Skip to content
25/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 23
  • Tərtər Su Meliorasiya İdarəsinə bu MMC ilə müqaviə bağlamağa ADSEA-dan kim tapşırıq verib

Tərtər Su Meliorasiya İdarəsinə bu MMC ilə müqaviə bağlamağa ADSEA-dan kim tapşırıq verib

admin 23/04/2026
zaur mikayıl

 

Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi bir mənbədən satınalma metodu tətbiq etməklə “HİDROGEO ARTEZYAN” MMC ilə 280.000 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 21.04.2026-ci ildə dərc edilib.

Tərtər  Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ilə “HİDROGEO ARTEZYAN” MMC arasında Hüsənli kəndi 09/259,T-6 Qaynaq kəndi 09/219, Buruc kəndi 09/U-14,Qapanlı kəndi 09/130, Rəcəbli 09/321,Qazyan kəndi 09/400, 09/272, reper nömrəli subartezian quyularının iş rejiminin bərpası (yeni quyu kalonunun qazılması, elektrik təsərrüfatının təmiri, su sayğacının quraşdırılması və abadlıq işləri) üzrə bir müqavilə də 30.06.2025-ci ildə bağlanılıb. Bu müqavilənin də dəyəri 280.000 manat təşkil edib. Bu müqavilə də bir mənbədən satınalma metodu tətbiq etməklə bağlanılıb.

Qeyd edək ki, Tərtər  Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin bir mənbədən satınalma metodu ilə müqailə bağladığı “HİDROGEO ARTEZYAN” MMC barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “HİDROGEO ARTEZYAN” (VÖEN: 2001697161) Məhdud Məsuliyyətli Cəmiyyətinin 29.03.2010-cu il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, BİNƏQƏDİ RAYONU, ADİL MƏMMƏDOV 9 MKR, ev.11, GİRİŞ 3, m.118, qanuni təmsilçisi kimi isə Babayev Ənvər Məmməd oğlu qeyd olunub. MMC-nin hazırkı günə 10 244.56 manat vergi var.

“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC-nin müvafiq lisenziya alması barədə məlumat yoxdu.

Maraqlıdır, Tərtər  Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi lisenziyası belə olmayan bir MMC ilə bir mənbədən satınalma metodu ilə müqaviləni hansı əsaslarla bağlayıb? “Dövlət Satınalmaları Haqqında” Qanunun  49-cu maddəsinə görə: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda.

Göründüyü kimi Tərtər  Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi xüsusi hüquqlara malik olmayan, analoji işlərdə təcrübəsi olmayan bir MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da satınalmada qanun pozuntusuna yol verildiyinə əsaslı şübhələr yaradır.  Sözügedən MMC-nin müvafiq sahədə peşəkarlığı, ixtisas göstəriciləri, texniki və maliyyə imkanların, işçi qüvvəsi, uyğunluğun digər  meyarı tələbləri ilə üst-üstə düşürmü?

Bütün bunlara aydınlıq gətirilməsi məqsədi ilə Tərtər  Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Satınalma Komissiyasının üzvü, mühasibi Eldar Məmmədovla əlaqə saxladıq. O bildirdi ki, şirkətlə indi bağlanan müqavilə ötən il bağlanmış müqavilənin davamıdır. Şirkətin analoji işlərdə təcrübəsi və digər uygunluğu barədə sualımıza isə Eldar Məmmədov bildirdi ki, bizə nazirlikdən tapşırdılar ki, bu şirkətlə müqavilə bağlayaq.

Göründüyü kimi Tərtər  Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə analoji işlərdə heç bir  təcrübəsi olmayan MMC ilə müqavilə bağlamağı yuxarıdan tapşırılıb.

Qeyd edək ki, Tərtər  Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Regional Su Meliorasiya Xidmətinə tabedir. Regional Su Meliorasiya Xidmətinin rəisi isə uzun illər Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini olmuş Zakir Quliyevdir. O, bu vəzifəyə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə 26.06.2024-cü ildə təyin edilib.

Tərtər  Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi isə Murad Zeynalovdur. O, bu vəzifəyə 2024-cü ilin sentyabrında təyin edilib.

Qeyd edək ki, son günlər Hesablama Palatası tərəfindən bir çox dövlət qurumlarında aparılmış yoxlamaların nəticələri barədə məlumatlar yayılır. Bəzi dövlət qurumları tərəfindən dövlət satınalmalarında yol verilən qanunsuzluqlar əsasən bir mənbədən satınalma metodunda aşkar edilib. Satınalmalarda bir mənbədən satınalma metodunu daha çox tətbiq edən qurumlar arasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə tabeli müəssisələr başda durur. Elə  Tərtər  Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Satınalma Komissiyasının üzvünün açıqlamasından da göründüyü kimi, Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinə tabeli idarələr dövlət satınalmasından daha çox yuxarıların sifarişi əsasında işləyir. Yüksək vəzifəli şəxslərin yaxınlarına məxsus, adı olub, özü olmayan şirkətləri qalib seçirlər. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi isə ölkədə satınalmaların şəffaf keçirildiyini açıqlayır.

 

Aktualinfo.net

 

PAYLAŞIN:

Continue Reading

Previous: Edqars Rinkeviçs: Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır
Next: ABŞ İranın dəniz blokadası çərçivəsində 30-dan çox gəmini saxlayıb

OXŞAR MÖVZULAR

ferid-idgenc

Gənclər və İdman Nazirliyində aşkarlanan pozuntuların başında duran “Modern Construction” kimə məxsusdur

admin 24/04/2026
niyazi-b

Gəncədə aşkarlanan qanunsuzluqlara bu şirkətlər də ortaqdı – “Gəncə Körpü tikinti-2” ASC, “Rövşən Oğuz Qrup”, “Alians” və “Reyhan Müəssisəsi”

admin 22/04/2026
anar-eliyev

“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər

admin 21/04/2026

XƏBƏR LENTİ

  • Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək 25/04/2026
  • Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı 25/04/2026
  • “Daşınmaz əmlakın idarə olunması”: Təhsildə yeni ixtisas nə vəd edir? 25/04/2026
  • Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər? 25/04/2026
  • Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür 25/04/2026
  • ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib 25/04/2026
  • Uşaqların sosial şəbəkədən istifadəsinə məhdudiyyət qoyulmalıdır? 24/04/2026
  • Putinin Paşinyandan artıq erməni olmaq istəyi… 24/04/2026
  • İqtisadçıdan xəbərdarlıq: İdxal azalarsa, ət bahalaşacaq 24/04/2026
  • BTQ beynəlxalq ictimaiyyəti Ermənistanın azərbaycanlılara qarşı dözümsüzlük siyasətinə obyektiv qiymət verməyə çağırır 24/04/2026
  • Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti – Azərbaycan önə çıxır 24/04/2026
  • “Türkiyə dünyanın yeni qütb başlarından biri olmağa ən güclü namizəddir” – Ərdoğan 24/04/2026
  • Zabrat-Məhəmmədi arasındakı gölü kimlər qurudur? – Araşdırma başladı 24/04/2026
  • Regionlarda kreditə çıxış problemi: Bakı ilə fərq niyə bu qədər böyükdür? 24/04/2026
  • 9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama 24/04/2026
  • II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək 24/04/2026
  • Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i 24/04/2026
  • Yay fəsili girən kimi bu məhsullar BAHALAŞACAQ 24/04/2026
  • Ali Məhkəmə: Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər 24/04/2026
  • “Euronews”: Azərbaycan məskunlaşma məsələləri üzrə qlobal dialoq məkanıdır 24/04/2026

Sağlamlıq

süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026

MƏDƏNİYYƏT

adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.