Skip to content
10/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 17
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur…

İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur…

admin 17/04/2026
uran-iir

 

ABŞ Prezidenti Donald Tramp ziddiyyətli bəyanatlarla çıxış etməkdə davam edir. Çox zaman bu gün dediyi sabah söylədiklərilə və yerdəki vəziyyətlə uyğun olmayan ABŞ Prezidentinin İranla bağlı yeni fikirləri də bir qədər şübhə ilə qarşılanır. Xüsusilə də İran tərəfinin hələlik bu bəyanatlara cavab verməməsi vəziyyəti daha da mürəkkəbləşdirir…

Trampın son açıqalmaları kifayət qədər konkret və birmənalı olub. O deyib ki, İran ölkənin dağıdılmış nüvə obyektlərində qalan zənginləşdirilmiş uranı ABŞ-yə təhvil verməyə razılaşıb.

Tramp Ağ Evdə jurnalistlərə deyib: “İranın nüvə silahı yoxdur və onlar bununla razılaşıblar. Onlar “B-2” bombardmançı təyyarələrinin hücumlarından sonra yerin dərinliyində basdırılmış nüvə tozunu bizə təhvil verməyə razılaşıblar”.

O əlavə edib ki, Vaşinqtonun İranla “bir çox razılaşması var və tezliklə çox müsbət, çox vacib bir şeyin baş verəcəyi gözlənilir”.

“The New York Times” (NYT) qəzetinin məlumatına görə, aprelin əvvəlində ABŞ İrana müharibəyə son qoymaq üçün 15 maddəlik plan təqdim edib. Bu plana Nətənz, İsfahan və Fordodakı nüvə obyektlərinin sökülməsi, eləcə də təxminən 450 kiloqram 60%-ə qədər zənginləşdirilmiş uranın MAQATE-yə təhvil verilməsi daxildir.

Vaşinqton və Tehran arasında 12 apreldə İslamabadda keçirilən birbaşa danışıqlar zamanı da tərəflər İranın nüvə proqramının dayandırılmasını müzakirə ediblər. NYT mənbələri bildirib ki, ABŞ İrandan uranın zənginləşdirilməsinə 20 illik moratorium tətbiq etməsini tələb edib, lakin Tehran bunu yalnız beş il müddətinə etməyə hazır olduğunu bildirib.

Danışıqlarda Amerika nümayəndə heyətinə rəhbərlik edən ABŞ vitse-prezidenti C.D. Vens qeyd edib ki, Vaşinqton həmçinin Tehranın qalan uranını da “ələ keçirmək” istəyir: “Biz yenidən harada güzəştə getməyə hazır olduğumuzu və İrandan nüvə materiallarının çıxarılmasının mütləq olduğunu açıq şəkildə bildirmişik”.

Xatırladaq ki, 2025-ci ilin iyun ayında ABŞ İranın nüvə infrastrukturuna zərbələr endirib. Zərbələr 12 gün davam edib. Həmin vaxt Tramp İranın uran zənginləşdirmə qurğularının tam məhv edildiyini iddia edib, Tehran isə ciddi ziyan olmadığını bildirib və zənginləşdirməyə davam edəcəyinə söz verib.

Bu ilin 28 fevralında ABŞ və İsrail İrana qarşı yeni hərbi əməliyyata başlayıblar. Tramp bu dəfə də İranın vurulmasının əsas səbəbləri arasında uranın zənginləşdirilməsi və nüvə silahı əldə edilməsi imkanlarını göstərib. Baxmayaraq ki, ötən ilin yayındakı hücumdan sonra Tramp özü İranın nüvə potensialının tamamilə məhv edildiyini iddia etmişdi. Bütün bunlardan sonra Trampın yeni iddialı bəyanatlarına ciddi yanaşmaq çətindir və bu, bir ABŞ Prezidentinin dünyanın ən nəhəng, ciddi supergücünü necə qeyri-ciddi bir duruma sala biləcəyinin tarixdə görünməmiş nümunəsidir…

Qeyd edək ki, aprelin 8-də Tramp, Tehranla danışıqlar üçün iki həftəlik atəşkəs elan edib. “Bloomberg”-in məlumatına görə, diplomatiya üçün daha çox imkan yaratmaq məqsədilə atəşkəs 22 apreldən sonra da uzadıla bilər. Lakin nəzərə alsaq ki, atəşkəs vədini və ondan sonrakı bəyanatları Tramp verib, o zaman hər an bu bəyantlarda deyiləndən tamamilə fərqli bir mənzərənin şahidi ola biərik…/azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı
Next: Quru sərhədlər bu şəxslər üçün açıla bilər

OXŞAR MÖVZULAR

putin-neba

Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir…

admin 08/05/2026
tramp_iran (2)

Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır

admin 08/05/2026
vaş-tehr

Vaşinqton-Tehran xəttində kritik mərhələ

admin 07/05/2026

XƏBƏR LENTİ

  • Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda – Fotolar 10/05/2026
  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026
  • Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa… 07/05/2026
  • BMT-də WUF13-ə hazırlıq mövzusuna həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib 07/05/2026
  • Kimlər daha tez təqaüdə çıxa bilər? 06/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.