Skip to content
25/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 23
  • Azərbaycanda toylarla bağlı qadağalar gəlir?

Azərbaycanda toylarla bağlı qadağalar gəlir?

admin 23/04/2026
toy-şe
Toy büsatı qurmaq, şadlıq etmək artıq ailə qurmağın sevincini bölüşməkdən çox, ağır maliyyə sınağına çevrilib. Bir zamanlar mənəvi dəyərlər üzərində qurulan bu mərasimlər indi daha çox kimin daha dəbdəbəli şou göstərəcəyi yarışını xatırladır.
 Məsələ ilə bağlı açıqlama verən sosioloq Elçin Bayramlı milli mədəniyyətimizin ən mühüm elementlərindən biri olan toy mərasimlərinin artıq öz mahiyyətini itirdiyini və eybəcər formaya salındığını bildirib.
“”Azərbaycan toyu” deyilən anlayış demək olar ki, yoxa çıxıb. Bəzi ucqar kəndlərdə ənənəvi elementlər qorunsa da, ümumi mənzərədə bu mərasimlər artıq toy deyil. Bugünkü toylar hədsiz israfçılığın, dəbdəbənin, hay-küyün və özünü göstərmək meylinin hökm sürdüyü şouya çevrilib. Bu, artıq mənəvi dəyər üzərində qurulan ailə mərasimi yox, nümayiş xarakterli tədbirdir. Halbuki toy ailə qurulmasının təntənəli qeydidir və mənəvi məzmun daşımalıdır. Son dövrlərdə isə bu mərasimlər “müasirlik” adı altında ifrata varıb, nəzarətdən çıxıb. Bu vəziyyət insanlara həm maddi, həm də mənəvi baxımdan ciddi zərər vurur. Toylar bir-biri ilə yarışa çevrilib: bahalı geyimlər, qızıl əşyalar, şişirdilmiş menyular, çoxsaylı və lazımsız xidmətlər bu yarışın əsas elementləridir. Üçmərtəbəli süfrələr, hədsiz yemək çeşidləri açıq israfçılıqdır və artıq normadan kənardır”.
Sosioloq bildirib ki, bundan əlavə, toy mərasimlərində səs səviyyəsi ciddi problemə çevrilib.
“Həddindən artıq yüksək musiqi insanların sağlamlığına mənfi təsir göstərir və bu, artıq “akustik terror” səviyyəsinə çatır. Bütün bunlar toyun mahiyyətinin tamamilə deformasiyaya uğradığını göstərir. Ən ciddi problemlərdən biri də sosial-iqtisadi yükdür. Ənənəvi olaraq toyda verilən hədiyyə və pul yardımları yeni qurulan ailəyə dəstək məqsədi daşıyırdı. Lakin hazırda toy xərcləri o qədər artıb ki, ailələr bu mərasimdən borcla, kreditlə çıxır. Toplanan vəsait isə ailəyə yox, əsasən restoranlara, şadlıq evlərinə və müxtəlif xidmət sahələrinə yönəlir. Nəticədə yeni ailə dəstək almaq əvəzinə borc yükü ilə üz-üzə qalır. Bu vəziyyət xüsusilə aztəminatlı ailələr üçün daha ağırdır. Yüksək toy xərcləri bir çox gəncin evliliyini gecikdirir, hətta mümkünsüz edir. Çünki toy təkcə mərasimdən ibarət deyil, cehiz, qızıl, digər xərclər də ciddi maliyyə yükü yaradır”.
Onun sözlərinə görə, digər problem isə qonaq sayının süni şəkildə artırılmasıdır.
“Cəmiyyətdə belə bir yanaşma formalaşıb ki, toyda yüzlərlə insan iştirak etməlidir. Halbuki dünya təcrübəsində toylar daha çox yaxın qohum və dostların iştirakı ilə, məhdud sayda keçirilir. Bizdə isə 300-500 nəfərlik toylar adi hal alıb. Bu, həm də cəmiyyət üçün əlavə maliyyə yükü yaradır. Elə ailələr var ki, bir ay ərzində bir neçə toy dəvətnaməsi alır və hər biri üçün müəyyən məbləğdə pul vermək məcburiyyətində qalır. Orta aylıq gəlirlərin aşağı olduğu şəraitdə bu, ciddi sosial problemə çevrilir. Beləliklə, toy mərasimləri artıq mənəvi mahiyyətini itirmiş, cəmiyyətə zərər vuran şouya çevrilib. Bunun Azərbaycan mədəniyyəti və milli dəyərlərlə birbaşa əlaqəsi yoxdur. Çıxış yollarına gəldikdə isə, bu məsələ illərdir müzakirə olunur. Dünyada və region ölkələrində bu sahədə müəyyən məhdudiyyətlər və standartlar tətbiq edilib. Məsələn, bəzi Orta Asiya ölkələrində toyların formatı qanunvericiliklə tənzimlənir. Azərbaycanda da müəyyən mərasimlərdə qismən nizamlanma müşahidə olunur və bu, problemin həllinin mümkün olduğunu göstərir. Lakin görünən odur ki, insanlar könüllü şəkildə bu dəyişikliklərə getmədiyi üçün inzibati mexanizmlərə ehtiyac yaranır”.
Ekspert bildirib ki, toy sektorunda da standartlar müəyyən edilməlidir.
“Məsələn, restoranların məcburi şəkildə şişirdilmiş menyular təqdim etməsi aradan qaldırılmalı, sadə və sərfəli seçimlərə imkan verilməlidir. Eyni zamanda, bahalı geyimlər, avtomobillər, yüksək qonorar tələb edən ifaçılar kimi əlavə xərclər zəruri element kimi təqdim olunmamalıdır. Bundan başqa, qida təhlükəsizliyi və xidmət keyfiyyəti üzərində də ciddi nəzarət olmalıdır. Çünki bəzi hallarda keyfiyyətsiz məhsullar insanların sağlamlığı üçün risk yaradır. Ümumilikdə, toyların sadə, mənəvi məzmunlu və iqtisadi baxımdan əlçatan formada keçirilməsi təmin olunmalıdır. Verilən hədiyyə və maddi dəstək birbaşa yeni qurulan ailəyə yönəlməlidir. Bu problemin həlli üçün dövlət səviyyəsində ictimai şura yaradılması, müvafiq qurumların və ziyalıların iştirakı ilə vahid qaydaların müəyyənləşdirilməsi məqsədəuyğun hesab olunur”./demokrat.az
PAYLAŞIN:

Continue Reading

Previous: İqtisadiyyat daralır, milyarderlər çoxalır – Sayları və sərvətləri tarixi rekord vurdu + ADLAR
Next: Tramp İrana qarşı nüvə silahından istifadədən və Hörmüz boğazından danışıb

OXŞAR MÖVZULAR

evler-icazesiz

Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək

admin 25/04/2026
emlak_daş

“Daşınmaz əmlakın idarə olunması”: Təhsildə yeni ixtisas nə vəd edir?

admin 25/04/2026
menzil_qiymet

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

admin 25/04/2026

XƏBƏR LENTİ

  • Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək 25/04/2026
  • Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı 25/04/2026
  • “Daşınmaz əmlakın idarə olunması”: Təhsildə yeni ixtisas nə vəd edir? 25/04/2026
  • Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər? 25/04/2026
  • Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür 25/04/2026
  • ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib 25/04/2026
  • Uşaqların sosial şəbəkədən istifadəsinə məhdudiyyət qoyulmalıdır? 24/04/2026
  • Putinin Paşinyandan artıq erməni olmaq istəyi… 24/04/2026
  • İqtisadçıdan xəbərdarlıq: İdxal azalarsa, ət bahalaşacaq 24/04/2026
  • BTQ beynəlxalq ictimaiyyəti Ermənistanın azərbaycanlılara qarşı dözümsüzlük siyasətinə obyektiv qiymət verməyə çağırır 24/04/2026
  • Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti – Azərbaycan önə çıxır 24/04/2026
  • “Türkiyə dünyanın yeni qütb başlarından biri olmağa ən güclü namizəddir” – Ərdoğan 24/04/2026
  • Zabrat-Məhəmmədi arasındakı gölü kimlər qurudur? – Araşdırma başladı 24/04/2026
  • Regionlarda kreditə çıxış problemi: Bakı ilə fərq niyə bu qədər böyükdür? 24/04/2026
  • 9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama 24/04/2026
  • II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək 24/04/2026
  • Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i 24/04/2026
  • Yay fəsili girən kimi bu məhsullar BAHALAŞACAQ 24/04/2026
  • Ali Məhkəmə: Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər 24/04/2026
  • “Euronews”: Azərbaycan məskunlaşma məsələləri üzrə qlobal dialoq məkanıdır 24/04/2026

Sağlamlıq

süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026

MƏDƏNİYYƏT

adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.