Macarıstan NATO ilə Rusiya arasında hərbi qarşıdurmanın olmayacağına ümid edir.
Bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyyarto BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində TASS müxbirinə bildirib.
“Biz ümid edirik ki, Rusiya və NATO arasında gələcəkdə hər hansı eskalasiya baş verməyəcək. Gərginliyi aradan qaldırmağın yeganə yolu Ukraynada sülhdür”, – nazir əlavə edib.
