Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Sentyabr
  • 8
  • Yeraltı su ehtiyatlarımız tükənir? – Tədbirlər planı hazırlanacaq

Yeraltı su ehtiyatlarımız tükənir? – Tədbirlər planı hazırlanacaq

admin 08/09/2025
bulaq

 

Azərbaycanın yeraltı sularının həcminin müəyyənləşdirilməsi üçün xaricdən mütəxəssislər cəlb olunub. Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi İlham Quliyev deyib. “Bu dəqiqləşmə aparılıb hesabat təqdim olunduqdan sonra yeraltı suların təkrar bərpası üçün tədbirlər planı hazırlanacaq”, – deyə İ.Quliyev əlavə edib.

Bu tədbirlər planını zəruri edən nədir? Yeraltı sularımızla bağlı hansı problemlər mövcuddur?

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik:

“Çaylar, bulaqlar quruyur, buzlaqlar əriyir…”

ADSEA-nın “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu”nun mütəxəssisi, aparıcı mühəndis Cavid Rəhmanlının sözlərinə görə, bu addımın atılmasının əsas səbəbi bütün dünyada baş verən iqlim dəyişmələridir: “Bu məsələ daha çox Kür çayında suyun azalmasından sonra aktuallaşdı. Çünki Kür Azərbaycanın ən böyük su kütləsinə sahib çayıdır. Bu səbəbdən də həyəcan təbili çalmalı olduq. Həmçinin bulaqların, buzlaqların həcminin azalması belə tədbirlərə əl atmağı zəruri etdi”.

Mütəxəssis yeraltı sularımızın çirklənməsindən də bəhs etdi: “Yeraltı sularda çirklənmə daha çox obyektlərin, zavodların ərazisində baş verir. Onların buraxdığı tullantıların laylara axması, torpağı çirkləndirməsi yeraltı sulara da təsir edir. Həmçinin yeraltı sulardan kənd təsərrüfatında istifadə olunur ki, buna da nəzarət olunmalıdır. İsrafın qarşısını almağa çalışmalıyıq”.

“Qarabağ ilk sıralardadır”

C.Rəhmanlı bildirib ki, işğal olunmuş torpaqlarımız azad edildikdən sonra su ehtiyatlarımız da artmış oldu: “Çünki Azərbaycanın yeraltı su ehtiyatlarına görə Qarabağ ilk sıralardadır. Qarabağda formalaşan yeraltı sulardan bu gün də istifadə olunur. Yeni artezian quyuları qazılır və istismar olunmağa başlayıb”.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyevin sözlərinə görə, ölkəmizdə olan yeraltı su ehtiyatlarının təkcə həcmi yox, həm də keyfiyyəti nəzərə alınmalıdır: “Yeraltı sularımızda keçən əsrlərdə müşahidə olunan qalxmalar nəticəsində dəniz heyvanlarının cəsədləri məhv olub, suya qarışıb. Bu mənada Balakəndən Şamaxıya qədər olan əraziləri qeyd etmək olar. El dilində o sulara cod su deyirik. Yeraltı sularımız düzənlik ərazilərimizdə, məsələn Kür-Araz ovalığında, Gəncə-Qarabağ ərazisində kütləvi şəkildə kənd təsərrüfatı üçün istifadə edilib. Müxtəlif gübrələr və başqa mikroelementlər torpağa qarışıb. Bu maddələr ion şəklində suya hopa bilər. Bu sulardan istifadə zamanı ehtiyatlı olmalıyıq. Samur-Dəvəçi ovalığından başlamış Qusar maili düzənliyinə qədər 30 milyard ton su ehtiyatımız mövcuddur. Naxçıvan, Qazax, Tovuz və Füzuliyə qədər ərazilərdə isə vulkan püskürmələrindən sonra suların tərkibi dəyişdi və mineral sular meydana gəldi. Həmin ərazilərdə 360-a yaxın kəhrizimiz mövcuddur”.

“Gələcəkdə yeraltı su ehtiyatımızın mənbəyi artacaq”

Ekoloqun fikrincə, hazırda yeraltı sularımızda azalma kimi hallar yoxdur: “Ölkəmiz hazırda yağıntılı dövrü yaşayır. O səbəbdən yeraltı sularımızda heç biri quruma mövcud deyil. Bu da gələcəkdə yeraltı su ehtiyatımızın mənbəyinin artmasından xəbər verir. Amma əvvəlki dövrlərdə qar ehtiyatımız az olurdu, çaylar, göllərimiz quruyurdu. İndi elə problemimiz yoxdur”.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq alim Telman Zeynalov da düşünür ki, yeraltı sularla bağlı heç bir problemimiz yoxdur: “Yalnız o ola bilər ki, yeraltı suların miqdarı azalsın. Bu da yağıntılardan asılıdır. Dağlıq ərazilərdə həmişə yağıntı olur. Bizim ölkəmiz də yetəri qədər dağla əhatələnib. Qış vaxtı qar yağır. Hətta yay aylarında da rayonlarda yağışlar yağır. Yağıntılar nəticəsində yeraltı sular təmin olunur. Yetəri qədər artezian quyularımız mövcuddur”.

“Mütləq müvafiq icazələr alınmalıdır”

“Sağlam həyata doğru” İctimai Birliyinin üzvü, su məsələləri üzrə ekspert Rövşən Abbasov isə bildirib ki, Azərbaycanda yeraltı suların monitorinqinin gücləndirilməsi üçün yerli institutların potensialının artırılmasına çox ehtiyac var: “Bu istiqamətdə mütəxəssis hazırlığının yaxşılaşdırılmasını, həmçinin yerli mütəxəssislərin potensialının gücləndirilməsinin vacib olduğunu hesab edirəm”.

R.Abbasovun sözlərinə görə, yeraltı suların özbaşına çıxarılmasının qarşısı alınmalıdır: “Yeraltı suların monitorinqinin yaxşılaşdırılmasına ehtiyac var. Çünki bizdə demək olar ki, 90-cı illərdən etibarən yeraltı suların kompleks qiymətləndirilməsi hələ də aparılmayıb. Həmçinin yeraltı suların çıxarılması ilə bağlı problemlər mövcuddur. Bir çox yerlərdə yeraltı suların özbaşına çıxarılması üçün həm fermerlər, həm də əhali tərəfindən quyular qazılır. Bu quyuların qazılması üçün heç bir icazə alınmır. Qrunt sularından sərbəst istifadə etmək olar. Amma artezian quyular qazılarkən mütləq müvafiq icazələr alınmalıdır. Bu da ancaq xüsusi və müstəsna hallarda mümkündür. Tez-tez eşidirik ki, kimsə haradasa artezian quyusu vurdurur. Bu, yolverilməz bir haldır. Çalışmaq lazımdır ki, gələcəkdə yeraltı suların çıxarılması azaldılsın. Bu, həm dövlət səviyyəsində, həm də özbaşına qazılan quyulara aiddir”.

Açıqlanan son statitik məlumatlara əsasən, Azərbaycanın yeraltı şirin su ehtiyatları təxminən 10 milyard kubmetrdən 8 milyarda düşüb. Bu barədə ADSEA yanında fəaliyyət göstərən Su İstifadəsinə və Mühafizasinə Dövlət Nəzarəti Xidmətinin şöbə müdiri Rafik Verdiyev məlumat verib. Onun sözlərinə görə, hazırda Azərbaycanın 8.4 milyard kubmetr həcmində yeraltı şirin su ehtiyatı mövcuddur: “Bununla da ölkənin bərpaolunan şirin su ehtiyatları 26.2 milyard kubmetrə çatır. Lakin təbii mənbələrdən götürülən suyun 25 faizi itkiyə gedir”.

PAYLAŞIN:

Continue Reading

Previous: Ekologiyanı pulla çirkləndirənlər – ETSN-də rüşvət qalmaqalı
Next: Rusiya tənəzüllə üzləşə bilər – Şok xəbərdarlıq

OXŞAR MÖVZULAR

erzaq-pul

Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO

admin 15/04/2026
ictimaineqliyyat

Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir

admin 15/04/2026
emlak-ev

Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir?

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.