Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 22
  • Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi

Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi

admin 22/04/2026
vusalxanlar
Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin (TSİİ) rəisi Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular aşkarlanıb. 
 Bu barədə Hesablama Palatasının 2026-cı il üzrə audit hesabatında yer alıb.
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində aparılan audit yoxlaması 2025-ci il üçün İş planına əsasən 01.01.2021-ci il tarixindən 01.01.2025-ci il tarixinədək olan dövrü əhatə edib.
Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan Təhsil Şəbəkəsinin (AzTəHS) qurulması zamanı audit ilə əhatə olunmuş dövr üzrə fəaliyyətlərdə müəyyən çatışmazlıqlar və təkmilləşdirmə potensialı olan sahələr də müəyyən edilib.
Belə ki, təhsil müəssisələrinin istifadəsində olan şəbəkə infrastrukturuna və avadanlıqlara texniki dəstəyin göstərilməsi məqsədilə bağlanılmış müqavilələrdə əhatə olunan avadanlıqların sayları və dislokasiyası üzrə xidmət xərclərinin dəqiq kalkulyasiyası təmin edilməyib. Müqavilələr əsasında təhsil müəssisələrinin korporativ internet və intranet şəbəkəsinə çıxışı təmin edilən təhsil müəssisələrindəki şəbəkə avadanlıqlarına texniki dəstək xidmətləri faktiki olaraq həmin müqavilələrdə öz əksini tapmayıb.
Elm və Təhsil Nazirliyinin tabeliyində maddi-texniki təchizat fəaliyyəti üzrə ixtisaslaşmış ayrıca təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi olduğu halda, auditlə əhatə olunan dövrdə 8491,3 min manat dəyərində kompüter, printer və s. bu kimi avadanlıqlar Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (TSİİ) tərəfindən alınıb.
Elm və Təhsil Nazirliyi tərəfindən 2021-2024-cü illəri əhatə edən dövrdə bağlanılmış müqavilələrlə təhsil sahəsində xidmətlərin rəqəmsallaşdırılması üçün yaradılmış və ya təkmilləşdirilmiş 10 informasiya sistemi “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”ndə qeydiyyata alınmayıb.
2022-ci ildə yaradılan “Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu” layihəsi məktəbəqədər yaşlı uşaqların fərdi məlumatları ilə işləsə də, bu layihə “Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestri”ndə qeydiyyata alınmayıb.
Audit ilə əhatə olunan dövr ərzində ən çox istifadə olunan satınalma üsulu “bir mənbədən satınalma” metodu olub, keçirilmiş satınalma prosedurları nəticəsində müqavilələrdə malların adı və hansı markaya aid olduğu qeyd edilməyib, planlaşdırılmış və faktiki həyata keçirilmiş satınalma prosedurları arasında ciddi fərqlər olub.
 
2021-2024-cü illər ərzində ümumilikdə 283459,2 manat məbləğində vəsait xərcləməklə alınmış avadanlıqların açıq informasiya mənbələrində olan qiymətlə müqayisədə baha olması nəticəsində TSİİ tərəfindən 37,0 min manat artıq vəsait xərc edilib.
2022-ci ildə noutbuk avadanlıqlarının daşınması və enerji ilə doldurulması üçün alınmış 400 ədəd arabanın qiyməti açıq informasiya mənbələrindəki qiymətlərlə üzləşdirilərkən ümumilikdə 135,3 min manat artıq vəsait xərc edildiyi müəyyənləşdirilib.
Təhsil müəssisələrinin korporativ intranet və internet şəbəkələrinə çıxışının təmin edilməsi müqaviləsi üzrə ADSL qoşulma növünə malik 39 təhsil müəssisəsinə görə 12 ay əvəzinə 13 aya görə internet haqqı ödənilməsi səbəbindən artıq ödənişə yol verilib.
Qeyd edək ki, Vüsal Xanlarov 2018-ci ilin fevral ayından Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisidir. Qardaşı Rəşad Xanlarov isə hazırda Elm və Təhsil Nazirliyində Vətəndaşların müraciətləri ilə iş və kommunikasiya şöbəsinin müdiridir./Qaynarinfo.az
PAYLAŞIN:

Continue Reading

Previous: Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama – Kimlərə artıq pullar ödənilib?
Next: Ərdoğan: Aİ-yə üzv olmayan ölkələrin müdafiə təşəbbüslərindən kənarlaşdırılması düzgün deyil

OXŞAR MÖVZULAR

ferqane-asia

Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT

admin 20/04/2026
esedov

Əli Əsədovun biznes və tikinti imperiyası…

admin 17/04/2026
natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq 22/04/2026
  • Ərdoğan: Aİ-yə üzv olmayan ölkələrin müdafiə təşəbbüslərindən kənarlaşdırılması düzgün deyil 22/04/2026
  • Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi 22/04/2026
  • Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama – Kimlərə artıq pullar ödənilib? 22/04/2026
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyində pozuntular aşkarlandı – Müqavilələrin 80 faizi müsabiqədənkənar bağlanıb 22/04/2026
  • TƏBİB-də islahatlar BAŞLADI – Onlar vəzifəsini İTİRDİ – SİYAHI 22/04/2026
  • Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 22/04/2026
  • Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib 22/04/2026
  • Barat Yusubov həbs edilir – Milyonlar necə yeyilib? 22/04/2026
  • Gəncədə aşkarlanan qanunsuzluqlara bu şirkətlər də ortaqdı – “Gəncə Körpü tikinti-2” ASC, “Rövşən Oğuz Qrup”, “Alians” və “Reyhan Müəssisəsi” 22/04/2026
  • Bakıda bəzi sənədsiz evlər sökülür: kompensasiya kimlərə veriləcək? 22/04/2026
  • Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür 22/04/2026
  • Qiymətlər “od tutub yanacaq” 22/04/2026
  • Keçid balları ilə bağlı abituriyentlərə şad xəbər 22/04/2026
  • Azərbaycanda nə qədər insan ünvanlı sosial yardım alır? – Nazir açıqladı 22/04/2026
  • Qalibaf yox dedi, Xamenei razılaşdı: Tehranda nə baş verir? – VİDEO 22/04/2026
  • ABŞ kəşfiyyatı: İran hərbi gücünün böyük hissəsini qoruya bilib 22/04/2026
  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.