Skip to content
16/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Sentyabr
  • 11
  • Niyazi Bayramov tikintisi yüksək keyfiyyətlə aparılan və tam başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir”

Niyazi Bayramov tikintisi yüksək keyfiyyətlə aparılan və tam başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir”

admin 11/09/2025
niyazi-gi

 

Gəncə şəhər İcra Hakimiyyəti Gəncə İdman Sarayının tikinti-quraşdırma işlərinin davam etdirilməsi məqsədi ilə bir mənbədən satınalma metodu tətbiq etməklə “Rövşən Oğuz Qrup” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 377.390  manat məbləğində satınalma müqaviləsi bağlamışdır. Məlumat satınalmaların portalında 10.09.2025-ci ildə dərc edilmişdir.

Qeyd edək ki, Gəncə şəhərində İdman Sarayı inşa edilməsi haqqında sərəncam Prezident İlham Əliyev tərəfindən hələ 13 noyabr 2017-ci ildə verilib. Sərəncama əsasən İdman Sarayının layihələndirilməsi və tikintisi üzrə sifarişçi funksiyaları, habelə obyektin inşası prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Gəncə şəhər İcra Hakimiyyətinə həvalə edilmişdi. İdman Sarayının tikintisinə 2018-ci ilin mart ayında, sabiq İcra başçısı Elmar Vəliyevin dönəmində başlanılıb. Gəncədəki məlum hadisələrdən sonra Elmar Vəliyev vəzifəsindən kənarlaşdırılır. Gəncə şəhər İcra Hakimiyyətinə 28 avqust 2018-ci ildə Niyazi Bayramov təyin edilir  və İdman Sarayının sifarişçi funksiyaları da bir başçı kimi onun nəzarətinə keçir.

Tikintisinə 2018-ci ildə başlanılmış Gəncə İdman Sarayının açılışını Prezidenti İlham Əliyev 2024-cü ilin aprelin 9-da edib. Ölkə başçısının açılışda iştirak etməsi ilə bağlı yayılan rəsmi məlumatlarda bildirilir ki, “Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən inşa edilən Gəncə İdman Sarayının tikintisinə 2018-ci ilin iyununda başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin martında tam başa çatdırılıb.”

Göründüyü kimi məlumatda tikinti işlərinin yüksək keyfiyyətlə aparıldığı və tam başa çatdırıldığı bildirilir. Elə isə yüksək keyfiyyətlə aparılan və tam başa çatdırılmış işə Gəncə şəhər İcra Hakimiyyəti niyə yenidən dörd yüz min manata yaxın dövlət vəsaiti ayırır?

Aktualinfo.org-un hələ 2022-ci ildə dövlət satınalmalarının portalına yerləşdirilmiş məlumatlar əsasında apardığı araşdırmalarda tender yolu ilə sözügedən idman sarayının tikintisinə külli miqdarda dövlət vəsaitin ayrıldığını yaymışdı. Belə ki, Gəncə şəhər İcra Hakimiyyəti Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədi ilə “Rövşən Oğuz Qrup” MMC ilə 14.03. 2019-cu il tarixdə 4 000 000,00 manat, 09.04.2020-ci il tarixdə 4 600 000 manat, 06.10.2020-ci il tarixdə 1 800 000 manat, 19.03.2021-ci il tarixdə 9 400 000 manat, 12.08.2021-ci il taixdə 5 000 000 manat, 17.12.2021-ci il tarixdə 181 600 manat (milyonların müqabilində bu yüz səksən min nəyə lazım olub görəsən- red.), 09.03.2022-ci il tarixdə 15 000 000 manat, 28.09.2022-ci il tarixdə 10 000 000 manat məbləğində satınalma müqavilələrinin bağlanıldığını açıqlayıb ki, ümumi olaraq 49 981 600 manat təşkil edib.

Gəncə şəhər İcra Hakimiyyəti Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsinin satın alınması üzrə 06.03.2023-cü ildə “Rövşən Oğuz Qrup” MMC ilə 28.663.030,92 manat dəyərində müqavilə bağlayıb.

Gəncə İdman Sarayı üçün avadanlıqların satınalması üzrə “Rövşən Oğuz Qrup” MMC ilə 16.303.293 manat dəyərində bir müqavilə 02.10.2023-cü ildə, Gəncə İdman Sarayının tikinti-quraşdırma işləri (o cümlədən avadanlıqların quraşdırması, işə baxılması və sınaq işlərinin aparılması) üzrə 12.000.000 manat dəyərində müqavilə isə 05.06.2025-ci ildə bağlanılıb.

Bu hələ son deyil. Qeyd edək ki Gəncə şəhər İcra Hakimiyyəti İdman Sarayının layihələndirilməsi işlərinə də 30.04.2020-ci il tarixdə 400 000 manat, 15.04.2021-ci il tarixdə isə tikintinin layihə-smeta səndlərinin hazırlanması ( əlavə və dəyişikliklərə əsasən) işlərinin satın alınması üzrə 418 400 manat məbləğində satınalma müqavilələrini “BAŞAK PROJE VƏ DİZAYN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb. Bu isə idman sarayının tikintisinin layihələndirilməsinə 818 400 manat vəsaitin ayrılması deməkdir.

Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan da 24 iyun 2020-ci ildə Gəncə şəhər İcra Hakimiyyətinə Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə 3,0 (üç) milyon manat vəsait ayrılıb.

Göründüyü kimi son yeddi il ərzində, yəni Niyazi Bayramov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra Gəncədə İdman Sarayının tikintisinə yüz milyon manata yaxın dövlət vəsaiti xərclənib. Prezident İlham Əliyev İdman Sarayının açılışında iştirak edib.Niyazi Bayramov isə hələ də İdman Sarayının tikinti-quraşdırma işlərinin davam etdirilməsinə pul xərcləyir. Belə çıxır ki, Niyazi Bayramov Gəncə İdman Sarayına elə pul “yedizdirir”.

 

Aktualinfo.org

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: HƏMAS liderlərini Türkiyə xilas edib – MİT-dən xüsusi ƏMƏLİYYAT
Next: SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası… – Foto

OXŞAR MÖVZULAR

rafiq-xtib

Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma…

admin 16/03/2026
adsea-1

“Sutikinti” MMC icarəyə nəqliyyat vasitələri götürür – Bəs idarənin texnikalarını kimlər talayıb

admin 11/03/2026
seferber-xidm

Səfərbərlik Xidməti üçün satınalmalarda ehtimal qiyməti işləmir

admin 10/03/2026

XƏBƏR LENTİ

  • Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma… 16/03/2026
  • İranı kim idarə edir: “Süni intellekt Ayətullahı” və görünməz LİDER – SİRLƏR AÇILIR 16/03/2026
  • Fərid Şahbazlı: “Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib” 16/03/2026
  • “Ölüb, yoxsa sağdır?” müəmması: Netanyahu ilə bağlı ziddiyyətli xəbərlər yayılır 16/03/2026
  • “Tramp İranda siyasi fiaskoya uğradı” – “Qorxuram ki, Putin Trampa bir razılaşma təklif edəcək…” 16/03/2026
  • “Xamenei Moskvaya aparılıb…” – “Putin Pezeşkiana təklif edib ki…” 16/03/2026
  • ABŞ İranın neft obyektlərini ələ keçirmək istəyir- Quru əməliyyatı baş tuta bilər 16/03/2026
  • Rektor Yaşar Ömərov haqqında şok faktlar – Nazir təyinatı ilə bağlı iddialar və cinayət ittihamı 16/03/2026
  • Tramp İranla müharibədə məğlub olacaq 16/03/2026
  • Azərbaycan Texniki Universitetində Sona İsmaylovanın “Sözün xaqanı” kitabının təqdimatı keçirildi. 16/03/2026
  • İlon Maskdan sensasion proqnoz: Gələcəkdə insanlar işləməyəcəklər 16/03/2026
  • Avstraliya və Yaponiya Hörmüz boğazına hərbi gəmilər göndərməkdən imtina edib 16/03/2026
  • Tokayev: Bütün dünyaya qazax cəmiyyətinin siyasi mədəniyyətini göstərdik 16/03/2026
  • Almaniya və Britaniya Hörmüz boğazında gəmilərin mühafizəsi missiyasında iştirak etməyəcək 16/03/2026
  • Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir? 15/03/2026
  • İki texnologiya milyarderi üz-üzə: Süni intellekt kosmosa daşına bilərmi? 15/03/2026
  • ABŞ-ın mərkəzində niyə kosmodrom yoxdur və NASA buraxılış yerlərini necə seçir? 15/03/2026
  • Bakı yüklənir: Hökumət bunun qarşısını necə alacaq? 15/03/2026
  • Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü 15/03/2026
  • Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər 15/03/2026

Sağlamlıq

c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.