Skip to content
17/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Sentyabr
  • 10
  • “Proseslər son “döyüş” mərhələsinə yaxınlaşır…” – “Cənubi Qafqazda yeni parametrlər formalaşır”

“Proseslər son “döyüş” mərhələsinə yaxınlaşır…” – “Cənubi Qafqazda yeni parametrlər formalaşır”

admin 10/09/2025
ferhad-polit1

 

Politoloq Fərhad Məmmədov Cənubi Qafqaz regionunda baş verən son geosiyasi prosesləri şərh edərək bildirib ki, artıq bölgədə 30 il sabit qalmış bir çox “konstant” dəyişməkdədir.

Onun sözlərinə görə, 44 günlük müharibə nəticəsində əldə olunmuş dörd əsas nəticədən biri – Azərbaycanın ərazi bütövlüyünün bərpası tam şəkildə həyata keçirilib, digərlərinin isə reallaşma prosesi davam edir.

“Müharibədən sonrakı üç il ərzində bəzi dövlətlər bu nəticəni dəyişməyə çalışdılar. Lakin 2023-cü ildən sonra adaptasiya mərhələsi başlayıb. ATƏT-in Minsk Qrupunun buraxılması və bu qərarın Rusiya, ABŞ, Fransa da daxil olmaqla bütün üzvlər tərəfindən dəstəklənməsi göstərdi ki, bu məsələ onlar üçün bağlanıb,” – deyə F. Məmmədov vurğulayıb.

Politoloq əlavə edib ki, İran Prezidenti də Qarabağa səfər etməklə bu məsələyə nöqtə qoydu. Onun fikrincə, bu mövzunu gündəmdə saxlamağa çalışan qruplar olsa da, onlar marjinal xarakter daşıyır.

“Rusiyanın özü artıq Qarabağdan köçmüş erməniləri Azərbaycana qarşı deyil, Ukrayna müharibəsində iştirak üçün cəlb edir. Yəni, ən fəal erməni kontingenti indi faktiki olaraq ölümə göndərilir,” – deyə F. Məmmədov qeyd edib.

Ekspert bildirib ki, Bakı və İrəvan arasında sülh prosesi konkret mərhələyə daxil olub və beynəlxalq aktorlar bu məsələdə həmfikirdirlər: “ABŞ və Aİ bu sülhə dəstək verməyə, hətta investisiya qoymağa hazırdır. Türkiyə və Gürcüstan da prosesi səmimi şəkildə dəstəkləyir. Rusiya və İran isə resurs çatışmazlığı səbəbindən təzyiqlərlə təsir göstərməyə çalışırlar. Məsələn, Lavrovun Vaşinqton razılaşmalarının necə icra olunacağına dair açıqlamaları buna nümunədir”.

Onun sözlərinə görə, Rusiya hələ də daxili siyasət, diaspor və iqtisadi alətlərlə təzyiq göstərməyə çalışır, İran isə artıq Ermənistanla hərbi ittifaq ideyasından imtina edərək Paşinyan hökuməti ilə strateji tərəfdaşlıq qurmaq istəyir.

F. Məmmədov qeyd edib ki, Ankara ilə İrəvan arasında normallaşma prosesi tam şəkildə Bakı ilə koordinasiya olunur və bu məsələ də yetişmək üzrədir: “ABŞ və Aİ uzun müddətdir bu prosesi dəstəkləyir. Rusiya və İran isə bu normallaşmadan narahatdır, çünki Türkiyənin Ermənistanda iştirakı onların bölgədəki təsirini azalda bilər. Onlar bu prosesə müqavimət göstərməyə çalışsalar da, getdikcə daha az nəticə əldə edirlər”.

Politoloq bildirib ki, Zəngəzur dəhlizi ətrafında proseslər son “döyüş” mərhələsinə yaxınlaşır. Azərbaycan və Ermənistanın bu məsələyə hazır olduğu, Aİ-nin maliyyə, ABŞ-ın isə yerində iştirak baxımından maraqlı olduğu qeyd olunub.

“Avropa İttifaqının xüsusi nümayəndəsi Qrano artıq Bakı, Naxçıvan və Ermənistana səfərlər edib. Ermənistan isə bu layihəni İran, Fransa və Rusiya ilə koordinasiya etməyə çalışır,” – deyə Məmmədov bildirib.

Sonda o vurğulayıb ki, bölgə ölkələri artıq müharibənin nəticələrini reallaşdırmağa başlayıblar və bu, yeni regional parametrlərin formalaşmasına xidmət edir.

“Yalnız Azərbaycan və Ermənistanın qərar verməsi ilə xarici aktorları fakt qarşısında qoymaq və yeni reallığa uyğunlaşmanı sürətləndirmək mümkündür. Proses zamanı çətinliklər olacaq, lakin bu, artıq qarşısıalınmaz bir istiqamətdir,” – deyə politoloq qeyd edib.

PAYLAŞIN:

Continue Reading

Previous: Rus dronları Polşaya qəsdən girib – Putinin məqsədi nədir?
Next: Tramp Polşaya hücumla bağlı susur – Konqresmen ABŞ Prezidentindən qətiyyət tələb edir

OXŞAR MÖVZULAR

engin_ozer (1)

Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək – Özər

admin 16/03/2026
markov-yeni

Müctəbanın ilk müraciəti – İran öz yolunu seçdi

admin 13/03/2026
pashinyan-yeni (2)

Konstitusiyada Qarabağ olmayacaq, Qzoyan da buna görə istefa verəcək – Paşinyan

admin 12/03/2026

XƏBƏR LENTİ

  • Bu ixtisaslar üzrə plan yerləri AZALACAQ – Abituryentlərə XƏBƏRDARLIQ 17/03/2026
  • Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri əhaliyə müraciət etdi 17/03/2026
  • Hansı içki təzyiqi dərmansız salmağa kömək edir? 17/03/2026
  • “Bu zülm mütləq sona çatmalıdır…” – “Ankara ilə Tehranın baxış üfüqü eyni istiqamətə yönəlmişdir” 17/03/2026
  • Abituriyentlər imtahandan niyə şikayət edir? – Təhsil eksperti SƏBƏBLƏRİ AÇIQLADI 17/03/2026
  • Bu gün İlaxır çərşənbədir 17/03/2026
  • Buraxılış imtahanlarına etirazlar haqlıdırmı? – “Problem sualların məzmununda deyil…” 16/03/2026
  • “Telegram” bağlanıb, mobil internet yoxdur… – Putinin ideoloqundan internetlə bağlı çağırış 16/03/2026
  • Avropa dövlətləri, Çin və Yaponiya Trampa “yox” dedilər – hərbi dəstək… 16/03/2026
  • Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək – Özər 16/03/2026
  • Dövlət satınalmaları üzrə auditdə avtomatlaşdırılmış qiymətləndirmə olacaq 16/03/2026
  • İlham Əliyev Tokayevi Qazaxıstanda referendumun başa çatması münasibətilə təbrik edib 16/03/2026
  • Ceyranbatanda “Cənnət” kafesisinin yerində tikilən obyektə “gözyumdu”dan Abdin Fərzəliyevin qazancı nə qədər olub 16/03/2026
  • Vətəndaş mövqeyi bəlli insan 16/03/2026
  • Hərbi xidmətdən boyun qaçıranlara qarşı QAYDALAR SƏRTLƏŞDİRİLİR 16/03/2026
  • Tramp 5 gün xahiş etdi, indi tələbə keçib… 16/03/2026
  • Üç uşaqlı ailələrə bayram öncəsi şad xəbər 16/03/2026
  • İlaxır çərşənbə üçün bazarlıq neçəyə başa gəlir? 16/03/2026
  • Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib 16/03/2026
  • Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma… 16/03/2026

Sağlamlıq

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026
c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.