Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Sentyabr
  • 16
  • Xankəndidə qalan, polisə qumbara atan erməni – Nə baş verir?

Xankəndidə qalan, polisə qumbara atan erməni – Nə baş verir?

admin 16/09/2025
karen-arm
Xankəndidə erməni əsilli sakin Karen Avanesyanın terror aktı törətmək cəhdi və polis əməkdaşlarına silahlı müqavimət göstərməsinin lokal xarakter daşımadığı ehtimalı yüksəkdir. Hər şey istintaqın yekununda bəlli olacaq, lakin açıq qalan suallar ictimaiyyətin diqqət mərkəzindədir.
– Karen Avanesyan əslində kimdir?
– Terror aktı planının arxasında hansı qüvvələr dayana bilər?
– Planın icrasına niyə indi cəhd edildi?
Avanesyanın tam bəlli olmayan tərcümeyi-halında şübhəli məqamlar kifayət qədərdir.
Birincisi, o, bir il öncə Azərbaycan mediasına müsahibəsində özünü “azərbaycanlı” kimi təqdim edir, bildirir ki, “16 yaşında Azərbaycan vətəndaşlığını alıb, lakin 30 il öncə Xankəndini mafiya ələ keçirib və bundan sonra azərbaycanlılar doğma yurdlarından məcburi köçkün düşüblər, mafiya isə qalanların pasportlarını dəyişib”.
Belə bir şəxsin bir il sonra terror aktına cəhd etməsi onun Xankəndidə məhz bu məqsədlə qaldığı ehtimalını ön plana çıxarır. Erməniləri pisləməsi də kamuflyaj olmağa hesablanmış kimi görünür.
İkincisi, Ermənistanda revanşist medianın, eləcə də Qarabağda keçmiş separatçı rejimin “nümayəndələri”nin Avanesyanla bağlı dedikləri kifayət qədər ziddiyyətlidir.
Separatçı fəallardan olmuş Arşak Abramyan “Hraparak” nəşrinə açıqlamasında Avanesyanı tanımadıqlarını israrla vurğulayıb. Revanşist siyasətçi Karapet Poqosyan deyir ki, Avanesyanın uşaqlığı çətin keçib: “Məktəbdə zəif oxuyub, lakin sonradan iki universiteti fərqlənmə diplomu ilə bitirib, bir neçə dildə sərbəst danışıb. O, qapalı və ünsiyyətcil olmayan biri kimi tanınır”.
Bu iddia – orta məktəbi zəif oxuması, daha sonra iki universiteti fərqlənmə ilə bitirməsi və bir neçə dildə sərbəst danışması şübhəlidir. Mümkündür ki, erməni revanşistlər Avanesyanla bağlı “intellektual” imic formalaşdırmaq və əməllərini bu yolla ört-basdır etməyə çalışırlar. Bu, baş vermiş terror cəhdinin Azərbaycanın iddiası kimi təqdim edilməsi kampaniyasına xidmət edir. Ki, erməni revanşistlərin təbliğat istiqamətlərindən biri də budur.
Erməni revanşistlərə məxsus media resurslarında Avanesyanla bağlı əsas “fakt” kimi onun “əqli qüsurlu” olması təqdim edilir. Qarabağda keçmiş separatçı rejimin qondarma “deputat”larından olmuş Metakse Akopyan “Hraparak” nəşrinə (bu nəşr Avanesyanın müdafiəsində xüsusi fəallıq sərgiləyir) açıqlamasında iddia edir ki, “onu şəxsən tanımasa da, psixi problemlərinin olduğu haqda eşidibmiş”. “İravunk” nəşri isə “mənbələrinə” istinadən Avanesyanın “əqli cəhətdən qüsurlu olduğunu dəqiqləşdirib”.
Bu iddiaların yumşaq desək, doğru olmadığı ortadadır: Avanesyanın Xankəndi küçələrində gizli şəkildə hərəkət etdiyi, öncədən gizlətdiyi silahı necə götürdüyü və hücum cəhdini əks etdirən görüntülər onun hazırlıqlı olduğunu sübut edir.
Erməni revanşistlərin onu “əqli qüsurlu” kimi təqdim etmək cəhdləri əslində baş tutmayan terror planının ifşasının qarşısını almaq məqsədi daşıya bilər. Və bu detallar planın arxasında məhz Ermənistandakı revanşistlərin – keçmiş “Qarabağ klanı”nın dayandığı ehtimalını gücləndirir. İstisna etmək olmaz ki, Avanesyan “lazımı anda” hücuma keçmək üçün Xankəndidə qalıb və Ermənistandakı bağlantıları ilə hansısa yolla əlaqələr qura bilib. Hücum əmri verildikdə isə hərəkətə keçib.
“Niyə indi” sualının cavabı da ortadadır: Bakı və İrəvan arasında paraflanan sülh sazişini pozmaq;
Bunun çoxtərəfli hədəfləri görünür:
– Terror cəhdi baş tutsaydı, diqqət Xankəndinə – orada qalan erməni əhalisinin üzərinə yönələcək və Minsk qrupunun ləğvi ilə beynəlxalq müstəvidə qüvvədən düşən “Qarabağ məsələsi”nin hələ də bağlanmadığı, ermənilərin “mübarizə” apardığı rəyini yaratmağa çalışacaqdılar;
– Ermənistanda “Qarabağda qalan ermənilərin müdafiəsi” adı altında ictimai etirazların təşkilinə, xüsusilə seçki öncəsi bundan istifadə etməyə çalışa bilərdilər;
– Azərbaycan və Ermənistan arasında sülhün “erməni xalqı” tərəfindən qəbul edilmədiyini nümayiş etdirmək istiqamətində istifadə edə bilərdilər;
Bu hədəflər planda təkcə erməni revanşistlərin yox, həm də onları dəstəkləyən və regionda sülhün əldə edilməsini istəməyən qüvvələrin də maraqlı olduğunu göstərir.
Asif Nərimanlı
PAYLAŞIN:

Continue Reading

Previous: Yasamal Bələdiyyəsində “Qərbi Azərbaycanın Səsi” mövzusunda tədbir keçirilib
Next: 2026-cı il üçün inflyasiya proqnozu – Bəzi ərzaq növlərində bahalşma olacaq

OXŞAR MÖVZULAR

5887430d-409a-470f-8165-e90f07d851d2

Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib

admin 20/04/2026
2ff66ac8d814dd0531e3ceed8dd2f853_natoavrp

NATO zəifləsə, Avropanı nə gözləyir? – Ekspertdən xəbərdarlıq

admin 20/04/2026
9y6SwHP8Yn8fKkrhx7SvSHlOMdq1UPOVdJnKvkaL_1200

Fərid Şəfiyev: Azərbaycan Mərkəzi Asiyanı qlobal bazarlarla birləşdirən əsas qapı rolunu oynayır

admin 20/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.