Skip to content
23/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 23
  • Region göstəriciləri reallığı əks etdirirmi? – İqtisadçı deputatın çıxışını şərh etdi

Region göstəriciləri reallığı əks etdirirmi? – İqtisadçı deputatın çıxışını şərh etdi

admin 23/04/2026
işsiz-
“Əhalinin böyük bir hissəsi ya qeyri-rəsmi işləyir, ya işsizdir, ya da gizli işsizlik vəziyyətindədir. Regionlarda 45 faizlik göstərici isə mütləq rəqəm kimi deyil, əmək müqavilələrinin ümumilikdə az olduğu bir sistem daxilindəki pay kimi qiymətləndirilməlidir”.
Bunu açıqlamasında iqtisadçı Akif Nəsirli Milli Məclisin deputatı Vüqar Bayramovun “əmək müqaviləsi ilə işləyənlərin 45 faizi regionlarda çalışır” fikrinə münasibət bildirərkən deyib.
Ekspertin sözlərinə görə, məsələyə obyektiv yanaşmaq üçün bir neçə mühüm aspekt nəzərə alınmalıdır:
“Rəqəmlərin özü tamamilə uydurma deyil, lakin onların seçilmiş və daha əlverişli kontekstdə təqdim edildiyi açıq görünür. Bu, klassik “texniki cəhətdən doğru, amma kontekstdən çıxarılmış” təqdimat üsuludur – göstəricilər mövcuddur, amma bütöv mənzərəni əks etdirmir. Vüqar Bayramovun açıqladığı rəqəmlər rəsmi statistikaya əsaslanır. Lakin bu rəqəmlərin kontekstdən kənar şərhi yanıltıcı ola bilər. Məsələn, 1 milyon 775 min əmək müqaviləsi ilə çalışan şəxsin ümumi əmək qabiliyyətli əhali (5 milyondan çox) fonunda payı kifayət qədər aşağı görünür”.
Vüqar Bayramovun regionlarda yaşayan əhalinin illik gəlirlərinin 32 milyard manatdan çox olması ilə bağlı fikrinə də toxunan Akif Nəsirli bildirib ki, bu rəqəm adambaşına bölündükdə real mənzərə daha fərqli görünür:
“Əgər regionlarda 3–4 milyon əhali yaşayırsa, bu məcmu gəlir adambaşına orta hesabla çox yüksək olmayan göstərici deməkdir. Üstəlik, bu gəlir bərabər bölünmür. İri müəssisələr  və böyük sahibkarların qazancı ortalamanı süni şəkildə yüksəldə bilər”.
İqtisadçı əlavə edib ki, Bakı ilə regionlar arasındakı fərqin azalması məsələsi uzun illərdir aktualdır:
“Müstəqil iqtisadçıların və beynəlxalq təşkilatların, o cümlədən Dünya Bankı və Asiya İnkişaf Bankının hesabatları bu fərqin hələ də ciddi olduğunu göstərir. Bir sıra rayon mərkəzlərində infrastruktur, iş imkanları və gəlir səviyyəsi Bakı ilə müqayisədə xeyli geri qalır. Kəndlərdən isə ümumiyyətlə danışmağa belə ehtiyac yoxdur”.
Qeyd edək ki, Milli Məclisin deputatı Vüqar Bayramov 2024-cü ildə ölkə üzrə əmək müqaviləsi ilə çalışanların sayının 1 milyon 775 min nəfər olduğunu bildirib.  Onun sözlərinə görə, bu şəxslərin 792 min 737-si regionlarda fəaliyyət göstərir:
“Bu o deməkdir ki, əmək müqaviləsi ilə işləyənlərin 45 faizi regionlarda çalışır. Regionlarda yaşayan əhalinin illik gəlirləri isə 32 milyard manatdan çoxdur. Göründüyü kimi, iqtisadi siyasət regionların inkişafında dayanıqlılığı təmin edib və Bakı ilə bölgələr arasındakı fərqin mərhələli şəkildə azalmasına səbəb olub”./Qaynarinfo.az
PAYLAŞIN:

Continue Reading

Previous: Trampın 1 həftə vaxtı qalır – Müharibə ilə bağlı qəti qərara gəlməlidir
Next: Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edildi

OXŞAR MÖVZULAR

toy-şe

Azərbaycanda toylarla bağlı qadağalar gəlir?

admin 23/04/2026
test-imt

Martın 15-i keçirilmiş buraxılış imtahanında 9 nəfər maksimal nəticə göstərib

admin 23/04/2026
h-palata

Azərbaycanda dövlət əmlakının uçotunda ciddi nöqsanlar aşkarlanıb

admin 23/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda toylarla bağlı qadağalar gəlir? 23/04/2026
  • İqtisadiyyat daralır, milyarderlər çoxalır – Sayları və sərvətləri tarixi rekord vurdu + ADLAR 23/04/2026
  • Azərbaycan və ABŞ “Tramp Marşrutu” üzrə danışıqlara başlayıb 23/04/2026
  • Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edildi 23/04/2026
  • Region göstəriciləri reallığı əks etdirirmi? – İqtisadçı deputatın çıxışını şərh etdi 23/04/2026
  • Trampın 1 həftə vaxtı qalır – Müharibə ilə bağlı qəti qərara gəlməlidir 23/04/2026
  • İrana qarşı əməliyyatlar bərpa edilsə Tehran hansı addımları atacaq? – QORXUNC SSENARİ 23/04/2026
  • Martın 15-i keçirilmiş buraxılış imtahanında 9 nəfər maksimal nəticə göstərib 23/04/2026
  • Azərbaycanda dövlət əmlakının uçotunda ciddi nöqsanlar aşkarlanıb 23/04/2026
  • Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib 23/04/2026
  • Azərbaycanda pul xərcləyən turistlər hara yoxa çıxıb? – Xaricə səfər ikiqat bahalaşıb 23/04/2026
  • Revanşist ritorika və geosiyasi reallıqlar: Qars müqaviləsi yenilənə bilərmi? 23/04/2026
  • Banklar kredit şərtlərini hansı hallarda yumşalda bilərlər? – Ekspertdən AÇIQLAMA 23/04/2026
  • Daşınmaz əmlak üçün sığorta məbləğləri dəyişir? – VİDEO 23/04/2026
  • Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan olunub 23/04/2026
  • EAPCA Belçika və Niderland parlamentlərinin Azərbaycan əleyhinə qətnamələrini pisləyib 23/04/2026
  • “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılmasının 3-cü ildönümü: suverenliyin təminində mühüm mərhələ 23/04/2026
  • Azərbaycanda məktəblərdə kütləvi yoxlamalara başlanıldı 23/04/2026
  • ABŞ İranın dəniz blokadası çərçivəsində 30-dan çox gəmini saxlayıb 23/04/2026
  • Tərtər Su Meliorasiya İdarəsinə bu MMC ilə müqaviə bağlamağa ADSEA-dan kim tapşırıq verib 23/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.