Skip to content
10/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 23
  • Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
adil-ker-mli

 

Mədəniyyət Nazirliyində nazir Adil Kərimlinin iştirakı ilə Azərbaycanda sənət tənqidinin vəziyyətinə həsr olunan ictimai müzakirə keçirilib.

Bu barədə mediaya nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru professor Kamilə Dadaşzadə, tanınmış sənətşünas alim və tədqiqatçılar iştirak ediblər.

Çıxışlarda vurğulanıb ki, sənət tənqidi mədəniyyət sahəsinin yalnız müşahidəçisi deyil, onun keyfiyyətini formalaşdıran əsas intellektual mexanizmlərdən biridir. Bu baxımdan, tənqidin yoxluğu və ardıcıl olmaması ümumi yaradıcı mühitə birbaşa təsir göstərir.

Müzakirələr zamanı teatr, kino, musiqi və təsviri sənət sahələri üzrə tənqidin mövcud vəziyyəti barədə ayrı-ayrı mütəxəssislər öz fikirlərini bölüşüblər.

Bildirilib ki, müstəqil ekspert mühitinin məhdudluğu, peşəkar elmi-nəzəri yanaşmaların zəif tətbiqi bu günün əsas çağırışlarıdır.

İstənilən yaradıcılıq sahəsinə peşəkar və obyektiv tənqidi münasibət olmayanda inkişaf təsadüfi xarakter daşıyır, keyfiyyət istənilən səviyyədə formalaşmır.

Tədbirdə mütəxəssislər tərəfindən sahənin inkişafına xidmət edəcək konkret təkliflər səsləndirilib.

Bildirilib ki, ali təhsil müəssisələri ilə inteqrasiyanın gücləndirilməsi və tənqid üzrə ixtisaslaşmış kadr hazırlığının genişləndirilməsi zəruridir.

Müasir analitik və media platformaları üzərindən tənqidin ictimai təsir imkanlarının artırılmasına ehtiyac var. Gənc tənqidçilərin formalaşdırılması və stimullaşdırılması, eyni zamanda bu sahədə beynəlxalq təcrübənin tətbiqi ilə müasir tənqid metodologiyasının inkişafına nail olmaq mümkündür.

Xüsusi olaraq vurğulanıb ki, sənət tənqidinin gücləndirilməsi “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının prioritetləri ilə birbaşa bağlıdır və mədəniyyətin davamlı inkişafı, yaradıcı sənayelərin rəqabət qabiliyyətinin artırılması baxımından strateji əhəmiyyət daşıyır.

Qeyd olunub ki, gələcəkdə ədəbi tənqid sahəsi ilə bağlı ayrıca müzakirə təşkil ediləcək.

Görüşün yekununda səsləndirilən təkliflərin sistemləşdirilərək praktik fəaliyyət planına çevrilməsi tövsiyə olunub və aidiyyəti qurumlarla koordinasiyalı şəkildə icrasının təmin ediləcəyi bildirilib.

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycanda pul xərcləyən turistlər hara yoxa çıxıb? – Xaricə səfər ikiqat bahalaşıb
Next: Azərbaycanda dövlət əmlakının uçotunda ciddi nöqsanlar aşkarlanıb

OXŞAR MÖVZULAR

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026

XƏBƏR LENTİ

  • Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda – Fotolar 10/05/2026
  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026
  • Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa… 07/05/2026
  • BMT-də WUF13-ə hazırlıq mövzusuna həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib 07/05/2026
  • Kimlər daha tez təqaüdə çıxa bilər? 06/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.