Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Sentyabr
  • 26
  • Putin Paşinyandan razıdır, amma… – ABŞ-yə səfərdən imtina edən Paşinyan Kremldə nəyi müzakirə edib?

Putin Paşinyandan razıdır, amma… – ABŞ-yə səfərdən imtina edən Paşinyan Kremldə nəyi müzakirə edib?

admin 26/09/2025
pp-m

 

Məlum olduğu kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada Vladimir Putinin təşəbbüsü ilə keçirilən Qlobal Atom Forumuna qatılıb. Forumda bir çox ölkələrdən nümayəndələr, o cümlədən nazirlər, iri şirkətlərin top-menecerləri, alimlər iştirak edir. Maraqlıdır ki, Paşinyan bu tədbirə qatılmaq xatirinə, həmin vaxt ABŞ-də keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakdan vaz keçib. Bunun özü hazırda Putinlə görüşün Paşinyan üçün nədən bu qədər vacib olduğuna dair suallar doğurur…

Görüşə gəlincə, onun rəsmi hissəsində Putin Paşinyandan razılığını bildirib. O deyib ki, “bütövlükdə Rusiya ilə Ermənistan arasında münasibətlər sabit və yaxşı inkişaf edir”: “Ticarət dövriyyəsi demək olar ki, 11 milyard dollardır — hesab edirəm ki, bu, respublikanın (Ermənistanın-red.) xarici ticarət dövriyyəsinin 34 faizini təşkil edir. Bizim statistikaya görə, Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 11,7 milyard dollardır. Bu, 2024-cü il üçün rekord göstəricidir. Bütün digər sahələrdə də əlaqələr inkişaf edir. Bir-birimizi bu yaxınlarda görsək də, həmişə müzakirə edəcəyimiz şeylər var…”

Lakin Putindən fərqli olaraq, Paşinyan qarşılıqlı ticarət dövriyyəsindən o qədər də məmnun olmadığını deyib. O qeyd edib ki, ötən iki illə müqayisədə bu il ölkələr arasında dövriyyə azalıb: “Siz qarşılıqlı ticarəti də qeyd etdiniz. Lakin bu il bir qədər azalma olub və bu, müəyyən qlobal proseslərə görədir. Amma hesab edirəm ki, bu mövzu üzərində işləmək vacibdir ki, qarşılıqlı ticarətimiz 2023 və 2024-cü illər üçün müəyyən etdiyimiz tempdə artmağa davam etsin. Və əlbəttə ki, bizim münasibətlərimizin çox zəngin gündəliyi var və bizim həmişə müzakirə edəcəyimiz çox şey var”.

Təbii ki, Paşinyan və Putin deməsə də, 2023-cü və 2024-cü illərdə Ermənistan-Rusiya ticarətindəki sıçrayış Ermənistandan Ukraynada işğalçılıq müharibəsi aparan Rusiyaya hərbi yönümlü elektronika avadanlıqlarının ötürülməsi olub. Sanksiyalar altında olan Rusiyanın hərbi sənayesini təmin etmək üçün Ermənistan tərəfindən Avropadan, ABŞ-dən və digər dövlətlərdən məişət avadanlıqları kimi alınan mallar Rusiyaya ixrac edilib. Orada isə həmin avadanlıqlardakı elektronika çıxarılaraq, raketlərdən PUA-lara qədər bir çox silahlarda istifadə olunub. Lakin görünür, Paşinyan azalmanı “qlobal proseslərlə” əlaqələndirsə də, Qərb bu xətti qismən də olsa bağlamaq qərarına gəlib və Ermənistanın “qulağını burub”. Ya da Rusiya idxal üçün başqa kanallar tapıb… Putin görüşün rəsmi hissəsində Ermənistanın atom enerjisi ilə təminatı məsələsinə də toxunub: “Ermənistanda uzun müddətdir ki, AES var və forumda özünüz də qeyd etdiyiniz kimi, o, ölkənin elektrik enerjisinin 30 faizini təmin edir.

Bu, əhəmiyyətli rəqəmdir, 30 faiz – bütün elektrik enerjisinin üçdə biri – atom elektrik stansiyası tərəfindən istehsal olunur. “Rosatom” hazırda bu atom elektrik stansiyasının ömrünü uzatmaq üçün çalışır. Ona görə də sizin forumda iştirakınız təbii ki, tamamilə məntiqlidir”.

İstisna etmək olmaz ki, atom enerjisi məsələsi Paşinyanın Moskva səfərinin yalnız görünən tərəfidir. O da məlumdur ki, “Rosatom” Ermənistandakı atom elektrik stansiyasının ömrünü uzatmağa çalışdığı kimi, Paşinyan da öz hakimiyyətinin ömrünü uzatmağa çalışır. Bu isə digər amillərlə yanaşı, həm də Rusiyanın regiondakı, xüsusilə Ermənistanın özündəki fəaliyyətlərindən asılıdır.

Paşinyanla Putin media qarşısındakı çıxışlarında da qeyd etdilər ki, “müzakirə ediləsi məsələlər çoxdur”. Bu isə Zəngəzur dəhlizi ilə bağlı Vaşinqton anlaşmasından tutmuş, rus qoşunlarının Ermənistandakı varlığına və Ermənistanda gələn il keçiriləcək seçkilərə qədər bir çox məsələləri əhatə edə bilər. Bu müzakirələrdə Azərbaycanın və Türkiyənin adının çəıkilməsi də şübhəsizdir…

Putinin Paşinyanla “hansı dildə” danışmasına və ona real münasibətinə gəlincə, buna misal olaraq Paşinyanın səfəri ərəfəsində Moskvanın mərkəzindəki Ermənistan səfirliyi qarşısında keçirilən etiraz aksiyasını göstərmək olar. Müharibə başlayandan bəri bütün kütləvi aksiyalara qadağa qoyan Kremlin bu aksiyaya nədən “göz yumması” sualı açıq qalır. Bu sualın yeganə məntiqə uyğun cavabı isə yalnız həmin tədbirə Kremlin özü tərəfindən xeyir-dua verilməsi ola bilər. Odur ki, Paşinyanın bu Moskva səfərinin ilk növbədə özü üçün nə dərəcədə uğurlu olduğunu elə də uzaq olmayan zaman göstərəcək… /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Hırdavat Sektörü Dünya’nın Başkentinde 9. Kez Sahne Alacak!
Next: Gürcüstan 7, Azərbaycan 2 faiz… – İqtisadi artım proqnozuna görə Ukraynadan da geridəyik

OXŞAR MÖVZULAR

hürmüz-clos

Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək

admin 21/04/2026
lukashenko (2)

Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş

admin 21/04/2026
2026-04-11-18-28-36XltjKNm8LhIHWHQAAgo4_file

İslamabadda danışıqlar: Pərdəarxası səylər göstərilir

admin 20/04/2026

XƏBƏR LENTİ

  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026
  • Maksimum bal yığanların sayında KƏSKİN azalma – Bəs Abbaszadə deyirdi ki… 20/04/2026
  • Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb 20/04/2026
  • Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? 20/04/2026
  • Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib 20/04/2026
  • Fuad Nəcəfli baş prokrorluqda dindirilib – 10 milyonluq yeyinti işi 20/04/2026
  • Bu qeyri-filiz faydalı qazıntı yataqları “AzerGold”a verildi 20/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.