Skip to content
24/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Sentyabr
  • 22
  • Nazir: Azərbaycan neft-qaz sektoruna 144 milyard ABŞ dolları həcmində xarici sərmayə cəlb edib

Nazir: Azərbaycan neft-qaz sektoruna 144 milyard ABŞ dolları həcmində xarici sərmayə cəlb edib

admin 22/09/2025
1750925229_img-20250626-wa0049

 

Bu günə qədər Azərbaycan neft-qaz sektoruna təqribən 144 milyard ABŞ dolları həcmində xarici sərmayə cəlb edib. Bu da ölkəmizi Xəzər dənizini beynəlxalq sərmayədarlara açan və Xəzərdən Aralıq, Qara dəniz və Adriatik istiqamətində enerji dəhlizləri quran regionun ilk dövləti edib.

Bu barədə energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) qeyd edib.

O bildirib ki, indiyədək Bakı–Tbilisi–Ceyhan kəməri ilə Azərbaycanın 540 milyon ton, Mərkəzi Asiyanın isə 53 milyon ton nefti dünya bazarlarına nəql olunub:

“Hazırda Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. İlk dəfə olaraq “yaşıl enerji” sahəsində tərəfdaşlıq Qazaxıstan, Özbəkistan və Azərbaycan arasında elektrik şəbəkələrinin inteqrasiyasına imkan yaradıb, Transxəzər dəhlizinin reallaşmasına yol açıb və Mərkəzi Asiya ilə Cənubi Qafqazı “yaşıl keçid”in aparıcı regionlarına çevirib.

Xəzər hövzəsinin zəngin bərpaolunan enerji potensialının Türkiyə və Avropa bazarlarına diversifikasiya olunmuş marşrutlarla çatdırılması Azərbaycanın müasir enerji siyasətinin prioritet istiqamətidir. Növbəti iki ildə ümumi gücü 2000 meqavattan çox olan, dəyəri isə 2,7 milyard ABŞ dolları təşkil edən 10 günəş və külək elektrik stansiyası enerji sistemimizə inteqrasiya ediləcək.

2030-cu ilə qədər quraşdırılmış bərpaolunan enerjinin payını 38 faizədək artırmaq, əlavə 700 meqavat güc yaratmaq planlaşdırılır. Bu, Azərbaycanın “yaşıl enerji”nin əsas istehsalçısı, tədarükçüsü və tranzit mərkəzi kimi mövqeyini möhkəmləndirmək istiqamətində strateji addımdır. Bu məqsədlə Xəzər dənizində nəhəng külək potensialının reallaşdırılması üçün ölçmə və monitorinq işləri aparılır”.

Nazirin sözlərinə görə, dənizdə külək elektrik stansiyalarının tikintisi üçün sahələrin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür, yerli və beynəlxalq olmaqla yeddi şirkətlə əməkdaşlıq davam edir:

“ 2032-ci ilə qədər 6 qiqavatdan çox quruda və dənizdə günəş və külək enerjisi gücünün yaradılması, həmçinin Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizinin mərhələli istifadəyə verilməsi planlaşdırılır. Bununla yanaşı, Azərbaycan–Türkiyə–Avropa və Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan Yaşıl Enerji Dəhlizi layihələri üzərində iş aparılır. Bu layihələr həm birbaşa Naxçıvan üzərindən, həm də Ermənistan marşrutu vasitəsilə həyata keçiriləcək.

Cənubi Qafqazı Türkiyə və Avropa ilə birləşdirən bu layihələr eyni zamanda Mərkəzi Asiya ilə körpü rolunu oynaya bilər. Bu səbəbdən, Azərbaycanın Qazaxıstan və Özbəkistanla yaşıl enerji əməkdaşlığına yanaşması kompleks xarakter daşıyır və vahid regional yaşıl enerji platformasının yaradılmasına yönəlib. Bu istiqamətdə ilk addımlar ötən il Bakıda keçirilən COP29 zamanı atılıb – Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri tərəfindən “Azad Ölkələr arasında Yaşıl Enerjinin İnkişafı və Nəqli üzrə Strateji Tərəfdaşlıq haqqında” hökumətlərarası saziş, eləcə də Səudiyyə Ərəbistanı Krallığının Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizinə sərmayədar kimi qoşulmasına imkan verən sənədlər imzalanıb” – deyə, nazir qeyd edib.

PAYLAŞIN:

Continue Reading

Previous: Əli Əsədov Laosun Baş prokuroru ilə görüşüb
Next: Komitə sədri: Azərbaycanın 79 şəhərindən 65-i üzrə baş planlar yenilənib

OXŞAR MÖVZULAR

bazar-b

Yay fəsili girən kimi bu məhsullar BAHALAŞACAQ

admin 24/04/2026
manat_2025

Ali Məhkəmə: Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər

admin 24/04/2026
seferberlik (1)

Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib

admin 24/04/2026

XƏBƏR LENTİ

  • Yay fəsili girən kimi bu məhsullar BAHALAŞACAQ 24/04/2026
  • Ali Məhkəmə: Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər 24/04/2026
  • “Euronews”: Azərbaycan məskunlaşma məsələləri üzrə qlobal dialoq məkanıdır 24/04/2026
  • Gənclər və İdman Nazirliyində aşkarlanan pozuntuların başında duran “Modern Construction” kimə məxsusdur 24/04/2026
  • Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib 24/04/2026
  • “Avromed” hemofiliyalı xəstələri dövlətlə üz-üzə qoyub: 17 milyonluq tenderin izi ilə 24/04/2026
  • Diyetoloqdan xəbərdarlıq: “Reklamlara aldanmayın” – Arıqladıcı içkilərin gerçək üzü ortaya çıxdı 24/04/2026
  • Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb 24/04/2026
  • Sərvət bumu: Beş il ərzində milyarderlərin sayı kəskin artacaq 24/04/2026
  • Tramp İrana qarşı nüvə silahından istifadədən və Hörmüz boğazından danışıb 24/04/2026
  • Azərbaycanda toylarla bağlı qadağalar gəlir? 23/04/2026
  • İqtisadiyyat daralır, milyarderlər çoxalır – Sayları və sərvətləri tarixi rekord vurdu + ADLAR 23/04/2026
  • Azərbaycan və ABŞ “Tramp Marşrutu” üzrə danışıqlara başlayıb 23/04/2026
  • Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edildi 23/04/2026
  • Region göstəriciləri reallığı əks etdirirmi? – İqtisadçı deputatın çıxışını şərh etdi 23/04/2026
  • Trampın 1 həftə vaxtı qalır – Müharibə ilə bağlı qəti qərara gəlməlidir 23/04/2026
  • İrana qarşı əməliyyatlar bərpa edilsə Tehran hansı addımları atacaq? – QORXUNC SSENARİ 23/04/2026
  • Martın 15-i keçirilmiş buraxılış imtahanında 9 nəfər maksimal nəticə göstərib 23/04/2026
  • Azərbaycanda dövlət əmlakının uçotunda ciddi nöqsanlar aşkarlanıb 23/04/2026
  • Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib 23/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.