəsinin yaratdığı reallıqlar, həmçinin beynəlxalq aləmdə baş verən ciddi dəyişikliklər, xüsusilə də Donald Trampın ABŞ prezidenti seçilməsi bu məsələdə həlledici rol oynadı. Məhz Ağ Ev rəhbərinin birbaşa təşəbbüsü ilə Vaşinqtonda imzalanan tarixi razılaşmalar İrəvan da daxil olmaqla, Minsk qrupunun ləğvinə qarşı çıxanları fakt qarşısında qoydu. Təsadüfi deyil ki, Vaşinqtonda sülh mətninin paraflanmasından, Azərbaycan və Ermənistanın ATƏT-ə birgə müraciətindən sonra Cənubi Qafqazda uzun illər özünün destruktiv fəaliyyəti ilə seçilən Fransa dərhal bu təşəbbüsü dəstəkləyən bəyanatla çıxış etdi. Bir qədər gözləməklə Rusiya da analoji yanaşmanı ortaya qoydu.

Bakı ardıcıl mövqeyini davam etdirəcək

Beləliklə, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da vurğulandığı kimi, sözügedən qərarın qəbulu, Azərbaycan Respublikasının vaxtilə işğal edilmiş əraziləri üzərində suveren nəzarətini və ərazi bütövlüyünü bərpa etməsinin, bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması ilə bağlı reallığın və Azərbaycan tərəfindən irəli sürülmüş sülh gündəliyinin beynəlxalq müstəvidə qəbul edilməsinin göstəricisidir. Bu qərar həm də avqustun 8-də Vaşinqton görüşündə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar əldə edilmiş razılıqların praktiki icrası istiqamətində mühüm addımdır. Azərbaycan bundan sonra da regionda sülhün və sabitliyin gücləndirilməsi istiqamətində beynəlxalq hüquqa əsaslanan prinsipial və ardıcıl mövqeyini davam etdirəcək.

Revanşistlərə ağır zərbə

Azərbaycanın əldə etdiyi bu möhtəşəm diplomatik qələbə Dağlıq Qarabağ kartının Bakıya qarşı təzyiq kimi istifadəsini birdəfəlik neytrallaşdırdı. Bu, həm də İrəvandakı revanşist qüvvələrin əllərində bayraq etdikləri Madrid, Kazan, Ki-Uest və s. “prinsipləri”nin əks olunduğu sənədlərin də heç bir hüquqi gücünün qalmadığının təsbiti deməkdir.

Beynəlxalq reaksiya

Qəbul edilən qərarla bağlı beynəlxalq reaksiyalar da rəsmi Bakının mövqeyinə tam dəstəyin ifadə olunmasının göstəricisi kimi qiymətləndirilə bilər. Məsələn, ATƏT PA-nın prezidenti Pere Joan Pons Minsk Prosesinin bağlanması ilə bağlı ATƏT Nazirlər Şurasının qərarını alqışlayıb. “Dialoqa əsaslanan bu tarixi addım Cənubi Qafqazda davamlı sülh yolunu möhkəmləndirir. Biz bu prosesi dəstəkləməyə davam edəcəyik”, – deyə ATƏT PA-nın prezidenti vurğulayıb.

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin də Minsk qrupunun ləğvi qərarına reaksiyası təqdirəlayiqdir. “Ermənistan və Azərbaycanı sülhə və münasibətlərin normallaşmasına yönəlmiş tarixi sazişlər və onların həyata keçirilməsinə dərhal başlamaq qərarı münasibətilə bir daha təbrik etmək istəyirəm. Mən onların birgə müraciətinə dərhal cavab verdim və prosesdə gözəl əməkdaşlığa görə tərəflərə səmimi qəlbdən təşəkkürümü bildirirəm”, – E.Valtonen bəyan edib.

Rusiya tərəfi də ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı qərarını haqlı sayır. “Biz bu addımı haqlı hesab edirik, regionda vəziyyətin köklü dəyişməsi baxımından əsaslandırılıb”, – deyə Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova bildirib.

Göründüyü kimi, 30 il ərzində Azərbaycan ərazilərinin işğalına hüquqi don geyindirərək onu legitimləşdirməyə çalışan Minsk qrupu artıq mövcud deyil. Qarşıda isə bizi Prezident İlham Əliyevin uzaqgörən siyasətinin yaratdığı daha bir perspektiv reallıq gözləyir – sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin açılması. Bunun üçün İrəvanın yerinə yetirməli olduğu tələblər də bəllidir.

PAYLAŞIN:

Continue Reading

Previous: Ali təhsil müəssisələrinə qeydiyyat bu gün başa çatır
Next: Bu şəxslər 1000 manat cərimə olunacaq

OXŞAR MÖVZULAR

pnvd5UhRVbxb2uiwVkcJaXRGdT6QmyXdbxwJkN5P_1200

Dövlət satınalmaları üzrə auditdə avtomatlaşdırılmış qiymətləndirmə olacaq

admin 16/03/2026
UstmDLM4xQfHh4JTyBql1cD8drWskYuZ6QStj6JT_1200

Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib

admin 16/03/2026
ferid-şhb

Fərid Şahbazlı: “Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib”

admin 16/03/2026

XƏBƏR LENTİ

  • Bu ixtisaslar üzrə plan yerləri AZALACAQ – Abituryentlərə XƏBƏRDARLIQ 17/03/2026
  • Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri əhaliyə müraciət etdi 17/03/2026
  • Hansı içki təzyiqi dərmansız salmağa kömək edir? 17/03/2026
  • “Bu zülm mütləq sona çatmalıdır…” – “Ankara ilə Tehranın baxış üfüqü eyni istiqamətə yönəlmişdir” 17/03/2026
  • Abituriyentlər imtahandan niyə şikayət edir? – Təhsil eksperti SƏBƏBLƏRİ AÇIQLADI 17/03/2026
  • Bu gün İlaxır çərşənbədir 17/03/2026
  • Buraxılış imtahanlarına etirazlar haqlıdırmı? – “Problem sualların məzmununda deyil…” 16/03/2026
  • “Telegram” bağlanıb, mobil internet yoxdur… – Putinin ideoloqundan internetlə bağlı çağırış 16/03/2026
  • Avropa dövlətləri, Çin və Yaponiya Trampa “yox” dedilər – hərbi dəstək… 16/03/2026
  • Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək – Özər 16/03/2026
  • Dövlət satınalmaları üzrə auditdə avtomatlaşdırılmış qiymətləndirmə olacaq 16/03/2026
  • İlham Əliyev Tokayevi Qazaxıstanda referendumun başa çatması münasibətilə təbrik edib 16/03/2026
  • Ceyranbatanda “Cənnət” kafesisinin yerində tikilən obyektə “gözyumdu”dan Abdin Fərzəliyevin qazancı nə qədər olub 16/03/2026
  • Vətəndaş mövqeyi bəlli insan 16/03/2026
  • Hərbi xidmətdən boyun qaçıranlara qarşı QAYDALAR SƏRTLƏŞDİRİLİR 16/03/2026
  • Tramp 5 gün xahiş etdi, indi tələbə keçib… 16/03/2026
  • Üç uşaqlı ailələrə bayram öncəsi şad xəbər 16/03/2026
  • İlaxır çərşənbə üçün bazarlıq neçəyə başa gəlir? 16/03/2026
  • Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib 16/03/2026
  • Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma… 16/03/2026

Sağlamlıq

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026
c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.